Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə40/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   72

 
 
120 
 
  
İ
ŞIĞIN QAYITMA QANUNU 
 
 
 
 
 
 
Biz  cismi  nә  üçün  görürük?  Üzərinə  düşən  şüaları  qaytardığına  görə  biz  cismi 
görürük. Müxtəlif cisimlərin işığı qaytarması da müxtəlifdir.  Müstəvi güzgünün səthinə 
paralel düşən işıq şüaları paralel olaraq qayıdır. Göz 1 nöqtəsində olduqda qayıdan şüalar 
3.5 
 “İşıqlı ləkənin” yaranmasına 
səbəb nədir? 
 
Günəşli gündə güzgü vasitəsilə di-
vara, döşəməyə və ya tavana “işıq 
ləkəsi” salmaq mümkün olduğu 
hamıya məlumdur. 
 
 Rəsm tablosunu müşahidə etdikdə oradakı 
təsvir bizə həmişə yaxşı görünürmü? 
 Nə üçün tabloya müxtəlif bucaq altında 
baxdıqda təsvirlərdəki rənglər gah aydın və 
parlaq, gah da tutqun və qarışıq görünür? 
 
Rəssamın çəkdiyi əsərə 
baxdıqda oradakı təsvir və 
rənglərə heyran oluruq. 
 
S.Bəhlulzadə. “Qovunlar” 
 
İşıq güzgüdən necə qayıdır?
Təchizat: düzbucaqlı karton parçası, marker, xətkeş, lazer 
fənəri, müstəvi səthli güzgü.  
İşin gedişi:  
1. Kartonun orta hissəsində tərəflərindən birinə perpendikul-
yar olmaqla qırıq  xətt çəkin.  
2. Kartonun yan tərəflərini şəkildə göstərildiyi kimi düzgün qatlayıb güzgü-
nün səthində elə yerləşdirin ki, onun üzərindəki qırıq xətt güzgü səthinə 
perpendikulyarı istiqamətdə olsun (
a
). 
3. Lazer şüasını karton boyunca perpendikulyarın güzgüyə toxunan nöqtəsinə yönəldin. 
Şüanın güzgüdən necə qayıtmasına diqqət edin. 
4. Güzgünün səthinə düşən şüa ilə perpendikulyar arasındakı bucağı (düşmə bucağını) 
dəyişməklə güzgüdən qayıdan şüa ilə bu perpendikulyar arasındakı bucağın (qayıtma 
bucağının) necə dəyişdiyini izləyin. 
Nəticəni müzakirə edin:  
  Demək  olarmı  ki,  güzgünün  səthinə  düşən  şüa,  qayıdan  şüa  və  şüanın  düşmə  nöq-
təsindən səthə qaldırılan perpendikulyar bir müstəvi üzərindədir? 
  düşmə bucağı ilə və  qayıtma bucağı arasında hansı münasibəti müşahidə etdiniz? 
 İşığın müstəvi güzgüdən qayıtma hadisəsi üçün hansı ümumi nəticəyə gəlmək olar? 
 
 
Araşdırma
1
(a)
LAYİHƏ


 
 

121 
 
•  III  fəsil  •  
İşıq hadisələri

gözə düşür və güzgü görünür. Lakin göz 2 və 3 nöqtələrində olduqda isə güzgü gö-
rünməz olur, çünki qayıdan şüalar gözə düşmür (
b
). Belə qayıtma güzgü qayıtması ad-
lanır. İşıq şüalarının sakit su səthindən qayıtması da güzgü qayıtmasıdır (
c
)
 
İşıq  düşən  cismin  səthi  kələ-kötür  ol-
duqda  onun  üzərinə  paralel  düşən  şüalar 
müxtəlif istiqamətlərə səpilir. Şüaların cis-
min səthindən belə əks etməsi diffuz qayıt-
ma  və  ya  şüaların sәpilmәsi  adlanır  (
d
)
Dənizin səthində müşahidə olunan “Ay yo-
lu” işığın diffuz qayıtmasıdır (
e
)
İşığın  qayıtması  hansı  qanuna  tabe-
dir? 
İşığın qayıtma qanununu  apardığınız 
araşdırmadan müəyyən etdiniz:  
 Düşәn  şüa, qayıdan  şüa vә düşmә 
nöqtәsindәn sәthә qaldırılan perpendikul-
yar bir müstәvi üzәrindәdir. Qayıtma buca-
ğı düşmә bucağına bәrabәrdir: β = α (
f
)
Düşәn şüa – işıq mənbəyindən güzgünün 
səthində  müəyyən  nöqtəyə  düşən,  qayıdan 
şüa isə həmin nöqtədən əks edən şüadır. 
Düşən  şüa  ilə  perpendikulyar  arasında 
qalan bucaq (α bucağıdüşmә bucağı, qa-
yıdan şüa ilə həmin perpendikulyar arasın-
da  qalan  bucaq  (β bucağı)  isә qayıtma 
bucağı adlanır. 
 
 
 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Təchizat: optik disk, müstəvi 
güzgü. 
İşin gedişi:  
1. Müstəvi güzgünü optik diskin 
mərkəzinə bərkidin və mənbə-
dən çıxan işıq şüasını güzgü-
nün mərkəzinə elə yönəldin ki, 
düşmə bucağı 30° olsun. Şüa-
nın qayıtma bucağını təyin 
edin.   
2. İşıq mənbəyini disk boyunca hərəkət etdirməklə düşmə bucağının 45°, 50°, 60° və s. 
qiymətlərinə uyğun qayıtma bucağını təyin edin. 
Nəticəni müzakirə edin:  
 Apardığınız təcrübədən nə aşkar etdiniz? 
 
 
Araşdırma
2
Cihazın tәsviri: Optik disk – 
üzәrindә bölgülәri olan 
dairәvi lövhәdir. Bölgülәr 
uyğun bucaqlara görә 
dәrәcәlәnmişdir. Diskin 
kәnarına hәrәkәt edә bilәn 
işıq mәnbәyi bәrkidilmişdir. 
Mәnbә nazik işıq dәstәsi 
şüalandırır (
h
).   
(b)
(d)
(f)
(e)
(c)
(h)
LAYİHƏ


 
 
122 
 
  
 
1. İşığın güzgü qayıtması onun diffuz qayıtmasından nə ilə fərqlənir? 
2. Güzgünün səthinə düşən Günəş şüası üfüqlə 
=46° bucaq təşkil edir (
k
). Güzgüdən əks 
edən şüanın qayıtma bucağını təyin edin. 
 
 
3. Düşən şüa ilə qayıdan şüa arasındakı bucaq 80°. Düşmə bucağını təyin edin. 
4. Verilən şəkilləri iş vərəqinə çəkin və onların hər birinə uyğun olaraq düşən, yaxud qayıdan 
şüalarını qurun. 
 
 
 
 
 
 
• 
İş vərəqində “İşığın qayıtma qanu-
nu”na tərif yazın və digər açar söz-
ləri verilən sxemdə uyğun nöqtələ-
rin yerində qeyd edin. 
Açar sözlər: 
 Düşən şüa Qayıdan şüa  Düşmə 
bucağı  
 Qayıtma bucağı Düşmə nöqtəsindən 
səthə qaldırılan perpendikulyar
 
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
 
(k)
=46°
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə