121
yüksəltməsi, alçaltması, bir anlığa danışığını dayandırması,
öskürməsi tələbələrin sakitləşməsinə, müəllimin nə demək
istədiyini başa düşmələrinə səbəb olur.
İnsanın geyimi, paltarı da onu əhatə edənlərə onun
əhvalı, hissləri, nə demək istəməsi, ədası barədə məlumat verir.
İnsanlar onları əhatə edən adamlara öz mənasibətlərini
təkcə geyimləri, ədaları ilə deyil, həmin adamlarla ünsiyyət
zamanı hansı distansiyanı, məsafəni tutmalarına əsasən də
çatdıra bilirlər. Bu yolla bir növ qeyri – verbal şəkildə
ətrafdakılara öz münasibət tərzlərini çatdırırlar. Bu baxımdan
mütəxəssislər şəxsiyyətlərarası ünsiyyətdə aşağıdakı dörd zo-
nanın mümkünlüyünü qeyd edirlər.
Birincisi, intim ünsiyyət zonası (yarım metrdən bilavasitə
bədənlə təmasa qədər olan məsafə). Adətən bu məsafədə
valideynlər övladları, olduqca yaxın dostlar, sevgililər ünsiyyət
saxlayırlar. Adətən, az tanıdığın bir adam sənə bu zonada
yaxınlaşdıqda özünü narahat hiss edirsən. Başqasına sənin bu
cür yaxınlaşmağın həmin adamda sənin ona yaxın münasibət
bəsləməyin barədə fikir doğurur. Psixoloji eksperimentlər
göstərmişdir ki, xoşbəxt ər – arvad məhz bu məsafədə ünsiyyət
zamanı özlərini rahat hiss edirlər. Əksinə, bir – biri ilə yola
getməyənlər bu məsafədən uzaq dayanırlar.
İkincisi, şəxsi ünsiyyət zonası (0,5 metrdən 1,5 metrə
qədər olan məsafə). Müxtəlif mədəniyyət, mədəni inkişaf
səviyyəsində bu zonanın sərhəddi müxtəlif olur. Adətən, bu
məsafədə bir – biri ilə yaxşı, yaxın tanış olan adamlar ünsiyyət
saxlayırlar. Bu məsafə adamların bir – birinə toxunmalarına, əl
vermələrinə, əllə çiyninə vurmalarına imkan
verir.
Mütəxəssislərin qeyd etdiyi kimi, adamların əksəriyyəti bu
zonanı özlərinin şəxsi məkanı hesab edir və yad adamlarla bu
zonada ünsiyyətə meylli olmurlar.
Təsəvvür edin ki, mikroavtobusda oturmusunuz. Dayana-
caqda yeni bir sərnişin maşına minərək bütün yerlər boş olduğu
halda sizin yanınızda oturur. Bu zaman siz istər – istəməz
122
özünüzü narahat hiss edirsiniz. Yəqin ki, siz belə halların
şahidi olmusunuz ki, adamların sıx olduğu yerdə, məsələn,
liftdə, metro vaqonunda, avtobusda insanlar bir – biri ilə vizüal
təmasdan qaçır, pəncərədən baxmağa, gözlərini vaqondakı rek-
lam şəkillərə zilləməyə cəhd göstərirlər. Bu cür davranış tərzi
şəxsi məsafə sərhəddini gözləmək cəhdindən irəli gəlir.
Üçüncüsü, formal ünsiyyət zonası (1,5 metrdən 3 metrə
qədər olan məsafə). Adətən bu məsafəni işgüzar adamlarla
ünsiyyət, eləcə də təsadüfi, az əhəmiyyətli söhbət zamanı
gözləyirlər.
Dördüncüsü, ümumi ünsiyyət zonası (3 metrdən uzaq
məsafə). Bu məsafədə birinci və ikinci ünsiyyət zonalarındakı
davranışı həyata keçirmək mümkün deyildir və yersizdir. Hətta
bu məsafədə işgüzar ünsiyyət də həyata keçirilə bilməz. Bu
məsafədə sadəcə olaraq, məsələn, mühazirəni dinləyirsən və
deyə bilirsən ki, ümumi ünsiyyət sitüasiyasına düşmüsən.
II. 4. 3. Ünsiyyət şəxsiyyətlərarası qarşılıqlı
təsir kimi
Sosial
psixologiyada
ünsiyyətin
ən
mühüm
cəhətlərindən biri kimi onun qarşılıqlı təsir prosesi olması,
başqa sözlə interaktiv cəhəti diqqəti cəlb edir. Ünsiyyətə
girərkən insanlar hər hansı sual, xahiş, əmr, izahat və s. zamanı
qarşılarına başqasına bu və ya digər şəkildə təsir etmək
məqsədini də qoyur. Bu zaman o başqasından nəyisə
öyrənmək, ona
təsir
etmək, onu
yersiz
hərəkətdən
uzaqlaşdırmaq, onunla dostluq əlaqələri yaratmaq, ondan
hansısa bir köməkliyi əldə etmək və ya ona öz kömək əlini
uzatmaq və s. istəyini güdə bilir. Bu zaman ünsiyyətin nəzərdə
tutulan məqsədi onun hər iki iştirakçısının birgə fəaliyyət
tələbatına uyğun olursa öz müsbət bəhrəsini verə bilir, təsir
birtərəfli deyil qarşılıqlı xarakter daşıyır. Belə ki, A. fərdin
hərəkəti B – in davranışında dəyişikliyə səbəb olur, onun cavab
123
reaksiyasını yaradır, nəticədə bu reaksiya A- ın da davranışına
təsir göstərir. Deməli qarşılıqlı təsir prosesi baş verir.
Sosial normalar və sosial nəzarət. Adətən birgə
fəaliyyət və ünsiyyət zamanı qarşılıqlı təsir müvafiq sosial
normalar və sosial nəzarət əsasında həyata keçirildikdə özünün
səmərəli nəticəsini verir.
Sosial normalar insanların qarşılıqlı təsir və qarşılıqlı
münasibətlərini tənzim etmək üçün cəmiyyət tərəfindən qəbul
edilmiş normalardır.
Cəmiyyət spesifik sosial davranış normaları sistemi
nümunələrini hazırlayır və müvafiq şəraitdə həmin normalara
əməl etməyi özünün bütün üzvlərindən tələb edir. Bu normalar
pozulduqda sosial nəzarət mexanizmi işə düşür (bəyənməmək,
danlamaq, cəzalandırmaq
şəklində) və
davranışın
korrersiyasına gətirib çıxarır. Burada həmin normların
cəmiyyətin bütün üzvləri tərəfindən qəbul olunması, həmin
normaları etalon kimi qəbul etmələri və öz davranışlarını eta-
lona uyğun qurmağa çalışmaları əsas şərtdir. Lakin bu hələ
kifayət deyildir. Həmin normalara əməl olunmasına sosial
nəzarət edilmədən bu normaların işləyəcəyi şübhə doğurur.
Bunu gündəlik həyati faktlar da sübut edir. Adətən, sosial
nəzarət zəif olduqda və ya ikili münasibət xarakteri daşıdıqda
sosial normaların pozulması halları tez – tez özünü göstərir.
Ünsiyyət prosesində rol və rol gözləmələri. Qarşılıqlı
təsir prosesində sosial nəzarət ünsiyyətdə olan adamların
rollarına uyğun şəkildə həyata keçirilir. Psixologiyada rol
altında kimin bu və ya digər mövqedən asılı olaraq hansı
davranış modelini yerinə yetirməsi nəzərdə tutulur. Subyekt
müəllim və ya şagird, bacı və ya qardaş, həkim və ya xəstə,
müdir və ya işçi, ev yiyəsi və ya qonaq və s. rolunu yerinə
yetirə bilər. Hər bir rol tamamilə müvafiq tələbə və
ətrafdakılarının müvafiq gözləmələrinə cavab verməlidir.
Adətən ünsiyyətdə olan adamlar bir- birindən öz rolunu onun
gözlədiyi kimi yerinə yetirməsini istəyirlər. Məsələn, şairdlər
Dostları ilə paylaş: |