Dərs vəsaiti neft-qaz sənayesiNİN İNKİŞaf məRHƏLƏLƏRİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə1/71
tarix20.10.2023
ölçüsü2,64 Mb.
#128652
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   71
Hasilat pdf




 
 
Neft qaz quyularının hasilatı üzrə opertorlara əyani dərs vəsaiti 
NEFT-QAZ SƏNAYESİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ
Neftin kəşf olunma tarixi və hasil edilmə xronologiyası 
İndiyә qәdәr neftin kәşfi ilә bağlı kifayәt qәdәr fәrziyyәlәr irәli sürülsә dә, alimlәr 
dәqiq tarix göstәrmәkdә hәlә dә çәtinlik çәkirlәr. Ona görә dә neftin nә vaxt kәşf 
olunduğunu söylәmәk mümkün deyil. Amma mәlumdur ki, hәlә lap qәdim dövrlәrdәn 
başlayaraq, dünyanun müxtәlif qitәlәrindә sonralar ‚neft‛ adlandırılacaq ‚qara maye‛dәn 
bu vә digәr mәqsәdlәr üçün istifadә olunmuşdur.
Arxeoloqların fikirincә, neftdәn ilk dәfә eramızdan әvvәl (e.ә.) 6-cı minillikdә istifadә 
olunmağa baslanmısdır. E.ә. 3-cü minillikdә Mesopotamiya vә Misirdә inşaat işlәrindә 
asfaltdan su keçirmәyәn vә birlәşdirici maddә kimi istifadә edildiyi göstәrilir. O dövrdә 
neft piltәli çıraqlarda yandırılmış, dәrman kimi işlәdilmiş, onun şora, kükürd vә qatranla 
qarışığı hәrbi mәqsәdlә ‚yandırcı ox‛ hazırlanmasında istifadә edilmisdir.
Azәrbaycanda neftdәn qәdim zamanlardan istifadә olunmağa başlanmışdır. Ayrı-ayrı 
vaxtlarda ölkәmizdә olmuş sәyyah, tarixçi vә coğrafiyaşünaslar öz әsәrlәrindә bu barәdә 
yazmışlar. Bu alimlәrin çoxu kitablarında konkret neftin adını çәkmәsәlәr dә, keçmişdir. 
O, Bakıda olarkәn burada insanların quyulardan tünd rәngli maye çıxardıqlarını vә ondan 
mәişәtlәrindә istifadә etdiklәrini görmüşdür. XVI-XVII әsrlәrdә Azәrbaycanda olmuş 
tarixçi, sәyyah vә tacirlәrin qeydlәrinә әsasәn belә nәticәyә gәlmәk olar ki, hәmin 
dövrlәrdә Abşeronda 500-dәn artıq quyudan neft çıxarılmışdır.
1594-cü ildә Abşeronda (Balaxanı) usta Allahyar tәrәfindәn dәrinliyi 35 m olan ilk neft 
quyusu qazılmışdır. 


Alman sәyyahı Enqelbert Kempfer XVII әsrdә Azәrbaycan әrazisindә olmuş vә 1684-
cü ildә Avropa әdәbiyyatında ilk dәfә olaraq Bakı neft mәdәnlәrinin tәsvirini vermişdir.
XVII әsrin ortalarında Şimali Amerikanın Qәrbi Pensilvaniya bölgәsinә sәyahәt edәn 
sәyyahlar yerli hinduların üzlәrini vә bәdәnlәrini ‚qara su ‚ ilә rәnglәdiklәrini müşahidә 
ediblәr. Bu ‚su‛ dan düzәldilәn müalicә әhәmiyyәtli balzam üzün müddәt Avropa 
ölkәlәrindә istifadә edilmişdir.
1733-cü ildә Rusiyanın İrandakı sәfirliyinin hәkimi İoann Lerkx Abşeronda әsrlәr boyu 
neftin hasil edilmәsini tәsdiq etmişdir. 1798-ci ildә dәnizdә ilk dәfә Bibiheybәt körfәzindә 
iki quyu qazılmışdır. 1847-1748-ci illәrdә F. N. Semyonovun tәşәbbüsü ilә Bibiheybәtdә 
sәnaye üsulu ilә ilk dәrin quyu qazılmışdır. 1863-cü ildә Bakıda Cavad Mәlikov ilk kerosin 
zavodunu tikmişdir. 1872-1873-cü illәrdә ilk dәfә olaraq Bibiheybәt vә sonra Balaxanı 
yataqlarında mexaniki üsulla qazılmış quyulardan sәnaye әhәmiyyәtli neft alınmışdır. 
1872-1873-ci illәrdә ilk dәfә Xәzәr dәnizindә taxta barjlardan istifadә edilmәklә neft nәql 
olunmuşdur. 1878-ci idlә qızdırma üçün işlәnәn ağ neftin nәql edilmәsi üçün ilk metal 
gövdәli ‚Zәrdüşt‛ adlı tankeri istifadәyә verilmişdir.. 1881-ci ildә dünyada ilk dәfә olaraq 
Bakıda neft mәhsulları çәnlәrdә dәmir yolu ilә nәql edilmişdir. 1883-cüi ildә ilk dәfә 
olaraq zәrbә-ştanq üsulu ilә quyu qazılmış vә bu üsul ‛Bakı üsulu‛ kimi mәhşurlaşmışdır. 
1899-1901-cü illәrdә neft sәnayesi sürәtlә inkişaf etmiş, ildә 11,5 mln ton neft hasil 
edilmişdir. Azәrbaycan bu göstәriciyә görә dünya liderinә çevrilmişdir. Hәmin dövrdә 
ABŞ-da ildә yalnız 9,1 mln ton neft hasil edilmişdir. 1897-1907-ci illәrdә Bakı neftini 
Avropaya çıxarmaq üçün 800 km-lik Bakı-Batumi neft kәmәri tikilmişdir. 1911-ci ildә 
rotor qazma üsulu ilә ilk quyu Suraxanıda qazılmışdır. 1915-ci ildә ilk dәrinlik quyu 
nasosları Ramana yatağında tәtbiq olunmuşdur. 1952-ci ildә neft yataqlarının işlәnmәsi 
vә istismarı üçün küt quyuların qazılması vә başqa mütәrәqqi metodlar 
işlәnmişdirAzәrbaycan torpağı qәdim zamanlardan bütün dünyada neft sәnayesinin 
vәtәni vә uzun müddәt neft sәnayesinin yeganә mәrkәzi olmuşdur. V.İ.Lenin Bakıda 
kapitalist sәnayesinin inkişafından bәhs edәrkәn yazmışdır: 
«Neftin, demәk olar ki, hamısı Bakı quberniyasında hasil edilir, buna görә dә Bakı 
şәhәri «әhәmiyyәtsiz» bir şәhәr ikәn dönüb Rusiyada 112 min әhalisi olan birinci 
dәrәcәli sәnaye mәrkәzi olmuşdur» (V.İ.Lenin. Əsәrlәri, 4-cü nәşri, 8-ci cild, sәh. 479).
XVII әsrin axırlarında Bakı neft mәdәnlәrindә hәr gün 3500 kiloqramadәk neft 
çıxarılırdı. O zamanlar neft әsasәn Bakıda hasil edildiyindәn, bu әslindә bütün dünyada 
istehsal olunan neft idi.
İnsanların neftlә çox qәdim zamanlardan tanış olmasına baxmayaraq onu әsrlәr boyu 
xam halda işlәtmişlәr. Neftdәn kerosin alınmasına isә ancaq XVIII әsrin әvvәlәrindә 
tәsadüf edilir. Neftin yüngül vә şәffaf hissәyә-kerosinә ayrılması prosesinin dünyada ilk 
dәfә Azәrbaycanda aparılması tarixi materiallarda göstәrilir, mәsәlәn, 1733-cü ildә 
Bakıya gәlmiş vә Xәzәr dәnizilә sәyahәt etmiş akademik Lerxe öz yol qeydlәrindә yazır:
«Bakı yaxınlığındakı Balaxanıda әlli iki quyu var. Bunlardan neft çıxarılır. Neft tez 
yanmır; o, tünd boz rәngdәdir. Bu nefti distillә etdikdә açıq-sarı rәng alır. Ağ neft bir 
qәdәr tutqundur, lakin onu distillә etdikdә spirt kimi açıq olur vә tez alışıb yanır»
Buradan aydın görünür ki, Azәrbaycanda neft 1733-cü ildәn daha әvvәlәr distillә 
edilmişdir. Demәli, tarixi materiallara görә neftin ilk emal edilmә vәtәni dә 
Azәrbaycandır. 
1777-ci ildә akademik S.Q.Qmelin (1745-1774) Bakıya sәfәri haqqında hesabatlarında 
neftin quyu ilә hasil edilmә texnikasını tәfsilatı ilә tәsvir etmişdir. 1781-ci ildә Xәzәr 
ekspedisiyasının rәisi, admiral M. Voynoviç Xәzәr dәnizinin coğrafi vә geoloji 


xarakteristikalarını öyrәnәrәk Renos (indiki Jiloy) adası yaxınlığında neftin vә qazın 
dәnizin dibindәn üzә çıxdığını aşkar etmişdir.
1803-cü ildә Bakı sakini Qasımbәyin Bibi-Heybәt buxtasında sahildәn 18-30 km 
mәsafәdә qazdığı iki quyu vasitәsilә dәnizdәn neft hasil edilmişdir. 1872-ci ildә neft 
istehsalı vә satışı üçün iltizam üsulu lәğv edilir; neftli sahәlәrin vә mәdәnlәrin xüsusi 
şәxslәrә satışı üçün auksionlar tәşkil edilir; 1873-cü ildә Robert Nobel ilk dәfә Abşerona 
gәlir; Sәnaye üsulu ilә kütlәvi surәtdә neft quyuları qazılır; 
Hәştәrxan tacirlәri Artemyev qardaşları ilk dәfә qayıqlarla neftin Bakıdan Hәştәrxana 
daşınmasını tәşkil edirlәr;
1878-ci ildә Bibi-Heybәtdә ilk neft fontanı vurur. 1883-cü ildә Bakı neft emalı 
zavodlarından kerosinin ixracına başlandı vә 1885-ci ildә Rusiya bazarından Amerika 
kerosini sıxışdırılıb çıxarıldı. Belәliklә, nisbәtәn kiçik zaman әrzindә çox yüksәk iqtisadi 
artım olmuş, güclü sәnaye potensialı, neft hasilatı, onun emalı vә satılması üzrә çoxlu iri 
vә kiçik cәmiyyәtlәr yaranmışdı. Bakı neft sәnayesinin yaranmasında xarici kapital, 
birinci növbәdә fransız, sonralar isә ingilis kapitalı iştirak etmişdir.
Bakıda fransız kapitalının birinci nümayәndәsi 1883-cü ildә fәaliyyәtә başlayan 
Rotşildlәrin «Paris evi» olmuşdur. 1898-ci ildәn Bakıya gәlәn ingilis kapitalının 
nümayәndәsi Ceyms Vişau neft işi ilә mәşğul olmağa başlayır. Bakıya gәlәn Robert 
Nobel Qara şәhәrdә fotogen («açıq rәngli neft») zavodu alır. 1876-cı ildә neft hasilatı vә 
emalı üzrә «Nobel qardaşları» cәmiyyәti tәsis edilir, yeni neft emalı zavodu inşa edilir vә
oraya Balaxanı yatağından boru kәmәri çәkilir. Elәcә dә kiçik neft donanması yaradılır, 
bir sıra şәhәrlәrdә neft saxlama anbarları tikilir.
1897-ci ildә ‚Oleum‛, ‚Born‛ vә ‚Keçmiş Tağıyev, Şibayev vә K‛ ingilis şirkәtlәri 
yaradılır. 1898-ci ilә Rusiya neft istehsalı üzrә dünyada 1-ci yerә çıxır. Azәrbaycan 
Rusiyanın ümumimperiya neft hasilatının 95%-ni verir.
1899 – 1901-ci illәrdә Abşeronda dünyada әn yüksәk neft hasilatı (ildә 11,5 milyon 
ton), yaxud ümumdünya hasilatının 50-%-i әldә edilir. ABŞ-da ildә 9,1 milyon ton neft 
hasil olunur.
1901-ci ildә Bibi-Heybәt buxtasının torpaqlanması haqqında qanun qәbul edilir vә 350 
hektar sahә yalnız 20 ilә torpaqla örtülür.
Suraxanıda qaz hasil etmәk üçün ilk quyu qazılır. 1907-ci ildә dünyada әn uzun (833 
km) Bakı- Batumi boru kәmәri işә salınır. Suraxanı sahәsindә qara neft quyusu fontan 
vurur;
1911-ci ilә Suraxanıda ilk dәfә fırlanan qazma qurğusundan istifadә olunur.
1918-ci ildә «Near East» jurnalı yazırdı: «Bakı – dünyanın әn nәhәng neft mәrkәzidir.
Əgәr neft – kraliçadırsa, onda Bakı – onun taxtıdır».
Rusiya Sovet Federativ Sosialist Respublikasının Xalq Komissarları Sovetinin 1918-ci il 
1 iyun fәrmanı ilә neft sәnayesi millilәşdirildi. 1918-ci il avqust ayının 1-dә Azәrbaycan 
Demokratik Respublikası yaradıldıqdan sonra millilәşdirmә lәğv edildi.
Azәrbaycan neft sәnayesinin tarixindә 1920-1991-ci il illәr sahәnin inkişafında 
yenidәn millilәşdirilmә dövrü hesab olunur. Bu dövrdә dәniz neft hasilatı başlanmış, yeni 
neft yataqları – «Sahil limanı», «Darvin bankası», «Neft Daşları», «Qum adası», 
«Pirallahı» yataqları açılmışdır. Azәrbaycan müstәqillik qazanandan sonra neft 
sәnayesinin tarixindә kulminasiya nöqtәsi 1994-cü il sentyabrın 20-dә imzalanmış 
«Əsrin müqavilәsi» olmuşdur.


XIX әsrin II yarısında neft sәnayesinin inkişafı ilә әlaqәdar olaraq elmi-tәdqiqat 
işlәrinin aparılmasına maraq artır. Belә tәdqiqatçıların biri mәşhur rus alimi 
D.İ.Mendeleyev olmuşdur. Hәlә 1863-cü ildә alim Bakı neftinin öyrәnilmәsi ilә mәşğul 
olmuş, 1878- 1880-ci illәrdә isә Bakıda olarkәn burada neft sәnayesinin inkişaf 
sәviyyәsini yüksәk qiymәtlәndirmişdir: «Qafqazda neft sәnayesinin ABŞ- ın Pensilvaniya 
ştatına nisbәtәn daha geniş miqyasda vә yüksәk sәviyyәdә inkişafı üçün çoxlu tutarlı 
sәbәblәr vardır».
Xәzәr dәnizinin neft yataqlarının işlәnmәsi ilә mәşğul olan ilk geoloq alim 
D.Qolubyatnikov olmuşdur. O, Azәrbaycanda elmi fәaliyyәtini 1903-cü ildә başlamışdır. 
D.Qolubyatnikovun apardığı geoloji tәdqiqatlar 1907-ci ildә neft vә qaz yataqlarının 
aşkar edilmәsinin müqayisәli mәnzәrәsini tәsvir etmәyә imkan vermişdir, bu zaman әn 
qiymәtli tәklif Bibi- Heybәtdә neft yataqlarının işlәnmәsi idi. D.Qolubyatnikov 1924-cü 
ildә «Abşeron yarımadasının tәkindә neft ehtiyatlarının hesablanması» әsәrini çap 
etdirmişdir.Azәrbaycan neft geologiyasının inkişafında akademik İ.M. Qubkinin xidmәtlәri 
olduqca dәyәrlidir.
1918-ci ildә ABŞ-da elmi tәcrübә mübadilәsindәn sonrә Bakıya qayıdan İ.M.Qubkin 
Azәrbaycanın geoloji xidmәtin tәşkili vә inkişafı üçün xeyli işlәr görmüşdür. Onun 
kömәyilә Azәrbaycanın demәk olar ki, bütün neftli-qazlı rayonları tәdqiq olunmuş, bu 
rayonlarda geoloji-kәşfiyyat işlәri aparılmış vә konkret nәticәlәr әldә edilmişdir. 
Azәrbaycan geoloqları İ.M.Qubkinin rәhbәrliyi ilә kәşfiyyat vә axtarış işlәrini 
genişlәndirmiş, Qala, Lökbatan, Sulutәpә, Neftçala, Qaraçuxur, Zığ, Siyәzәn vә başqa 
yeni neft yataqlarını kәş etmişlәr. 
Neft geologiyasının bir sıra problemlәri-neftin mәnşәyi vә neft yataqlarının әmәlә 
gәlmәsi, neftli- qazlı hövzәlәr, palçıq vulkanları vә sair problemlәr ilk dәfә İ.M.Qubkin 
tәrәfindәn dәrindәn işlәnilmişdir. İM.Qubkin ilk dәfә olaraq Azәrbaycanın dәniz 
sahәlәrindә zәngin neft vә qaz yataqlarının olması ehtimalını irәli sürmüşdür. Hәmin 
sahәlәrdә sәmәrәli axtarış-kәşfiyyat işlәrinin aparılmasını mәslәhәt görmüşdür. 
Akademik İ.Qubkin SSRİ EA-nın azәrbaycan filialının sәdri seçilmiş vә bu filialın 
bazasında da 1945-ci ildә Azәrbaycan SSR Elmlәr Akademiyası yaradılmışdır.
Azәrbaycanda neft sәnayesinin millilәşdirilmәsi әrәfәsindә neftli horizontlar 6 sahәdә 
(Balaxanı- Sabunçu-Ramana, Bibiheybәt, Binәqәdi, Xırdalan, Suraxanı vә Pirallahı 
adasında) istismar edilirdi. 1930- cu illәrdә bir çox nüfuzlu alim, o cümlәdәn İ.M.Qubkin 
belә hesab edirdi ki, palçıq vulkanları kraterinin әtrafında neft quyusu qazmaq olmaz. 
Neftçi-geoloq B.Sultanov özünün zәngin istehsalat tәcrübәsi vә elmi düşüncәsi ilә sübut 
edir ki, palçıq vulkanı ilә mürәkkәblәşmiş sahәlәrdә, vulkan kraterinin lap yaxınlığında
da kәşfiyyat quyusu qazmaq olar. Lökbatan vulkanı kraterinin yaxınlığında onun tәklifi 
ilә qazılmış 45 nömrәli quyu 20 min tondan artıq gündәlik hasilatla fontan vuraraq 
mәşhur Lökbatan yatağını açmışdır. Halbuki o zaman belә zonalarda kәşfiyyat quyuları 
qazmaq tәhlükәli sayılır vә qәti qadağan edilirdi. Elә buna görә dә akademik İ.M.Qubkin 
B.Sultanova haqq qazandıraraq yazmışdı: ‚…Palçıq vulkanları haqqındakı tәsәvvür bu 
vaxtadәk başqa idi. Bu mәsәlәdә bir-birinә tamamilә әks baxışlar mövcud idi. Hәmin 
mәsәlә barәdә bir sıra alimlәrin qılıncları dәfәlәrlә çarpazlaşmışdı. Palçıq vulkanizminin 
neftliliklә sıx әlaqәsi haqqında geoloq Sultanovun mülahizәsi tәcrübәlәrlә (faktlarla), 
xüsusәn Lökbatanın әtәyindәki fontanla özünü doğrultmuşdur.Ə.İ.Tağıyevin rәhbәrlik 
etdiyi Eksperimental Turbin Qazıma Kontorunun (ETQK) işlәri sayәsindә dünya qazma 
praktikasında ilk dәfә olaraq yüksәk dövriyyә ilә kürәvi baltalarla bәrk süxurların 
qazılmasının sәmәrәsi sübuta yetirilmişdir. Belә baltaların tәtbiqi sonralar Şәrq neft 
yataqlarının inkişafının yüksәk sürәtini tәmin etmişdir. Eyni zamanda turbin qazıma 


üsulu üçün ilk növbәdә xüsusi üçkürәvi baltaların yaradılması zәruriliyi dә sübut 
edilmişdir.
Neft, neft mәhsulları vә bir sıra yağların fiziki xüsusiyyәtlәrinin öyrәnilmәsi üzrә 
Azәrbaycanda ilk tәdqiqatları V.P.Juze vә V.İ.Tixomirov aparmışlar. Azәrbaycanda әsaslı 
fundamental tәdqiqatlar sahәsindә görkәmli alimlәr Ə.B.Süleymanov, A.A.Abaszadә, 
Ə.C.Əmirov,S.A.Orucov, M.H.Ramazanzadә, B.Ə.Hacıyev, M.Seyid-Rza, X.B.Yusifzadә, 
F.İ.Sәmәdov, Əhmәdov Z.M., T.M.Mәmmәdov vә başqalarının apardıqları elmi- tәdqiqat 
işlәrini göstәrmәk olar.
1942-ci ildә görkәmli neft-kimyaçı alim, akademik Yusif Mәmmәdәliyevin rәhbәrliyi 
altında xlor törәmә metan vә etanın sintez metodları işlәnib hazırlanmışdır. Yusif 
Mәmmәdәliyev neft qazları әsasında aviasiya benzinlәri üçün çox qiymәtli yüksәk oktanlı 
komponentlәrin alınması metodunu yaratmışdır. Görkәmli alimin rәhbәrliyi altında 
Azәrbaycan alimlәri neft xammalından toluolun yeni sintez metodunu yaratmış vә tәtbiq 
etmişlәr. Bu metod partlayıcı maddәlәrin alınması üçün toluolun miqdarını әhәmiyyәtli 
dәrәcәdә artırmışdır ki, bu da SSRİ müdafiә sәnayesinin inkişafında çox böyük rol 
oynamışdır. 1950-ci ilin әvvәllәrindәn başlayaraq akademik A.X.Mirzәcanzadә vә onun 
elmi mәktәbi, akademiklәr M.T.Abasov, Q.N.Cәlilov, Ş.F.Mehdiyev, A.Ə.Əlizadә çox 
böyük fundamental tәdqiqatlar aparmışlar.
Akademik A.X.Mirzәcanzadә özlü-plastik mayelәrin süzülmәsinin fenomenoloji 
nәzәriyyәsinin işlәnilmәsi; neftin hasilatı vә nәqli proseslәrindә qeyri-nyüton sistemlәrinә 
nәzarәt vә idarә edilmәsi mәsәlәlәrinin geniş dairәdә hәllinә yeni yanaşmalar; neft vә 
qazın süzülmәsi zamanı başlanğıc tәzyiq qradiyentinin tәzahürlәrinin tәdqiqi; qaz-
kondensat sistemlәrinin süzülmәsi; qazıma işlәrinin nәzәriyyәsi vә tәcrübәsi mәsәlәlәri; 
fiziki-kimyәvi mexanika; surәtlәrin tanınması nәzәriyyәsi; riyazi statistika vә tәcrübәnin 
planlaşdırılması; oyun nәzәriyyәsi vә qәrar qәbul edilmәsi; avtomatik idarәetmә 
nәzәriyyәsini vermişdir.. O, neft-qaz hasilatı proseslәrinә nәzarәt vә idarәetmәnin bir 
sıra yeni üsullarının işlәnilmәsinә imkan verәn qeyri-xәtti vә qeyri-tarazlıqlı effektlәrin ilk 
tәdqiqatçısı olmuşdur. Akademik A.X.Mirzәcanzadә vә onun elmi mәktәbinin apardığı 
tәdqiqatlarda quyuların qazılması, işlәnmәsi vә istismarı, neftin nәqli vә s. sahәlәrdә 
nәzәri vә tәcrübi problem mәsәlәlәrin hәlli öz әksini tapmışdır. Ona görә dә, Respublika 
neft sәnayesindә böyük elmi potensialın yaranmasında görkәmli neftçi alim, akademik 
A.X.Mirzәcanzadәnin son 50 il әrzindә ilk dәfә olaraq özlü-plastik mayelәrin 
fenomenoloji nәzәriyyәsini işlәmiş vә ümumilәşdirilmiş Darsi qanununu kәşf etmişdir. 
Akademik 1960- illәrdәn başldayaraq özlü-plastik anomal sistemlәrin neftqazçıxarma 
sәnayesindә tәtbiqi problemlәri ilә mәşğul olmuş vә yüksәk nәticәyә nail olmuşdur. 
Elәcә dә, ilk dәfә olaraq neft-qaz hasilatında qeyri-nyuton sistemlәrin özlü- elastik 
xassәlәrinin mövcudluğunu sübut etmiş, hәmin neftlәrin çıxarılmasının nәzәri vә praktik 
әsaslarını işlәmişdir. O, dünya neftçıxarma tәcrübәsindә qaz-kondensat yataqlarının
işlәnmәsinin nәzәri әsaslarına dair ilk monoqrafiyanın müәllifidir. Daha sonra 
A.X.Mirzәcanzadә ilk dәfә olaraq tәzyiq qradiyentinin mövcudluğunu müәyyәn etmişdir. 
Uzun illәrdir ki, neft-qaz çıxarmada texnoloji proseslәrin mexanikasının problemlәri ilә, 
xüsusilә dә mürәkkәb şәraitdә quyuların işlәnmәsinin tәtbiqindә hidrodinamikanın tәtbiq 
mәsәlәlәrini keçmiş Sovet İttifaqının ayrı-ayrı neft rayonlarında müvәffәqiyyәtlә hәyata 
keçirmişdir. A.X.Mirzәcanzadәnin neft elmi vә nәzәriyyәsi keçmiş SSRİ-nin Qazaxıstan, 
Turkmәnistan, Tatarıstan, Başqırdıstan, Tümen, Uzaq Sibir vә Volqaboyu neft 
rayonlarında geniş tәtbiq olunaraq böyük iqtisadi sәmәrә vermiş vә bu iş davam 
etmәkdәdir. Bir sıra xarici ölkәlәrdә, o cümlәdәn Vyetnam, Koreya, Kuba, Rumıniya, 
Əlcәzair vә İraqda onun yaratdığı elmi potensial neft sәnayesinin inkişafına böyük tәkan 
vermişdir. Dünya neft elminin inkişafına yüksәk töhfәlәr verәn Azad Mirzәcanzadә hәlә 


1948-ci ildә ekologiya termini olmayan bir zamanda ekoloji problemlәrlә dәrindәn 
mәşğul olmuş vә ilk dәfә mәdәn sularında D.İ.Mendeleyev cәdvәlindә olan elementlәrin 
әksәriyyәtinin olduğunu söylәmişdir. Sonrakı elmi fәaliyyәtindә bunların elmi әsaslarını 
yaradaraq ideyanı reallaşdırmışdır. O, ilk dәfә mәdәn sularında gilli mәhlulun 
hazırlanmasının sәmәrәsini sübuta yetirmiş vә belәliklә dә tullantısız texnologiyanın 
bünövrәsini qoymuşdur. Akademik ilk dәfә olaraq tәcrübәnin riyazi nәzәriyyәsini 
qazmada, neft vә qaz yataqlarının işlәnmәsi vә istismarında vә nәqlindә hәyata 
keçirmiş, neft-qaz yataqlarının sinergetik tәhlilini vermişdir. Neft vә qaz yataqlarının 
işlәnmәsi, istismarı, qazıma, nәql, yığım vә digәr proseslәr staxostik (tәsadüfi) xarakterli 
vә çoxamilli proseslәrdir. Bu proseslәrin sәmәrәsinin artırılmasında akademik Azad 
Mirzәcanzadәnin müstәsna rolu olmuşdur. Belә ki, qumlu-gilli qarışıqlarda sәmәrәnin 
alınması süzülmә qanununun dәyişilmәsinә gәtirib çıxarmışdır. Digәr tәrәfdәn, neft-
kerosinә asfalt-qatran әlavә etmәklә yeni keyfiyyәt әldә edilmişdir. Hәm dә görkәmli 
pedaqoq olan akademik Azad Mirzәcanzadәnin yazdığı «Riyazi mozaika», «İxtisasa 
giriş», «Neft fizikasının paradoksları», «Yaradıcılıq haqqında düşüncәlәr», «Tәhsilin 
humanistlәşdirilmәsi haqqında etüdlәr», «XXI әsrә aparan yol», «Musiqili mozaika» vә 
s.elmi-populyar әsәrlәri bu gün tәlәbәlәrin, neftçi vә digәr peşә mühәndislәrinin
alimlәrin stolüstü kitablarıdır.
Azәrbaycanın, elәcә dә keçmiş Sovet İttifaqının neft sәnayesinin inkişafında 
Azәrbaycan Elmi- Tәdqiqat vә Layihә Konstruktor Neft Maşınqayırması İnstitutunun 
alimlәrinin dә böyük xidmәtlәri olmuşdur.
Kimya, neftkimya sәnayesi vә әtraf mühitin ekologiyası sahәlәrinin inkişafında 
akademik S.F.Qarayevin çox mühüm xidmәtlәri olmuşdur. Qeyd odunan sahәlәrdә 
akademikin çoxsaylı monoqrafiyaları, dәrslik vә dәrs vәsaitlәri Azәrbaycanda, yaxın vә 
uzaq xarici ölkәlәrdә nәşr olunmuşdur. S.F.Qarayevin dәniz neft sәnayesinin inkişafı, 
Xәzәr dәnizinin neftlә çirklәnmәsinin texnogen nәticәlәrinin aradan qaldırılması vә digәr 
problem mәsәlәlәrin hәlli üçün çox mühüm rol oynayan dәyәrli elmi әsәrlәri vardır. 
Onun aldığı kimyәvi reagent vә reaktivlәr, ixtira vә patentlәr, Respublikada vә xarici 
ölkәlәrdә keçirilәn konfrans vә simpoziumlarda etdiyi çıxışlar yuxarıda qeyd olunan 
sahәlәrin inkişafı üçün böyük töhfәdir. Azәrbaycan neft sәnayesi özünün mövcud olduğu 
bütün dövr әrzindә maksimum neft istehsalı sәviyyәsinә nail olaraq 1941-ci ildә 23,5 
milyon ton «qara qızıl» çıxarmışdır. Müharibә illәrindә neft hasilatı sutkada 330000 
tona enmiş vә 1944-cü ildә tәxminәn 11500 ton tәşkil etmişdir ki, bu da 1932-ci ilin 
hasilat sәviyyәsinә uyğundur.
1969-cu ildәn respublikanın xalq tәsәrrüfatının digәr sahәlәrindә olduğu kimi, neft 
sәnayesinin inkişafında da yeni mәrhәlә başlandı. Nöqsanların aradan qaldırılmasına vә 
sәnayenin ayrı-ayrı sahәlәrinin inkişaf sürәtinin xeyli artırılmasına yönәlmiş yeni tәdbirlәr 
proqramı hazırlanıldı. Azәrbaycan KP MK-nın 1970-ci il dekabr plenumunda Mәrkәzi 
Komitәnin birinci katibi Heydәr Əliyevin mәruzәsindә ötәn beşillikdә Respublikanın neft 
sәnayesinin işinin dәrin tәhlili verilmiş, sәnayenin bu qabaqcıl sahәsindә uzunmüddәtli 
geriliyin vә yaranmış gәrgin vәziyyәtin әsl sәbәblәri açılıb göstәrilmişdir.
Neft hasilatı sәnayesinin inkişafı üçün hәr il xeyli dәrәcәdә әsaslı vәsait qoyuluşu 
hәyata keçirilsә dә bunların sәmәrәsi olmurdu. Tәkcә 1960-1970-ci illәrdә neft hasilatı 
sәnayesinә әsaslı vәsait qoyuluşu Respublika sәnayesinә bütün әsaslı vәsait 
qoyuluşunun tәxminәn 45 faizini tәşkil etmişdir. Sәkkizinci beşillikdә xüsusәn ağır 
vәziyyәt yaranmışdı: altıncı beşilliklә müqayisәdә yeddinci beşillikdә neft hasilatı 18,8 
milyon ton tәşkil etmişdi. Artımın bu qәdәr kәskin şәkildә aşağı düşmәsi onunla izah 
olunurdu ki, 1966-cı ildәn sonra neft hasilatı ildәn-ilә azalmağa başlamışdı; 4 il әrzindә 


artımın aşağı düşmәsi 1,5 milyon tondan çox olmuşdu. Heydәr Əliyevin mәruzәsindә 
göstәrilmişdir ki, hasilatın sәviyyәsi, neft vә qaz ehtiyatlarının artımı, demәli neft 
sәnayesinin inkişafı qazıma işlәrindәn birbaşa asılı vәziyyәtdә olmuşdur. Qeyd 
olunmuşdur ki, 1966-1970-ci illәr әrzindә quyularün qazılması hәcmi 1 milyon metr 
aşağı düşmüşdür. Qazıma işlәrinin başa çatdırıldığı 72 quyudan 84-ü vә ya 31 faizi 
layihә sәviyyәsinә çatdırılmışdır. Qazımada tәqvim müddәtinin tәxminәn yarısı qәzaların 
aradan qaldırılmasına vә tәşkilat xarakterli boşdayanmalara sәrf olunmuşdur. Bu isә 
planların yerinә yetirilmәmәsinә sәbәb olurdu. 1971-ci ilin mart 11-dә neftçilәrin vә 
sahәnin alimlәri qarşısında Respublika rәhbәri H.Əliyev çıxış edәrәk demişdir: 
«Xәzәrdәnizneft» vә «Azәrneft» birliklәrinin mühәndis-texniki işçilәri, geoloqları vә 
rәhbәrlәrindәn tәlәb olunur ki, geoloji kәşfiyyat vә qazıma işlәrinin, xüsusәn dә mezozoy 
çöküntülәrindә bu işlәrin yaxşılaşdırılması yolu ilә köhnә sahәlәrdә neft hasilatının 
sabitlәşdirilmәsi üçün tәxirәsalınmaz tәdbirlәr hәyata keçirsinlәr, gәlәcәkdә neft vә qaz 
hasilatının artırılmasını tәmin etmәk üçün onların ehtiyatlarını artırsınlar. Bu zaman neft 
vә qaz yataqlarının işlәnmәsinә xüsusi diqqәt yetirilmәlidir». 1994-cü il sentyabrın 20-
dә Azәri, Çıraq, Günәşli (dәrinsulu hissә) neft yataqlarının birgә işlәnmәsi vә hasilatın 
pay bölgüsü üzrә beynәlxalq saziş imzalandı. 1997-ci ildә Bakı-Novorossiysk Şimal İxrac 
Boru kәmәri, 1999-cü ildә isә Bakı-Supsa Qәrb İxrac Boru kәmәri istifadәyә verilmişdir. 
Dünyada mövcud olan әn uzun «Dostluq» neft kәmәrinin uzunluğu 5327 km- dir. Bu 
kәmәr vasitәsilә xam neft Rusiyadan Avropa ölkәlәrinә nәql olunur. ABŞ-da da böyük 
magistral neft kәmәrlәri inşa olunmuşdur. Mәşhur Transalyaska neft kәmәri ilә Alyaska 
ştatı әrazisindәn Sakit okean sahili boyunca ölkәnin qәrb ştatlarına neft nәql edilir. 
Dünyanın Qәrb yarımkürәsindә әn uzun neft kәmәrlәrindәn biri olan bu boru vasitәsilә 
ABŞ-ın xam neftә olan tәlәbatının bir hissәsi tәmin olunur. 2001-ci ilin 16 avqust 
tarixindә Azәrbaycan Respublikasının Prezidenti Heydәr Əliyevin Fәrmanı ilә 20 
sentyabr ‚Neftçilәr günü‛ Peşә bayramı tәsis olunmuşdur. 2006-ci il 28 may tarixindә ilk
neft Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kәmәri ilә Ceyhan limanına çatmışdır. 2007--ci 
il 3 iyul tarixindә ‛Şahdәniz‛ yatağından hasil edilәn tәbii qaz Bakı- Tbilisi-Ərzurum 
Cәnubi Qafqaz Boru Kәmәri ilә Türkiyәnin qaz sisteminә daxil olmuşdur.
Hazırda istismarda olan Bakı-Tbilisi-Ceyhan neft kәmәri (uzunluğu 1730 km, o 
cümlәdәn Azәrbaycan sahәsi 465 km, Gürcüstan - 255 km, Türkiyә - 1010 km, diametri 
48 düymә vә ya 1020 mm, maye buraxma qabiliyyәti ildә 60 milyon ton) Azәrbaycan 
neftinin dünya bazarlarına çatdırılmasında mühüm rol oynayır.
«Əsrin müqavilәsi»nin onunsu ildönümünün haqqında Azәrbaycan Respublikasının 
keçirilmәsi Prezidentinin sәrәncamında deyilmişdir:
Xalqımızın ümummilli lideri Heydәr Əliyevin rәhbәrliyi altında hazırlanmış, sonradan 
isә beynәlxalq alәmdә yüksәk qiymәtlәndirilmiş vә haqlı olaraq ‚Əsrin müqavilәsi‛ adını 
qazanmış bu Saziş qanun qüvvәsinә minәrәk Respublikamızın salnamәsinә qızıl hәrflәrlә 
hәkk olundu vә Heydlәr Əliyevin neft strategiyasının şanlı sәhifәsini açdı.
Bu tarixi hadisә xalqımızın yaddaşında әbәdi yaşayacaq. Müstәqilliyini bәrqәrar edәn 
Azәrbaycan Respublikası öz sәrvәtlәrinә tam sahib olduğunu dünyaya bir daha әyani 
şәkildә bәyan etdi. Postsovet mәkanında yaranmış dövlәt ilk dәfә Qәrbin iri neft 
şirkәtlәri ilә belә böyük miqyasda Saziş imzalamaqla, Xәzәr dәnizindә beynәlxalq 
әmәkdaşlığın әsasını yaratdı. Bununla da Prezident Heydәr Əliyev o dövrün böhranlı 
sosial-iqtisadi şәraitindә növbәti dәfә böyük siyasi cәsarәt, dönmәz iradә, dәqiq iqtisadi 
hesablama vә dәrin müdriklik nümayiş etdirәrәk müstәqil Azәrbaycanın yeni neft 
doktrinasını irәli sürdü.


Ötәn zaman kәsiyindә ‚Əsrin müqavilәsi‛Azәrbaycanın iqtisadi müstәqilliyinin tәmәl 
daşına çevrilәrәk azad iqtisadi mexanizmlәrin tәtbiq edilmәsini vә respublikamızın dünya 
iqtisadiyyatına dinamik inteqrasiyasını tәmin etdi, xarici investorların ölkәmizә axınını 
sürәtlәndirdi vә Azәrbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü tәkan 
verdi.

Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə