sağlam qüvvələri ölümdən qurtarmaq. Bu sözü Nəcəf bəy dedi, biz də bəyəndik. Bir neçə
nəfərimiz və mən onu yerinə yetirdik.
-Ancaq axı Nəcəf bəyin Sizin Kələkiyə getməyinizdən xəbəri yoxdu...
-Xeyr, yoxdu. O, bu sözü bir qədər qabaq demiĢdi - duyumu çox güclüdür. Söz deyildi və
mən də onu yerinə yetirdim. Nəcəf Nəcəfovun bir sözü də vardı ki, xalqın vətəndaĢ
müharibəsindən qorxmasına çalıĢmaq lazımdır - xalq bu müharibədən qorxmayıb ona girsə
sonra onu oradan çıxarmaq mümkün olmayacaq. Çox düzgün fikirdi. Biz xalqı qorxutduq,
vətəndaĢ müharibəsindən çəkindirdik. Xalq vətəndaĢ müharibəsindən indi də qorxur. Amma
onun içinə girsəydi çıxarmaq olmazdı - oradan çıxmaq istəmir, bu odu söndürmək olmur.
-Bəy, Heydər Əliyev televiziyayla səhər-səhər çıxıĢ edərək Sizin Türkiyəyə uçduğunuzu
söyləmiĢdi. Siz onu aldatmamıĢdınız ki?
-Görünür, məni soruĢub, ona deyiblər ki, Bakıdan çıxıb. O da məntiqlə fikirləĢib ki, düĢmənləri
olan Ġrana və Rusiyaya getməz, birbaĢa Amerikaya getməsi də mümkün deyil; deməli, qalır
bircə Türkiyə. Naxçıvana gedə biləcəyimisə, sadəcə, ağlına gətirməyib.
-Kələkiyə getməzdən öncə Heydər Əliyev, Rəsul Quluyev və Etibar Məmmədov axĢam
yanınıza gəliblərmiĢ. Onlar Sizə nə təklif edirdilər?
-Təklif etdilər ki, daxili iĢlər
naziri yoxdur, buna görə də vəziyyət xarabdır; naziri təyin et. Mən
də dedim ki, hələ öz adamımı tapmamıĢam, onun haqqında düĢünürəm. Onda Etibar
Məmmədov dedi ki, sənin adamın yoxdur, amma bizim adamımız var. Həmin adamın kim
olduğunu soruĢduğum zaman Rəsulla bir-birinə baxıb dedilər ki, bizim adamımız RövĢən
Cavadovdur. Onlarla razı olub-olmadığını Heydər Əliyevdən soruĢanda cavab verdi ki, bunlar
razıdırsa mən də razıyam. Mən dedim ki, RövĢən Cavadovun qüvvələri Gəncədə Surət
Hüseynova qoĢulub və qiyamda iĢtirak edib; bu adamı nazir qoya bilmərəm. Onda dedilər ki,
qalsın, sabah danıĢarıq. RazılaĢdım. Ancaq artıq qət etmiĢdim ki, Kələkiyə gedəcəyəm
O görüĢdə yalnız DĠN-dən danıĢıldı?
-Bəli.
Sizin dönüĢünüz 80 evlik Kələkini dünyanın ən məĢhur kəndlərindən birinə çevirdi. Sizcə, bu
məĢhurluq kələkililərə məhrumiyyətlər də nəsib etmədi ki?
Nəinki kələkililərə, mən deyərdim ki, bütün Naxçıvana, xüsusən Ordubad və ġərura mənim
üstümdə çox zərbələr dəydi, onlar hədsiz zülmlərə, məhrumiyyətlərə düçar oldular. Ancaq ən
ağır zərbələr 4 kəndə: Dırnıs, Kələki, Üstüpü və Unusa endirildi. Mənə görə bu kəndlər çox
çıxılmaz vəziyyətlərə düçar oldular. Mən həmin kəndlərin əhalisinin mənə görə çəkdikləri
əzab-əziyyətə necə mərdiklə dözdüklərini, arxamda necə cəsarətlə durduqlarını, məni necə
qayğıyla qoruduqlarını, ürəkdən sevdiklərini heç zaman unutmaram. Tale haçansa mənə
yaxĢı imkan versə həmin kəndlərə gedib onların camaatıyla görüĢərək halallıq alacağam.
ĠnĢallah, Allah-taala Sizi arzunuza yetirər.
Siz Məmmədəmin Rəsulzadənin Lahıcda olmasıyla Əbülfəz Elçibəyin Kələkidə olması arasında
tarixi paralellər görürsünüzmü?
Burada tarixi paralel görmürəm. Amma baĢqa tarixi paraleli deyə bilərəm. Mənim baĢımı
1991-in 23 avqustunda yardılar. O zaman məni ağır zədələmiĢdilər. Dincəlməkçün
Ġsmayıllının
Basqal kəndi
nə getdim. Basqalla Lahıc yaxın kəndlərdir. Orada yaĢadığım bir aylıq həyatımı
Məmmədəminin Lahıc həyatına uyğun sayıram. Məmmədəmin Lahıcda "Əsrimizin
SəyavuĢu"nu yazmıĢdı, bizsə Basqalda AXC-nin Proqramını yazdıq.
Görünür, Ġsmayıllı torpağının taleyinə də Azərbaycan istiqlalının iki liderinin ağır günündə
onlara hayan olmaq Ģərəfi yazılıbmıĢ. Ancaq Sizi özümün də hədsiz sevdiyim gözəl və
qonaqpərvər Ġsmayıllı torpağından ayırmağa, yenidən doğma Kələkiyə qaytarmağa
məcburam - Sizi doğma kəndinizdə ən çox sevindirən və ağrıdan nə(lər) oldu?
Bu, çox ağır sualdır. Ona indi cavab vermək istəməzdim - bu çox geniĢ mövzunun ayrı-ayrı
hissələrini danıĢmaqla hadisələrin ümumi mənzərəsini korlaya bilərik. ĠnĢallah, bunu bir
zaman ya özüm yazaram, ya da söyləyərəm, sən yazarsan.
Kənddə olarkən məlumat mənbələriniz nə qədər geniĢ və etibarlıydı? Bakıda baĢ verənlərdən
vaxtında xəbər tuta bilirdinizmi?
-Məlumatım burada təsəvvür ediləndən çox geniĢdi. Telefonla müxtəlif xarici ölkələrlə,
Türkiyəylə əlaqə saxlayırdım. Hətta Təbrizə, Tehrana da zəng edirdim. Telefonla operativ
məlumatları vaxtında ala bilirdim. Ehtiyacım olanda Amerika, Avropa ölkələriylə, məsələn,
Ġngiltərə, Hollandiya və baĢqalarıyla birbaĢa əlaqə saxlamağıma əngəl yoxdu. BaĢqa
tərəfdən,
Kələkiyə Bakıdan və Naxçıvandan qəzetlər müntəzəm gətirilirdi. Doğrudur, son vaxtlar onlar
bəzən 3-4 gündən bir gəlirdi, ancaq hər halda mətbuatı ardıcıl izləyirdim. Digər məlumat
mənbəyimsə Bakıdan yanıma gələn insanlardı.
Təkcə Bakıdanmı?
Əlbəttə, yox. Azərbaycanın bütün rayonlarından, eləcə də xarici ölkələrdən gələn Ģəxslər də
mənə çox qiymətli məlumatlar verir, eyni zamanda bununla mənə mənəvi yardım
göstərirdilər. Bunlar partiya yoldaĢlarım, dostlarım, tanıĢlarım, Azərbaycanın ən müxtəlif
ziyalılarıydı.
Burada jurnalistlərin mənə mənəvi hayan olmalarını ayrıca xatırlatmaq istəyirəm. Doğrudur,
yanıma ardıcıl gələn jurnalistlərin adlarını sadalamaq istəmirəm (onlar çoxdur - birinin adını
çəksəm qalanları məndən inciyər), ancaq Natella xanımdan danıĢmasam günah olar. O, çox
böyük fədakarlıq edir, hər həftə Kələkiyə gəlirdi. Bəzən bu gün gedib sabah qayıdır, mənə
yeni məlumatlar gətirir, dostlarımın, yoldaĢlarımın salamını yetirirdi. Yol-iriz bağlı olanda o
dəfələrlə dağları aĢaraq, əzab-əziyyətə kiĢi kimi qatlaĢaraq özünü Kələkiyə yetirib. Qalan
jurnalistlər
də məni unutmur, hərə bacardığı iĢi görürdü.