şayış mühitinin həyat üçün yararlı olmasını indiki və gələcək nəsillər
üçün təmin etməlidir.
Ekoloji-iqtisadi tələbatlar kifayət qədər mürəkkəb
struktura malikdir və onların məhdudluğunun açıq-aşkar meyarları
yoxdur. Ekoloji-iqtisadi tələbatların strukturunda indi xüsusi qrup
ayırmağa başlamışlar, bununla qlobal ekolo- giyalaşma üzrə xüsusi
tələbatlar formalaşır. Onlar
planetar ekosistemin dəyişməsi ilə
əlaqədardır və ümumilikdə qlobal təzahürlər yaranır.
Gələcək nəsillərin tələbatları da aydınlığı ilə üzə
çıxmaqdadır. Ekofob xarakterli ekologiyalaşdınlmış tələbatlar həm
də özünə ətraf mühitin çirklənməsi ilə bağlı tələbləri də birləşdirir.
Eyni zamanda ekosistemlərin potensiabmn öz- özünü bərpasını
həyata keçirtmək mümkün olmur. Özü də tələbatların ekofob
formada özünü göstərməsi çox zaman insanların fəaliyyətinin əsas
məqsədlərinə daxil edilmir, onlar yolüstü, dolayısı nəticə kimi üzə
çıxırlar.
Ekoloji-iqtisadi
tələbatların
kəmiyyətcə
təmin
olunmasını, onların təminedilmə dərəcəsi ilə təyin etmək olar.
Mütləq (tam) ekoloji-iqtisadi tələbatların göstəricisi kimi
ekosistemlərin öz-özünü bərpaetmə potensialım qəbul etmək olar.
Ekoloji-iqtisadi
tələbatların
təmin
edilməsinin
növbəti
səviyyəsi-həqiqi tələbatlardır. Onları normativlər vasitəsilə təyin
etmək olar (yol verilə bilən həddə görə). Təmin edilməli
ekoloji-iqtisadi tələbatlar sahələrdən asılı olaraq müxtəlif olur.
Həddən çoxtullantılar mühiti çirkləndirir. Bəzən razılaşdırılmış
atılmalar da (tullantılar) həmin prosesdə iştirak edir.
Bu normativlər
ən yüksək texnoloji səviyyəyə nail olmamış müəssisələrə tədbiq
edilir. Ekoloji tənzimləmə prosesində ekoloji sabit şəraitə və ətraf
mühitin keyfiyyətinin yaxşılaşmasına nail olarkən ekoloji-iqtisadi
tələbatların təmin edilməsi tədricən yerdəyişməyə məruz qalır.
Məsələn, həddi yol verilə bilən qatılıq həddin (HYVBQH) təmin
edilməli tələbatların səviyyəsini səciyyələndirməlidir.
26
indiki mərhələdəki ekoloji tələbatlar prinsip etibarilə bir
çox sahələrdə təmin edilə bilər. Bunlar əsasən ödəmə tələbi
formasında ortaya çıxa bilər. Ona görə də həmin səviyyədə ekoloji
tənzimləmədə ekoloji-iqtisadi tələbatların təmin edilməsində
bazarın tələblərindən istifadə etmək olar. Digər səviyyələrə çatmaq
üçün onlara əhalinin və müəssisələrin ödəmə tələbləri təsir
göstərməyərək, inzibati-hüquqi vasitələr (qaydalar) tətbiq
edilməlidir.
Tələbatlar obyektiv realhqlardan irəli gəlir, çünki onlar
insanların həyat fəaliyyətinin əsasını təşkil edir. Onlar adətən
mənafelərlə qırılmaz vəhdətdə olur.
Ekoloji-iqtisadi maraqlar cəmiyyət və təbiət arasındakı
qarşılıqlı asılılıq əsasında ortaya çıxır, eyni zamanda çox mürəkkəb,
ziddiyyətli anlayışdır. Ekoloji-iqtisadi mənafelər dərk edilmiş,
öyrənilmiş və daxili niyyətə (həvəsə) çevrilmişdir.
Ekoloji - iqtisadi mənafeləri, onların subyektlərinə görə
təsnif etmək olar. Bu əlamətə görə ekoloji-iqtisadi maraqların
subordinasiya
sistemini aşağıdakı kimi göstərmək olar:
ərazi-əhali-şəxsiyyət-cəmiyyət-bəşəriyyət-müəssisə
(firma),
kollektiv, məhəllə, sahə. Ekoloji-iqtisadi maraqların təsnifatını həm
də müvəqqəti əlamətə görə də aparmaq olar.
Yuxarıda qeyd edilən bütün ekoloji-iqtisadi maraqlar
qrupları cari və perspektivli ola bilər. Perspektiv maraqlar, gələcək
nəsillərin mənafeini ifadə edərək, tükənmə və ənənəvi istifadə
edilən təbii ehtiyatların bahalaşma şəraitinə adaptasiya etməklə
səciyyələnir, habelə ətraf mühitin çirklənməsinə və qabaqcıl
(ekoloji təhlükəsiz) texnologiya və texnikadan istifadəyə hazır
olmaq lazımdır. Cari maraqlarda əsasən, indiki nəslin tələbatları
nəzərə alınır. Perspektiv maraqlar ən çox qlobal (ümumi insani),
ictimai, regional və şəxsi (xüsusən də dərketmə səviyyəsində)
tələbatlarla əlaqədardır. Əsasən kollektiv, sahə və şəxsi (praktiki,
gündəlik səviyyədə) tələbatlar nəzərdə tutulur.
İnsan həyatında, kollektivlərdə kəskin problemlər bir çox
hallarda müəyyən ərazi ilə əlaqədardır.
Ərazi nə
27