DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə21/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   17   18   19   20   21   22   23   24   ...   99

uğrunda  mübarizəyə  giriĢdik.  Mən  dedim  ki,  bizə  həmin  gəmilərin  yarısı  qalacaq.  Ruslar 
gördülər  ki,  vəziyyət  xarabdır,  dedilər  ki,  onda  bəs  Qazaxıstanla  Türkmənistanın  payı  necə 
olsun?  FikirləĢdim  ki,  75'i  bölsək  təqribən  45'ini  onlar  götürəcək,  30'unu  bizə  verəcəklər. 
Ancaq 15'-i bizə, 15'i Qazaxıstana, 15'i də Türkmənistana verilsə, deməli, türk dövlətlərinə 45 
gəmi  düĢəcək,  onlarda  30  əvəzinə  45  gəmi  olacaq.  Məhz  türk  dövlətlərinin  xeyrinə  olaraq 
beləcə razılaĢdıq. Mən bilsəydim ki, obirilər ala bilməyəcək, heç razılıq verməzdim. Nəysə, biz 
15 əvəzinə 17 gəmi aldıq. Gedib saysınlar, bu saat 17 hərb gəmimiz dənizdədir. 
Yararlıdırlarmı?
 
Tamam  yararlıdır.  Ġçində  nasazları  vardı,  seçib  tam  yararlıları  götürdük,  yararsızlar  qaldı 
onların özündə - dedik ki, onsuz da, sizdə çoxdur.  
Gəmiləri alandan sonra mən göstəriĢ verdim ki, rus gəmiləri Azərbaycandan çıxmalıdır, Bakı 
buxtasında  qalmamalıdır.  Bunlar  dava-dalaĢ  salmaq  istədilər.  Dedim  ki,  istəyirsiniz  qalanları 
da tutum əlinizdən alım?  
Mənim bu məsələlərdə sərt prezident kimi davranmağım, görünür, sərt hərəkatçı olmağımdan 
irəli  gəlirdi.  Əslində  Ģərait  də  sərtlik  və  kəskinlik  yeritməyi  tələb  edirdi  -  indi  kim  necə 
düĢünür-düĢünsün. Onlar da elə bundan çəkinirdilər ki, Əbülfəz prezidentdən çox inqilabçıdır. 
Deyirdim  elə  eləməyin  ki,  xalqı  ayağa  qaldırım.  Bax,  o  xalqın  gücündən  qorxmuĢdular  - 
mənim gücüm bundaydı. BaĢqa prezident belə deyə bilməzdi. 
Çox  qəribədir,  Bəy.  Azərbaycanın  da,  Rusiyanın  da  mətbuatında  dünən  də,  elə  bu  gün  də 
Sizin qətiyyətsiz prezident obrazınızı yaratmaq istəyirlər. Ancaq bu danıĢdıqlarınız qətiyyətsiz 
adam obrazıyla heç cür uyuĢmur. 
 
Bir Ģeyi baĢa düĢmürəm - qətiyyətsizdimsə Ġran da, Rusiya da niyə mənə müharibə elan edir? 
Qətiyyətsiz adamla onların nə iĢi var? Fağır adamdımsa o böyüklükdə dövlətlər üstümə niyə 
gəlirdi? Əslində onlara burada fağır adam lazımdır ki, əllərində oynatsınlar.  
Bir Ģer oxumuĢdum gəncliyimdə. ġair öz xalqına yazır ki, bilirsən sənin düĢmənlərin məni niyə 
öldürmək istəyirlər? Çünki səni mən hamıdan  çox, dönməzcəsinə sevirəm. Görürlər ki, mən 
dönməyəcəyəm, ona görə məhv etmək istəyirlər.  
Mən də öz xalqımı sevdiyimçün onunla məhəbbətlə davranmıĢam, ancaq onun düĢmənlərinə 
qarĢı  barıĢmaz,  son  dərəcə  qətiyyətli  olmuĢ,  bir  çox  hallarda  hətta  açıq  risqə  getmiĢəm. 
Məncə,  xalqın  seçdiyi  prezident  öz  xalqına  ipək  ürəyini,  onun  düĢmənlərinəsə  dəmir  əlini 
göstərməyi bacarmalıdır! 
Ġpək ürəkli və dəmir əlli prezident rusların gəmilərini Bakı buxtasından necə çıxardı?
 
Dedilər ki, 40 gün vaxt ver bizə. RazılaĢdım. 40 günün tamamında zəng vurdum ki, nə oldu - 
çıxmırsınız? Dedilər ki, hələ hazır deyilik, 3 gün də vaxt ver. Bildirdim ki, elə Ģey yoxdur - bu 
gün çıxacaqsınız! Moskvadan da xahiĢ etdilər ki, heç olmazsa 3 gün də imkan ver. Bu dəfə də 
güzəĢtə getdim. 43 gündən sonra - bizim dediyimiz vaxtda buxtanı tərk etdilər.  


Onlar  bəhanə  gətirirdilər  ki,  getməyə  yerimiz  yoxdur.  Dedim  HəĢtərxanda  yeriniz  var. 
Bildirdilər  ki,  oradakı  mülki  donanmadır,  həmin  Ģəhərdə  yer  olmayacaq.  43  günə 
Mahaçqalada  yer  düzəldib  getdilər.  Bəlkə  də  elə  40  günə  hazırdılar,  sadəcə,  bizim 
qətiyyətimizi yoxlayırdılar. Onu da gördülər. 
"Xarici siyasətimizi onun üstündə qururduq ki, kim bizə dost olacaqsa biz də ona 
dost olacağıq, bu Ģərtlə ki, o həm də demokrat olsun" 
Bəy, xarici siyasət sahəsində bizim hakimiyyət dövründə hansı irəliləyiĢlər olub?
 
Xarici  siyasət,  sadəcə,  5  ölkəyə  getdin-gəldin  deyil.  Xarici  siyasətin  strategiyası  və  taktikası 
var.  Dostunu  və  düĢmənini  müəyyənləĢdirməlisən  -  dövlət  siyasəti  budur;  "hamı  bizim 
dostumuzdur" prinsipi yanlıĢdır. "Hamının dostu" olan dövlət əldə-ayaqda oynadılır.  
Bizə deyirlər ki, siz Ġrana qarĢı, Rusiyaya qarĢı düĢmənçilik edirsiniz. Deyirik, yox, Rusiya bizə 
düĢmənçilik edir. O, bizə düĢmən kəsilibsə buna necə cavab vermək lazımdır - ağlaya-ağlaya, 
yoxsa  yıxılıb-qalxmaqla?  DüĢmənlə  düĢmənçilik  siyasəti  yürütməli,  ona  özünə  layiq  cavab 
verməlisən.  Biz  elə  güclü  xalq  deyilik  ki,  onu-bunu  əzək.  Biz  sadəcə  düĢmənlərimizə  qarĢı 
mübarizə aparırıq.  
Bəs dostumuz kimdir? Əlbəttə, hamıdan öncə qardaĢ Türkiyə. Tarixən də belə olub. Biz bir 
millət, iki dövlətik. Ona görə Türkiyə Avropaya çıxmaqçün bir ötürücü və nümunə, Avropaya 
yaxınlaĢma yolu və körpü olmalıdır.  
Digər tərəfdən, Avropada Britaniya, Almaniya, Fransa kimi dövlətlər də var ki, onlarla dostluq 
etməliyik. Nəyə görə? Almanlar da uzun müddət rus imperiyasına qarĢı mübarizə aparıblar, 
onlar da parçalanmıĢ xalq olublar və bizim dərdimizi yaxĢı baĢa düĢərlər. Həm də almanlar öz 
sənayesini quran xalqdır. Bu, bir cəhət.  
Bizim  yüksək  texnikaya  ehtiyacımız  var.  ÇağdaĢ  sənaye  texnologiyasının  ən  güclüsü 
Almaniyadadır.  O  həm  davamlı,  həm  uzunmüddətli,  həm  də  nisbətən  yaxındadır. 
Yaponiyadan,  ya  da  Amerikadan  gətirəcəksən  -  yolda  nə  qədər  sınacaq,  dağılacaq.  Amma 
Almaniyada da neft texnologiyası yoxdur, Amerikada, Ġngiltərədəsə var. Həmin texnologiyanı 
gətirməkçün  bu  dövlətlərlə  yaxınlıq  lazımdır.  Yoxsa  gedib  Ġranla  müqavilə  bağlayaq?  O,  öz 
neftini  çıxarda  bilmir,  bizimkini  necə  çıxaracaq?  Rusiyanın  da  müasir  texnologiyası  yoxdur. 
Neft texnologiyasının baĢında duran Bakıdır. Biz Rusiyadan nə götürə biləcəyik?  
Bunların hamısının arxasında dövlətin böyük iqtisadi maraqları dayanır. Bunlar xarici siyasətin 
ana xəttidir. Çünki Amerikaya bildirsən ki səninlə dost olmaq istəyirəm, deyəcək nə eləyim? 
Gərək izah edəsən ki, səninlə ona görə dost olmaq istəyirəm ki, sən buradan neft çıxarasan, 
mənə  neft  texnologiyası  verəsən,  müəyyən  demokratik  institutların  qurulmasına  kömək 
edəsən, gələcəkdə məni NATO'ya götürəsən ki, dünya səviyyəsində birdəfəlik təhlükəsizliyim 
təmin  olunsun  -  bu,  mənim  marağımdır.  Sən  də  neft  götürəcəksən,  səndən  ötrü  burada 
kommunikasiyalar qurulacaq  və Orta  Asiyaya çıxıĢın  yaranacaq,  burada ən  strateji  mövqeyi 
ələ keçirəcəksən - bu da sənin marağındır.  


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə