Dərs vəsaiti neft-qaz sənayesiNİN İNKİŞaf məRHƏLƏLƏRİ


Fontan vuran neft və qaz quyularında quraşdırılan armaturların tipik sxemləri



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə8/71
tarix20.10.2023
ölçüsü2,64 Mb.
#128652
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   71
Hasilat pdf

Fontan vuran neft və qaz quyularında quraşdırılan armaturların tipik sxemləri 
Üç boğazlı : a – Piş= 7; 14; 21 MPa; b– Piş= 14; 21; 35 MPa;
Dörd boğazlı: c – Piş= 14; 21; 35 MPa; ç– Piş= 50; 70; 105 MPa;
1- manometr; 2- üçgedişli kran; 3-manometr altında bufer flansı; 4-siyirtmә; 5-üç 
boğaz; 6-bağlayıcı qurğu, ştrixlә göstәrilmiş bağlayıcı qurğu-quyunu bağlamadan 
dәrinlik parametrlәrinin ölçülmәsi işlәrinin aparılması üçün qoyulur; 7-boru başlığının 
keçiricisi, 8-istismar kәmәrinin flansı (14 MPa dәr armaturlar üçün çarpaz (dörd boğaz) 
flqәanslar tәtbiq edilir) ; 9 – boru kәmәri; 10 –yolkanın çarpazı (dörd boğazı). 
Fontan armaturları 7; 14; 21; 35; 70 vә 105 MPa işçi tәzyiq üçün buraxılır; 7; 14; 21 vә 
35 MPa armaturları ikiqat, 70 vә 105 MPa armaturları isә 1,5 dәfә işçi tәzyiqdәn artıq 
tәzyiqdә sınaqdan keçirilir.
Adi fontan quyuları üçün әsasәn 7-35 MPa işçi tәzyiqli armaturlar, dәrin vә qeyri-adi 
(anomal) yüksәk tәzyiqli daha dәrin quyular üçün isә 35 -105 MPa işçi tәzyiqli 
armaturlar tәtbiq edilir.
Fontan vuran neft vә qaz quyuları üçün armaturların tipik sxemlәri şәkildә 
göstәrilmişdir. Onlar iki tәrtibatda hazırlanır: üçboğaz vә çarpaz (dörd boğaz) tipli. 
Armatura әvәzedici yan bağlayıcı qurğuların ( siyirtmә, kranlar vә s.) әlavә edilmәsinә 
icazә verilir. İki cәrgә NKB-nin asılması üçün bütün sxemlәrdә çarpaz (9) vә keçirici (11) 
flans arasında quraşdırılan üçboğaz vә bağlayıcı avadanlıqlardan tәşkil edilmiş әlavә 
qurğu ilә boru başlığının yerinә yetirilmәsinә icazә verilir.
14 MPa işçi tәzyiqә hesablanmış üç boğaz tipli yığılmış (kәmәr başlıqsız) fontan 
armaturu şәkil 6.14- dә göstәrilmişdir. O boru başlığı vә 50 mm şәrti diametrli (faktiki 
diametr 52 mm–dir) keçid gövdәli fontan yolkasından tәrtib edilmişdir. Armatur iki 
cәrgәli lift borularının asılması üçün nәzәrdә tutulub: birinci cәrgәnin diametri - 114 
mm, ikinci cәrgәnin diametri - 73 mm.
Boru başlığı kәmәr başlığının yuxarı flansına (1) quraşdırılan çarpazdan (2), üç boğaz 
(3) vә ikinci cәrgәnin qaldırıcı borularının asıldığı quyu ağzı keçid sarğacından (4) tәrtib 
edilib. Çarpazın iki yan ayırması var: onlardan birinә keçid diametri 52 mm olan iki 
siyirtmә (ardıcıl) o birinә isә keçid diametri 52 mm olan bir siyirtmә bağlanılır. Qaydaya 
әsasәn sol ayırma boruarxası tәzyiqә nәzarәt üçün, sağ ayırma isә müxtәlif әmәliyyatlar 
(quyudibi zonaya tәsiretmә, yuma vә s.) üçün nәzәrdә tutulur. Üç boğaz (3), 114 mm 
yivli nippelin kömәkliyi ilә birinci cәrgәnin borusunun asılması üçün nәzәrdә tutulur. 
Adәtәn bu ayırmadan (quyunun işә salınmasında vә ya qazlift istismarında sıxılmış qazın 
(havanın) vurulmasında aerasiya işi yerinә yetirilir.
Fontan yolkası mәrkәzi siyirtmә (7), iki әdәd üçboğaz (8), bufer siyirtmәsi vә atqı xәtti 
(çıxış) siyirtmәlәrindәn tәrtib edilir. Üç boğaz tipli armaturda çıxış (atqı) xәtti adәtәn iki 


olur. Qaydaya әsasәn quyunun istismarında yuxarı atqı xәtti istifadә olunur, aşağı atqı 
xәtti isә ehtiyatda qalır. Ştuserlәrin yoxlanması, dәyişdirilmәsi vә tәmir işlәrinin yerinә 
yetirilmәsi zamanı quyu mәhsulu ehtiyat atqı xәttinә yönәldilir.

Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə