Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə43/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   72

 
 

129 
 
•  III  fəsil  •  
İşıq hadisələri

İşıq  şüaları  qabarıq  güzgünün  səthinə  baş 
optik oxa nəzərən paralel düşdükdə qayıdan şü-
alar  səpilir.  Qayıdan  şüaların  uzantıları  güz-
günün  arxasında  yerləşən  müəyyən  nöqtədə 
kəsişir. Həmin nöqtə qabarıq güzgünün baş fo-
kusu adlanır (
e
). Qabarıq güzgünün baş fokusu 
mövhumidir, çünki bu nöqtədə güzgüdən qayı-
dan  şüaların  özləri  yox,  onların  uzantıları 
kəsişir. 
– Baş optik oxa perpendikulyar olmaqla baş 
fokus nöqtәsindәn keçәn müstәviyә güzgünün 
fokal müstәvisi deyilir.  Bütün  optik  oxların 
fokal  müstəvi  ilə  kəsişdiyi  nöqtə  həmin  oxa 
görə güzgünün fokusudur.  
–  Baş fokusdan güzgünün tәpә nöqtәsinә 
qәdәrki mәsafә (FT mәsafәsi) güzgünün fokus 
mәsafәsi adlanır vә ilә işarә olunurBu mә-
safә sferik güzgünün әyrilik radiusunun 
yarısına bәrabәrdir:  
2
. 
Sferik  güzgülәrin  praktikada  istifadәsi
Praktikada ən çox çökük sferik güzgülər tətbiq 
olunur. Bu güzgülər paralel şüalar almaq və ya 
şüaları toplamaq məqsədi ilə istifadə edilir. Çö-
kük güzgüdə paralel şüalar almaq üçün lampa 
onun  fokusunda  yerləşdirilir.  Lampanın  telin-
dən çıxan işıq reflektor (“reflektor” sözü “qay-
tarıcı”  mənasında  işlənir)  adlandırılan  çökük 
güzgüdən onun baş optik oxuna paralel olaraq 
qayıdır.  Güzgünün  bu  xassəsindən  avtomobil 
faralarında,  cib  fənərində,  mayak  və  projek-
torda istifadə olunur (
f
)
Bəzən  paralel  düşən  şüaları  fokuslamaq 
(toplamaq)  lazım  gəlir.  Bildiyiniz  kimi,  güz-
güyə paralel düşən şüalar onun fokusunda top-
lanır.  Çökük  güzgünün  bu  xassəsindən  teles-
kop-reflektorda istifadə olunur.  
Teleskop  –  uzaqda  olan  göy  cisimlərini 
(ulduzları,  planetləri,  asteroidləri  və  s.)  müşa-
hidə etmək üçün tətbiq edilən cihazdır. Şəkildə 
reflektorunun diametri 2 m olan Şamaxı Astro-
fizika  Rəsədxanasındakı  teleskop  və  ondakı 
şüaların yolu təsvir edilmişdir (
g
)
Baş 
optik 
ox 
(c)
(d)
(e)
O
 
F
 
T
T 
(f)
 
LAYİHƏ


 
 
130 
 
 
 
 
 
 
  
 
1. Çökük güzgüdə hansı nöqtə onun fokusu adlanır? 
2. Qabarıq güzgüdə hansı nöqtə onun fokusu adlanır? 
3. Çökük güzgüdən harada istifadə edilir? Misallar göstərin.  
4. Sferik güzgünün neçə fokus nöqtəsi var? 
5. İnternet resursundan istifadə etməklə Şamaxı Astrofizika Rəsədxanasındakı teleskop-
reflektor  haqqında qısa məlumat hazırlayın. 
(
g)
 
 
Yaradıcı tәtbiqetmә 
 
Sferik güzgüdə işığın qayıtma 
hadisəsini izləyək. 
Təchizat: optik disk. 
İşin gedişi:  
1. Çökük güzgünü diskin mərkəzində 
yerləşdirin və işıq mənbəyindən onun 
üzərinə bir-neçə paralel şüa yönəldin. 
Bu zaman işıq mənbəyini disk bo-
yunca hərəkət etdirərək elə tənzim-
ləyin ki, orta şüa qayıtdıqdan sonra 
düşdüyü istiqamətin əksinə yönəlsin 
(180°).  Kənar paralel şüaların 
kəsişmə nöqtəsinə diqqət edin (
h
).  
2. Təcrübəni qabarıq güzgü ilə təkrarlayın: güzgünü diskin mərkəzində yerləşdirib 
üzərinə bir-neçə paralel şüa yönəldin. Güzgünün baş optik oxu boyunca  və ona 
paralel düşən şüaların qayıtdıqdan sonra getdikləri yollara diqqət edin (
k
)
Nəticəni müzakirə edin:  
 Çökük və qabarıq güzgülərə baş optik ox üzrə düşən şüa hansı istiqamətdə qayıdır? 
 Bu güzgülərin səthinə paralel düşən şüaların sonrakı yollarında hansı qanunauyğun-
luq müşahidə olundu? 
 
 
 
Araşdırma
2

 Verilən açar sözlərdən istifadə etməklə iş vərəqində qısa 
izah yazın. 
Açar sözlər: 
Sferik güzgü  çökük güzgü  qabarıq güzgü  
 baş optik ox  güzgünün baş fokusu  fokal müstəvi   
 əyrilik mərkəzi  fokus məsafəsi  reflektor  teleskop
 
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
 
(h)
(k) 
LAYİHƏ


 
 

131 
 
•  III  fəsil  •  
İşıq hadisələri

  S
FERİK GÜZGÜDƏ XƏYALIN QURULMASI 
 
 
 
Sferik güzgünün qaytardığı ixtiyari şüanın yolunu bilməklə istənilən cismin xə-
yalını qurmaq mümkündür. Bu məqsədlə cismin kənar nöqtələrinin xəyalı qurulur. 
Kənar nöqtələrdən çıxan şüalar elə seçilir ki, onların güzgüdən qayıtdıqları yolları 
qurmaq asan olsun. Bu baxımdan cismin B kənar nöqtəsinin xəyalını qurmaq üçün 
aşağıdakı şüaların seçilməsi əlverişlidir (
a
):  1. Güzgünün optik mәrkәzindәn keçәn 
1 şüası. Optik mərkəzdən keçən bu şüa güzgünün səthinə hansı yolla düşürsə, həmin 
yolla da qayıdır (1
 şüası). 2. Güzgünün fokusundan keçәn 2 şüası. Bu şüa güzgüdən 
baş optik oxa paralel qayıdır (2
).  3. Güzgünün qütb nöqtәsinә düşәn şüası hәmin 
nöqtәdәn simmetrik qayıdır (3
 şüası).  4. Güzgünün baş optik oxuna paralel olan 4 
şüası. Bu şüa qayıtdıqdan sonra güzgünün fokusundan keçir (4
  şüası). 
 
Beləliklə, bütün qayıdan bu şüalar cismin B nöqtəsinin xəyalı olan B
 nöqtəsindən 
keçir.  Ona  görə  də  xəyalqurma  sxeminin  sadəliyi  üçün  yuxarıda  qeyd  edilən 
şüalardan ixtiyari ikisindən istifadə etmək kifayətdir. 
Qeyd edək ki, cismin baş optik ox üzərində olan kənar A nöqtəsinin xəyalı da (A
 
nöqtəsi) baş optik oxun üzərində alınır (bax: 
a
).  
Çökük güzgüdә xәyalın qurulması. Cisim məsafəsi ilə güzgünün fokus məsa-
fəsi arasında münasibətin d 
 F olduğu bütün hallarda çökük güzgü cismin həqiqi 
xəyalını  verir,  çünki  xəyal  qayıdan  şüaların  kəsişməsindən  alınır.  Cisim  məsafəsi 
onun fokus məsafəsindən kiçik olduğu (d 
 F) halda isə çökük güzgüdə cismin möv-
humi xəyalı alınır, çünki cismin xəyalı qayıdan şüaların özlərinin deyil, uzantılarının 
güzgünün arxasında kəsişməsindən yaranır. 
Çökük güzgüdə cismin dörd halda həqiqi, bir halda mövhumi xəyalı alınır və bir 
halda isə xəyal alınmır: 
1. Cisim sonsuzluqda olduqda: d 
 . Sonsuzluqdan düşən şüalar paralel qəbul 
olunur və qayıdan şüalar güzgünün fokusunda toplanır: f = F. 
3.8 
 Cismin müstəvi və sferik güzgülərdə alınan xəyalları arasında fərq varmı?  
 Cismin çökük və qabarıq  güzgülərdə alınan xəyalları mövhumidir, yoxsa 
həqiqi? Bunu necə müəyyən etmək olar? 
 Cismin sferik güzgüdə xəyalı necə qurulur? 
 
 
(a)
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə