Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının



Yüklə 18,4 Mb.
səhifə3/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

1.1.Maddələrin kristal halı




Kristal maddələrdə hissəciklər müəyyən ciddi qayda üzrə yerləşirlər. Bununla əlaqədar olaraq kristallar müəyyən quruluş və formada olur. Bu isə onlarda anizotropluq, polimirfizm, izomorfizm və s. xassələrin meydana gəlməsinə səbəb olur. Maddələrin quruluşunun öyrənilməsi onların xassələri haqqında daha geniş və daha dəqiq məlumat əldə edilməsinə imkan yaratmışdır. Bu həmçinin müasir biologiyada müxtəlif vitamin və fermentlərin quruluşlarının öyrənilməsini və onların orqanızmdəki mürəkkəb funksiyalarının müəyyənələşdirilməsini təmin etmişdir. Normal (ideal) hallarda kristallar həndəsi çoxüzlü şəklində mövcud olur. Təbiətdə belə həndəsi çoxüzlü şəklində olan kristallara (monokristal şəklində) nadir hallarda təsabüf olunur. Monokristallar əsasən xüsusi şəraitlərdə məhluldan, ərintidən və ya qaz fazadan süni yolla alınır. Monokristallarda kristal qüsurları mümkün qədər az olur. Kristal qüsurları dedikdə aşqar, çat, vakant yerlər (vakansiya) və s. nəzərdə tutulur. Buna görə monokristallardan alınan məlumatlar daha dəqiq olur.


Kristal maddələr əsasən polikristal şəklində təsadüf edilir. Kristalların formasını həndəsi kristalloqrafiya öyrənir. Həndəsi formalarına və daxıli quruluşuna müvafiq olaraq kristalların müxtəlif sinqoniyaları məlumdur. Sinqoniya termini iki yunan sözündən ibarətdir: “sin”oxşar ,“qoniya”bucaq mənasındadır.

Kristalların müxtəlif formalı olması ayrı-ayrı simmetriya elementlərinin kombinasiyası sayəsində mümkün olur. Ümumiyyətlə, kristal qəfəslərdə 32 simmetriya növü mövcuddur: bunlar bir və ya bir neçə oxşar simmetriya elementlərinə malik olan yeddi qrupa bölünürlər. Bu qruplar sistem və ya sinqoniya adlanır. Sinqoniyalar tillərin (oxların) yerləşmə xarakterinə və onların ölçülərinə görə bir-birindən fərqlənir. Kubik kristalların qəfəsi çox sadədir, yəni belə kristallarda tillər eyni qiymətə malik olmaqla qarşılıqlı şəkildə perpendikulyardırlar. Kub, simmetriyanin ali kateqoriyasına uyğun gəlir və bu sinqoniya üzrə 15 fiqur mövcuddur.




Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə