özünəməxsus bir əmtəə qrupunun «qiyməti» ÜDM, alternativ
miqdarda digər əmtəə qrupunun EİP qiymətinə bərabər olacaqdır.
İstehsalat imkanlarının əyrisindəki E nöqtəsi ÜDM və
EİP-m optimal həcminə o vaxt uyğun gəlir ki, cəmiyyət təbiətdən
səmərəli istifadəyə ÜDM-un 5-6 % ayırmış olsun. Bu nöqtə ekoloji
vəziyyətin sabitləşməsi ilə təbii mühitin keyfiyyətinin yaxşılaşması
arasındakı sərhəddi göstərir. Bu model ekoloji borc nəzəriyyəsi ilə
tamamilə uyğun gəlir. Belə vəziyyət cəmiyyət ilə təbiət arasında
kredit-pul münasibəti kimi qiymətləndirilir. Cəmiyyətdə pul
şəklində ifadə olunmuş ekoloji borc təbiət qarşısındakı
kəsiridir-ödənilməmiş borcdır. 4 b sxemində təbiətin tənəzzül
sektoru o deməkdir ki, cəmiyyət təbiət qarşısında borcla yaşayır, O,
V xətti onu göstərir ki, cəmiyyət öz borcunu faizlə ödəyir. Yalnız
ekoloji vəziyyətin sabitləşməsi sektorunda cəmiyyətlə təbiət
arasında bərabər hüquqlu kredit- pul qarşılıqlı münasibətləri
müşahidə edilir.
Deməli, tarazlı ekoloji-iqtisadi inkişaf o vaxt reallaşır ki,
cəmiyyətdə təbii tarazlıq nəzərə alınmaqla ekoloji sferaya lazımı
məbləğdə kapital qoyuluşu yönəldilmiş olsun. Belə şəraitdə
təbiətdən istifadənin arzu edilən vəziyyəti (O, E xətti)
«cəmiyyət-təbiət» münasibətlərinin sabit inkişaf trayektoriya- sına
keçidi düzgün əks etdirər və noosferin tarazlı vəziyyətinə yaxınlaşa
bilər. Kuznets əyrisi göstərir ki, sabit inkişaf o vaxt mümkündür ki,
cəmiyyət varlı olsun. Yalnız əhalinin rifah halının yüksək olduğu
şəraitdə cəmiyyət təbiəti mühafizəyə kifayət qədər vəsait ayıra bilər.
Bir sözlə, cəmiyyət çalışmalıdır ki, Kuznets əyrisi daha yastı qövsə
malik olsun.
Ekoloji-iqtisadi
qanunauyğunluqlar
cəmiyyət-təbiət
əlaqəsinin həmahəng (harmonik) olmasına xidmət etməlidir. Buna
nail olmaq üçün ən vacib amil təbii-istehsalat ritmlərinin
razılaşdmması (sinxron) olmalıdır.
39
Sxem 5. Kuznets əyrisi
Məlumdur ki, həm iqtisadiyyat, həm də təbiət özlərinin
inkişafında müəyyən mərhələdən keçirlər. Cəmiyyət və təbiət
qarşıdurmasında bunun proqnozunu (bilimini) verməmək, nəzərə
almamaq mümkün deyildir. Cəmiyyət özünün iqtisadi inkişafında
dövriyyələri (tsiklləri) iqtisadi yüksəlişdə yox, həm də təbii
ehtiyatların artmasında, onlann iqtisadi qanunlara təsirində də
nəzərə alınmalıdır. Biz öz fəaliyyətimizin daima təbii-istehsalat
dövriyyələrinin tələbatına müvafiq olaraq ölçüb- biçməli,
inkişafımızı ona uyğunlaşdırmalıyıq.
Özünüyoxlama sualları
1 .Ekoloji-iqtisadi maraqlar və mənafelər nədir.
2.
Ərazinin təyinatı (funksiyası) nədən ibarətdir.
3.
Təbii ehtiyatlar üzərində subyektlər kimlər olmalıdır.
4.
Təbii ehtiyatlar üzərində mülkiyyət münasibətlərinə nələr
daxildir.
5.
Ekoloji-iqtisadi hadisə və proseslərin iqtisadi hadisə və
prosesdən asılılığı necədir.
6.
Ekoloji-iqtisadi prinsiplər hansı əlaqələri əhatə edir, y.lstehsalat
imkanları ilə ekoloji-iqtisadi potensial arasındakı
əlaqə necə yaranır.
8.
Kuznets əyrisinin məzmunu nədən ibarətdir.
40
III
FƏSİL
ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİNDƏ DÖVLƏT VƏ
BAZARIN ROLU
3.1.
Ekoloji sahədə bazar haqqında
müasir təsəvvürlər
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bazar
münasibətləri müxtəlif ekoloji sferada genişlənir: İldən-ilə ekoloji
texnikanın satış dövriyyəsi artır, istehsalat tullantılannm bazarı
genişlənir və s. 1990-cı ildə Almaniyada təbiəti mühafizə
ehtiyacları üçün ixrac edilən məhsullar genişlənmiş, onlann ümumi
dəyəri 8,0 milyard marka olmuşdur. Bütövlükdə, OESP-in
qiymətləndirmə məlumatına əsasən, ekoloji məhsulların və
xidmətlərin satış qiymətləri 200 mlrd.dollar təşkil etmişdir. «90-cı
illərin ekobiznesi başqa sahələrə nisbətən daha sürətlə inkişaf
edəcəkdir» proqnozu, əsasən təsdiqləndi.
Bazar mexanizmi təbii sərvətlərin gəlirli sahələrinə
sərmayə qoyuluşuna şərait yaradır. Ekotexnikanın istehsalı, ekoloji
məhsulların və təmiz texnologiyaların geniş miqyasda tətbiqi bazan
fəth etməkdə yeni bir silaha çevrilmişdir. Təsadüfi deyil ki,
Yaponiyada
«ekobiznes
sahəsində
tədqiqatlar
komitəsi»
yaradılmışdır. Onun məqsədi iqtisadiyyatın inkişaf istiqamətini
ekoloji təhlükəsiz texnologiyalar yaratmağa yönəltməkdən
ibarətdir. Bütövlükdə ekobiznes cəmiyyətin reaksiyasına söykənir
və sahibkarlar təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinə
daha çox diqqət yetirirlər. Ekobiznesin əsasında ekomarketinq və
ekoloji menecment inkişaf etməyə başlamışdır. Bir sıra ölkələrdə
aparılan sorğu göstərdi ki, istehlakçılar daha çox ekoloji təmiz,
lakin baha mallara üstünlük verirlər. Müvafiq olaraq firmalar da
ekoloji təmiz məhsullar buraxmağa başlamışlar. Məsələn, fransız
firmalarından biri 34 adda ekoloji təhlükəsiz məhsullar istehsal
etmişdir ki, onlann
41
arasında civəsiz elektrik akkumulyator batareyalan, qəhvə üçün
süzgəcləri və b. göstərmək olar.
Ekologiya bu gün mallara (əmtəələrə) əlavə istehlak
qiyməti qoyulmasını tələb edir. Alıcılar, ekoloji təmiz məhsul üçün
əmtəələrə əlavə qiymət qoyulmasına yəqin ki, razıdırlar və
məhsulların ekolojiiiyi haqqında informasiyanı çox həssaslıqla
izləyirlər. Təmizlik və keyfiyyət standartları Almaniyada və
Hollandiyada daha çox yüksəkdir. Ekoloji tələblərə müvafiq olaraq
atributikası da dəyişir.
Kanadada üç ağcaqayın yarpağının davamı kimi üç
göyərçin ekoloji təmizlik rəmzinə çevrilmişdir. Yaponiyada həmin
atributika «e» şəkilli yaşıl kürəni qucaqlayan əllərdir. ABŞ-da Yer
kürəsi fonunda xaç, Almaniyada isə 1977-ci ildən «Ekologiyanın
mavi mələyi» diqqəti cəlb edir. Skandinav ölkələrində isə sabit
ekoloji inkişafın simvolu kimi quş təsvir edilir. Avropa İttifaqı
çərçivəsində Avrostandartm markası «ES». Rusiyada məhsulun
ekolojiiiyi «Ekoloji təmiz məhsul» qrifi ilə gedir. Bundan başqa
malların üzərində tərsinə yaşıl əqrəb işarəsi də ekoloji təmizliyə
işarə kimi yox, onu təkrar işlətmək (istifadə etmək) imkanına
işarədir.
Ekoloji sferada aşağıdakı çeşidlər qrupundan ibarət
bazarları ayırmaq olar: 1) təbii ehtiyatların ayrı-ayrı növlərini; 2)
ckotexnikanı; 3) ekoloji təmiz məhsulu; 4) tullantıları; 5) ekoloji
xidməti. Bazarlar bu sferada digər adi bazarlar ilə ümumi cəhətə
malikdirlər, lakin öz spesifikliyi vardır. Yuxarıdakı hər bir bazar
növləri müvafiq strukturlara malikdir. Onların arasında ən çox
maraq doğuran ekoloji xidmətlər bazarıdır. Belə xidmətlərin sayı
hələlik 20-ə qədərdir. Bunlardan ən geniş yayılmışı marketinqdir
(ekoloji təmiz məhsula və texnikaya tələbatı öyrənmək), sonra isə
elmi-tədqiqat-sınaq- konstruktor işləri, «nou-xau», «injinerinq»,
«lisenziya» (xüsusi icazə), lizinq, tədris-təhsil, ixtisası artırma və s.
xidmətlərdir. Ən mütəhərrik sahə tullantılardır, çünki ilkin xammala
qiymətlər getdikcə artmaqdadır. Üstəlik tullantılardan təkrar
42
Dostları ilə paylaş: |