Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə24/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   72

 
 
68 
 
1828-ci ildə ABŞ fiziki 
C.Henri
 müəyyən edir ki, elektromaqnitin dolaqlarının 
sayını  artırdıqda  onun  maqnit  təsirini  dəfələrlə  artırmaq  mümkündür.  O,  elektro-
maqnitin bu xassəsindən istifadə edərək ağır dəmir yükləri qaldıra bilən ilk elektro-
maqnit kranını hazırlayır.   
 
 
 Daxilindә dәmir içlik olan sarğac elektromaqnit adlanır.  
Elektromaqnitin maqnit təsiri onun dolaqlarının sayından və bu dolaqlardan ke-
çən cərəyan şiddətindən kəskin asılıdır. Araşdırmadan müəyyən etdiniz ki, dolaq-
ların  sayını  və  cərəyan  şiddətini  artırdıqda  elektromaqnitin  maqnit  təsiri  dəfələrlə 
artır, lakin cərəyan kəsildikdə elektromaqnit dərhal maqnitsizləşir. Elektromaqnitin 
bu  xassəsinə  əsaslanan  cihaz  və  qurğular  məişət,  texnika,  istehsalat,  tibb  və  s.-də 
geniş tətbiq olunur. Məsələn, ağır dəmir məmulatlarını boşaltmaq və ya yükləmək 
üçün  elektromaqnit kranlarından  istifadə  edilir  (
c
).  Filiz  yataqlarında  dəmir  his-
səciklərini  digər  cisimlərdən  (torpaq,  daş  və  s.)  ayırmaq  üçün  elektromaqnit se-
paratorlar (fırlanan elektromaqnit bobin) tətbiq olunur (
d
)
 
 
Məktəbinizdəki elektrik zənginin əsas hissəsi də elektromaqnitdir. Onun quruluşu 
və iş prinsipi ilə tanış olaq. 
Elektrik zәnginin quruluşu vә iş prinsipi. Elek-
trik zənginin əsas hissələri bunlardır: elektromaqnit 
(1),  elastik  polad  yay  (2),  ona  bərkidilmiş  dəmir 
lövbər  (3),  lövbərin  ucuna  bərkidilmiş  kiçik  çəkic 
(4),  səs  mənbəyi  olan  metal  tava  (5).  Elektrik 
zənginin düyməsi (6) sıxıldıqda dövrə qapanır, elek-
tromaqnitdən cərəyan keçir və o maqnitlənir. Elek-
tromaqnitə cəzb olunan lövbərin çəkici tavaya dəyə-
rək  onu  səsləndirir.  Lakin  lövbər  elektromaqnitə 
doğru cəzb olunduqda o, kontaktdan (7) aralanır və 
• 
İlk elektromaqnit kranının ixtiraçısıdır.  
O,  1831-ci  ildə  1000  kq  yük  qaldıra  bilən 
elektromaqnit  kranını  nümayiş  etdirmişdir. 
Həmin kran Vaşinqtonda, Smitson İnstitutu-
nun muzeyində saxlanılır. 
Cozef  Henri 
(1797-1878) 
ABŞ fiziki və ixtiraçısı 
(c) 
(d) 
(e) 
LAYİHƏ


 
 

69 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

dövrə A nöqtəsində açılır:  cərəyan kəsilir  və elektromaqnit  maqnitsizləşir (
e
). Bu 
zaman elastik yay vasitəsilə geriyə dartılan lövbər elektrik dövrəsini yenidən A nöq-
təsində  birləşdirir  və  zəngçalma  prosesi  bərpa  olunur.  Zəngçalma  prosesi  düymə 
sıxıldığı  müddətdə dəfələrlə təkrarlanır.  
 
 
 
 
 
 
 
1. Cərəyanlı sarğacın maqnit təsirini necə artırmaq olar?  
2. Elektromaqnit nədir və ondan hansı məqsədlə istifadə olunur?  
3. Elektrik zənginin iş prinsipini izah edin. 
4. Dəmir mismara izolyasiyalı naqil dolayıb batareyaya birləşdirsəniz, sadə elektromaqnit 
alarsınız. Bu elektromaqnitin qütblərini təyin edin. 
 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Elektromaqnit kranının modeli 
ilə iş
.
 
Təchizat: elektromaqnit kranının 
modeli (elektromaqnit – 2 ədəd, 
qarmaqlı dəmir lövbər), yüklər 
dəsti (
f
), cərəyan mənbəyi (düz-
ləndirici), birləşdirici naqillər. 
İşin gedişi:  
1. Elektromaqnit kranını ştativdən asın. Elektromaqnitlərin yu-
xarı sıxaclarını bir-birinə, aşağı sıxaclarını isə düzləndiriciyə 
birləşdirin (
g
)
2. Düzləndiricini işə salıb dövrənin uclarına 2V gərginlik verin. 
Dəmir  lövbəri  elektromaqnitə  yaxınlaşdırıb,  onun  qar-
mağından elektromaqnitdən qopana qədər yüklər asın.  
3. Dövrənin uclarına 4V gərginlik verib təcrübəni təkrarlayın və 
hansı halda lövbərin daha çox yük saxladığını araşdırın. 
Nəticəni müzakirə edin: 
 Elektromaqnit kranının yükqaldırma qabiliyyəti nədən asılıdır? 
 
 
 
Araşdırma
2

 Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Elektromaqnit – ... 
2. Elektromaqnitin maqnit təsiri asılıdır:  a) ...         b)... 
3. Elektromaqnitlər tətbiq olunur ...
 
Nә öyrәndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
(f) 
(g) 
LAYİHƏ


 
 
70 
 
 
 
 
 
 
 
 
1. Şәkildә cәrәyanlı sarğacın maqnit sahәsinin qütblәri göstәrilmişdir. Sarğacdakı 
cәrәyanın istiqamәtini tәyin edin.  
2. Dairәvi cәrәyanlı naqilin maqnit sahәsinin induksiyası yuxarı yönәlmişdir. 
Naqildәki cәrәyanın istiqamәtini tәyin edin. 
3. Şәkildә cәrәyanlı sarğacın maqnit induksiya xәtlәri tәsvir edilmişdir. K nöqtә-
sindә induksiya vektorunun istiqamәti doğru göstәrilirmi? 
4. Şәkildә hidrogen atomunun sxemi tәsvir edilmişdir. 
Atomun maqnit sahәsinin qütblәrini tәyin edin?  
 
5. Cәrәyanlı sarğacın maqnit qütblәrini hansı üsulla dәyişmәk olar? 
 
6. Cәrәyanlı sarğacın maqnit tәsirini necә artırmaq olar? 
1. Cərəyan şiddətini artırmaqla. 
2. Dolaqların sayını azaltmaqla. 
3. Alüminium içlik daxil etməklə. 
4. Polad içlik daxil etməklə. 
5. Dolaqların sayını artırmaqla. 
A) 1, 4 və 5     
B) 2 və 3    
C) 1, 2 və 3    
D) yalnız 5       
E) 1 və 5 
 
 
 
 
 
Çalışma 
2.3
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə