MƏNTƏQƏ SEÇKİ KOMİSSYASININ TƏRKİBİ VƏ İŞ QAYDASI
55
▸
Seçki məntəqəsinin nömrəsini;
▸
Şahid olduğu təqdirdə, adını, soyadını və qeydiyyat yerini.
Ərizəçinin müəyyən edilmiş vaxtda nöqsanı analoji ərizə/şikayət təqdim etmək yolu ilə
düzəltmək və yaxud yeni ərizə vermək hüququ vardır (burada onun nöqsanlarının aşkar
edildiyi göstəricilər qeydə alınır). Komissiyanın katibi Qeydlər kitabında “nöqsan” qeydini
göstərir. Həmin yazının qarşısında ərizəni/şikayəti təqdim edən şəxs və komissiyanın
katibi imza atırlar.
Nöqsanın aradan qaldırılması müddəti Məntəqə seçki komissiyasının katibi və ərizə -şikayəti
təqdim edən şəxsin razılığı əsasında müəyyənləşdirilir. Nöqsanın aradan qaldırılması müddəti
barədə tərəflər arasında narazılıq baş verdiyi təqdirdə, vaxtı, yalnız Məntəqə seçki komisiyasının
katibi təyin edir.
DİQQƏT
Nöqsan aradan qaldırıldığı təqdirdə, komissiyanın katibi qeyd olunan barəsində “Nöqsan
aradan qaldırılmışdır” müvafiq qeydini yazır və dəqiq vaxt göstərməklə Qeydiyyat
jurnalına daxil edir. Qeydin qarşısında ərizə/şikayəti təqdim edən şəxs və komissiyanın
katibi imza atır.
Müəyyən olunmuş vaxtda nöqsan aradan qaldırılmadığı təqdirdə ərizə/şikayət müzakirə
olunmur, bunun barəsində isə Məntəqə seçki komissiyası sərəncam verir (Sərəncamın
başlığında müzakirə olunmamasının konkret səbəbi göstərilməlidir).
DİQQƏT
56
II FƏSİL.
SƏSVERMƏ GÜNÜ ƏRİZƏ/ŞİKAYƏTLƏRƏ
REAKSİYA
Səsvermə günü saat 7:00-dan qutunun açılmasınadək keçirilmiş prosedurların
pozulmasına aid olan ərizə/şikayətə komissiyanın sədri dərhal müvafiq reaksiyasını
bildirməli və mövcud pozuntunu aradan qaldırmalıdır.
Pozuntu aradan qaldırıldığı təqdirdə “Pozuntu aradan qaldırılmışdır” adlı müvafiq qeyd
aparılır və dəqiq vaxt göstərilməklə qeydlər kitabına daxil edilir.
Səsin hesablanmasına və səsvernənin nəticələrinin yekun prosedurunun pozulmasına aid
olan ərizə/şikayəti Məntəqə seçki komissiyası müzakirə etmir və səsvermə gününündən
üç təqvim günü müddətində Dairə Seçki Komissiyasına təqdim edir.
Təqdim olunmuş ərizə/şikayət müzakirə edilmir və Məntəqə seçki komissiyası
ərizə/şikayətin müzakirə olunmamış saxlandığı barədə sərəncam verir, əgər:
▸
Ərizə/şikayət hüququ olmayan şəxs tərəfindən tərtib edilmişdirsə;
▸
Ərizə/şikayətdə pozuntunun məğzi və onun törədildiyi vaxt qeyd edilməmişdirsə;
▸
Ərizə/şikayət seçki komissiyasına qanunla nəzərdə tutulmuş vaxtın pozulması ilə
təqdim edilmişdirsə;
▸
Təqdim edilmiş ərizə/şikayətdəki nöqsan müəyyən olunmuş vaxtda düzəldilməm i-
şdirsə.
MƏNTƏQƏ SEÇKİ KOMİSSYASININ TƏRKİBİ VƏ İŞ QAYDASI
57
Əlavə №1
43
Əlavə №1
Gürcüstan Mərkəzi Seçki Komissiyasının 2012-ci il 9 mart tarixli
№14/2012 qərarı ilə təsdiq olunmuşdur.
Seçki administrasiyası qulluqçularının Etika məcəlləsi
Maddə 1. Ümumi müddəalar
Seçki administrasiyası qulluqçullarının Etika məcəlləsi (sonralar “Məcəllə”) davranış qaydasını
müəyyən edir və seçki administrasiyasının istənilən qulluqçusu üçün məcburidir.
Maddə 2. Məcəllənin hüquqi əsasları
Bu məcəllənin hüquqi əsasları Gürcüstan Konstitusiyası, Gürcüstanın üzvi qanunu olan “Gürcüstanın
Seçki məcəlləsi” (sonradan “Seçki məcəlləsi”), Gürcüstanın qanunvericilik və qanunatabe normativ
aktlardır.
Maddə 3. Terminlərin izahı
Bu məcəllənin məqsədləri naminə onda istifadə edilmiş terminlərin aşağıdakı mənası vardır:
a) Seçki administrasiyası – MSK, MSK aparatı, Acarıstan Seçki dairəsi, Acarıstan Seçki dairəsi
aparatı, Dairə və Məntəqə seçki komissiyaları;
b) Ailə üzvü – qulluqçunun həyat yoldaşı, övladı və övladlığı, birbaşa yaxın və uzaq qohumlar, bacı-
qardaşı, onunla daim yaşayan şəxs.
Maddə 4. Məcəllənin məqsədləri, vəzifələri və fəaliyyət dairəsi
1. Məcəllənin məqsədi cəmiyyətdə Seçki administrasiyasının nüfuzunu artırmaqdan, Seçki
administrasiyasına münasibətdə cəmiyyətin üzvlərinin etimadını möhkəmləndirməkdən, seçki
prosesinə cəlb olunmuş tərəflərə münasibətdə bu davranış qaydalarına əməl etmək və tətbiq etməkdən
ibarətdir.
2. Məcəllənin vəzifəsi qulluqçuların peşə etikası normalarına sədaqətlilik, yüksək əqli yetişkənlik və
xidməti borca münasibətdə şəxsi məsuliyyət hisslərini yüksəltməkdən ibarətdir.
3. Məcəllənin fəaliyyəti Seçki administrasiyasında fəaliyyət göstərən qulluqçuları əhatə edir.
58
44
Maddə 5. Seçki administrasiyası qulluqçularının (sonradan -qulluqçuların) fəaliyyətinin əsas
prinsipləri
Qulluqçu borcludur:
1. Qanuna hörmət etməyə:
Qanunvericiliyin dəqiq və ardıcıl həyata keçirilməsini təmin etməli, funksiyaların yerinə yetirilməsi
zamanı müstəqil, vicdanlı və tərəfsiz olmalıdır.
2. Ədalətli, tərəfsiz və müstəqil olmağa:
a) Subyektin, seçicinin və seçki prosesində iştirak edən başqa şəxslər üçün bərabər və ədalətli mühitin
yaradılmasını təmin etməlidir;
b) Elə hərəkətlərdən çəkinməlidir, hansılar ki, hər hansı bir partiyanın və yaxud seçki subyektinin
tərəfdarı/əleyhdarı hərəkəti kimi dərk oluna bilər;
c) Qulluqçu ailəsi üzvlərinin seçki subyekti kimi qeyd edildiyi halda, yuxarı komissiyaya və yaxud
MSK-ya 5 iş günü ərzində yazılı surətdə ərizə təqdim etməlidir, əks təqdirdə, bu təqdim etməmək
qeyd edilən müddətdə inzibati məsuliyyətə cəlb olunmağın əsasına çevrilə bilər.
ç) Siyasi partiya, təşkilat və ya siyasi prosesə qoşulmuş şəxsdən hədiyyə və ya qiymətli bir şey
almamalıdır;
d) Siyasi partiya, təşkilat və ya seçki prosesində iştirak edən şəxs tərəfindən təşkil olunmuş
ziyafətlərə, banketlərə və bayram tədbirlərinə getməməlidir.;
e) Seçki dövründə yerli və ya dövlət hakimiyyətinin vəzifəli şəxsləri şəxsi xarakterli görüşlərdən və
səfərlərdən çəkinməlidir.
v) Seçkilər dövründə yerli və dövlət hökümət vəzifəsində olan şəxslərlə şəxsi xarakterli görüşlərdən
və səfərlərdən çəkinsin.
3. Şəffaf hərəkət etməyə:
Maraqlı tərəflərə seçki prosesi və yaxud Seçki administrasiyasının fəaliyəti ilə əlaqədar
informasiyanın və sənədlərin alınmasına kömək göstərməlidir (seçici siyahılarında şəxsi nömrəni
əhatə edən informasiyadan başqa).
4. Peşəkar, intizamlı və punktual olmağa:
a) Onun üçün təşkil edilmiş treninqlərdə iştirak etsin və seçki prosedurlarını dərindən öyrənsin;
b) İş vaxtının və əmlakının qeyri-xidməti məqsədlərə xərclənməsinə yol verməsin;
Dostları ilə paylaş: |