Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə32/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   72

 
 

93 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

 
 
 
 
 
 
1. İki hәrәkәtsiz sarğac şәkildә göstәrildiyi kimi yerlәşdirilmişdir. Sarğacların birinә 
qoşulan qalvanometr induksiya cәrәyanının yarandığını göstәrir. Bu, hansı halda 
mümkündür?  
 
2. Tәsvirә әsasәn düz maqnitin qütblәrini tәyin edin. 
 
 
3. Qapalı dördbucaqlı kontur elektromaqnitin qütblәri arasında şәkildә tәsvir 
edildiyi kimi hәrәkәt edir. Bu konturda induksiya cәrәyanı yaranarmı? Nә üçün?  
 
4. Sarğac bircins maqnit sahәsindә irәlilәmә hәrәkәtindә olarsa onda induksiya 
cәrәyanı yaranarmı? Nә üçün? 
 
5. Düz maqnit qapalı kontura şәkildә tәsvir edildiyi kimi yaxınlaşdırılır. Konturda 
yaranan induksiya cәrәyanının istiqamәtini tәyin edin. 
 
 
 
 
 
 
 
Çalışma 
2.7
LAYİHƏ


 
 
94 
 
  M
ADDƏNİN MAQNİT NÜFUZLUĞU 
 
 
 
 
 
Araşdırmadan müəyyən etdiniz ki, cərəyanlı sarğacın maqnit sahəsinə gətirilmiş 
maddə (içlik) bu sahəni dəyişdirir: dəmir içlik maqnit sahəsini gücləndirir, mis və 
şüşə içliklər isə maqnit sahəsini kəskin zəiflədir. 
• Maqnit sahәsini dәyişmәk qabiliyyәtinә malik olan bütün maddәlәr maqnetiklәr 
adlanır
Maqnetiklәrin maqnit sahәsinin fәrqli dәyişmәsinin sәbәbi nәdir? 
Cərəyanlı sarğacın daxilində içlik olmadıqda maqnit induksiya vektorunu 
-la 
işarə  edək  (havada  maqnit  induksiyasının  modulu  vakuumdakı  moduluna  bərabər 
götürülür). İçlik daxil etdikdə sarğacda induksiyası   olan əlavə maqnit sahəsi yara-
nır. Beləliklə, içlikdə yaranan yekun maqnit induksiya vektoru: 

2.15 
 Cərəyanlı sarğaca növbə ilə polad, şüşə, quru taxta, 
plastmas, mis, alüminium içlik daxil etdikdə, onun 
maqnit sahəsi necə dəyişər? 
 Maqnit sahəsi cərəyanlı naqili əhatə edən mühitin 
xassəsindən asılıdırmı? Cavabınızı əsaslandırın.  
Öyrəndiniz ki, cərəyanlı 
sarğaca dəmir içlik daxil 
etdikdə onun maqnit 
təsiri artır. 
Maqnit sahəsi mühitin xassəsindən asılıdırmı?
Təchizat: sabit cərəyan mənbəyi, sarğac (2 əd.), dielektrik ştativ, ipək sap, dəmir içlik
mis və şüşə içlik, birləşdirici naqillər. 
Araşdırmanın gedişi:  
1. Biri tərpənməz, digəri ipək sapdan asılan iki sarğacı sabit cərəyan mənbəyinə 
birləşdirin.   
2. Dövrəni qapayıb sapdan asılan sarğacı (o, şəkildə sxematik təsvir edilmişdir) 
tərpənməz sarğaca yaxınlaşdırın (
a
). Maqnit qarşılıqlı təsirinin hansı məsafədən baş 
verdiyinə diqqət edin.   
3. Tərpənməz sarğaca dəmir içlik daxil edib təcrübəni təkrarlayın və maqnit qarşılıqlı 
təsirinin necə dəyişdiyini izləyin (
b
).   
4. Dəmir içliyi növbə ilə mis və şüşə içliklərlə əvəz edib təcrübəni təkrarlayın və baş 
verən hadisəni əvvəlki təcrübələrlə müqayisə edin.  
 
 
 
 
 
 
 
Nəticəni müzakirə edin: 
 Hansı halda cərəyanlı sarğaclar arasındakı maqnit qarşılıqlı təsiri gücləndi, hansı hal-
da isə zəiflədi?  
 Araşdırmadan maqnit sahəsinin maddənin xassəsindən asılılığına dair hansı nəticəyə 
gəlmək olar? 
 
Araşdırma
1
(a) 
(b) 
LAYİHƏ


 
 

95 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

Müxtəlif maddələrin yaratdığı maqnit induksiyası müxtəlif olduğundan, onların 
maqnit xassələri bir-birindən fərqlənir. Maddələrin maqnit xassələri maqnit nüfuz-
luğu adlanan fiziki kəmiyyətlə xarakterizə edilir. 
Maddәnin maqnit nüfuzluğu – bircins mühitdә   maqnit induksiyasının  modu-
lunun vakuumdakı 
 maqnit induksiyasının modulundan neçә  dәfә  fәrqlәndiyini 
göstәrir: 
,

Burada 
 
ü
maddənin maqnit nüfuzluğudur. O, vahidsiz kәmiyyәtdir
Maddələr maqnit xassələrinə görə üç növdür: 
1. Paramaqnitlәr – maqnit nüfuzluğu vahiddən cüzi böyük olan maddələrdir (
 
1). Paramaqnitlər ( , ,
,
 və s.) sabit maqnit tərəfindən zəif cəzb olunur. 
2. Diamaqnitlәr – maqnit nüfuzluğu vahiddən kiçik olan maddələrdir  
(
 
1).  Diamaqnitlər  (
,
,
 və  bütün  təsirsiz  qazlar)  sabit  maqnit 
tərəfindən zəif itələnir. 
3.  Ferromaqnitlәr  –  maqnit  nüfuzluğu  vahiddən  çox  böyük  olan  maddələrdir 
(
 
1).  Ferromaqnitlər  (
,
,
,
 və  onların  bəzi  xəlitələri)  sabit  maqnit 
tərəfindən böyük qüvvə ilə cəzb olunur. Bütün ferromaqnitlər kristal maddələrdir.  
Bəzi maddələrin maqnit nüfuzluğu 2.1 cədvəlində göstərilmişdir. 
 
Cәdvәl 2.1. Bəzi maddələrin maqnit nüfuzluğu 
Diamaqnit 
maddə 
µ 
Paramaqnit 
maddə 
µ
 
Ferromaqnit maddə 
µ
 
Bismut 
0,999834 
Hava 
1,000038 
Dəmir 
8000 
Mis 
0,999990 
Alüminium 
1,000023 
Nikel 
1100 
Qızıl 
0,999964 
Oksigen 
1,0000019  Nikel və dəmir 
ərintisi 
250000 
Hər  bir  ferromaqnit  üçün  Küri nöqtәsi  adlanan  temperatur  həddi  mövcuddur. 
Maddənin  temperaturu  Küri  temperatur  həddini  aşdıqda,  o  ferromaqnit  xassəsini 
itirib paramaqnitə çevrilir. Məsələn, polad üçün Küri temperaturu 769
C-dir. Odur 
ki, 800
C-ə qədər qızdırılan polad mismar maqnitsizləşir. 
 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Məsələ. 
• Verilən qrafikə əsasən polad və çuqun 
üçün maqnitləndirici  sahənin induksi-
yasının  
,  
 qiymətinə uyğun 
maqnit nüfuzluqlarını təyin edin (
c
). 
Nəticəni müzakirə edin: 
 Hansı maddənin maqnit nüfuzluğu daha 
böyükdür? 
 
Araşdırma
2
(c) 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə