Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə41/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   72

 
 

123 
 
•  III  fəsil  •  
İşıq hadisələri

  M
ÜSTƏVİ GÜZGÜDƏ XƏYALIN QURULMASI 
 
 
 
 
  
Müstәvi güzgüdә xәyal necә alınır? 
Sәthi müstәvi parçası olan güzgü müstәvi güzgü adlanır. Cismin güzgüdәn olan 
mәsafәsi cisim mәsafәsi, bu cismin xәyalının güzgüdәn olan mәsafәsi xәyal mәsafәsi 
adlanır. Cisim məsafəsi d, xəyal məsafəsi isə f  hərfi ilə işarə olunur (
d
). Cismin müstəvi 
güzgüdə  xəyalının  qurulması  işığın  qayıtma  qanununa  əsaslanır.  Belə  ki,  nöqtəvi  S 
mənbəyindən mn müstəvi güzgünün səthinə divergent (haçalanan) 1, 2 və 3 şüaları düş-
dükdə onlar düşmə nöqtəsindən uyğun olaraq 1
, 2 və 3 şüaları istiqamətində qayıdır. 
Əgər qayıdan şüalar müşahidəçinin gözünə düşürsə, o, S mənbəyinin xəyalını görür.  
3.6 
Cismin xəyalı harada alınır?
Təchizat:  şam  (2  əd.),  ştativə  şaquli  bərkidilmiş 
şüşə lövhə, kibrit, xətkeş, karandaş, kağız parçası 
(A3 formatda).  
İşin gedişi:  
1. Kağız üzərində yerləşdirilən şüşə lövhənin qar-
şısına yanan şam qoyun. Şamın güzgüdə oldu-
ğu kimi, şüşədə də xəyalı görünür (
a
)
2.  Yanmayan  ikinci  eyni  şamı  şüşə  lövhənin  arxasında 
yerləşdirin  və  onu  müxtəlif  istiqamətlərdə  sürüşdür-
məklə elə vəziyyətə gətirin ki, ikinci şam da sanki ya-
nan kimi görünsün (
b
).  
3. Təcrübənin sxemini iş vərəqinə çəkin, şüşədən 
yanmayan  və  yanan  şamlara  qədərki  məsa-
fələri ölçüb sxem üzərində qeyd edin (
c
).  
Nəticəni müzakirə edin:  
  Şüşə  lövhə  arxasındakı  yanmayan  şam  hansı 
yerdə olduqda yanan şam kimi göründü?  
  Şüşə  lövhədən  yanmayan  şama  və  yanan  şama  qədərki  məsafələr  arasında  hansı 
münasibəti müəyyən etdiniz? 
 Cismin şüşə lövhədə xəyalının alınması haqqında araşdırmadan hansı nəticəyə 
gəlmək olar? 
 
 
Araşdırma
1
 Güzgüyə baxdıqda özünüz ilə əksiniz (xəyalınız) arasında 
nə kimi fərq müşahidə olunur? 
 Xəyalınız harada və güzgüdən hansı məsafədə alınır? 
 Özünüzün və güzgüdəki xəyalınızın ölçüləri arasında han-
sı münasibət var? 
 
Yəqin ki, hər gün evdən çıxarkən güzgünün qarşısında durur, 
əksinizə baxaraq geyiminizi və saçınızı qaydaya salırsınız. 
 
(a)
(b)
(c)
LAYİHƏ


 
 
124 
 
Fərz edək ki, qayıdan 1
, 2 və 3  şüaları 
müşahidəçinin  gözünə  düşür,  lakin  ona  elə 
gəlir  ki,  bu  şüalar  həqiqi  mənbədən  deyil, 
güzgünün arxasında yerləşən S
 nöqtəsindən 
çıxır.  Halbuki  bu  nöqtə  güzgüdən  qayıdan 
şüaların  uzantılarının  güzgü  arxasında  kə-
sişmə nöqtəsidir. Ona görə də S
 nöqtəsindən 
işıq şüalanmadığı üçün bu nöqtə S nöqtəsinin 
mövhumi xәyalı adlanır (bax: 
d
).  
Mövhumi xәyal – qayıdan şüaların uzan-
tılarının kәsişmәsindәn alınan xәyaldır
Araşdırma 1-dən müstəvi güzgünün aşağıdakı xassələrini müəyyən etdiniz: 
– cismin müstəvi güzgüdə mövhumii xəyalı alınır; 
– cismin müstəvi güzgüdə mövhumii xəyalı özü boydadır və düzünədir; 
–  cisim  və  onun  xəyalı  müstəvi  güzgüyə  nəzərən  simmetrik  yerləşir:  xəyal 
məsafəsi cisim məsafəsinə bərabərdir (f = d). 
Müstәvi güzgüdә cismin xәyalının görünmә sahәsi necә tәyin edilir? 
Cismin müstәvi güzgüdә mövhumii xәyalının tamamilә görünә bilәcәyi sahә 
cismin xәyalının görünmә sahәsidir.  Göz  görünmə  sahəsinin  ixtiyari  nöqtəsində 
yerləşdikdə  cismin  tam  xəyalı  görünür.    Şəkildə  AB  cismi  və  müstəvi  güzgünün 
sxemi təsvir edilmişdir (
e
). Bu cismin görünmə sahəsini təyin etmək üçün əvvəlcə A 
nöqtəsindən güzgünün N və M kənar nöqtələrinə düşən AN və AM şüaları çəkilir. 
Bu şüalar güzgünün kənar nöqtələrindən divergent qayıdaraq cismin A nöqtəsinin 
MNOK görünmə sahəsini yaradır. Göz bu sahənin ixtiyari nöqtəsində yerləşdikdə 
cismin A nöqtəsinin A
 mövhumi xəyalını görəcəkdir (
f
). Daha sonra bu qayda ilə B 
nöqtəsinin  görünmə  sahəsi  qurulur  (
h
).  Bu  iki  nöqtənin  yaratdığı  ZK  sahəsi 
bütövlükdə AB cisminin A
B mövhumi xəyalının görünmə sahəsi olur (
k
)
 
 
Bәs müstәvi güzgüyә baxan gözün görmә sahәsini necә müәyyәn etmәk olar? 
Bu  məqsədlə  göz  nöqtəvi  işıq  mənbəyi  kimi  qəbul  edilir, 
onun yerləşdiyi nöqtədən güzgünün kənar nöqtələrinə iki şüa 
yönəldilir. Həmin nöqtələrdən qayıdan şüaların əhatə etdiyi 
sahə bu güzgüyə baxan gözün görmə sahəsini (sxemdə sarı 
rənglə  göstərilmişdir)  əmələ  gətirir  (
m
).  Görmə  sahəsində 
yerləşən  ixtiyari  nöqtə  (və  ya  cisim)  görünən,  bu  sahədən 
kənarda yerləşən nöqtə isə görünməz olur. 
(e) 
(f) 
(k) 
(h) 
(m) 
(d) 
LAYİHƏ


 
 

125 
 
•  III  fəsil  •  
İşıq hadisələri

 
 
 
 
  
 
1. Nə üçün cismin müstəvi güzgüdə xəyalı mövhumi alınır? 
2. Şəkildə müstəvi güzgü qarşısında yerləşən güldan və onun kənar nöqtələrindən çıxan 
şüalar təsvir edilmişdir. Şüaların sonrakı yolunu çəkin. Göz güldanın mövhumi xəyalını 
görəcəkmi? 
3. Müstəvi güzgüdə nöqtəvi işıq 
mənbəyinin xəyalını almaq üçün ondan 
azı neçə şüa çıxmalıdır? Nə üçün? 
4. Cisimlə müstəvi güzgü arasındakı 
məsafə 2 m -dir. Bu cisimlə xəyalı ara-
sındakı məsafə nə qədərdir? 
 
 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Hansı nöqtə görünər?
K nöqtəsində yerləşən göz M müstəvi güzgüsünə 
baxdıqda 1, 2, 3 və 4 nöqtələrindən hansı görü-
nər (
n
)? Cavabınızı sxematik əsaslandırın. 
 
 
Araşdırma
2

İş vərəqində müstəvi güzgüdə ixtiyari oxun xəyalını qurun və 
orada verilən açar sözlərini qeyd edin. 
Açar sözlər: • mövhumi xəyal •  müstəvi güzgü • xəyalın 
görünmə sahəsi •  gözün görmə sahəsi •
 
Nә öyrәndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
(n) 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə