Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə24/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   80

50 
 
3) gömrük qanunvericiliyinə riayət edilməsinin təmin edilməsi digər üsullarla mümkün olmursa.  
Gömrük müşayiəti, malların gömrük nəzarəti altında daşınması qaydaları  nəzərə alınmaqla həyata 
keçirilməlidir.  
 
 


51 
 
Mövzu 7.  
Gömrük rejimləri 
 
7.1. Malların istifadəsini nəzərdə tutan rejimlər  
Mal və  nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi bəyan 
edilən gömrük rejiminin tələblərinə uyğun olaraq icra edilməlidir.  
Gömrük rejimi - xarici iqtisadi əlaqələrin inkişafına dövlət təsirinin həyata keçirildiyi gömrük 
tənzimlənməsi vasitələrinin kompleks şəkildə kömək edən xüsusi tədbirlər sistemi və metodlarının 
məcmusudur. Deməli, gömrük rejimi gömrük məqsədləri üçün gömrük sərhədindən keçirilən mal və 
nəqliyyat vasitələrinin statusunu təyin edən qaydaların məcmusudur.  
 Gömrük rejimi gömrük qanunvericiliyinin əsas kateqoriyalarından biridir və  aşağıdakıları müəyyən 
edir:  
a) keçirilməsi məqsədindən asılı olmayaraq, malların konkret yerdəyişmə qaydasını;  
b) gömrük ərazisində  və ondan kənarda malların yerləşdirilməsi və onlardan istifadənin 
mümkünlüyü şərtlərini;  
c) gömrük qanunvericiliyinə görə mallardan istifadə  və onların üzərində  sərəncam vermək 
səlahiyyəti olan şəxslərin (belə şəxslərə «benefisiar» deyirlər) hüquq və vəzifələrini;  
ç) mal və nəqliyyat vasitələrinə və şəxslərin hüquqi statusuna tələbləri;  
Gömrük Məcəlləsinə görə, gömrük tənzimlənməsi məqsədi ilə aşağıdakı 15 gömrük rejimi növü tətbiq 
olunur;  
1. sərbəst dövriyyə üçün buraxılış; 
2. təkrar idxal;  
3. tranzit;  
4. gömrük anbarı;  
5. rüsumsuz ticarət mağazası;  
6. gömrük ərazisində emal;  
7. gömrük nəzarəti altında emal;  
8. müvəqqəti idxal (ixrac);  
9. sərbəst gömrük zonası;  
10. gömrük ərazisindən kənarda emal;  
12. ixrac;  
13. təkrar ixrac
14. məhv etmə;  
15. dövlətin xeyrinə maldan imtina.  
Ümumi təsərrüfat fəaliyyətində gömrük rejimlərinin roluna və yerinə görə,  şərti olaraq onları iki əsas 
qrupa bölmək olar:  
1. tənzimləmə üsulları  və gömrük vasitələrinin tam həcmdə  tətbiq edildiyi ümumi xarakterli 
rejimlər;  
2. tənzimlənmənin gömrük-hüquq normalarından daha çevik istifadə edilməsi ilə fərqlənən və bir 
növ onların xarici iqtisadi fəaliyyət iştirakçılarının tələblərinə uyğunlaşdırılmasının nəticəsi kimi 
səciyyələnən gömrük rejimləri.  
Birinci qrupa daxil olan rejimlər iqtisadiyyat baxımından nisbətən müstəqil və bitmiş kommersiya 
əməliyyatları kimi fəaliyyət göstərir (sərbəst dövriyyə üçün buraxılış, ixrac və təkrar ixrac).  
İkinci qrupa daxil olan gömrük rejimləri (rüsumsuz ticarət mağazası, sərbəst anbar, sərbəst gömrük 
zonası, tranzit, gömrük anbarı  və yerdə qalan digər gömrük rejimləri) lazımi iqtisadi mənfəət 
müəyyənləşdirməklə malların yalnız ciddi müəyyən edilmiş məqsədlərlə istifadəsinə yol verir. Belə rejimlərin 
tətbiqinə yalnız nəzərdə tutulmuş əməliyyatların keçirilməsinin iqtisadi əsasları olduqda icazə verilir. Beləliklə, 
gömrük rejimlərinin tətbiqinə icazə verilməsi məqsədli və fərdiləşdirilmiş xarakter daşıyır.  
Gömrük rejimlərinin istifadəsinin hüquqi mexanizmi gömrük orqanlarına obyektiv olaraq kifayət qədər 
səlahiyyət verilməsini nəzərdə tutur. Bu ilk növbədə öz əksini gömrük orqanı tərəfindən konkret malın müəyyən 
edilmiş gömrük rejimi altında yerləşdirilməsi barədə  qərar verilməsində tapır. Yəni gömrük orqanı  hər bir 
konkret halda xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin ümumi konsepsiyası baxımından bu 
əməliyyatın mümkünlüyü və  məqsədəuyğunluğu nəzərə alınmaqla arzu edilən gömrük rejiminə icazə 
verilməsinə və ya icazə verilməsindən imtina edilməsinə qərar verir.  
İqtisadi gömrük rejimləri, onların benifisiarlarına qabaqcadan müəyyən edilmiş, gömrük rüsum və 
vergilərindən tam və ya qismən azad edilməsi (və ya əvvəl ödənilmişlərin qaytarılması), iqtisadi siyasət 
tədbirlərinin tətbiqi (miqdar məhdudiyyətləri və  XİF-in digər qeyri-tarif tənzimləmə vasitələri) kimi iqtisadi 
güzəşt və üstünlüklər verir. 


52 
 
İqtisadi gömrük rejimlərini şərti olaraq 3 qrupda birləşdirmək olar: 
1) bilavasitə ticarət məqsədi daşıyan rejimlər (gömrük anbarı, rüsumsuz ticarət mağazası); 
2) sənaye məqsədli gömrük rejimlər (emal rejimləri); 
3) beynəlxalq daşımalar məqsədi daşıyan rejimlər (tranzit).  
İqtisadi gömrük rejimləri altında yerləşdirilən mallardan istifadənin məqsədləri və  təyinatından asılı 
olaraq, aşağıdakı qruplara ayırmaq olar: 
a) malların istifadəsini nəzərdə tutan rejimlər (müvəqqəti idxal və ixrac) - bu rejimdə  məhdud 
nomenklaturalı mallar öz təyinatı üzrə istifadə edilə bilər, bu zaman müvəqqəti aparılan və ya gətirilən 
malların istifadəsi onların işlənməsini və emalını istisna edir və  təbii itgilərdən başqa malların mövcud 
halının digər formalarda dəyişdirilməsinə gətirib çıxarmamalıdır.  
b) anbarlaşma rejimləri (gömrük anbarı, sərbəst anbar) - bu rejimlərdə mallar istifadə edilmədən 
(saxlanmanı  təmin edir əməliyyatlardan - yenidən qablaşdırma, növlərə ayırma və s.), başqa gömrük 
təyinatı alana qədər dəyişilməz halda saxlanılır;  
c) emal rejimləri (gömrük ərazisində emal, gömrük nəzarəti altında emal, gömrük ərazisindən 
kənarda emal) - bu rejimlərdə mallardan əvvəlcədən müəyyən edilmiş  şərtlər və  tələblər daxilində o, 
malların mövcud halının tam və ya qismən dəyişdirilməsi məqsədilə  işlənilməsi və emal edilməsi üçün 
bəzi əməliyyatlardan istifadə oluna bilər.  
Gömrük rejimlərinin belə  təsnifatf ilk öncə gömrük tənzimlənmə mexanizmində  və onların hüquqi 
reqlamentləşdirilməsindəki müxtəlif aspektlərində - gömrük rejimlərinin seçilməsi və  dəyişdirilməsi, gömrük 
nəzarətinin və gömrük rəsmiləşdirilməsinin xüsusiyyətləri, mallar və  nəqliyyat vasitələrinin gömrük 
sərhədindən keçirilmə yeri və vaxtı, gömrük sərhədindən keçirilən mal və  nəqliyyat vasitələrindən istifadə 
edilməsi və onlar üzərində sərəncam verilməsi aspektlərində rolunun aydınlaşdırılması üçün təcrübi əhəmiyyət 
daşıyır. 
 
7.1.1. Müvəqqəti idxal (ixrac) rejimi  
 
Müvəqqəti idxal (ixrac) rejimi elə tələblər müəyyən edir ki, onlara riayət edilməsi xarici malların 
Azərbaycan gömrük ərazisində, Azərbaycan mallarının isə ondan kənarda müvəqqəti istifadəsinə
iqtisadi siyasət tədbirləri tətbiq etmədən və gömrük rüsum və vergiləri ödəmədən yol verilmiş olsun.  
Müvəqqəti idxalın (ixracın) müstəqil gömrük rejimi kimi əhəmiyyəti beynəlxalq əməkdaşlığın ticarət və 
digər formalarının inkişafına olan tələblərlə müəyyən edilir.  
Bu gömrük rejimi altında yerləşdirilmiş malların statusu və eləcə də rejimin məzmunu, malların gömrük 
ərazisində və kənarda yerləşməsi və istifadəsinin müvəqqəti xarakteri ilə müəyyən edilir. Həmçinin müvəqqəti 
idxal (ixrac) edilən malların gömrük rüsum və vergilərindən tamamilə və ya qismən azad edilməsi də mühüm 
əhəmiyyət kəsb edir.  
Gömrük Məcəlləsinə görə, malların müvəqqəti idxalı (ixracı) ölkənin gömrük ərazisində  və ya ondan 
kənarda gömrük rüsumlarından tamamilə  və ya qismən azad olunmaqla, həmçinin iqtisadi siyasət tədbirləri 
tətbiq edilmədən mallardan istifadə edilməsinə yol verilməsindən ibarət gömrük rejimidir.  
Müvəqqəti idxal (ixrac) rejiminin tələblərini həyata keçirmək üçün Azərbaycan Respublikası Nazirlər 
Kabineti qanun qüvvəli aşağıdakı aktları qəbul edirlər:  
1) müvəqqəti idxalına (ixracına) icazə verilməyən malların kateqoriyaları barədə:  
2) müvəqqəti idxal (ixrac) edilən malların gömrük rüsum və vergilərinin ödənilməsindən tamamilə 
və qismən azad edilməsi qaydaları barədə. 
Dövlət Gömrük Komitəsi bu rejim üzrə aşağıdakı vəzifələri yerinə yetirir:  
- geri aparılma barədə öhdəliklər verilməsi və gömrük ödənclərinin ödənilməsinin təmin edilməsi 
hallarını müəyyən edir; 
- müvəqqəti idxal (ixrac) əməliyyatlarına icazə verilməsi qaydalarını müəyyən edir;  
- bəzi kateqoriyalı mallar üçün müvəqqəti idxalın (ixracın) hüquq müddətlərini dəyişdirir. 
Bu rejim altında yerləşdirilən mallar elə istifadə edilməlidir ki, rejim bitdikdə onlar, qeyd edildiyi kimi, 
təbii aşınma və itkilər nəzərə alınmaqla, dəyişilməmiş halda olsun. Bu tələb müvəqqəti gətirilən (aparılan) 
mallardan istifadəni məhdudlaşdırır, onların işlənilməsi və emal edilməsi əməliyyatlarını istisna edir.  
Müvəqqəti idxal (ixrac) rejimi altında yerləşdirilən mallar rejimin benefisiarının sərəncamında qalır.  
Rejimin benefisiarına onun hüquqları ilə  bərabər, statusunu təyin edən, gömrük rejimi ilə müəyyən 
edilən əlavə öhdəliklərdə nəzərdə tutulur. Müvəqqəti gətirilən (aparılan) mallardan istifadə edilməsinə onların 
müvəqqəti idxalına (ixracına) verilmiş icazədə  nəzərdə tutulmuş qaydada yol verilir. Benefisiar, bir qayda 
olaraq, bu mallardan mənfəət götürmək üçün istifadə edə bilməz. Bu məhdudiyyət müvəqqəti idxalına (ixracına) 
icazə verilən malların bütün nomenklaturasına aid edilir.  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə