DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə30/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   26   27   28   29   30   31   32   33   ...   99

Yeri  gəlmiĢkən,  bizim  vaxtımızda  muzeylərdən  bir  dənə  də  əsər  gedə  bilməzdi  -  gözlərini 
çıxarardıq.  Gedibsə  gəlib  desinlər.  Bizdən  sonrasa  100-ədək  əsər  satdılar.  Kim  satdı,  hara 
satdı - səsi də çıxmır, hamı susur. 
Ġncəsənət  muzeyindən  sənət  əsərlərinin  oğurlanmasını  bizim  dövrümüzə  aid  etmək 
istəyirdilər. "Avrasiya" qəzetində belə yazılar getmiĢdi. 
 
Qətiyyən  doğru  deyil.  Bütün  oğurluqlar  bizdən  sonra  olub.  Mən  əsərlərin  hamısını  nəzarətə 
götürtmüĢ, onları bir-bir siyahıya aldırtmıĢdım. Hətta muzeydən 3 dənə gözəl sənət əsəri olan 
tablo  aparıb  Prezident  iqamətgahına  qoydurmuĢdum  ki,  xaricdən  gələn  qonaqlar  onu 
görsünlər. Onlardan biri Səttar Bəhlulzadənin çəkdiyi rəsmdi. Onların hamısı orada sənəddə, 
kağızdadır. Özü də onlara çox diqqətlə qulluq edilirdi - əskiylə silinə bilməzdi, yalnız muzeyin 
iĢçiləri vaxtlı-vaxtında gəlib yoxlayır, baxırdılar. Mən hətta həmin iĢçilərə demiĢdim ki, otağın 
havası  onlara  zərər  verirsə  götürüb  aparın.  Qoy  bizim  dövrdə  oğurlanan  bircə  əsərin  adını 
desinlər,  mən  cavabını  verim.  Onların  hamısı  bizdən  sonranın  iĢidir,  kimlərin  oğurladığı  da 
bəllidir,  amma  heç  kim  danıĢmaq  istəmir,  hamısı  susur.  Bir  nəfər  də  Polad  Bülbüloğlundan 
hesabat istəmir, onu məsuliyyətə çəkmir, çünki, görünür, burada hökumətin də əli var, ona 
görə gizlədirlər. Bu, cinayətdir - dövlət cinayəti! Azərbaycan mədəniyyətini hərraca qoyublar. 
Buyurub  bizim  dövrümüzdə  uçurulan,  dağıdılan  bir  mədəniyyət  abidəsi  tapıb  göstərsinlər. 
Amma bu 4 ildə neçə-neçə mədəniyyət abidəsi darmadağın edilib. 
Bütöv muzeylər yox edildi.
 
Nə qədər ürəkağrıdan olsa da, təəssüf ki, belədir... 
Bəs səhiyyədə hansı irəliləyiĢlərimiz oldu, Bəy?
 
Səhiyyədə islahat  hazırladıq,  amma  həyata keçirə  bilmədik.  Bu  sahədə ciddi  nailiyyətlərimiz 
olmadı.  Sadəcə,  bizim  səhiyyə  nazirimiz  vicdanla  çalıĢırdı.  O  da,  onun  müavinləri  də  gecə-
gündüz  cəbhə  bölgələrini  gəzir,  əsgərlərlə,  yaralılarla  yaxından  maraqlanırdılar. 
Qospitallarımız  yaxĢı  iĢləyirdi.  Mənim  özüm  bir  neçə  xəstəxanada  oldum,  həkimlərlə 
görüĢdüm - keçmiĢ sovet rəhbərləri kimi yox; dedim nə lazımdırsa yazın verin, biz həll edək. 
ġikayətləri olanda da qısa vaxtda yerinə yetirirdik, gənc həkimləri iĢlə təmin etməyə çalıĢırdıq.  
Ümumiyyətlə, Bəy, bir prezident kimi görülən iĢlərdən razısınız, ya yox?
 
Ġnsanın öz iĢindən razı qalmasını düzgün saymıram. 
Söhbət Ģəxsən Sizdən yox, bütün hakimiyyətin gördüyü iĢdən gedir.
 
Bütün  hakimiyyətin  gördüyü  iĢdən  də  eləcə.  "ĠĢimizdən  razıyıq"  desək  bizi  ağıllı  adam 
saymazlar.  
Ümumi  götürdükdə  biz  özümüzdən  əvvəlki  və  sonrakı  hakimiyyətlərdən  yüksək  səviyyədə 
iĢləmiĢik.  Bundan  razıyam.  Amma  özümüzdən  razı  olmadığım  çoxlu  sahələr  var.  Ġslahatları, 


qanunvericiliyi sürətləndirmək olardı. Bir sıra islahatları inqilabi metodlarla aparmaq olardı, biz 
buna getmədik, yubandırdıq. Nəzərdə tutmuĢduq ki, islahatları 4-5 ilə keçirəcəyik. 
 
Ġkinci söhbət. BĠZ NĠYƏ DEVRĠLDĠK?
 
Bir görün fitnə-fəsad törədənlərin axırı necə oldu!
 
(Qur’an, "Əraf" surəsi: 86)
 
Bu  sorğuya  cavab  verərkən  bütün  gerçəkləri  ortaya  qoymadığını  özü  də  gizlətmir,  bir  çox 
faktlarınsa  açıqlanması  zamanının  yetiĢmədiyini bildirirdi.  Təəssüf  ki,  hətta  mənim  özüm  də 
ondan  öyrəndiyim  neçə-neçə  həqiqəti  hələ  üzə  çıxara  bilməyəcəyəm,  çünki  cəmiyyətdə 
sarsıntıların yaranmasını istəmirəm. Ancaq sevimli oxucumdan bircə xahiĢdə bulunacağam  - 
Elçibəyi  hakimiyyəti  təhvil  verməkdə  suçlayanların  hər  biri  öz-özündən  soruĢsun:  "O 
hakimiyyəti  qorumaq,  möhkəmlətmək  və  yaĢatmaqçün  mən  nə  etmiĢdim  və  hakimiyyətin 
əldən getməsində mən tam günahsızammı?".  
"MTN  də,  MN  də,  DĠN  də  öz  kadrlarımızla  yetərincə  təmin  edilmədiyinə  görə 
həmin nazirliklər bizim əleyhimizə çevrildi" 
Hakimiyyəti qorumaqdan ötrü ilk növbədə etibarlı güc strukturları lazımdır. Hər Ģey bir yana, 
biz  Rusiyanın  nüfuz  dairəsindən  çıxmağa  çalıĢırdıq,  istəyirdik  ki,  Avropaya,  ABġ-a, 
ümumiyyətlə, qabaqcıl dünyaya qoĢulaq, siyasətimizin istiqamətini tam dəyiĢək. Bundan ötrü, 
əlbəttə,  məhz  ÖZ  güc  strukturlarımızı  yaratmağa  ehtiyac  vardı.  Ancaq  hakimiyyətimizin 
uğursuz sonluğu bu sahədə ciddi dəyiĢikliklər edə bilmədiyimizi göstərir. Yanılmıram ki?
 
Siz, sözsüz ki, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi və Daxili ĠĢlər Nazirliyinin 4 iyun 
ərəfəsində,  hətta  ondan  da  qabaq  fəaliyyətini  nəzərdə  tutursunuz.  Ancaq  unutmayaq  ki, 
onlarda bizim hazır kadrlarımız yoxdu. Naziri, yaxud baĢ prokuroru yeniləĢdirməklə köklü kadr 
dəyiĢikliyi baĢ vermir - müəssisənin iĢində həlledici rol oynayan orta pilləli kadrlar öz yerində 
qalır. Onları təcrübəli yeni kadrlarla əvəz etmək asan deyil - buna müəyyən zaman lazımdır 
ki,  3  ilə,  5  ilə  yetiĢsinlər,  formalaĢsınlar.  Bu  səbəbdən  də  biz  həmin  orta  pilləni  dağıda 
bilmədik, o da 3-4 ay bizə qulaq asandan sonra baĢladı əleyhimizə iĢləməyə. Beləliklə, MTN 
də, MN də, DĠN də öz kadrlarımızla yetərincə təmin edilmədiyinə görə həmin nazirliklər bizim 
əleyhimizə çevrildi. 
Bu nəyin təsiri nəticəsində oldu? Rusiyanın, yoxsa...
 
Azərbaycanda öz hakimiyyətini xalq hərəkatına görə itirmək istəməyən olduqca güclü təbəqə 
-  həmin  nazirliklərdə  neçə-neçə  illər  boyunca  formalaĢmıĢ  orta  pillə  məmurları  özlərinə 
sığıĢdıra  bilmirdilər ki,  "uĢaq-muĢaq"  (axı onlar  indiyədək  məsul vəzifələrdə,  demək  olar ki, 
cavan adamları görməmiĢdilər), "yetim-yesir" (heç kəsin himayəsi olmadan kasıb, tam pulsuz 
adamın da vəzifə tutmasına onlar alıĢa bilmirdilər) gəlib onlara baĢçılıq edəcək. Onlar sovet 
bürokratik  aparatında  yağlanmıĢ,  piylənmiĢ  təbəqəydi  və,  təbii  ki,  bizi  qəbul  etməyəcəkdi. 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə