Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə23/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   72

 
 

65 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

Dairәvi cәrәyan üçün sağ әl qaydası: әgәr fikrәn 
dairәvi cәrәyanın ixtiyari hissәsi sağ әllә elә tutu-
larsa ki, baş barmaq hәmin hissәdә cәrәyanın isti-
qamәtini göstәrsin, bu halda qalan dörd barmaq 
hәmin hissәdә cәrәyanın maqnit sahә induksiya-
sının istiqamәtindә bükülmüş olacaqdır (
c
)
Dairәvi cәrәyan üçün sağ yivli burğu qay-
dası: burğunun dәstәyini dairәvi cәrәyan is-
tiqamәtindә burduqda burğunun irәlilәmә 
hәrәkәtinin istiqamәti dairәvi cәrәyanın da-
xilindә maqnit sahәsinin induksiyasının isti-
qamәtini göstәrәcәkdir (
d
)
Dairәvi cәrәyan müstәvisindәn maqnit induksiya xәtlәrinin çıxdığı hissә, onun maqnit sahәsinin 
şimal qütbü, induksiya xәtlәrinin daxıl olduğu hissә isә cәnub qütbüdür (
e
)
 
 
Cәrәyanlı sarğacın maqnit sahәsi. 
Sarğac nәdir? Sarğac izolyasiyalı naqilin qalın karton və ya plastmas silindrik 
bobin üzərinə onlarca dəfə sarınmasından alınır. Sarğacdakı naqilin sərbəst ucları 
sıxaclara birləşdirilir (
f
). Deməli, sarğaca qalın dairəvi naqil kimi baxmaq olar.  
Cərəyanlı sarğacın maqnit induksiya xətlərinin mənzərəsini də dəmir tozu vasi-
təsilə asanlıqla  müşahidə etmək olur. Bunun üçün sarğacın sadələşdirilmiş  mode-
lindən istifadə etmək əlverişlidir: orqşüşə lövhə üzərində iki sıra deşik açıb onlardan 
keçirilən  naqil  sadələşdirilmiş  sarğacdır.  Sarğacı  sabit  cərəyan  mənbəyinə  birləş-
dirdikdən  sonra  şüşə  lövhə  üzərinə  səpilən  dəmir  tozu  cərəyanlı  sarğacın  maqnit 
sahəsinin induksiya xətlərinin mənzərəsini yaradır. Bu mənzərə sabit düz maqnitin 
induksiya xətlərinə oxşayır (
g
).  
 
I
I
I 
(c)
 
(d)
(e)
 
(f) 
Sıxaclar
 
(g)

I
N
S
 
LAYİHƏ


 
 
66 
 
Düz maqnitdə olduğu kimi, cərəyanlı sarğacın maqnit sahəsinin iki qütbü vardır: 
şimal  və  cənub.  Sarğacın  qütbləri  onun  kənarlarında  yerləşir.  Cərəyanlı  sarğacın 
maqnit sahəsinin qütblərini  də asanlıqla sağ əl,  yaxud sağ yivli  burğu  qaydası  ilə 
təyin etmək olur:  
Cәrәyanlı sarğac üçün sağ әl qaydası: sarğac 
sağ әllә elә tutulur ki, bükülәn dörd barmaq sar-
ğılardakı cәrәyan istiqamәtindә olsun, bu halda 
açılan baş barmaq sarğacın daxilindә maqnit 
sahәsinin induksiya xәtlәrinin istiqamәtini gös-
tәrәcәk (
k
). 
 
Cәrәyanlı sarğac üçün sağ yivli burğu qaydası
burğunun dәstәyini sarğacdakı  cәrәyan istiqa-
mәtindә burduqda, burğunun irәlilәmә  hәrә-
kәtinin istiqamәti sarğacın daxilindә maqnit sa-
hәsinin induksiya xәtlәrinin istiqamәtini gös-
tәrir (
i
). 
 
 
 
 
 
  
 
1. Cərəyanlı sarğacın maqnit spektri cərəyanlı düz naqilin maqnit spektrindən nə ilə 
fərqlənir?  
2. Cərəyanlı sarğac üçün sağ yivli burğu qaydası necə ifadə 
olunur?  
3. Cərəyanlı dairəvi naqilin və sarğacın maqnit sahəsinin qütb-
lərini necə dəyişmək olar? 
4. Verilən şəklə əsasən dairəvi cərəyanın maqnit sahəsinin 
qütblərini təyin edin.  
 
 
Yaradıcı tәtbiqetmә 
 
 
Məsələ. 
Verilən sxemləri iş vərəqinə köçürün.  
1. Cərəyanlı sarğacın maqnit induksiya xətlərini 
çəkin, onların istiqamətini göstərin və maqnit 
sahəsinin qütblərini təyin edin (
1
).   
2. Sarğac üzərində elastik yaydan maqnit asılmışdır (
2
). Dövrə 
qapanarsa maqnit özünü necə aparacaqdır? Nə üçün?
 
 
 
Araşdırma
2

 Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Dairəvi cərəyanın maqnit sahəsi... 
2. Cərəyanlı sarğac üçün sağ yivli burğu qaydası: ... 
3. Cərəyanlı sarğac üçün sağ əl qaydası: ...
 
Nә öyrәndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
(2) 
(1) 
(k) 
(i)


I

I


S
LAYİHƏ


 
 

67 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

 
 
E
LEKTROMAQNİT VƏ ONUN TƏTBİQLƏRİ 
 
 
 
1820-ci ildə fransız alimi A.Amper cərəyanlı sarğacın maqnit sahələrini araşdı-
rarkən müəyyən edir ki, sarğacın maqnit təsiri ondakı cərəyan şiddətindən asılıdır: 
cərəyan şiddəti artdıqda sarğacın maqnit təsiri də artır, elektrik cərəyanı kəsildikdə 
isə o, maqnit xassəsini itirir. 1825-ci ildə ingilis ixtiraçısı U.Sterjen cərəyanlı sarğaca 
dəmir içlik daxil etməklə onun maqnit təsirinin artdığını aşkarlayır.  
 
2.7 
 Belə qurğularda güclü 
maqnit təsirini yaradan 
nədir və o, ani olaraq 
necə maqnitsizləşdirilə 
bilər?
 
Yəqin ki, baxdığınız filmlərdə belə kadrlar diq-
qətinizi cəlb edib: qaldırıcı kran xüsusi maqnit 
qurğusu vasitəsilə ağır dəmir cismi, məsələn, 
avtomobili maqnitləndirərək qaldırır, lazım 
olan yerdə isə maqnitsizləşdirərək boşaldır. 
Deməli, dəmir cisimləri qaldıran qurğu lazım 
olduqda güclü maqnit təsiri yarada bilir, lazım 
olmadıqda isə maqnitsizləşdirir. 
Cərəyanlı sarğacın maqnit təsiri nədən asılıdır?
Təchizat: dolaqlarının sayı müxtəlif olan iki sarğac, cərə-
yan mənbəyi, reostat, açar, dəmir tozu, dəmir içlik, birləş-
dirici naqillər. 
İşin gedişi:  
1. Cərəyan mənbəyi, reostat, sarğac və açardan ibarət ardıcıl 
elektrik dövrəsi qurun.  
2. Açarı qapayın, cərəyan keçən sarğacın ucunu dəmir tozuna 
toxundurun (sarğacın ucundakı dəlik kağız yapışdırmaqla 
qapanmalıdır). Sarğacı yuxarı qaldırın və baş verən 
hadisəni izləyin (
a
).  
3. Reostatın sürgüsünü hərəkət etdirməklə sarğacdakı cə-
rəyanın şiddətini artırıb-azaldın. Bu zaman cərəyanlı sar-
ğacın maqnit təsirinin necə dəyişdiyini müşahidə edin.       
4. Təcrübəni dolaqlarının sayı daha çox sarğacla təkrarlayın və 
cərəyanlı sarğacın maqnit təsirinin necə dəyişdiyini izləyin.  
5.Təcrübəni dəmir içlikli sarğaclarda təkrarlayın və onların 
maqnit təsirini araşdırın (
b
)
Nəticəni müzakirə edin: 
 Cərəyanlı sarğacın maqnit təsiri cərəyan şiddətindən, sarğacın dolaqlarının sayından və 
dəmir içlikdən necə asılıdır? 
 
 
 
Araşdırma
1
• 
Elektromaqnitin və elektrik mühərrikinin ilk 
ixtiraçısıdır. 
Villiam Sterjen  
(1783–1850)  
İngilis fiziki və ixtiraçısı  
(a) 
(b) 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə