Kimya məktəbdə
85
H + O + H → H
2
O
2H
2
O → 2 H
2
+ O
2
→ 4H + 2O
3-cü mövzu. Maddələrin biri- birinə çevrilməsi. Kimyəvi reaksiyalarda
maddə kütləsinin saxlanılması qanunu.
Təcrübə 3.1. Bir parça yoğun mis məftili tutqacla tutaraq lampa alovunda 2 dəq.
qızdırırıq və onun rənginin qaraldığını müşahidə edirik. Reaksiyanın tənliyi:
2 Cu + O
2
t
2CuO
Qırmızı-narıncı qara
Təcrübə 3-2. İki sınaq şüşəsinin hər birinə 2-3 ml duru xlorid turşusu məhlulu
tökür, birinin içərisinə azca mərmər (və ya təbaşir) parçası, o birinə isə Al (və ya
Zn) parçası salırıq və müşahidə edirik. Hansı sınaq şüşəsində reaksiya sürətli,
hansında yavaş gedəcəkdir? Reaksiyaların getdiyini necə bilirik? Reaksiyaların
tənlikləri:
CaCO
3
+ 2HCl → CaCl
2
+ CO
2
+ H
2
O
2Al + 6HCl → 2AlCl
3
+ 3H
2
↑
Təcrübə 3-3.Yarım çay qaşığı göydaş (CuSO
4
.5H
2
O) kristallarını kimya
stəkanında həll edin və texniki tərəzinin sol gözünə qoyun. Tərəzinin həmin
gözünə bir uzun(30-35sm) dəmir mıxı da qoyun və çəkisini qeyd edin. Dəmir
mıxı ehtiyatla stəkandakı məhlula salıb 2-3 dəqiqə gözlədikdən sonra çıxarıb onun
səthində qırmızı-narıncı rəngin əmələ gəldiyini müşahidə edin (reaksiyanın
getdiyini göstərən əlamət).Yenidən tərəzini işə salın və çəkinin dəyişmədiyini
təsdiqləyin. Reaksiyanın sadələşdirilmiş tənliyi:
CuSO
4
+ Fe → Cu + FeSO
4
Bu təcrübə ilə həm reaksiyanın getməsi, həm də reaksiyada iştirak edən
maddələrin kütləsinin dəyişmədiyi təsdiq olunur.
4-cü mövzu. Hidrogenin alınması və varlığının təyini.
Təcrübə 4.1.Qaz alınan cihazda hidrogenin alınması və varlığının təyini.
Dərslikdəki şəklə uyğun olaraq sadə qaz alınan cihazı quraşdırın və reaksiya
2-3(50-51)2015
86
aparılan sınaq şüşəsinə(reaktora) ehtiyatla 2-3 Zn qırıntısı salın və ayırıcı qıfa 4-5
ml duru xlorid turşusu tökün. Qazaparan borunun ucunu dəmir ştativə bərkidilmiş,
ağzı aşağı çevirilmiş sınaq şüşəsinin içinə tutun, sonra ayırıcı qıfın kranını açın
(ayırıcı qıf olmadıqda reaktorun ağzını içərisindən düzbucaqlı boru keçirilmiş
tıxacla bağlamaq olar, bu halda reaktora HCl turşusu tökən kimi onun ağzını tez
həmin tıxacla qapayırıq). 2-3 saniyə gözlədikdən sonra hidrogen qazı toplanmış
sınaq şüşəsinin ağzını barmağınızla tutub alova yaxınlaşdırın və barmağınızı
götürün. Kiçik partlayışın eşidilməsi H
2
qazının varlığını sübut edir (hidrogen
qazının hava ilə qarışığı partlayıcıdır).
Təcrübənin mahiyyətinin yaxşı anlaşılması üçün onu aparan və müşahidə edən
şagirdlərə aşağıdakı suallara cavab vermək təklif olunur:
1.
Qaz toplanan sınaq şüşəsi niyə başıaşağı tutulur?
2.
Hidrogen qazı toplanmış sınaq şüşəsini alova tutduqda nə üçün partlayış
verir?
3.
H
2
qazı partlayışla yandıqda hansı reaksiya baş verir?
4.
Hidrogen qazı alınan reaksiyada duzun da əmələ gəldiyini hansı təcrübə ilə
yoxlamaq olar?
Təcrübə 4.2. Hidrogenin sınaq şüşəsində alınması.
Kiçik sınaq şüşəsinə 4-5 Zn metalı qırıntısı yerləşdirib üzərinə 3-4 ml 10% - li
xlorid turşusu töküb maili vəziyyətdə tutun və qaz qabarcıqlarının çıxmasını
müşahidə edın.Sonra, sınaq şüşəsinin ağzını lampa alovuna və ya kibrit çöpünün
alovuna tutun. Kiçik partlayış səsi eşidiləcəkdir.Əgər sınaq şüşəsindən hava tam
çıxıbsa təmiz hidrogen sakit, partlayışsız yanacaqdır.
5-ci mövzu. Oksigenin alınması və təyini.
Təcrübə 5.1. Hidrogen-peroksiddən oksigenin alınması.
Orta ölçüdə sınaq şüşəsinə 2-3ml 3%-li hidrogen-peroksid (H
2
O
2
) məhlulu
töküb üzərinə azca(bir çimdik) MnO
2
tozu əlavə edir və sınaq şüşəsinin ağzına
əvvəlcədən hazırlanmış közərmiş çöp tuturuq, çöpün alışıb yanması oksigenin
çıxdığını sübut edir. (Laboratoriyada MnO
2
olmadıqda hidrogen-peroksidin
üzərinə əvvəlki təcrübədə oksigen almaq üçün qızdırılan KMnO
4
qalığı səpilə
bilər). Reaksiyanın tənliyi:
2 H
2
O
2
2
MnO
2H
2
O + O
2
↑
Yekunda şagirdlərə sualla müraciət olnur: reaksiyanın gedişində istifadə edilən
manqan(IV)-oksidin rolu nədən ibarətdir?
Kimya məktəbdə
87
Praktik məşğələlər
Praktik məşğələ1. Məktəb kimya kabinetinin laboratoriya avadanlıqları.
Kimya kabinetində iş zamanı təhlükəsizik texnikası qaydaları.
Məşğələ başlayana qədər nümayiş stolunun üstünə aşağıdakı laboratoriya
avadanlıqları qoyulmalıdır:taxta və dəmir tutqaclar, kiçik dəmir qaşıqlar, şüşə
çubuq, şpatel, asbest tor, spirt və qaz lampaları, sacayaq, farfor üçbucaq, taxta və
dəmir ştativlər, dəmir ştativ üçün mufta, həlqə və sıxac, yuyucu fırça, müxtəlif
ölçülü sınaq şüşələri, yan borucuğu olan böyük sınaq şüşəsi, U – şəkilli boru,
yumrudib, yastıdib və konusvari kolbalar, ölçülü kolbalar və sınaq şüşələri,
müxtəlif ölçülü kimya stəkanları, kiçik vanna və kristallizator, ölçülü və ölçüsüz
müxtəlif həcmli silindrlər, yuyucu qablar, pipet, adi qıf, ayırıcı qıf , çini kasalar,
həvəngdəstə, çini buta, müxtəlif ölçülü borular, saat şüşələri, dar və geniş ağızlı
şüşə qablar, termometrlər, rezin və mantar tıxaclar, rezin borular, qazometr, Kipp
aparatı, Hofman cihazı, evdiometr, elektrik qızdırıcılari.
Bu laboratoriya avadanlıqları şagirdlərə göstərilir və hər birinin funksiyası
qısaca izah edilir. Onların şəkili və sxeminin dərslikdə, başqa ədəbiyyatda
verildiyi şagirdlərin nəzərinə çatdırılır.
Laboratoriya avadanlıqları ilə tanışlıqdan sonra, bütün şagird cütlərinə dərslikdə
verilmiş təhlükəsizlik texnikası qaydalarını öyrənmək tapşırılır. Öyrənmə
vaxtı(12-15 dəq.) tamam olduqda nəticələr müzakirə edilir və yaddaşda
möhkəmləndirilir.
Məşğələnin sonuncu mərhələsində müəllim dəmir ştativin dayağına həlqələrin və
sıxacların bərkidilməsi və onların açılmasını, adi qıfın, sınaq şüşəsinin və
kolbanın ştativə birləşdirilməsi və açılmasını, spirt və ya qaz lampası alovunun
müxtəlif temperaturlu təbəqələrdən ibarət olmasını nümayiş etdirir. Alovun
quruluşu öyrənilərkən uzun taxta çöplərdən və ya adi kibrit çöplərindən istifadə
oluna bilər.
Dərs nəticələrin ümumiləşdirilməsi ilə yekunlaşdırılır. Sonda ev tapşırığı
verilır: praktik məşğələnin gedişinə aid hesabat yazın, məşğələdə nələri müşahidə
etdiniz, nələri öyrəndiniz?- suallarına cavab hazırlayın.
Praktik məşğələ 2. Xörək duzunun qarışıqlardan təmizlənməsi.
Təcrübənin gedişi: Əvvlcədən qarışıq hazırlanır: 2-3 xörək qaşığı təmiz
xörək duzuna yarım çay qaşığı quru, ələnmiş torpaq və bır o qədər də narın qum
qatılır, yaxşıca qarışdırılır. Bu qarışıqdan 4-5 kimya stəkanının hər birinə yarım
çay qaşığı tökülür və üzərinə su əlavə edilir,şüşə çubuqla ehtiyatla
2-3(50-51)2015
88
qarışdırılır(stəkanın daxili divarına toxunulmamalıdır). Su o qədər əlavə
olunmalıdır ki, duz tam həll olunsun.
Stəkanlardakı məhlullar təşkil edilmiş şagird qruplarına paylanır.Qarışıqla birlikdə
qrupların hər birinə həmçinin, bir boş stəkan (və ya kolba), bir şüşə çubuq , adi qıf
və süzgəc kağızı da verilir. İşi aparmaq üçün onlar aşağıdakı kimi
təlimatlandırılır: süzgəç kağızını qatlayın və qıfa yerləşdirin (bunun necə edilməsi
göstərilir, süzgəç kağızı qıfın kənarından 0,5 sm aşağıda durmalıdır) və
stəkanın(kolbanın) ağzına qoyun. Sonra şüşə çubuğu qıfın içindəki süzgəç kağızı
üzərində ona toxunmaqla azca maili vəziyyətdə tutun və stəkandakı qarışığı
yavaş-yavaş şüşə çubuğunsəthi ilə axıdın(göstərilir). Qıfa tökülən qarışıq-maye
qıfdakı süzgəc kağızının yuxarı kənarını aşmamalıdır.
Süzülmüş şəffaf məhluldan bir qədərini çini kasaya töküb dəmir ştativin
həlqəsi üzərinə qoyur və spirt (və ya qaz) lampası ilə qızdırıb
buxarlandırırıq(bunun üçün lazım olan bütün materiallar qruplara verilir).
Qızdırmanı zəif alovda, kasacıqdakı mayeni şüşə çubuqla qarışdıra-qarışdıra
aparın.
Evə tapşırıq: işin qedişini və təcrübə zamanı etdiyiniz müşahidələrinizi
hesabat şəklində yazın.
Praktik məşğələ 3. Oksigenin alınması və xassələrinin yoxlanması.
Resurs: qaz alınan cihazın hissələri (böyük sınaq şüşəsı, içərisindən düzbucaqlı
şüşə boru keçirilmiş rezın tıxac, rezin şlanq, bir ucu sivri kiçik borucuq), dəmir
ştativ, içərisində azca kömür,kükürd və fosfor olan dəmirdən hazırlanmış 3
kimya qaşığı, 3 kimya stəkanı və ya kiçik bankalar, onların ağzını örtmək üçün
şüşə lövhələr, quru taxta çöplər, KMnO
4
kristalları, spirt (və ya qaz) lampası. Bu
sadalanan resurslardan şagird qruplarının sayı qədər dəstlər hazırlanır.
Təcrübənin gedişi: verilmiş hissələrdən qaz alınan cihaz quraşdırılır. Reaktora
onun 1/3-i qədər KMnO
4
kristalları yerləşdirib tıxacla bağlanır və cihazın kipliyi
yoxlanır. Bunun üçün qazaparan borunun ucunu içində su olan qaba salır və
reaktorun yuxarı hissəsini azca qızdırırıq, qızdırılmış hava sudan qabarcıqlar
şəklində çıxırsa, deməli, cihazımız kipdir.
Qazaparan borunun ucunu stəkanın (bankanın) dibinə yerləşdirib reaktorun
KMnO
4
kristalları olan hissəsini qızdırırıq. Təqribən bir dəqiqədən sonra közərmiş
çöpü stəkanın ağzına tuturuq, əgər çöp alışıb yanırsa, deməli, stəkan oksigenlə
dolmuşdur. Bu qayda ilə qalan 2 stəkanı da oksigenlə doldurur, hər üçünün ağzını
şüşə lövhə ilə örtürük. Sonra növbə ilə dəmir qaşıqlarda kömürü közərənədək,
kükürd və fosforu isə yanmağa başlayanadək qızdıraraq oksigen olan stəkanlara
salır, yanma proseslərini müşahidə edirik. Hər bir stəkanda yanma prosesi başa
çatan kimi onları şüşə lövhə ilə qapayırıq. Yanmalar qurtardıqdan dərhal sonra
Kimya məktəbdə
89
kömür yandırılan stəkana duru əhəng suyu, kükürd və fosfor yandırılan stəkanlara
isə bir qədər su və lakmus damcıları əlavə edib hansı dəyişikliklər baş verdiyini
qeyd edirik.
Ev tapşırığı: praktik işin gedişini qısaca yazın, dərslikdəki KMnO
4
–dən oksigen
alınan cihazın şəklini dəftərinizdə çəkin və aşağıdakı suallara cavab hazırlayın:
1.
Oksigen olan stəkanlarda közərmiş kömür, yananadək qızdırılmış kükürd
və fosfor nə üçün daha parlaq alovla yanır?
2.
Kömür yandırılan qaba əhəng suyu tökdükdə bulantı əmələ gəlməsi necə
izah oluna bilər?
3.
Kükürd və fosfor yandırılan qablara lakmus məhlulu əlavə edildikdə
qırmızı rəng alınmasının səbəbi nədir?
4.
Qırmızı fosfor yandırıldıqda qabda ağ tüstü görünməsi necə izah
edilməlidir?
Praktik məşğələ 4. Tələb olunan qatılıqda məhlulların hazırlanması.
Təcrübə 4.1. Müəyyən kütlə payına malik olan məhlulların hazırlanması.
Dörd nəfərlık qruplar təşkil olunur, hər qrupa texniki tərəzi, çəki daşları,
menzurka (yaxud, ölçü silindri) və su verilir. Sonra ayrı-ayrı qruplara xörək
duzundan (və ya başqa duzdan) müəyyən qatılıqda - 10%-li, 12%-li, 16%-li, 18%-
li, 20% -li 200q məhlullar hazırlamaq üçün nə qədər duz və nə qədər su götürmək
lazım olduğunu hesablamaq tapşırılır. Hesablamaların düzgünlüyü yoxlanılır.
Hesablanmış miqdarda duzu çəkmək, suyun həcmini ölçmək və onları qarışdırıb
həll etmək tələb olunur. Yerinə yetirilən işlərə müəllim(və ya laborant) nəzarət
edir, şagirdləri istiqamətləndirir.
Təcrübə 4. 2. Müəyyən molyar qatılığa malik olan məhlulların hazırlanması.
Təşkil olunmuş ayrı–ayrı qruplara 0,1, 0,2, 0,3, 0,4 və 0,5 mol/l
qatılıqda 100 ml həcmində məhlullar hazırlamaq üçün tərəzidə neçə qram duzu
(NaCl, NaNO
3
və ya başqa duz) çəkib suda həll etmək lazım olduğunu
hesablamaq tapşırılır. Hesablamaların düzgünlüyü yoxlanılır və həmin miqdarda
duzların çəkilməsi tələb olunur. Sonra hər qrupa içində yarısına qədər distillə
suyu tökülmüş 100 ml-lik ölçü kolbası verilir və duzun kolbada necə həll
ediləcəyi izah edilir. Bundan sonra işin yerinə yetirilməsinə icazə verilir və işin
gedişi izlənilir.
2-3(50-51)2015
90
İstifadə edilmiş ədəbiyyat:
1. Zülfüqarlı C.İ. Qeyri-üzvi kimyadan
təcrübə məşğələləri. Bakı, ADU-nun
nəşriyyatı, 1955, 445 səh.
2.Abbasov M., Abbasov V., Abışov N.,
Əliyev V. Kimya. Ümumtəhsil
məktəblərinin 7-ci sinfi üçün dərslik.
Bakı,”Aspoliqraf”, 2014, 96 səh.
3. Abbasov M., Əliyev A. Kimya. 7-ci
sinif. Müəllim üçün vəsait. Bakı,
”Aspoliqraf”, 2014, 88 səh.
4.Практикум по неорганической химии.
Учеб. пособие для студентов биолог.–
хим.
фак.
пединститов.
М.,
«Просвещение», 1978, 312 с.
5. Плетнер Ю.В. и Полосин В.С.
Практикум по методике преподавания
химии. Учеб.пособие для студентов
хим.
спец.
пед.
инст-ов.
М.,
«Просвещение», 1977, 207 с.
6. Верховский В.Н. и Смирнов А.Д.
Техника химического эксперимента.
Пособие для учителей т.1. Изд.7-е,
переработ. М., «Просвещение», 1973.
7. Верховский В.Н. и Смирнов А.Д.
Техника химического эксперимента.
Пособие для учителей т.2. Изд.6-е,
переработ. М., «Просвещение», 1975.
8. Bakı,”Aspoliqraf”, 2014,.
Справочник по химии. Для учащихся
сред.школы. М., «Просвещение»,
1970, 352 с.
Kimya məktəbdə
91
Акиф Алиев, Айнур Зулфугарова
Дидактические материалыдля проведения и организации лабораторных работ
в VII классе
АННОТАЦИЯ
В статье рассматривается значение использования дидактического
материала при проведении лабораторных работ по химии в VII классе, дается
классифация этих работ. Описывается содержание основных демонстрационных,
лабораторных опытов, а также опытов при организации практических занятий.
Akif Aliyev, Aynur Zulfugarova
Didactic materials about the organizing and conducting laboratory works in chemistry in
the seventh grade
ANNOTATION
In the seventh grade for the chemistry lab training on issues relating to separate
during the course of the importance of the use of didactic materials, are discussed their
contents and methods of organization (demonstration experiments, laboratory
experiments, experiments for practical workshop).
The training material in here, publish in 2014 for the seventh year school’s line
with the contents of school textbooks.
Açar sözlər: didaktik material, kimyəvi eksperiment, nümayiş təcrübə, laboratoria
təcrübəsi, praktik məşğələ.
Ключевые слова: дидактический материал, химический эксперимент,
демонстрационный эксперимент, практическое занятие.
Keywords: didactic materials, chemical experiment, demonstrated experience, lab
experience, practical training.
Dostları ilə paylaş: |