DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə29/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   25   26   27   28   29   30   31   32   ...   99

Mənim özüm 10 il yaĢamıĢam.
 
Özü də ailəylə. Biz həmin vaxt birinci dəfə, səhv etmirəmsə, 40-dan artıq alim ailəsinə pulsuz 
ev verdik. 
Bəli, diplomatlar üçün tikilmiĢ evi verdiniz onlara.
 
Mübahisə  edənlərə  dedik  ki,  tələsməyin,  təzə  bina  tikirik,  sizin  hamınızı  həmin  evə 
köçürəcəyik.  Yataqxanada  bir  alim  ailəsi  də  qalmayacaq.  (Orada  yalnız  subay  aspirantlar 
yaĢayacaqdı). Bunların hamısı göz qabağındadır. 
Amma onlar bizdən sonra orada qaldılar.
 
Bizdən  sonra  bu  proses  davam  etmədi.  Bu  tədbirlərdən  məqsədimiz  Akademiya  sistemini 
qorumaqdı. 
Halbuki bizim dövrdə baĢ nazir olmuĢ Əli Məsimov kimi yüksək səviyyəli bir siyasi xadim və 
elmi mütəxəssis də bu gün həmin yataqxanada yaĢamağa məcburdur.
 
Bəli, bu, çox ibrətamiz faktdır. 
Mənim Akademiyayla bağlı bir planım da vardı - Əlyazmalar Ġnstitutuna ayrıca bina tikdirmək. 
Bununçün pul axtardıq, tapandan sonra yeri müəyyənləĢdirmək üstündə çalıĢdıq. Rəhmətlik 
Cahangir Qəhrəmanovun vaxtında düĢünürdük ki, bu binanı indiki "Azərbaycan" nəĢriyyatının 
arxasında  -  dağın  döĢündə,  hərbçilər  yaĢayan  binalardan  bu  tərəfdə  tikək,  çünki  onun  altı 
baĢdan-baĢa  daĢdır.  DaĢlar  doğranacaq,  əlyazmalar  aĢağıda  yerləĢdiriləcəkdi  ki,  quru 
saxlansın. Ev uçur, yanır, amma o yer yanmır. 
Ermənilərin Əlyazmalar Ġnstitutu - Matenadaran da elədir.
 
Bəli, əlyazmalar bütün dünyada elə qorunur.  
Nəysə, mən getdim, institutun yerini də müəyyənləĢdirdim, pulunu da hazırladım. Tikintinin 
layihəsini  yaratmaq  üstündə  baĢ  sındırırdıq  ki,  hakimiyyətimizi  devirdilər.  Payızda  o  iĢə 
baĢlayasıydıq.  
Bu tədbirlərdən məqsəd milli elmimizi qurmaqdı.  
Biz  mədəniyyəti  də  unutmamıĢdıq.  Məsələn,  Azərbaycanda  böyük  orkestr  var.  Moskvada 
orkestr dağıldı - hamısı çıxdı getdi xaricə. Mən dedim ki, bizim orkestr dağılmamalıdır. Cəmi 4 
nəfər  xaricə  getdi,  onlar  da  baĢqa  millətlərdəndir.  Qalanların  hamısının  maaĢını  artırdım. 
Səhnəyə layiqli çıxmaqçün paltarlar alınmasına pul buraxdım. Dedim ki, səhnə paltarlarını 3-4 
dəst tikdirin, hansında istəyirlər çıxsınlar.  
Bir  sıra  mədəniyyət  xadimləri  heç  bir  partiyada  olmadıqlarına,  partiya  mahnıları 
oxumadıqlarına  görə  onlara  fəxri  adlar  vermirdilər:  Qədir  Rüstəmov,  Flora  Kərimova,  Alim 
Qasımov, Səkinə Ġsmayılova, Afaq BəĢirqızı və b. Bunlar elə yüksək Ģəxsiyyətli sənətkarlardır 


ki,  medaldan,  ordendən,  addan  ötrü  heç  vaxt  heç  bir  qapını  döyməzlər,  buna  rüĢvətlə  nail 
olmağısa ağıllarına belə gətirməzlər. Əslində onlar maddi baxımdan imkanlı deyillər. Bu böyük 
sənətkarların  ən  dəyərli  sərvəti  xalq  sevgisiydi  -  onları  hamımız  sevirdik.  Ancaq  onları  fəxri 
ada  layiq  görmürdülər.  Hakimiyyətimiz  dövründə  onlardan  savayı  universitetin,  baĢqa  ali 
məktəblərin  təhsildə  neçə  illər  külüng  çalmıĢ  müəllimlərinə,  ölkənin  həqiqətən  dəyərli 
alimlərinə əməkdar elm xadimi adı verdim. Onların adını saymaq istəmirəm - deməsinlər ki, 
minnət qoyur. Çox qəribədir ki, ömrü boyu partiyayçün oxuyan və nə bilim hansı yollarla ad 
alanlar bunlara nifrət edirdilər; səbəbi buydu ki, biz pulumuzu verib almıĢdıq, bunlar havayı 
aldılar.  
Mədəniyyət birxətli yox, çoxsahəlidir. Onun bütün sahələrinə az-çox maliyyə yardımı ayırmaq, 
dövlət qayğısı göstərmək istəyirdik. Məsələn, tək bir misal çəkim - xarici ölkə nəĢrlərini əldə 
etməkdən  ötrü  M.F.Axundov  adına  Dövlət  Kitabxanasına  Prezident  fondundan  5  min  ABġ 
dolları vəsait ayırmıĢdıq.  
Biz Azərbaycan  tarixinin yazılmasını tələb  etdik. Artıq  ciddi  söhbətlər gedirdi ki,  Azərbaycan 
tarixi yenidən yazılacaq. 
Orta məktəblərçün yazıldı, Bəy.
 
Bir də ümumi Azərbaycan mədəniyyətinin araĢdırılması problemini qoymuĢduq. Təkcə Quzey 
Azərbaycan  yox,  Bütöv  Azərbaycan  ədəbiyyatı,  Bütöv  Azərbaycan  mədəniyyəti  kompleks 
halda  öyrənilməliydi,  bütövlükdə  tədqiq  edilməliydi.  Bununla  bərabər,  ümumi  türk 
mədəniyyəti  öyrənilməliydi.  Biz  üzümüzü  Avropaya  tutsaq  da  Asiya  mədəniyyətini  və  türk 
mədəniyyətini öyrənməliydik.  
Mədəniyyətə  yeni  baxıĢ  lazımdı  ki,  o,  dövlətin  əlində  təzyiq,  yaxud  təbliğat  alətinə 
çevrilməsin.  Mən  bütün  yubileylərdə  iĢtirak  etmiĢəm.  Qara  Qarayevin  yubileyini,  Fikrət 
Əmirovun  konsertlərini  və  b.  keçirdik.  Hansında  görmüsünüz  ki,  bir  adam  durub  desin  ki, 
yubileyləri təĢkil etdiyinə, özü də Ģəxsən burada iĢtirak etdiyinə görə prezidentimizə təĢəkkür 
edirik? 
Filarmoniyada olarkən mən, dövlət katibi Pənah Hüseynov, humanitar məsələlər üzrə müĢavir 
Rafiq Ġsmayılov keçdik otağa, mən mədəniyyət xadimlərimizin hamısına dedim ki, Prezident 
fondunda  10  milyon  dollar  var  və  bunu  ancaq  elm,  mədəniyyət,  təhsil  və  səhiyyəyə 
xərcləyəcəyəm.  Pənah  bəy  də  dedi  ki,  yalnız  Bəy  yox,  biz  də  əlimizdən  gələn  köməyi 
Mədəniyyət Nazirliyinə edəcəyik. Onlar da "çox sağ olun, bundan çox razıyıq" dedilər. Sonra 
P.Bülbüloğlu muzeylərin qorunmasıyla bağlı nəsə yazıb gətirdi, ona da vəsait verdik. 
 
 
 
 


ARTIRMALAR 
I. Azərbaycan mədəniyyət, incəsənət və mətbuatını inkiĢaf etdirmək məqsədiylə Azərbaycan 
prezidenti Əbülfəz ELÇĠBƏY aĢağıda adları çəkilənlərə Prezident fondundan birdəfəlik yardım 
ayırmıĢdır: 
Azərbaycan  Ensiklopediyası  -  5  milyon  rubl,  Ü.Hacıbəyli  adına  Azərbaycan  Dövlət  Simfonik 
Orkestri  -  3  milyon  rubl,  "Qobustan"  toplusu  -  0,5  milyon  rubl,  "Ədəbiyyat  qəzeti"  -  0,5 
milyon rubl, Azərbaycan Dövlət Milli Dram Teatrı - 4 milyon rubl, Azərbaycan Dövlət Opera və 
Balet Teatrı - 4 milyon rubl, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı - 3 milyon rubl, Gənc 
TamaĢaçılar Teatrı - 2 milyon rubl, "Yuğ" Dövlət Teatrı  - 0,5 milyon rubl, Marionet Teatrı - 
0,5 milyon rubl, Azərbaycan Dövlət Kukla Teatrı - 0,5 milyon rubl, "Türkologiya" jurnalı - 0,5 
milyon rubl, Bakı Xoreoqrafiya məktəbi - 1 milyon rubl, respublikada yaĢayan milli azlıqların, 
azsaylı  xalqların  və  etnik  qrupların  mədəniyyətini  inkiĢaf  etdirməkçün  -  5  milyon  rubl  =  30 
milyon rubl ("Azərbaycan" qəzeti, 31.03.1993). 
II.  "Ġqtisadi  islahatlar  dövründə  mədəniyyət  və  incəsənətə  dövlət  himayəsi  haqqında" 
Azərbaycan  Respublikasının  prezidenti  Əbülfəz  ELÇĠBƏYĠN  16  aprel  1993  tarixli 
sərəncamından 
"Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapĢırılsın ki, bir ay müddətində: 
1. Mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində çalıĢan yaradıcıların qonorarının artırılması 
və  yaradıcılıq  ittifaqları  xətti  ilə  mədəniyyət,  ədəbiyyat  və  incəsənət  iĢçilərinə,  yazıçılara 
verilən qonorardan gəlir vergisindən baĢqa digər ödənclər tutulmaması məsələlərini nəzərdən 
keçirib müvafiq qərar qəbul etsin
2.  Yazıçılar  Birliyinin  orqanı  olan  "Azərbaycan"  ədəbi-bədii  jurnalının  maliyyələĢdirilməsinə 
dövlət yardımı məsələsini həll etsin
3.  Azərkinovideo  Ġstehsalat  Birliyinə  birdəfəlik  maliyyə  yardımı  göstərilməsi  məsələsini  həll 
etsin; 
4.  Yaradıcılıq  ittifaqlarının  xətti  ilə  xarici  ölkələrə  qastrollara,  sərgi  açmağa,  beynəlxalq 
festivallara,  müsabiqələrdə  iĢtirak  etməyə  gedən  sənət  kollektivlərinin  və  ayrı-ayrı  fərdlərin 
yol xərclərinə dövlət hesabına 50 faiz güzəĢt tətbiq olunması məsələsini həll etsin
5.  Müvafiq  yaradıcılıq  ittifaqlarına  və  peĢəkar  yaradıcı  iĢçilərə  qanunvericiliklə  müəyyən 
edilmiĢ  qaydada  onların  yerli  icra  hakimiyyəti  orqanlarından  icarəyə  götürülmüĢ  sərgi 
salonları, rəssam, memar və heykəltaraĢ emalatxanalarına görə ödənilən kommunal, rabitə, 
enerji xərcləri üzrə güzəĢtlər nəzərdə tutsun; 
6.  Tarixi,  milli  mədəni  obyekt  və  abidələrin,  muzey  əhəmiyyətli  sənət  nümunələrinin  qeyri-
qanuni  yolla  alqı-satqısının,  mənimsənilməsinin,  xaricə  aparılmasının  qarĢısını  almaq  üçün 
müvafiq tədbirlər hazırlayıb həyata keçirilməsini təmin etsin". 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə