Antropogen (texnogen) vo təbii (vulkan, tayfun, qasırğa və
s.) amillər sayəsində ətraf mühitin çirklənməsi baş verir, yəni təbii
tarazlıq pozulur və bu ətraf mühitin keyfiyyətinə mənfi təsir
göstərir. Daha doğrusu, ətraf mühitin bərk, maye, qaz maddələrlə,
mikroorqanizmlərlə və enerji ilə (şüalanma, səs-küy) çirklənməsi
baş verir, bu isə insanların sağlamlığına, floraya, faunaya,
ekosistemlərə və bütövlükdə biosferə mənfi təsir göstərir.Təbiətdən
istifadə
iqtisadiyyatının
öyrənilmə
prosesində
aşağıdakı
kateqoriyaların (anlayışların) mənasının açıl-masına ehtiyac
yaranır: «iqtisadi ziyan», «zahiri effektlər», «ictimai rifah» və s.
1.4.
«Tarazlı inkişaf» konsepsiyası
İqtisadi nəzəriyyə və praktika ilk növbədə ehtiyatların
məhdudluğu problemləri ilə üzləşirlər. Belə ki, bərpa olunmayan
təbii ehtiyatların sonunun olduğu və təbii mühitin assimiliyasiya
imkanlarmm məhdudluğu (tullantılarıntəkrar istehsalı, istehsalat
çirkləndirmələri və s.) özünü binizə verir. Texnogen istiqamətli
iqtisadiyyatın inkişafı qlobal ekoloji prob-lemlərin yaranmasına
səbəb olmuşdur. Belə hallar ola bilsin ki, insanın yaşayış mühitində
dönməz dəyişikliklərə gətirib çıxara bilsin və bəşəriyyətin taleyi
üçün təhlükə yaransın. Katastrofık (fəlakətli) ekoloji vəziyyətin
olacağı təhlükəsinin dərk edilməsi təbii ehtiyatlar potensialının
məhdudluğunu nəzərə almaqla dünya inkişafının yeni senarisini
işləyib hazırlamaq üçün əsas təkanlardan biri oldu. Cəmiyyətin
texnogen növlü inkişafı şəraitində iqtisadiyyat bir neçə mərhələdən
keçir: 1) frontal iqtisadiyyat-əsas diqqət əməyə və kapitala
yönəldilir, təbii ehtiyatlar isə tükənməz hesab edilir, ətraf mühitin
çirklənməsi inkişafda nəzərə alınmır; 2) ətraf mühitin mühafizəsi
nəzərə alınmaqla iqtisadi inkişaf: 3) tarazlı-müvazinətli inkişaf
Yer planetinin əhalisinin şüurunun ekolojiləşdirilməsində ətraf
mühitin mühafizəsi
üzrə birinci Ümumdünya kon
19
Əslində Rusiya üçün bu modelə keçmək daha asandır,
çünki əhali artımı ilə problemi yoxdur, xeyli boş ərazisi vardır.
Kifayət qədər təbii ehtiyatlar potensialına malikdir. Bunlara
baxmayaraq, Rusiyada hazırda sabit inkişafa maraq böyükdür.
1995-ci ildə «Rusiya Federasiyasının tarazlı inkişafa keçid
konsepsiyası» qəbul edilmişdir. Digər MDB ölkələri, o cümlədən
Azərbaycan üçün «tarazlı inkişaf» prosesinə keçid bazar
iqtisadiyyatına keçid dövrünün nəticələrindən asılı olacaqdır.
Tarazlı inkişaf nə deməkdir? Ədəbiyyatda təriflər
(təyinatlar) həddən artıq çox olsa da, birmənalı qəbul edilmiş
«Tarazlı inkişaf» dedikdə elə bir inkişaf nəzərdə tutulur ki, indiki
vaxtın tələbatları ödənilsin, lakin gələcək nəsillərin öz tələbatlarını
ödəmək imkanı təhlükə altında qalmasın. Eyni zamanda həmin fikir
iki anlayışı özündə ehtiva edir: tələbat və məhdudiyyət. Təxminən
tarazlı inkişafın bütün anlayışları indiki və gələcək nəsillərin
mənafeyini (marağını) nəzərdə tutur, lakin həm də qeyd edilir ki,
Rio-de-Janeyro təyinatı (tələbatı) birmənalı, konkret qəbul edilə
bilməz. Odur ki, hazırda alimlər tərəfindən tarazlı inkişaf
anlayışının mahiyyətini dəqiq müəyyən etmək üçün axtarışlar
aparılır. Məsələn, hal-hazırda əhalinin artımı, biosferin dayanıqlıq
astanası və s. haqqında vahid nöqteyi-nəzər yoxdur. Bir sıra alimlər
hesab edirlər ki, rioosferanın inkişafı üçün Yer kürəsində 2,5-3,0
milyard nəfərdən çox adam olmamalıdır. Bəzi alimlər tərəfindən
tarazlı inkişaf üçün aşağıdakı göstə-ricilər təklif olunur: təmiz
texnologiyaların tətbiqedilmə səviyyəsi, istehlak olunan və ixrac
edilən təmiz məhsulun səviyyəsi, kapitalların toplu ehtiyatlarının
keyfiyyəti, strukturu və i.a.
Tarazlı inkişafın müasir anlamı elə göstəricilərlə
səciyyələnməlidir ki, bu və ya digər ölkədə gələcək nəsillərin
mənafeyini təmin etmək ilk vəzifə kimi qarşıya qoyulsun.
Tarazlı inkişafı daha dəqiq təhlil etmək üçün «zəif» və
«güclü» sabitlik anlayışlarından istifadə edilir. Əgər iqtisadi inkişaf
ehtiyatların
tükənməsinə səbəb olursa,
onda gələcək
21