DeyġRDĠm kġ, bu quruluġ dağilacaq


"Mən aliməm, sosioloqam. Zamanın gediĢini qabaqcadan görüb deyirəm..."



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə34/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   30   31   32   33   34   35   36   37   ...   99

"Mən aliməm, sosioloqam. Zamanın gediĢini qabaqcadan görüb deyirəm..." 
Öz  hakimiyyəti dövründə  Qarabağ məsələsini nəinki  həll etməyən,  hətta  Kəlbəcəri də itirən 
prezidenti  Çin  sərhədinədək  türk  bayraqlarının  dalğalanacağını  iddia  etməkdə 
günahlandıranlar indinin özündə də az deyil...
 
Məsələni  nədə  dolaĢdırırlar?  Bəli,  mən  bir  prezident  kimi  Qarabağı  qurtarmalıydım  və  onun 
uğrunda  da  mübarizə  aparırdım.  Düzdür,  Kəlbəcəri  itirdik,  ancaq  iki  rayonu  da  geri  aldıq. 
Qarabağı qaytara bilməməyimizə və Kəlbəcəri itirməyimizə görə, bəli, xalq bizi qınamalıdır - 
bu  qınaq  düzdür.  Ancaq  Çin  sərhədlərinə  qədər  türk  bayraqlarının  dalğalanacağını  mən  bir 
tarixçi kimi deyirəm.  
Alim Əbülfəzlə prezident Əbülfəzi qarıĢıq salırlar. Mən aliməm, sosioloqam. Zamanın gediĢini 
qabaqcadan  görüb  deyirəm  ki,  ay  camaat,  bir  zaman  gələcək,  Çində  türk  bayrağı 
dalğalanacaq.  Həqiqətən  də,  Çinədək  bu  bayraqlar  dalğalandı.  Çində  40  milyon  uyğur  öz 
bayrağını qaldırıb. Bu gün dünyada 27 türk bayrağı dalğalanır. Mən bunu neçə il qabaqdan 
deyirdim. 
Ancaq Siz bunu deyəndə dünyada tək bir türk bayrağı vardı.
 
O zaman, bəli, yalnız Türkiyənin bayrağı vardı. Sizi inandırıram ki, gələcəkdə bu bayraqlar 33-
ə, 35-ə çatacaq. Harada əzilən türklər varsa orada onlar bayraqlarını qaldıracaqlar. Düzdür, 
Azərbaycanın Güneyində yeni bayraq yaranmayacaq - oraya bu bayraq gedəcək. Amma ola 
bilsin, Ġranın lap cənubunda yaĢayan qaĢqaylar öz bayrağını qaldıracaq. Çində 5-6 türk xalqı 
yaĢayır. Bəlkə onlar ümumi bayraqdan baĢqa öz bayraqlarını da qaldıracaqlar, çünki türk xalqı 
bir qövm kimi öz sancağı olan xalqdır.  
Təsəvvür  edin  ki,  orta  əsrlərdə  türklərin  dövlət  bayrağından  savayı  hər  tayfanın  da  öz 
bayrağı, hər birinin öz gerbi - damğası da olurdu. Bu, türk ruhunun müstəqilliyə, azadlığa can 
atmasından irəli gəlir - dövlətimiz böyükdür, əlbəttə, olmalıdır, amma bizim ərazi, bizim tayfa 
da  qüvvətli  olmalıdır!  Buna  nə  sultan,  nə  xaqan  bir  söz  deyir.  Nə  olar  -  sənin  də  bayrağın 
olsun,  döyüĢə  öz  ordunla,  öz  bayrağınla  gəl!  Tayfa,  yaxud  elat  yaylağa qalxanda  bayrağını 
sancırdı ki, bu örüĢ mənimdir. Həmin örüĢə bayraq gəlib çıxmasa xan icazə verirdi ki, oraya 
filan tayfa gəlib öz bayrağını sancsın, heyvanlarını orada otarsın.  
Qədimdə beləydi. Ġndi türk bayraqlarının çoxluğu adamları niyə xofa salır? 
Mən  deyəndə  ki  Skandinaviyanın  ən  qədim  əhalisi  türklərdir,  inanmırdılar.  Bu  yaxınlarda 
mənə XII əsrdə Skandinaviyada tərtib olunmuĢ bir sənəd göstərdilər. Skandinaviya dilindən 
rus  dilinə  tərcümə  olunub.  Orada  yazılır  ki,  "bu  yerin,  bu  ölkənin  əhalisi  Asiyadan  gəlmiĢ 
türklərdir".  XII  əsr,  Skandinaviya  mətni,  Skandinaviya  dilində.  Buna  nə  deyirsiniz?  Mən 
deyəndə oluram dəli, amma Skandinaviya alimi deyəndə böyük kəĢf sayılır. 
Bilirsiniz, hələ türkün özüyçün və dünya üçün nə olduğunu, türk tarixinin nə olduğunu hələ 
çox adam bilmir. Türk bir zaman o qədər güclü olub ki, türk inanca çevrilib. Təsəvvür edin ki, 
islam dini, xristian dini necə bir inancdırsa türk özü də elə bir inancdır  - türk inancı! BaĢqa 


xalqlar  da onu  qəbul  edirdilər.  Türk  inancı  artıq  millət  adından  çıxaraq  bir  sistem,  idarə  və 
əxlaq kimi bir ideyaydı. 
Əbülfəz  bəy,  türk  bayraqlarıyla  bağlı  öncəgörmənizin  açıqlaması  maraqlıdır.  Ancaq 
opponentləriniz  Sizi  baĢqa  ehtiyatsız  öncəgörmələr  irəli  sürməkdə  də  suçlayırlar.  Məsələn, 
bildirirlər  ki,  Siz  hələ  1992-nin  martında  MDB-nin  vur-tut  6  ay  ömrü  olacağını  söyləyirdiniz, 
halbuki o, artıq 6 ildir yaĢayır.
 
Bəli, mən deyirdim ki, MDB ölü doğulmuĢ uĢaqdır və ya nizamnaməsi olmayan kolxozdur; o 
yaĢamayacaq,  dağılacaq.  Həmin  vaxt,  doğrudan  da,  elə  oldu.  Biz  MDB-yə  girmədik, 
Gürcüstan çıxdı, bir sıra dövlətlər çıxdı. Sonra yenidən qaytardılar MDB-yə. Bu, bir.  
Ġkincisi, MDB əslində yenə də ölüdür. Onun heç bir Ģeyi yoxdur. Onun üzvlərinin özləri etiraf 
edirlər ki, qəbul olunmuĢ neçə yüz sənədin heç biri iĢləmir. Bu, "yaĢamaq" demək deyil axı. 
Rusiya onu, sadəcə olaraq, bir forma kimi saxlayır (Belarusun da marağı var) ki, lazım gələrsə 
keçmiĢ  Sovet  respublikalarının  baĢına  vurmaqçün  toppuz  kimi  istifadə  edilsin.  Ancaq  bu  da 
mümkün deyil. Rusiya bu gün öz içərisində Çeçenistanı idarə edə bilmirsə hansı ölkə, hansı 
respublika axmaqdır ki, MDB-nin xəttiylə təzədən Rusiyanın təsiri altına girsin? Sadəcə olaraq, 
vaxtaĢırı yığıĢıb iclas keçirirlər. Yadınızdadırsa hər 6 aydan bir MDB-nin baĢçısı dəyiĢilməliydi, 
ancaq indiyə kimi Yeltsindir. Onu da KiĢinyov sammitində Ukrayna, Moldova və Gürcüstanın 
prezidentləri, Azərbaycanın dövlət baĢçısı Ģil-küt elədilər. Moskva bundan yaman acığa düĢdü. 
Axırda nə dedilər? Ġfadəyə baxın: biz hamını baĢa düĢürük, ancaq H.Əliyevlə E.ġevardnadzeni 
baĢa düĢmürük. Moskva anlaya bilmirdi ki, onun hakimiyyətə gətirdiyi adamlar niyə indi ona 
qarĢı çıxırlar. 
Siz  Yuqoslaviya,  Çin  və  Ġranın  yaxın  vaxtlarda  parçalanacağını  bildirirdiniz.  Ancaq  onlardan 
hələlik yalnız Yuqoslaviya dağılıb.
 
Yuqoslaviya dağıldı, göz qabağındadır. Çində də tibetlilər özlərini tam müstəqil sayırlar - Çin 
hələ bunu qəbul etməsə də. Ancaq ABġ və Fransa Çindən Tibetin müstəqilliyini tanımağı tələb 
edirlər. Onun Dalay-laması gah Amerikada olur, gah Hindistanda. Doğrudur, o, ölkəyə gedə 
bilmir,  ancaq  xalq  Çin  hökumətini  tanımır,  yalnız  öz  Dalay-lamasını  eĢidir.  Bu,  artıq 
yarımmüstəqillikdir.  
Ġkincisi, son vaxtlar Doğu Türküstanda, bildiyiniz kimi, uyğur türkləri ayağa qalxdılar. Orada 
məsələ  nə  cürdür?  Paytaxtı  Urumçi  Ģəhəri  olan  Sincan  əyalətinin  tam  muxtariyyəti  var: 
özünün  idarəetmə  sistemi,  məktəbləri,  dini  mərasimləri  və  s.  Uyğurlar  Çinlə  tamamilə 
uyuĢmaz haldadırlar. Ġndi azadlıqları uğrunda mübarizə aparırlar və buna nail olacaqlar. Çinin 
dağılması prosesi oradan baĢlanacaq. Hindistanın adını mən ən sonda çəkmiĢəm. Çünki orada 
müəyyən  qədər  demokratiya  var,  ayrı-ayrı  Ģtatlar  tam  müstəqildirlər,  sadəcə  olaraq  dövlət 
qurumu birdir. ġtatların özünün büdcəsi, idarəetməsi, daxili siyasəti müstəqildir. Yalnız ordu 
və  XĠN  birdir,  vəssalam.  Qalan  Ģeylərdə  tam  daxili  müstəqillik  var.  Belə  yarımdemokratik 
ölkədə parçalanma gec gedir. Ġrana gəlincə, SSRĠ, Yuqoslaviya necə dağıldısa Ġran da eləcə 
parçalanacaq. 
Buna əminsiniz?
 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə