Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə36/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   72

 
 

107 
 
•  III  fəsil  •  
İşıq hadisələri

cavab vermək mümkün olmamışdır. Yalnız XVII əsrdə İ.Nyuton belə bir fərziyyə 
irəli sürür: işıq – işıqlanan cisimlәrin şüalandırdığı zәrrәciklәr (korpuskullar) seli-
dir. Korpuskulyar təsəvvürlərə əsasən, cisimlərdən şüalanan zərrəciklər gözə düş-
dükdə görmə hissi yaranır. Bu təsəvvürlər işığın bəzi xassələrini izah edə bilmədi 
(bu barədə yuxarı siniflərdə ətraflı öyrənəcəksiniz). 
İşıq mәnbәlәri. İşıq şüalandıran cisimlər – işıq mәnbәlәri adlanır. Müxtəlif növ 
işıq mənbələri mövcuddur:  
 İstilik işıq mәnbәlәri. Günəş və ulduzların səthi, şam, qaz və ya tonqal alovu, 
közərmə lampasının teli, vulkan kraterindən çıxan lava və s. istilik işıq mənbələridir.  
 
 Soyuq işıq mәnbәlәri. İşıqsaçan balıqlar, böcəklər, müxtəlif bitkilər soyuq işıq 
mənbələridir.  
Elə cisimlər də var ki, onların səthinə işıq şüaları düşdükdə onlar işıq mənbəyinə 
çevrilir. Belə cisimlər fotolüminofor (latın sözü “lümen” – işıq demәkdir)onların işıq-
lanması isə fotolüminessensiya adlanır. Fotolüminoforlardan reklam işıqlarında geniş 
istifadə olunur. Yol nişanlarında və xüsusi geyimlərdəki lüminofor maddəsi avtomobil 
faralarından düşən işıq şüalarının təsiri ilə işıqlanaraq sürücülərə çox yaxşı görüntü 
yaradır, hərəkətin təhlükəsizliyini təmin edir. 
 
Müasir  işıq  mənbələrindən  biri  də  lazerdir.  Televiziya  və  təbabətdə,  maşın  və 
cihazqayırma sənayesində, hərbi texnikada, metrologiya və astrofiziki tədqiqatlarda 
lazer əvəzolunmaz işıq mənbəyidir.  
• Püskürən vulkan kraterindən çıxan lavanın temperaturu 1100–1200°C, qaz alo-
vunda temperatur 1600-1850 °C, közərmə lampasının telində temperatur 2500–
2700°C, ulduzların səthində isə temperatur 3000 – 30 000°C intervalındadır.
 
Soyuq işıq 
mənbələri
 
Lazer
 
Fotolü-
minessensiya
 
LAYİHƏ


 
 
108 
 
Nöqtәvi işıq mәnbәyi. İşıq mənbələri müxtəlif ölçüdə olur. Məsələn, cib fənərinin 
lampasındakı közərmə telinin uzunluğu bir santimetrdən kiçik, Günəş diskinin ra-
diusu isə 
1500000 km-dir. Lakin işıq mənbəyinin görünən ölçüsü yalnız onun xətti 
ölçüsündən deyil, müşahidəçidən bu mənbəyə qədər olan məsafədən də asılıdır. Mə-
sələn, bəzi ulduzların xətti ölçüsü Günəşdən dəfələrlə böyükdür, lakin onlar Yerdən 
çox-çox  uzaqda  yerləşdiklərindən  biz  bu  göy 
cisimlərini nöqtə şəklində görürük.  
Bizim üçün hündür elektrik dirəklərindən ası-
lan lampa, Günəş və ulduzlar nöqtəvi işıq mən-
bəyidir. İşıq hadisələrini öyrənərkən kiçik lam-
panın  işıqlanan  teli  2  lövhəsinə  nəzərən  nöq-
təvi işıq mənbəyi qəbul edilə bilər, lakin ona 1 lövhəsinə nəzərən nöqtəvi işıq mən-
bəyi kimi baxmaq olmaz (
h
)
 Verilmiş şәraitdә ölçülәri nәzәrә alınmayan işıq mәnbәyi nöqtәvi işıq mәnbәyi 
adlanır. İşıq nöqtәvi mәnbәdәn bütün istiqamәtlәrә yayılır.  
 
 
 
 
 
  
 
1. İşıq mənbələrini təsnif edin. 
2. İstilik işıq mənbələrinə nümunələr göstərin. 
3. Hansı şəraitdə işıq mənbəyini nöqtəvi qəbul etmək olar? Nümunələr göstərin. 
4. Nə üçün gecələr şosedəki xətlər avtomobil faralarından düşən şüaların təsirindən 
işıqlanır?   
5. Ay işıq mənbəyi hesab oluna bilərmi? 
 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
O hansı işıq mənbəyidir?
Təchizat: sınaq şüşəsi, cib fənəri, fotoliminofor 
maddəsi, su (100 ml), ştativ.  
İşin gedişi:  
1. Sınaq şüşəsinə yarıdan yuxarı su töküb üzərinə bir qədər fotoliminofor maddəsi əlavə 
edin və ağzını barmağınızla qapayıb çalxalayın. Sonra onu ştativə bərkidin (f).  
2. Fənəri işə salıb məhlulu işıqlandırın və baş verən hadisəni müşahidə edin. 
Nəticəni müzakirə edin:  
 Fotoliminofor maddəsini suya qatdıqda hansı rəngdə məhlul alındı? 
 Məhlulun üzərinə ağ işıq yönəltdikdə o, hansı rənglə işıqlandı? 
 Araşdırmada hansı işıq mənbələri iştirak etdi? 
 
 
Araşdırma
2
• 
Açar sözlərdə verilən anlayışların mənasını iş vərəqində  
qeyd edin. 
Açar sözlər: 
 İşıq mənbəyi  Nöqtəvi işıq mənbəyi  Lazer   
 Fotolüminofor   Optika 
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
 
(f)
(h) 
1 
2 
LAYİHƏ


 
 

109 
 
•  III  fəsil  •  
İşıq hadisələri

  İ
ŞIĞIN DÜZ XƏTT BOYUNCA YAYILMASI 
 
 
 
 
 
 
 
İşıq şüası. İşıq şüası imkan verir ki, müxtəlif  istiqamətlərə yayılan işıq dəstəsini 
istiqamətlənmiş düz xətlə (oxla) göstərmək mümkün olsun.   
 İşıq şüası – işıq dәstәsinin yayıldığı xәtdir.  
İşıq şüaları paralel (
a
), divergent (haçalanan) (
b
) və konvergent (yaxınlaşan) (
c
) 
ola bilir. 
 
3.2 
 Mənbədən çıxan 
işıq hansı isti-
qamətdə və nə for-
mada yayılır? 
 Nə üçün qeyri- 
şəffaf maneə ar-
xasındakı işıq 
mənbəyini gör-
mürük? 
 
Səhərçağı meşədə 
ağacların arasından 
keçən Günəş işığının 
yolunu aydın müşahidə 
etmək olur. İşıq sanki 
ağacların arxasında 
yerləşən nöqtəvi mən-
bədən dəstə şəklində 
çıxaraq müxtəlif istiqa-
mətlərə yayılır.  
 
Yalnız bir sancağın görünməsinə 
səbəb nədir? 
Təchizat: karton parçası, sancaq 
(5-6 əd.), xətkeş, karandaş. 
İşin gedişi:  
1. Kartonu masa üzərinə qoyun və 
ona bir-birindən bir neçə santimetr 
aralı olmaqla iki sancaq sancın. 
2. Bu sancaqların arasına qalan sancaqları elə sancın ki, qıraqdakı iki sancaqdan birinə 
baxdıqda o, digər sancaqları örtərək yalnız özü görünsün. 
3. Sancaqları çıxardın və iki kənar sancağın kartondakı izi üzərinə xətkeş qoyub düz xətt 
çəkin.   
Nəticəni müzakirə edin. 
 Qalan sancaqların izləri bu düz xəttə nisbətən necə yerləşmişdir? Nə üçün? 
 
 
Araşdırma
1
(a) 
(b) 
(c) 
(d) 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə