DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə31/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   27   28   29   30   31   32   33   34   ...   99

Ancaq biz də onu birdən-birə sındırıb yerini yeni mütəxəssislərlə doldura bilməyəcəkdik. Bax, 
bu  iki  bəlanın  arasında  qaldıq.  Onlar  3-4  aydan  sonra  özlərinə  gəldilər  və  xəyanət  etdilər, 
çünki  xalq  hərəkatından  qorxmuĢdular,  yerlərində  tir-tir  əsirdilər.  Xalq  hakimiyyətindən  razı 
deyildilər.  Ona  görə  də  fürsətdən  istifadə  edib  dedilər  ki,  görün  sizin  baĢınıza  nə  oyun 
gətirəcəyik və gətirdilər də. Buna qarĢı müqavimət göstərirdik, ancaq müqavimət zəifdi. Rus 
kəĢfiyyatı da onlara kömək etdi. Həmin qüvvələr də hakimiyyəti devirdi.  
Bəy,  icra  hakimiyyətləri  tamamilə  bizim  özümüzdəndi,  ancaq  onların  da  iqtidarı  qorumağa 
gücü çatmadı.
 
Ġcra  hakimiyyətinin  əlində  nə  vardı  ki?!  Nə  polis  var,  nə  də  milli  təhlükəsizlik  orqanları.  Siz 
təsəvvür edin - Gəncədə hadisə olub, mən 3 gün bu hadisələr haqqında nə MTN-dən, nə də 
DĠN-dən dəqiq məlumat ala bildim. 
Müdafiə naziri DadaĢ Rzayev də aradan çıxdı, tapılmadı.
 
Bəli.  Hərbçilər  əməlli-baĢlı  xəyanət  etdilər.  Mən  sonradan  bildim  ki,  bizim  hərbin  baĢında 
duranların hamısı (bir-iki nəfəri çıxmaqla) Rusiya BaĢ KəĢfiyyat Ġdarəsinin əlaltılarıdır. 
Bir ildən sonra keçmiĢ SSRĠ-nin hər yerində olduğu kimi Azərbaycanda da xalq hakimiyyətini 
zorla  devirdilər  və  keçmiĢ  kommunistlər  bu  dəfə  hakimiyyətə  qayıdanda  demokrat  libasına 
büründülər.  Bizi  əlləri  üstündə,  sevinc  içərisində  hakimiyyətə  gətirən  minlərcə  adam  öz 
doğma  hakimiyyətinin  məhv  edilməsini  soyuqqanlılıqla  qarĢıladı.  Məsələn,  iqtidarımızın  son 
günlərində  -  iyunda  həmrəylik  bildirməkçün  Prezident  Aparatının  qarĢısına  çox  az  adam 
toplaĢırdı.  Bizi bir il qabaq  böyük  coĢquyla  hakimiyyətə  gətirən  insanların  belə  laqeydliyinə, 
soyuqqanlılığına əsas səbəb, sizcə, nəydi?
 
Birincisi, xalq yeni hakimiyyətin mahiyyətini düzgün qiymətləndirə bilmədi. Bu, indiyə qədər 
görünməmiĢ yeni bir hökumətdi. Onun mahiyyətini köhnə sovet, kommunist psixologiyasıyla 
dəyərləndirmək  mümkün  olmayacaqdı.  70  ildən  artıq  sosialist  təfəkkürüylə  tərbiyə  olunmuĢ 
insanlar  bazar  iqtisadiyyatı  qanunlarının  cəmiyyətdə  tətbiqini  gördükcə  vahiməyə  düĢür, 
dəhĢətə  gəlirdilər.  Həlledici  kütləsi  kasıblardan  ibarət  olan  xalqımızda  dövlətli  insanlara  bir 
gizli kin də vardı və adamlar bəlkə də onlardan bu sərvəti necə qazandıqlarını soruĢacağımızı 
gözləyirlərmiĢ;  bunun  əvəzində  hamının  dövlətli  olmasına  çağırmağımızı  eĢidəndə  və 
həqiqətən  də  çox  pullu  adamların  meydana  çıxdığını  görəndə  onlar  bizi  "dönük"  saymağa 
baĢladılar.  Təbii  ki,  bizi  belə  dəyərləndirmələri  tam  yanlıĢdır,  ancaq  bircə  Ģeydə  onlara 
bütünlüklə haqq qazandırıram - biz hamının yaxĢı tanıdığı harınlamıĢ cinayətkarları vaxtında 
və prinsipiallıqla cəzalandırmadıq!..  
Ġkincisi, görünür, biz xalqa müstəqil dövlət quracağımızı və həm bütövlükdə dövlətin, həm də 
əhalinin  iqtisadi  vəziyyətini  köklü  surətdə  yaxĢılaĢdıracağımızı  vəd  edəndə  insanlar  bunun 
ildırım  sürətiylə  -  bir  neçə  ayın  içində  baĢ  verəcəyini  gözləyirmiĢ;  bizi  özününkü  saydığına 
görə  həddən  artıq  Ģey  uman  xalq  arzularının  çin  olmasının  çox  ləngidiyini  görəndə  bizdən 
"küsdü",  halbuki  biz,  fikrimcə,  yetərincə  sürətlə irəliləyirdik  və ikicə  il də hakimiyyətdə qala 
bilsəydik bütün sözlərimizə əməl edəcəydik.  


Üçüncüsü, Moskva kəĢfiyyatı, Ġran kəĢfiyyatı və öz içimizdə olan mafioz, xəyanətkar qruplar 
hərtərəfli təbliğat apararaq xalqı yolundan azdırdılar, aldatdılar, çaĢdırdılar. Xalq da inandı ki, 
"ağzıyumĢaqlar"  getsə,  "dəmirəllilər"  gəlsə  yaxĢı  olacaq.  Nəhayət,  həmin  "dəmirəllilər" 
gəldilər  və  xalq  onların  nə  olduğunu  əyani  gördü,  necə  böyük  səhv  etdiyini  baĢa  düĢdü. 
Bundan  sonra  yəqin  ki,  xalq  öz  hakimiyyətini  görəndə  "bu,  mənim  hökumətimdir"  deyə 
müdafiə edəcək. 
Azərbaycan  Respublikasının  ilk  həqiqətən  müstəqil  və  milli  hakimiyyətini  qoruyub  saxlamaq 
mümkündümü?  Çökmənin  baĢlıca  səbəbləri  nəydi  və  onun  səbəbkarlarını  aĢkarlamaq 
mümkündürmü?  Məsələn,  indi  bəzən  söyləyirlər  ki,  hakimiyyəti qorumaq,  saxlamaq  olardı  - 
əvvəlcədən bir sıra qüvvələr əzilsəydi belə problem yaranmazdı və s. Sizcə, bizim hakimiyyət 
yaĢaya bilərdimi?
 
ġəksiz,  yaĢaya  bilərdi.  Sadəcə  olaraq,  bizdə  hakimiyyəti  nə  cür  qorumağın  təcrübəsi 
olmadığına  görə  onu  saxlaya  bilmədik.  4  iyun  qiyamı  yatırılsaydı  məsələ  birdəfəlik  həll 
olunacaqdı. Çox təəssüf ki, bizə qarĢı duran rus imperiyasının, Ġranın kəĢfiyyatı bizdən daha 
güclü,  daha  təcrübəliydi.  Qiyamın  baĢçılarını  müdafiə  edən  qruplar  da  burada  fəal  iĢtirak 
etdilər.  
Burada  ikinci  bir  məsələ  var  -  hakimiyyəti  saxlamaqçün  biz  hökmən  diktaturanın,  yaxud 
totalitar rejimin tələb etdiyi prinsiplərdən istifadə etməliydik, bizsə heç vəchlə buna getmədik. 
Gəncə qiyamını yatırmaq olardımı? Məsələn, Pənah Hüseynov deyir ki, olardı.
 
Gəncə qiyamını yatırmaq olardı, amma bu zaman ən azı 50-60 nəfər öldürüləcəkdi. 
Onsuz da, öldürüldülər - prezident qvardiyaçıları...
 
Onları mən öldürtmədim ki! Mən öz vətəndaĢımı öldürtməyi bacarmıram. Güc nazirlikləri öz 
vəzifə borclarını yerinə yetirməliydi, ancaq yetirmədi. Asiləri yatırtmaq prezidentin deyil, güc 
nazirliklərinin,  prokurorluğun  iĢidir.  Mən  onlara  əmr  verə  bilməzdim  ki,  vətəndaĢlarım  bir-
birini qırsın. Müharibə aparan ölkədə buna yol vermək olmaz. Prezident kimdir ki, əmr versin 
ki, get, filankəsi öldür?! 
Ancaq RövĢən Cavadov - XTPD dövlətə qarĢı silah qaldıranda Heydər Əliyev üsyanı yatırtdı...
 
Mən mətbuatda da bildirmiĢəm ki, Heydər Əliyev düzgün iĢ görmədi. Bunun üstündə qəzetlər 
məni tənqid etdilər ki, RövĢənin tərəfini saxlayırsan; mən onu müdafiə etmirəm - ağ bayraq 
qaldırılmıĢdısa  hökmən  barıĢığa  gedilməliydi,  qan  tökülməməliydi.  Budur  bizi  4  iyunda 
vətəndaĢ  müharibəsi  baĢlamaqda,  qan  tökməkdə  suçlandıran  Heydər  Əliyevin  səhvi!  Niyə 
tutalım  hökuməti  müdafiə  edənlərdən  30  nəfər,  hökumətə  qarĢı  çıxanlardan  100  nəfər 
ölməliydi?! Axı hər iki tərəfdən ölənlər öz millətimizin balalarıdır! 
Bəy,  Siz  Heydər  Əliyevin  Ali  Sovetin  sədri  seçilməsinə  tərəfdardınız  və  deputatları  da  onu 
seçməyə  çağırdınız.  Bu  hərəkətinizi  sonradan  H.Əliyev  hakimiyyətinin  legitimləĢdirilməsinə, 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə