Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə42/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   72

 
 
126 
 
 
 
 
 
 
 
Güzgülü periskop düzəldək. 
 
Müstəvi  güzgünün  tətbiq  olunduğu  qur-
ğulardan biri periskopdur. O, bir çox yer-
lərdə,  məsələn,  səngərdən  hərbi  əməliy-
yatları  müşahidə  etmək  üçün  istifadə 
olunur (
a
). İndi bu qurğunu düzəldək. 
 
Təchizat: 32
50 sm ölçüdə möhkəm 
karton vərəq, 6
10 sm ölçüdə iki müstəvi 
güzgü, damalı dəftər vərəqi, qayçı, 
karandaş, xətkeş, skoç. 
İşin gedişi:  
1.  Xətkeşlə  kartonun  üzərində  aralarındakı  məsafə  8  sm  olmaqla  dörd  paralel  qırıq  xətlər 
çəkin. Sonra kartonda şəkildə təsvir olunduğu kimi iki ədəd kvadrat şəkilli deşik açın (
b
).  
2. Damalı vərəqdən düzbucaqlı bərabəryanlı üçbucaq kəsin (üçbucağın kateti 6 sm olsun). 
Üçbucağı kartonun səthinə qoyun və dörd yerdə diaqonal üzrə xətt çəkin. Sonra kartonu 
bu xətlər üzrə kəsin. Karto-
nu qırıq xətlər üzrə qatlayın 
və  alınan  “şaxtanı”  skoçla 
yapışdırın.  
3.  Uyğun  kəsiklərə  güzgüləri 
yerləşdirin. Periskop hazırdır. 
Onu hər hansı bir maneənin 
(məsələn,  bağdakı  hasar, 
pəncərə və s.) arxasında yer-
ləşdirin.  Periskopun  obyek-
tivini (yuxarı hissəsi) maneə-
dən yuxarıya çıxarıb okulyar-
dan  (gözün  yaxınlaşdırıldığı 
aşağı  hissədəki  dəlik)  bax-
maqla  müşahidə  aparın  və 
onun işləyib işləmədiyini yox-
layın (
c
)
Hazırladığınız periskopu sinfə 
gətirin. 
 
 
 
 
 
 
 

 
Layihә
 

 
(a)
(b)
(c)
LAYİHƏ


 
 

127 
 
•  III  fəsil  •  
İşıq hadisələri

 
 
 
 
 
 
 
1.  Düşmә bucağı nә qәdәr 
olmalıdır  ki,  qayıdan 
şüa ilә düşәn şüa arasın-
dakı bucaq 50° olsun? 
 
2. Müstәvi güzgüyә N 
nöqtәsindәn baxan göz 
hansı nöqtәlәri görәr? 
 
 
 
3. Cismin müstәvi güzgüdә 
alınan xәyalı haqqında 
doğru mülahizәlәri 
seçin.  
1 – həqiqidir;  2 – mövhumi-
dir; 3 – cismin özü boydadır; 
4 – düzünədir; 5 – tərsinədir; 
6 – xəyal və cisim güzgüyə 
nəzərən simmetrikdir.   
 
 
 
4. AB cismi әvvәlcә 1, sonra isә 2 müstәvi güzgüdәn 
әks olunur. Cisim 2 güzgüsündәn әks olunduqdan 
sonra necә görünәr? Görüntünün sxemini çәkin. 
 
5. Aşağıdakı şәkillәrin hansında O nöqtәsindәn müs-
tәvi güzgüyә baxan göz AB cismini tam görәr? 
Cavabınızı sxematik әsaslandırın. 
 
 
 
6. Şüanın düşdüyü istiqamәtdә geri qayıtması üçün 
müstәvi güzgünü 

nöqtәsi әtrafında hansı istiqa-
mәtdә vә neçә dәrәcә döndәrmәk lazımdır?  
A) 2 istiqamətində  30°   
B) 2 istiqamətində  60°   
C) 2 istiqamətində 45°   
D) 1 istiqamətində 30°   
E) 1 istiqamətində 60° 
 
 
 
  
  
 
 
 
 
 
Çalışma
 
3.3
LAYİHƏ


 
 
128 
 
 
S
FERİK GÜZGÜ  
 
 
 
 
 
Güzgülər,  səthi  müstəvi  olmaqla  yanaşı,  sferikşəkilli  də  olur.  Sferik seqment 
formasında olan vә işığı güzgü kimi әks etdirәn cismin sәthi – sferik güzgü adlanır
Sferik güzgü iki növ olur: çökük vә qabarıq. 
Çökük sferik güzgü – işıq şüalarını sferik seqmentin 
daxili sәthindәn qaytaran  güzgüdür (
a
).  
Qabarıq sferik güzgü – işıq  şüalarını sferik seq-
mentin xarici sәthindәn sәpәlәyәn  güzgüdür (
b
).  
Sferik  güzgü  aşağıdakı  elementlərlə  xarakterizə 
olunur: 
– Seqmentin kәsildiyi sferanın mәrkәzi sferik güz-
günün optik mәrkәzi adlanır. Şəkildə optik mərkəz O 
nöqtəsi ilə göstərilmişdir (
c
).  
–  Seqmentin tәpә nöqtәsi (nöqtәsi) sferik güzgü-
nün qütbü adlanır.  
–  Optik mәrkәz ilә tәpә nöqtәsi arasındakı mәsafә 
sferik güzgünün әyrilik radiusudur vә R hәrfi ilә işarә 
edilir. 
–  Optik mәrkәzdәn keçәn ixtiyari düz xәtt sferik 
güzgünün optik oxu adlanır. Optik oxlardan birini baş 
optik ox adlandırmaq qəbul olunmuşdur: 
Sferik güzgünün optik mәrkәzindәn vә qütbündәn keçәn düz xәtt baş optik ox 
adlanırOT xətti baş optik oxun bir hissəsidir (bax: 
c
)
–  Çökük güzgüdә baş optik oxa paralel düşәn  şüalar qayıtdıqdan sonra kә-
sişdiklәri nöqtәyә güzgünün baş fokusu deyilir və F hərfi ilə işarə edilir (
d
). Çökük 
güzgünün  baş  fokusu  həqiqidir,  çünki  həmin  nöqtədə  güzgüdən  qayıdan  şüaların 
özləri kəsişir.  
3.7 
 Axşamlar istifadə olunan işıq 
mənbələrində, o cümlədən 
avtomobil faraları, cib fənəri, 
projektor və mayakda işıq 
şüalarını gücləndirən və müəyyən 
səmtə istiqamətləndirən nədir? 
Axşam  qarşımıza  çıxan  avtomobilin 
faralarının  70–100 m məsafəyə şüa-
landırdığı  işığa  baxmaq  olmur,  onun 
parlaqlığı  gözümüzü  qamaşdırır.  La-
kin,  faradakı  lampanı  kənara  çıxarıb 
işə saldıqda onun ətrafa yaydığı şüa-
lar 2-3 metrdən uzağa nüfuz etmir. 
 
(a) 


O
(b) 
T
 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə