Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə72/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   80

148 
 
İyerarxiya prinsipi aşağı əməkdaşın və ya bölmənin yuxarıdakına tabe olmalı olduğunu nəzərdə tutur. 
İnzibati iyerarxiyanın hər bir əməkdaşı yuxarıdakının qarşısında təkcə özününkü yox, həm də özünün 
tabeliyində olan bütün əməkdaşların qərarlarına və hərəkətlərinə görə cavab verir.  
Sərəncamvermənin vahidliyi və vahid rəhbər prinsipi müəyyən edir ki, hər bir əməkdaş yalnız bir 
rəhbərdən əmr və sərəncamlar alır, çünki bu fəaliyyət birliyinin zəruri şərtidir və heç bir əməkdaş özündən daha 
yuxarı birdən artıq rəhbərə məruzə etməməlidir.  
Səlahiyyətlərin ötürülməsi (verilməsi) prinsipi nəzərdə tutur ki, rəhbərin fəaliyət sahəsindən vəzifənin 
tabe  şəxsə verilməsi zamanı onun həlli üçün hüquqlar da verilməli, tabe şəxs isə onlara görə  məsuliyyəti öz 
üzərinə qəbul etməlidir.  
İdarəetmənin dipozonu prinsipi yuxarı vəzifəli şəxsin ciddi müəyyən olunmuş, optimal sayda şəxslərin 
fəaliyyətinə görə məsuliyyət daşımalı olduğunu nəzərdə tutur.  
17.4. İdarəetmənin funksiyaları  
İdarəetmənin funksiyası - həyata keçirilməsi üçün müəyyən idarəçilik işləri (əməliyyatları) tələb 
olunan konkret idarəçilik fəaliyyəti növüdür.  
Gömrük orqanlarının idarə edilməsində idarəetmə funksiyaları çox mühüm yer tutur, çünki onlar bütün 
səviyyələrdə idarəçilik fəaliyyətinin mahiyyətini və  məzmununu açıqlayır və idarəetmə sahəsində  vəzifələrin 
bölgüsünü əks etdirir, nəzərdə tutulmuş nəticələri əldə etmək üçün onların həyata keçirilməsi zamanı müəyyən 
növbəlilik və fəaliyyət birliyi tələb edir.  
Gömrük orqanları sistemində idarəetmə funksiyalarını  təsnif etməklə, onları idarəetmə prosesinin 
mərhələlərini  əks etdirən ümumi idarəetmə funksiyalarına və gömrük orqanlarının  əməliyyat-xidmət 
fəaliyyətinin konkret növlərinin spesifik (konkret) idarəetmə funksiyalarına bölmək olar. 
İdarəetmənin ümumi funksiyaları idarəetmənin mahiyyətini üzə  çıxarır: onlar istənilən obyektin idarə 
edilməsi prosesini xarakterizə etdiyinə görə universaldır.  
İderəetmənin ümumi funksiyalarının tərkibini müəyyən edərkən onların dialektik vahidliyi, eləcə  də 
idarə edən və idarə olunan sistemlərin vahidliyi nəzərə alınmalıdır.  İdarəetmə funksiyalarının tərkibi idarə 
olunan sistemin vəziyyətinin istənilən dəyişmələrini idarə edən sistemin reaksiya göstərməsinin effektivliyini 
təmin etməlidir.  
İdarəetmənin ümumi funksiyalarına aşağıdakılar aiddir:  
1) Əməliyyat-xidmət şəraitinin təhlili və proqnozlaşdırılması;  
2) Planlaşdırma;  
3) Təşkiletmə;  
4) Tənzimetmə;  
5) Uçot və nəzarət.  
Gömrük  əməliyyat-xidməti  şəraiti dedikdə iqtisadi, siyasi, sosial, hüquqi, regional və digər  şərtlərlə 
(faktorlarla) dialektik inkişafda olan, gömrük fəaliyyətinə  əhəmiyyətli dərəcədə  təsir edən qarşılıqlı  əlaqəli 
elementlər məcmusu nəzərdə tutulur.  
Gömrük əməliyyat-xidməti şəraitinin əsas elementləri bunlardır:  
- xarici iqtisadi fəaliyyətin (XİF) xidmət edilən iştirakçıları - Azərbaycan və xarici fiziki və hüquqi 
şəxsləri, gömrük orqanının fəaliyyət zonasında mal axınının (hərəkətinin) növləri, həcmləri və 
istiqamətləri, onların zaman, məkan (yer), nəqliyyat növləri üzrə bölgüsü;  
- gömrük qanunvericiliyini qəsdən pozan XİF iştirakçılarının və onların köməkçilərinin; 
qaçaqmalçıların və onların köməkçilərinin; gömrük orqanlarına mənfi təsir göstərməyə  cəhd edən 
gömrükətrafı kriminal strukturların və onların köməkçilərinin olması; gömrük qaydalarının pozulması 
və cinayətlərin törədilməsində onların məqsədləri, planları, niyyətləri, vaxtı, yeri, strategiya və taktikası 
haqqında məlumatlar;  
- gömrük orqanlarının qüvvə və vəsaitləri, onlara həvalə edilmiş funksiyaların və vəzifələrin icra 
edilməsində onların imkanları;  
- Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təminatının və iqtisadi mənafelərinin 
qorunmasının ümumdövlət tədbirləri;  
- gömrük orqanlarının fəaliyyət zonsında qaçaqmalçılıqla və gömrük qaydalarının pozulması 
üzrə digər hüquq-mühafizə orqanlarının, idarələrin və  təşkilatların olması, gömrük orqanları 
vəzifələrinin həlli üçün onlardan istifadə imkanları;  
- gömrük fəaliyyətinin həyata keçirildiyi mühit. 
Planlaşdırma idarəetmənin elə  əsas funksiyasıdır ki, onun vasitəsilə  gələcək fəaliyyətin təşkilati 
başlanğıcı işlənib hazırlanır. Planlaşdırma vasitəsilə sistemin inkişaf məqsədləri və istiqamətləri müəyyən edilir, 
mövcud problemləri realizə edilməsi vasitəsi olan metodlar işlənib hazırlanır, sistemin inkişaf tempi müəyyən 
edilir.  İdarəetmə subyekti icraçıların gələcək fəaliyyət planını tutur, planda göstərilən məqsədlərə çatmağın 
yollarını, üsullarını, vasitələrini və müddətlərini əsaslandırır.  


149 
 
Təşkiletmə dedikdə, idarəetmənin elə əsas funksiyası nəzərdə tutulur ki, onun reallaşdırılması vasitəsilə 
planlaşdırma prosesində  işlənib hazırlanmış planların yerinə yetirilməsi üçün şərait yaranır. Bu funksiyanın 
mahiyyəti qüvvə  və vasitə yaradılmasından, icraçılar arasında zəruri  əlaqə  və münasibətlərin qurulmasından, 
onların fəaliyyətinin rasional (səmərəli) forma və metodlarının müəyyənləşdirilməsindən ibarətdir. Bu 
funksiyanın reallaşdırılması prosesində idarəetmə subyekti tərəfindən qəbul olunmuş  qərarların, o cümlədən 
təsdiq edilmiş planların uğurlu həyata keçirilməsi üçün zəruri olan şərait yaradılır.  
Tənzimetmə dedikdə idarəetmənin elə  əsas funksiyası başa düşülməlidir ki, onun vasitəsilə tabelikdə 
olan  şəxslərin fəaliyyətinin səmərəliliyi yüksəlir və ya planlşdırma zamanı verilmiş parametrlərdən 
kənarçıxmalar aradan qaldırılır. Tənzimetmə  əks  əlaqənin nəticələri  əsasında həyata keçirilir. O, ayrı-ayrı 
əməkdaşların və kollektivlərin qarşılıqlı  əlaqələrinin saxlanması,  əlaqələn-dirilməsi, qüvvələrin (səylərin) 
yenidən bölgüsü, eləcə  də motivasiyası  (əsaslar, sübutlar, səbəblər) və stimullaşdırılması yolu ilə reallaşdırıla 
bilər.  
Uçot funksiyasının mahiyyətini idarə olunan sistemin cari vəziyyəti haqqında onun hərəkət istiqamətləri 
və templəri, əldə edilən nəticələr və dəyişən problemlər haqqında informasiyanın toplanması, sistemləşdirilməsi 
və ilkin işlənməsi təşkil edir.  
Planların yerinə yetirilməsinin düzgünlüyünü, onların icrasının  şərait və  nəticələrinin necə olduğunu 
müəyyən etmək üçün nəzarət mövcuddur.  
Nəzarət idarəetmənin elə  əsas funksiyasıdır ki, onun reallaşdırılması vasitəsilə gömrük orqanlarının 
vahid sisteminin fəaliyyəti prosesi üzərində müşahidə  həyata keçirilir, bu və ya digər zaman momentində 
tabeçilikdə olanların fəaliyyətinin gedişi, şəraiti, vəziyyəti və nəticələri haqqında məlumatlar toplanır.  
Qəbul olunmuş  qərarların reallaşdırılmasına nəzarət gömrük fəaliyyətinin qoyulmuş  vəzifələrə 
uyğunluğunun üzə  çıxarılmasına,  şəraitin dəyişməsindən asılı olaraq əvvəl qəbul edilmiş  qərarlara və  təsdiq 
olunmuş planlara vaxtında zəruri düzəlişlər edilməsinə istiqamətlənir. 
Nəzarətin əsas vəzifəsi planlaşdırma zamanı verilmiş parametrlərdən kənaraçıxmaların üzə çıxarılması, 
onları doğuran səbəblərin, eləcə  də  gələcəkdə inkişaf etdirilməsi gömrük orqanının bütün fəaliyyətinin 
səmərəliliyini xeyli dərəcədə artırmağa kömək edə biləcək müsbət momentlərin ortaya çıxarılmasıdır.  
 
17.5. İdarəetmənin metodları  
Qarşıya qoyulmuş  məqsədlərin  əldə edilməsi üçün idarəetmə obyektinə  təsir yollarının, 
üsullarının, vasitələrinin və formalarının məcmusu idarəetmə metodu adlanır.  
İdarəetmənin metodlarını öyrənərkən nəzərə almaq lazımdır ki, onların təsirinin yönümü sosial-iqtisadi 
sistemin, o cümlədən gömrük xidməti qarşısında qoyduğu konkret məqsədlərlə müəyyən edilir. Belə məqsədlər 
konkret təşkilati, iqtisadi, sosial və texniki vəzifələrin həllini tələb edir i, bu da öz növbəsində idarəetmənin 
müvafiq metodlarının tətbiqini tələb edir.  
İdarəetmənin metodları idarəçilik fəaliyyətinin miqyasına və təsir formasına görə təsnif edilir.  
Gömrük orqanlarında idarəçilik fəaliyətinin miqyasına görə ümumi və xüsusi metodlar fərqləndirilir.  
İdarəetmənin ümumi metodları gömrük işinin qlobal problemlərinin, strateji məsələlərinin həllinə 
yönəldilmişdir, onlar bütün gömrük sisteminin əsas məqsədlərini və  fəaliyyət göstərməsi məsələlərinin  əldə 
olunması üsullarını müəyyən edir.  
İdarəetmənin xüsusi metodları, başlıca olaraq, operativ və cari idarəetmə sistemlərində (regional 
gömrük idarələri, gömrükxanalar, gömrük postları) istifadə edilir.  
Gömrük sistemində təsir formalarından asılı olaraq birbaşa və dolayı təsir metodları tətbiq edilir.  
Birbaşa təsir metodları dövlətin iradəsinə  və nüfuzuna əsaslanır. Onlara təşkilti-sərəncamverici və 
hüquqi metodlar aiddir.  
Dolayı təsir metodlarına sosial, psixoloji, iqtisadi və iqtisadi-riyazi metodlar aiddir.  
Gömrük orqanlarında təşkiletmə  və  tənzimetmə kimi idarəetmə funksiyalarının reallaşdırılması 
prosesində  təşkilati-sərəncamverici (inzibati) metodların vasitəsilə  əməkdaşların və kollektivlərin borc, 
səlahiyyət, məsuliyyət, intizam tələbləri və  s.  kimi  fəaliyyət aspektlərindən ibarət olan münasibətlər 
formalaşdırılır.  
Gömrük orqanlarında təşkilati-sərəncamverici metodların hərbiləşdirilmiş  və hüquq mühafizə kimi 
xüsusiyyətləri ondan ibarətdir ki, onlar bütövlükdə sistemə və ya ayrılıqda onun elementlərinə birbaşa direktiv 
təsiri ifadə edir; gömrük orqanının rəhbərinə birmənalı  qərar qəbul etməyə imkan verir; normativ-hüquqi və 
direktiv sənədlərin icrasının məcburiliyinə əsaslanır.  
Gömrük orqanlarında üç qrup təşkilati-sərəncamverici məqsəd: təşkilati, sərəncamverici və intizam 
tətbiq edilir. Əsas yeri birinci qrupu təşkil edən təşkilati təsir metodları tutur. Onlar idarəetmənin  əsası olan 
sistemdə təşkilati əlaqələrin uzunmüddətli təsbitidir və nizamasalma, normalaşdırma və təlimatlandırmanı əhatə 
edir.  
 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə