Ekoloji şəraitin bazar iqtisadiyyatında yerini təsəvvür
etmək üçün R.Nussbaumun piramidasına diqqət yetirək: onun
fikrincə bu piramidanın əsasını (oturacağını) ətraf mühit və təbii
ehtiyatlar təşkil edir. Yuxarıdakı mərtəbədə fəhlə qüvvəsi və kapital
(sərmayə, pul) yerləşir. Sonrakı mərtəbədə müəssisələr, firmalar
fəaliyyət göstərirlər. Piramidanın zirvəsi bilavasitə məhsullar və
xidmətlər bazarına verilmişdir. Ənənəvi bazar kiçik kontur (dairə)
ilə işləyir və ekoloji
sferaya qismən müdaxilə edir, əsasən
istehsalat
prosesinə təbii ehtiyatların cəlb edilməsi şəraitində özünü büruzə
verir (Bax: sxem 6).
Bazar onunla fərqlənir ki, istehsalçı (satıcı) istehsal
etdiyinin sahibi (mülkiyyətçisi) olur, alıcı isə-aldığı məhsulun
(əmtəənin). Lakin heç də bütün təbiət obyektləri istehsalçıların
mülkiyyəti ola bilməz, çünki onların bəziləri ümumi mülkdir
(əmlakdır) və ya hamının malıdır. Bəzi rifahı formalaşdıran təbii
əsaslar hava, su, ətraf mühitin təmizliyi ilkin istehlaka (tələbata) aid
olub, birbaşa, bilavasitə istifadə olunur və kollektiv (ümumi) irsi
təşkil edirlər. Bunlar isə fərdiyyətləşdirilə bilməz. Eyni zamanda bir
çox rifah elementləri daşma bilməzlər. Lakin bu
0
demək deyildir
ki, bazar münasibətləri ekoloji sferada mövcud ola bilməz. Təbii
obyektləri yeni metodlar, yollar axtarmaq vasitəsilə mülkiyyətin çox
subyektliyi sosial və təsərrüfat subyektlərinin qarşılıqlı əlaqələri
əsasında alqı-satqı prosesinə cəlb etmək vacibdir. Yəni elə etmək
lazımdır ki, bazar münasibətləri böyük dairə üzrə fəaliyyət
göstərsin.
3.2.
Bazarın uğursuzluğu. Zahiri effektlər və
ictimai rifahlar
Təmiz bazara keçid, xüsusən təbiəti mühafizədə, əsaslı
surətdə həyəcan doğurmaya bilməz. Çünki, bazar münasibətləri
avtomatik yolla (birdən-birə) təbiətin sağlamlaşdırılmasına imkan
yaratmır. Ekoloji sferada boşluqlar, uçurumlar, uğursuzluqlar
(fiasko) və yaxud bazarın «kifayət etməyəcək dərəcədə» fəaliyyəti
özünü biruzə verir.
Bazar münasibətləri eko
44
loji təhlükəsiz texnologiyanın (texnikanın) tətbiqinin ətalətli olması
ilə səciyyələnir. Belə halda heç də həmişə ehtiyatların effektiv
istifadəsini (paylanmasını) təmin etmək imkanında deyildir, belə ki,
bazar qiymətləri özündə alternativ dəyər qiymətlərini əks etdirə
bilmir və istehlakçıya (alıcıya) yalan informasiya verir.
Bazardakı «boşluqların» (fıaskonun) mənbələri bunlardır:
-zahiri effektlər; ictimai rifah; rifah üçün qiymətlərin
olmaması; transaksion xərclər; mülkiyyət hüquqları; biliyin
olmaması və informasiyada qeyri - müəyyənlik; uzaqgörənliyin
olmaması («ekoloji yaxmgörmə»).
Qeyd olunan mənbələrin əksəriyyəti birbaşa və dolayı
olaraq ekoloji sferaya aiddir. Adətən bazardakı böhranı bəzən ətraf
mühitin firmalar tərəfindən çirkləndirilməsi ilə əlaqələndirirlər.
Belə ki, istehlakçılara (region əhalisinə) çirkləndiricilər tərəfindən
olan təsir iqtisadi və hüququ münasibətlərlə tənzimlənmir. Bu
çirklənmələr zahiridir, xarici (eksternal) effekt və bazar
qiymətlərində öz əksini tapmır. İstehlakçılar (alıcılar) çox zaman
mülkiyyət hüquqları olmadığından, yaxud yüksək transaksiya
xərclərinə görə bazar sövdələşməsində iştirak etmirlər və ona görə
də «günahlardan» onlara dəymiş ziyana görə kompensasiya (əvəz)
tələb edə bilmirlər. Alıcıların bazar qiymətlərində yaranan itkiləri öz
əksini tapmır. Halbuki, həmin malların istehsah ətraf mühiti
çirkləndirir. Zahiri effektlə rifahın ictimai dəyəri təklif edilir.
Ümumiyyətlə, «zahiri effektlər» kateqoriyası (anlayışı)
təbiətdən istifadənin iqtisadiyyatında fövqəladə bir anlayışdır.
Zahiri effektlərin yaxud eksternalın mövcud olması haqqında ilk
dəfə neoklassiklər məlumat vermişlər. A.Marşall zahiri qənaət
anlayışını, A.Pitu isə neqativ zahiri effektlər haqqında misal
gətirmişdir. Eksternallar-iqtisadi fəaliyyətin zahiri effektləridir
(xərcləridir) ki, üçüncü tərəfə (şəxsə) müsbət və ya mənfi təsir
göstərir. Təbiəti mühafizədə ekstemalilərin əksəriyyəti mənfi olur.
Mənfi zahiri xərclər aşağıdakı
şəraitdə baş
45