22
müəyyən faktlara rast gəlirik. Lakin onların hamısı üçün bir
cəhət səciyyəvidir – güzəran psixologiyasında faktlar ardıcıl
şəkildə izah edilmir, sübut olunmur».
İnsanlar lap qədimlərdən qarşılıqlı münasibətlərdə olduq-
ları, ünsiyyətə girdikləri insanları öyrənməyə, anlamağa, dərk
etməyə çalışmış, bunun üçün müşahidələr aparmışlar. Tədricən
toplanan biliklər ümumiləşdirilmiş, dildən-dilə, ağızdan-ağıza
keçərək ümuminin, hamının qəbul etdiyi fikirlər olmuşdur.
Bunlar bayatılar, nağıllar, atalar sözləri, nəğmələr, laylalar,
miflər, əfsanələr və s. şəklində, lakonik dillə çatdırılmışdır.
Demək olar ki, elmi psixologiyanın tədqiq etdiyi sahələr
içərisində elə bir problem yoxdur ki, xalq yaradıcılığında da
ondan bəhs olunmasın, münasibət bildirilməsin.
Xalq yaradıcılığında xalqın düşüncə və davranış tərzi,
ayrı-ayrı dövrlərdə baş verən hadisələrə münasibəti öz əksini
bariz şəkildə tapır. Yəni hadisələrə münasibət, onun təhlili, üm-
id və istəklər bu yaradıcılığın əsasını təşkil edir.
Psixoloji fikrin yaranması və inşasının digər bir istiqa-
məti isə yazılı ədəbiyyat, filosof və yazıçıların, şairlərin yara-
dıcılığıdır. Bu mənada «Kitabi-Dədə Qorqud» dastanı, S.Şirazi,
Nizami, N.Tusi, Nəsimi, Füzuli, M.F.Axundov, Sabir, C.Məm-
mədquluzadə və digər mütəfəkkirlərin yaradıcılığı Azərbaycan
psixoloji fikrinin yaranması, inkişafı və formalaşmasında
əhəmiyyətli rol oynamışdır. Onların yaradıcılıığı bir tərəfdən
xalqın təfəkkür tərzinin inkişafına təkan vermiş, digər tərəfdən
bu əsərlərin özündə həyat reallıqları əksini tapmışdır. Yəni
Azərbaycan xalqının keçdiyi inkişaf yolunun mərhələlərini
müəyyənləşdirməkdə bu əsərlər gözəl bir mənbədir.
Professor Ə.S.Bayramov yazır: «Hər bir xalq və ya etnos
özünü düzgün dərk edib qiymətləndirmək və tərəqqiyə nail ol-
maq üçün yalnız özünün sosial-iqtisadi tarixi keçmişinə deyil,
həm də öz psixoloji keçmişinə dərindən bələd olmalıdır».
Azərbaycan xalqının islam dininin Azərbaycana gəlişinə
qədərki həyat, məişət və təfəkkür tərzi şifahi xalq ədəbiyyatın-
23
da və «Kitabi-Dədə Qorqud» dastanında çox bariz şəkildə öz
əksini tapmışdır.
Dastanda totemizmin, şamanizmin, çoxallahlığın xeyli
açıq və gizli əlamətləri vardır. Əsərdə Basatı aslan bəsləyir və
eyni zamanda Basat deyir: «Anam adın sorar olsan Qaba Ağac,
atam adın deyirsən Qocan Aslan, mənim adım sorarsan Aruz
oğlu Basat».
Dastan belə başlayır: «Xanım hey!»
Belə bir başlanğıc, «hey» nidadır, niskildir, çağırışdır. Əl
çatmayan, ötüb keçmiş, yanğı yaradan bir hissdir. Daxilin, ge-
nin, idrakın uyuşmadığı bir mühitə düşərək xiffəti, fəryadıdır.
Tarixçi Gizo yazırdı: «Elə ki, xalqların arxasında uzun və
şərəfli tarix durdu, onlar nə qədər çalışsalar da, bu keçmişdən
ayrıla bilməyəcəklər. Onlar hətta bu keçmişi məhv etməyə
çalışdıqları zaman belə onun təsiri altında olacaqlar».
Qədim türklər islamdan qabaq çoxallahlı idilər. Onlar öz
qılınclarına and içir, suyla xəbərləşir, qurd üzü mübarəkdir
deyirdilər.
Deməli, xalqın etnogeni ilə mühiti arasında uyğunluq ol-
duqda xalq inkişaf edir. Onların arasında ziddiyyət olduqda isə
mənəviyyatda, əxlaqda deformasiya baş verir. Bəzən xalqın
etnogeninə, düşüncə tərzinə yad, yabançı olanı ona doğru,
düzgün kimi təqdim edir, inandırmağa çalışırlar.
Psixoloji fikrin inkişaf mərhələlərinin müəyyənləşdiril-
məsində şifahi xalq ədəbiyyatının, klassiklərimizin yaratdıqları
əvəzsiz xəzinədir.
«Kitabi-Dədə Qorqud»da başlıca ideyalardan biri əsarət-
dən, mütilikdən, kökünə, soyuna dönük çıxmaqdan ölümün üs-
tün tutulmasıdır. Etibar, inam, sədaqət, ləyaqət aparıcı
xətlərdən birini təşkil edir. Beyrəyin nişanlısı yalnız onun
dirisinə yox, ölüsünə də sadiq qalacağını bildirir: «Erkək sinəyi
(milçəyi) üzərimə qondurmam», - deyir.
Dastanda ən çox diqqəti cəlb edən azadlıq, azad fikir,
qadın və kişi bərabərliyi, qadının uca, yüksək tutulmasıdır.
24
Qanlı Qoca oğlu Qanturalı evləndirmək istəyir və ondan nə
sayaq qız itsədiyini soruşur. Qantural deyir: «Baba, mən
yerimdən durmadan ol durmuş ola, mən qanlı kafər əlinə var-
madan ol varmış, mənə baş gətirmiş ola».
Mərdlik, məğrurluq, qeyrət eynilə qıza, qadına da xas
olub. Ərləriylə, sevgililəriylə bir meydanda döyüşən qadınlar
eyni zamanda onların qürurunu sındırmamağa, kişilərin
yanında qürrələnməməyə çalışıblar: «Öyünərsə ər öyünsün –
aslandı. Öyünməklik övrətlərə böhtandır. Öyünməklə övrət ər
olmaz», - deyiblər.
Dədə Qorqud dünyasının əxlaq qaydaları, mərdlik, ləya-
qət, şərəf, nəciblik anlayışları azərbaycanlı psixologiyasının,
xarakterinin təməlidir. Zaman-zaman dəyişən, zənginləşən,
bəziləri itib-batan, bir çox keyfiyyətləri deformasiyaya uğrayan
azərbaycanlı psixologiyasının etnogeni, nüvəsi Dədə Qorqud
dövründə təşəkkül tapmış, formalaşmışdır.
Dədə Qorqud fəlsəfəsi bəşəridir, ölməzdir, insanı saflaş-
dırandır. «Hanı dediyim bəy ərənlər? Dünya mənim deyənlər?
Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Gəlimli, gedimli
dünya. Son ucu ölümlü dünya».
Azərbaycanda psixoloji fikrin birinci mərhələsi eramız-
dan əvvəl başlayıb, islam dininin Azərbaycana gəlişiylə başa
çatır. Lakin ikinci dövr asanlıqla, birdən-birə yaranmadı. Neçə
əsrlər boyu paralel yaşadı. Elə bugünkü günümüzdə də bu para-
lelliyin bir çox cəhətləri davam edir, yaşayır: adət-ənənələri-
mizdə, andımızda, xarakterimizdə.
«İslamiyyətdə milli mənsubiyyət yoxdur» şüarı ilə
Azəbaycan dünyasına daxil olan islam dini millətlərin,
xalqların müxtəlifliyini, özünəməxsusluğunu, milli simasını di-
ni biliklərlə əvəz etməyə çalışdı. Bu isə təfəkkürdə, düşüncədə
inam və əqidədə yeniləşmə demək idi.
İslam dini təkcə qılıncla yox, siyasətlə, ideologiya ilə,
şüurlara təsirlə, inandırma yolu ilə yayıldı. Bu yayılma
müəyyən müddət türk dilinin sıxışdırılması, fars və ərəb dilinin
Dostları ilə paylaş: |