Təbiətdən istifadənin iqtisadiyyatını ekoloji əsaslarla
iqtisadi elmlər sahəsi kimi qəbul etdikdə, burada müvafiq elm-
lərarası əmək bölgüsünə istinad etmək lazım gəlir. Təbiətdən
istifadə iqtisadiyyatının predmeti insanların öz tələbatlarını ödəmək
üçün təbii resursların istifadəsində, mühafizəsində, artırılmasında
və habelə ekoloji-iqtisadi qanunauyğunluqlardan istifadə
prosesində yaranmış münasibətləri araşdırmaq, tədqiq etmək və
öyrənməkdir. Təbiətdən istifadənin iqtisadiyyatının bilavasitə
predmeti getdikcə artan təbii-resurs potensialının məhdudluğu
şəraitində ətraf mühitin keyfiyyətinin bərpası (qorunması) və ətraf
mühitin mühafizəsi kimi istiqamətləndirilməlidir.
Təbiətdən istifadənin iqtisadiyyatmm əsas vəzifəsi
idarəçilik prinsipinin (yanaşmasının) aradan qaldınimasmı və
iqtisadiyyatın sahələrinin birləşdirilməsini həyata keçirməklə
cəmiyyətlə təbiətin optimal qarşılıqlı əlaqəsini ekoloji-iqtisadi
təfəkkürün formalaşmasını təmin etməkdir. Ümumiyyətlə,
bütövlükdə, təbiətdən istifadənin iqtisadiyyatı cəmiyyətin «sabit
inkişaf» modelinə keçməsinə zəmin yaratmabdır. Əslində, həmin
elm sahəsinin konkret vəzifələri təbii resurslar üzərində
mülkiyyətin realizə edilməsinin zəruri (mümkün) formalarını
axtarmaq, ödənişli təbiətdən istifadə əsasında iqtisadi mexanizmin
formalaşma yollarını müəyyənləşdirmək, bazar iqtisadiyyatı ilə
bağlı üsullarla dövlət tənzimlənməsini təmin etmək deməkdir.
Bütövlükdə, təbiətdən istifadənin iqtisadiyyatının əməli
aspekti üç qrup problemi özündə birləşdirir: 1) təbii ehtiyatların
iqtisadi qiymətləndirilməsini; 2) ətraf mühitin çirklənməsindən
dəyən iqtisadi zərərin qiymətləndirilməsini (hesablanmasını); 3)
ekoloji amillərin təsərrüfat mexanizminə və cəmiyyətdə qərarların
qəbul edilməsinə cəlb edilməsini.
T.Titenberq hesab edir ki, təbiətdən istifadənin
iqtisadiyyatı eyni dərəcədə həm nəzəri, həm də təcrübi elm
sahəsidir. O, nəinki yalnız ekoloji-iqtisadi analizin fundamental
13
prinsiplərini, həm də ekoloji siyasəti və ekoloji tənzimləmə
tədbirlərini əhatə edir.
Təbiətdən istifadənin iqtisadiyyatı, təbiətdən istifadədən
başqa, iqtisadi nəzəriyyə (tələbatla məhdud resurslar arasındakı
ziddiyyət, zahiri effekt, tələb, təklif və s.), funksional və sahələr üzrə
iqtisadi məsələlər (maliyyə, statistika, meşə iqtisadiyyatı və s.),
sosial və iqtisadi coğrafiya, habelə bir sıra təbiət (ilk növbədə
ekologiya) və texniki elmlərlə sıxı əlaqədardır.
Təbiətdən istifadənin iqtisadiyyatı öz fənnini (pred-
metini) abstraksiyanm ən yüksək səviyyəsində, xalq təsərrüfatı
(makroiqtisadi) mövqedən və iqtisadi-ekoloji prioriteti nəzərə
almaqla əhatə edir. Eyni zamanda bu elm sahəsi həm də
mikroiqtisadi proseslərin analizindən, ekoloji sahibkarlıq
problemlərindən, ekoloji marketinqdən və s. bəhs edir.
Təbiətdən istifadənin iqtisadiyyatı və ekologiyasına dair
tədqiqatlarda bir çox elm sahəsində tətbiq edilən üsullardan istifadə
edilir, tik növbədə, dialektik, balans, normativ, sistemli, riyazi,
statistik, xəritələşdirmə, modelləşdirmə və s. metodlardan istifadə
edilir. Onun metodoloji aspektləri hazırda proqram-moqsədli
optimallaşdırma hesabına təzələnməkdədir. Təbiətdən istifadənin
iqtisadiyyatı obyektivlik, elmilik və tarixilik prinsipləri üzrə
formalaşmaqdadır.
Təbiətdən istifadə iqtisadiyyatı mütəhərrik inkişafda olan
bir elm kimi yeni analitik (üsullar) priyomlar, konsepsiyalar,
ideyalar üçün aşkarlıq nümayiş etdirir. Bu onunla əlaqədardır ki,
təbiətdən istifadənin iqtisadiyyatı və ekoloji əsasları elmlərarası bir
sahədir və çox mürəkkəb ekoloji-iqtisadi problemləri əhatə edir.
1.3.
Təbiətdən istifadənin iqtisadiyyatının
əsas anlayışları
Təbiətdən istifadənin obyektinin, iqtisadiyyatının və
predmetinin əsas anlayışları aşağıdakılardır: «Ətraf təbii
14
mühit», «Ətraf sosial mühit», «Biosfcra», «Noosfera», «Təbii
ehtiyatlar», «Təbii şərait», «Təbii resurs potensialı», «Təbiətdən
səmərəli istifadə», «Təbiəti mühafizə», «Ətraf mühitin çirklənməsi»
və s.
Təbiətdən istifadə məsələsində və «təbiət» dedikdə
qapalı, özünəməxsus, özü-özünə inkişafda olan elə sistem nəzərdə
tutulur ki, insanın müdaxiləsi olmadan tarazlıq (dayanıqlı) halında
davamiyyətini saxlayır.
Ətraf təbii mühit (ƏTM) -insamn yaşayış və istehsalat
fəaliyyəti mühitidir, buraya süni yaradılmış mühitin elementləri də
aid edilir.
Bəşəriyyət biosferanın evladıdır, insan dinamik həyat
mühitində doğulur və formalaşır. Həmin sahədə canlı orqanizmlər
və onların yaşayış mühiti üzvü olaraq əlaqədardır. Biosfer dinamik
sistemdir. Bəşəriyyət biosferdən kənarda mövcud ola bilməz.
Biosferin qalınlığı (hündürlüyü) 20-30 km- dir. «Həyat təbəqəsi»
əsasən yer səthində cəmlənmişdir. Biosferin əsas struktur
elementləri landşaft və biogeosenozlardır.
Hal-hazırda ekoloji-iqtisadi sistem (EİS) nəzəriyyəsi
geniş yayılır və bu ifadə iqtisadiyyatın və təbiətin inteqrasiyası
ideyasım birləşdirir. Ekosistemlərdən fərqli olaraq EİS qapalı
xarakter daşımır və aşkarhğa malikdir. EİS-in inkişafının vacib
vəzifəsi ondan ibarətdir ki, təbii şəraitdən səmərəli istifadə olunsun,
istehsalat daha qapalı bir sistemə çevrilsin.
EİS üç əsas toplayıcıdan (tərkib hissəsindən) ibarətdir:
ətraf təbii mühit, cəmiyyət, həyat fəaliyyəti. Hər üç komponent
maddələrin təbiətdə dövriyyəsi vasitəsilə bir-biri ilə əlaqədar
olmaqla cəmiyyətdə funksional təminat yaradır.
Təbiətdən istifadə prosesi həmişə hər hansı bir ərazi
çərçivəsində (daxilində) həyata keçirilir və odur ki, regional EİS
ayırmaq lazım gəlir. Bu sistemin strukturu özündə 6 prosesləri əks
etdirir. Həmin proseslərdə müvafiq əlaqələr yaradırlar:
1.
İstehsalat və xidmətlə bağlı sosial-iqtisadi əlaqələr;
2.
Ekosistemlərdə (biosenozlarda) yaranan əlaqələr;
15
Dostları ilə paylaş: |