28
tinin nəşrinə başlanması böyük, əhəmiyyətli hadisə idi. Bu
qəzet Azərbaycanda maarifin, mədəniyyətin, elmin inkişafında
önəmli yer tutur. Qəzetin yaradıcısı Həsən bəy Zərdabi nəinki
həmin dövrün, eləcə də sonrakı dövrlərin, bundan sonrakı
zamanın ən böyük maarifçisi, ziyalısı olaraq qalacaq.
Bu dövrdə diqqəti cəlb edən digər bir məsələ isə teatr
tamaşalarının göstərilməsi ilə bağlıdır. Oxumağı, yazmağı ba-
carmayan xalq məhz bu tamaşalar vasitəsilə öz hüquq və
azadlıqlarını başa düşür, tədricən onun uğrunda mubarizəyə
hazırlaşırdılar.
Azərbaycanda neft sənayesinin sürətli inkişafı da psix-
oloji fikrin inkişafına öz təsirini göstərirdi. Bakı Şərqlə Qərbin,
şərq mədəniyyəti ilə qərb mədəniyyətinin qovuşduğu mərkəzə
çevrilirdi. Bura həm Şərqdən, həm Rusiyadan, həm də Avropa-
dan insanlar gəlir, iş qurur, işləyir, yaşayır, şəhəri zəngin-
ləşdirirdilər.
Bir tərəfdən sənayenin tələbatını ödəyən işçilərin hazır-
lanması üçün məktəblər açılır, təhsil almaq üçün başqa ölkələrə
tələbələr göndərilir, mətbuat yaranır, digər tərəfdən qadın
hüquqları, şəxsiyyət azadlıqları tapdanırdı. Ona görə də Azər-
baycanda maarifçilik hərəkatı genişlənməyə başladı. Bir tərəfdə
xalqın inkişafını həyat tərzinin kəskin şəkildə dəyişməsində
görənlər, cəhaləti, avamlığı tənqid edənlər, digər tərəfdə isə
təkamülü, tədrici inkişafı, maariflənməni çıxış yolu kimi görən-
lər, bu yolda çalışanlar meydana gəldi.
Elə buna görə də XX əsrin əvvəllərini Azərbaycanın yeni
bir intibah dövrü hesab edirlər. Məhz bu dövrdə çoxsaylı
mətbuat orqanı, Şərqdə ilk teatr, opera sənəti yarandı. Xalqın
həyat tərzi, düşüncə və təfəkküründə, adət-ənənələrində böyük
dəyişiklik baş verdi.
XIX əsrin sonuna yaxın köhnəlik tədricən özünün süqu-
tuna yaxınlaşdı. Məişətdən tutmuş həyat və fəaliyyətin bütün
sahələrində əvvəlki davranış formaları nadanlıq hesab edilmə-
yə, tifaqlar dağılmağa, münasibətlər başqa şəkil almağa
29
başladı, adət-ənənələr dəyişdi. Hacı həsən ağalar, şeyx nəsrul-
lahlar, xudayar bəylər, məşədi ibadlar sırasından fəxrəddinlər,
kefli isgəndərlər, şamxallar ayrılmağa başladılar. İsmayıl
Şıxlının «Dəli Kür» əsərində bu dövrün bütün çalarları,
ziddiyyətləri əks olunub. Məhz bu dövrdən başlayaraq özündə
qədim türklərin qanını, mərdliyini, kişiliyini daşıyan cahandar
ağaların da məhvi başladı.
Böyük Oktyabrın qələbəsindən sonra SSRİ adlanan mə-
kanda bir sistem yarandı. «Öyünərsə, ər öyünsün, aslandı,
öyünmək qadınlara böhtandı» deyən qədim türk qadınlarını
sevillər, almazlar, həyatlar əvəz etdi. Bu, Azərbaycanda psix-
oloji fikrin dördüncü mərhələsi idi. Doğrudur, beyrəklər, qara-
ca çobanlar da balaşlarla, məmmədəlilərlə əvəz olunmuşdu.
Elə buradaca qeyd etmək istərdik ki, görkəmli dramaturq
Cəfər Cabbarlı bu dəyişikliyi dahiyanə bir şəkildə təsvir et-
mişdi. Baş verən dəyişiklikdə nəyin yaxşı, nəyin pis olduğunu
söyləmək də çətindir. Banıçiçək də, Burla xatun da, Selcan xa-
tun da azaddır, sərbəstdir. Almaz da, Həyat da, Şərəbanı da
azaddır, sərbəstdir. Lakin bu, tamamilə bir-birinə yad, fərqli
azadlıqlardır.
Beləliklə, yeni insanlar, yeni həyat, yeni düşüncə tərzi
yarandı. Yeniləşə bilməyənlər məhv oldu, həbs edildi. Elə bu
səbəbdən də 50-ci illərdən sonra həyatın bütün sahələrində öz
sözü olmayan, laqeyd insanların sayı artdı. Hətta elçi gedəndə
də, qız istəyəndə də, işə götürəndə də belə dedilər: «Üzüyola,
sakit, quzu kimidir».
Əlbəttə, sovet sistemi yalnız mənfiliklərdən ibarət deyil.
Ölkədə savadsızlıq kütləvi şəkildə ləğv edildi, savadsız insan
qalmadı. Məktəblər, xəstəxanalar, klublar, kitabxanalar açıldı.
Elm və təhsil sürətlə inkişaf etməyə başladı.
Milli Konservatoriya fəaliyyətə başladı. Q.Qarayev,
C.Hacıyev, F.Əmirov, S.Hacıbəyov, A.Məlikov, T.Quliyev və
digər dünya şöhrətli bəstəkarlarımız yetişdi. Niyazi kimi
dünyanın ən tanınmış dirijorlarından biri yaşadı, yaratdı.
30
M.Abdullayev, S.Bəhlulzadə, T.Nərimanbəyov və digər
rəssamlarımız fəaliyyət göstərdi. Kino sənəti yarandı və inkişaf
etdi. Üzeyir Hacıbəyov, Müslüm Moqamayev dünya şöhrətli
əsərləri yaratmaqda davam etdilər. Yeni şair və yazaçılar, dra-
maturqlar: S.Vurğun, S.Rüstəm, M.İbrahimov, S.Rəhimov,
İ.Əfəndiyev, S.Rəhman, R.Rza, M.Hüseyn və onlarla digərləri
yazıb yaratdılar.
Onlarla teatr fəaliyyət göstərdi. Elmlər Akademiyası
yaradıldı. Ölkə başdanbaşa elektrikləşdirildi və s.
Bütün bunlar məhz sovet hakimiyyəti illərində Azərbay-
canın, Azərbaycan xalqının böyük, tarixi uğurları idi.
XX əsrin sonlarında – 1991-ci ildə SSRİ dağıldı. Yeni
müstəqil dövlətlər yarandı. Azərbaycan xalqı da əsrlər boyu
arzuladığı, uğrunda mübarizə apardığı müstəqilliyi 1991-ci il
oktyabr ayının 18-də elan etdi. Bununla da ölkəmizin, xalqımı-
zın həyatında yeni bir mərhələ – müstəqillik, suverenlik mərhə-
ləsi başladı.
Azərbaycanda psixoloji fikrin beşinci mərhələsi də bu
illərdən başlanır. Müstəqillik sevinc və arzuların reallaşmasıdır.
Lakin bu sevinc digər tərəfdən də qəm-kədər, ümidsizlik, çaş-
qınlıqla birlikdə gəldi. Torpaqlarımızın bir hissəsini müvəqqəti
də olsa itirdik. Bir milyona yaxın qaçqın və köçkünümüz var.
Qaçqın və köçkün düşdüyümüz torpaqlarla yanaşı o yerlərin
mədəniyyət abidələrini də itirdik. O yerlərdə yaşayan insanların
özünəməxsus adət-ənənələri, həyata baxışları, həyat tərzi də de-
formasiyaya uğradı.
İdeoloji, iqtisadi sistem dəyişdi. İnsanlar həyat və düşün-
cə tərzini dəyişməli oldu. Ümumi mülkiyyəti xüsusi mülkiyyət,
ümumi bərabərliyi, sosial bərabərsizlik əvəz etdi. Varlılar və
kasıblar təbəqəsi yarandı. Bir tərəfdən keçmişimizə, soykökü-
müzə qayıdış, digər tərəfdən müasirləşmə, Qərbə inteqrasiya
etməyin zəruriliyi səsləndi.
Yeni dövrün psixologiyası yaranmağa, inkişaf etməyə
başlayıb. Onun necəliyinin qiymətləndirilməsinə isə zaman,
Dostları ilə paylaş: |