Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə30/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   72

 
 

87 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

 E
LEKTROMAQNİT İNDUKSİYA HADİSƏSİ 
 
 
 
 
 
 
H.Erstedin apardığı təcrübələr (1820-ci il) sübut etdi ki, elektrik cərəyanı öz ətra-
fında maqnit sahəsi yaradır. Bu təcrübələr əsasında A.Amper “molekulyar cərəyan-
lar” fərziyyəsini irəli sürdü.  
Әgәr  elektrik cәrәyanı maqnit sahәsi yaradırsa, maqnit sahәsi dә elektrik 
cәrәyanı yarada bilәrmi? 
İngilis alimi Maykl Faradey ilk dəfə olaraq 1831-ci ildə bu suala cavab verdi. O, 
apardığı çoxsaylı təcrübələrin köməyi ilə müəyyən etdi ki, maqnit sahəsinin dəyiş-
məsi qapalı dolaqda (konturda) elektrik cərəyanı yaradır. 
2.13 
● Ersted təcrübəsinin mahiyyəti nədən ibarətdir? 
● Amper fərziyyəsinə görə, maqnit sahəsinin mənşəyi nədir? 
● Maqnit sahəsi elektrik cərəyanı yarada bilərmi? 
 
 
Sarğacda elektrik cərəyanını yaradan nədir?
Təchizat: sarğac, düz maqnit, qalvanometr, birləşdirici naqillər. 
İşin gedişi:  
1. Sarğacın sıxaclarını qalvanometrə birləşdirin.  
2. Düz maqniti sarğaca daxil edib – çıxarın və bu zaman qalvanometrin əqrəbinə diqqət 
edin (


 b
).  
3. Sarğacın içərisinə düz maqnit yerləşdirib onu sükunətdə saxlayın, sonra isə maqnitin 
masanın səthindən ayırmadan yerindəcə fırladın və qalvanometrin əqrəbini izləyin (
c
)
 
 
 
 
 
 
 
 
 
 
 
Nəticəni müzakirə edin: 
 Maqnitin sarğaca daxil edilib və sarğacdan çıxarılması zamanı qalvanometrin əqrəbinin 
gah sağa, gah da sola meyil etməsindən hansı nəticəyə gəlmək olar? 
 Maqniti sarğacın daxilində sükunətdə saxladıqda və ya yerindəcə fırlatdıqda 
qalvanometrin əqrəbinin sıfır bölgüsünün üzərində durması nə deməkdir? 
 Araşdırmadan hansı fərziyyəni  irəli sürmək olar? 
 
 
Araşdırma
1
(a) 
(b) 
(c) 
LAYİHƏ


 
 
88 
 
 
 
Faradeyin təcrübələrindən bəzilərini siz də araşdırmada icra etdiniz. Məlum oldu 
ki, sabit maqniti sarğaca daxil etdikdə və ya sarğacdan çıxardıqda onun dolaqlarında 
elektrik cərəyanı yaranır. Bu zaman  maqnitin bu və ya digər istiqamətdə hərəkəti 
zamanı qalvanometrin əqrəbinin əks istiqamətlərə meyil etməsi dolaqlarda yaranan 
elektrik cərəyanının istiqamətinin dəyişdiyini göstərdi. Maqniti sarğacın daxilində 
sükunətdə saxladıqda və ya yerindəcə fırlatdıqda isə dolaqlarda cərəyan yaranmadı. 
Buradan belə bir nəticəyə gəlmək olar ki, maqnitin sarğac daxilində ixtiyari irəliləmə 
hərəkəti onun qapalı dolaqlarında elektrik cərəyanı yaradır. Bu hadisə elektromaqnit 
induksiya hadisәsi, qapalı dolaqlarda yaranan cərəyan isə induksiya cәrәyanı adlanır. 
Qapalı dolaq daxilindә maqnit sahәsinin dәyişmәsi ilә bu dolaqda elektrik cә-
rәyanının yaranması elektromaqnit induksiyası hadisәsi, yaranan cәrәyan isә in-
duksiya cәrәyanı adlanır. 
Maqnit sahәsinin dәyişmәsi nә demәkdir
Sabit  maqnitin  qapalı  dolağı  kəsib  keçən  in-
duksiya xətlərinin sayının dəyişməsi (artması və ya 
azalması) maqnit sahəsinin dəyişməsi deməkdir (
d
).  
Maqnit sahəsinin dəyişməsini yalnız sabit maq-
niti  sarğac  daxilində  irəliləmə  hərəkəti  etdirməklə 
deyil, digər üsullarla da həyata keçirmək olar. Mə-
sələn,  əgər  sabit  maqnit  elektromaqnitlə  əvəz  olu-
narsa,  sarğacdakı  maqnit  sahəsinin  dəyişməsinə 
elektromaqnitdəki cərəyan şiddətini  dəyişməklə də 
nail olunur. Yaxud qapalı kontur sabit maqnit sahə-
sində onun induksiya xətlərini kəsib keçməklə hərə-
kət edərsə, bu konturda induksiya cərəyanı yaranar. 
Lakin  sarğac  bircins  maqnit  sahəsində  irəliləmə 
hərəkəti etdikdə onda induksiya cərəyanı yaranmır, 
çünki  bircins  sahədə  sarğac  müstəvisini  kəsən  in-
duksiya xətlərinin sayı dəyişmir. 
 
 

 Elektromaqnit induksiyası hadisəsini kəşf etmiş, ilk 
elektrik  cərəyanı  generatorunun  konstruksiyasını 
vermiş,  elektroliz  qanunlarını  kəşf  etmişdir. 
Elektrik  yüklərinin  saxlanması  qanununu  təcrübi 
olaraq sübut etmiş, işığın elektromaqnit təbiətli ol-
ması ideyasını irəli sürmüşdür. O, “katod”, “anod”, 
“ion”,  “elektroliz”,  “elektrolit”  anlayışlarını  elmə 
gətirmişdir. 
Maykl Faradey  
(1791-1867) 
 İngilis fiziki 
(d) 
LAYİHƏ


 
 

89 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

 
 
 
 
  
 
1. Elektromaqnit induksiya hadisəsi nəyə deyilir? 
2. Maqniti sarğac daxilində sükunətdə saxlayıb sarğacı irəliləmə hərəkəti etdirsək, induksiya 
cərəyanı yaranarmı? Nə üçün? 
3. Qapalı kontur sabit maqnit sahəsində şəkildə təsvir edildiyi kimi hərəkət edərsə, onda induk-
siya cərəyanı yaranarmı? Cavabınızı əsaslandırın. 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Elektromaqnitlə induksiya cərəyanının alınması.
Təchizat: sabit cərəyan 
mənbəyi, reostat, sarğac (2 
ədəd), uzun dəmir içlik, açar, 
qalvanometr, birləşdirici 
naqillər. 
İşin gedişi:  
1. Dəmir içliyi 1 sarğacına daxil 
edib elektromaqnit 
hazırlayın. Elektromaqnitin 
sıxaclarını reostat və açarla 
birlikdə sabit cərəyan mən-
bəyinə ardıcıl birləşdirin.  
2. İkinci sarğacı (2) qalvano-
metrə birləşdirib elektro-
maqnitin dəmir içliyinin kə-
nara çıxan hissəsinə daxil 
edin (
e
).  
3. Əvvəlcə açarı qapayıb-açın, sonra isə açarın qapalı vəziyyətində reostatın sürgüsünü 
sağa-sola hərəkət etdirməklə 1 elektromaqnitində cərəyan şiddətini dəyişin. Bütün hal-
larda  2 sarğacına qoşulan qalvanometri izləyin. 
Nəticəni müzakirə edin: 
● Nə üçün 1 elektromaqnitindən keçən cərəyan şiddətinin ixtiyari dəyişməsi 2 sarğacında 
induksiya cərəyanının yaranması ilə nəticələndi? 
●  1  elektromaqnitindən  keçən  cərəyan  şiddətinin  artıb-azalması  2  sarğacında  yaranan 
induksiya cərəyanının istiqamətinə necə təsir etdi? 
 
Araşdırma
2
• 
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Elektromaqnit induksiya hadisəsi ...   
2. İnduksiya cərəyanı...  
3. Maqnit sahəsinin dəyişməsi ...
 
Nә öyrәndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
(e) 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə