DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə44/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   40   41   42   43   44   45   46   47   ...   99

Kələkidə  olanların  hamısı  mənim  qohumlarımdır,  axı  kənd  balaca  olanda  hamı  bir-birinə 
qohum düĢür. Firuzə mənim həm anamın dayısı oğlunun qızıdır, həm də qardaĢım Muradın 
həyat  yoldaĢıdır.  Bəzən  bir-birimizə  xalaoğlu-xalaqızı  deyirik,  bəzən  də  dayıoğlu-dayıqızı.  O, 
gəncliyimdən  mənim  əziyyətimi çəkən  qadınlardan,  xanımlardandır.  Belə  deyirdim  ki,  o, kiĢi 
qeyrətiylə adamı müdafiə edən, kiĢi qeyrətiylə sözündən dönməyən mətin bir qadındır. Sonra 
adını  çəkdiyiniz  Xumar  mənim  dayıqızımdır,  Kəmalə  də  onun  qızıdır.  Onlar  da  mənim 
əziyyətimi uzun müddət çəkib. Ancaq onların heç biri bunu əziyyət kimi götürmür; bəzən mən 
əziyyətə  görə  üzrxahlıq  edəndə  deyirlər  ki,  Azərbaycanın  çox  alicənab  xanımlarını,  bəylərini 
qəbul etmək bizimçün Ģərəfdir.  
Kənddə belə bir söz var, deyirlər ki, filan qonaq niyə gəlib filan evə düĢdü, məgər mən ondan 
uzaq qohumam, niyə mənim evimə gəlmədi? Bundan küsürlər. Belə incik bir adama deyəndə 
ki bir çay qoy, gəlim içim, cavab verir ki, qonaqlarına kim çay qoymuĢdusa indi də gedib çayı 
o  qoysun.  Həqiqətən  də,  qonaq  qəbul  etməyi  kəndlərimizdə  hamı  özünə  Ģərəf  sayır.  Mən 
qonĢu kəndlərdə bir evə qonaq gedəndə obiri kənddəki qohumlarım "hücum" edirdilər ki, bəs 
biz ölmüĢük, bizə niyə gəlmirsən? Biz onlardan əskik adamıq?  
Dəfələrlə  bəylər  bura  gəlib-gediblər.  Obiri  kəndlərdəki  qohumlarımın  hamısı  inciyib  ki, 
qonaqların  vardı,  xəbər  yollayaydın,  heç  olmazsa  gəlib  bir  görəydik,  bir  quruca  salam 
verəydik, bir evə qonaq aparaydıq. Yoxsa bizi adam saymırsınız, qohum yerinə, kəndçi yerinə 
qoymursunuz? Elə 2-3 nəfər özünüz qəbul edib özünüz də yola salırsınız.  
Kənd  əhalisinin  hamısı  belədir.  Mən  Azərbaycanın  çox  kəndlərində  olmuĢam.  Sevinirəm  ki, 
xalq  hələ  bu  qonaqpərvərlik  hissini,  duyğusunu  itirməyib.  Bu,  xalqımızın  olduqca  dəyərli 
mənəvi nemətidir. 
"Tarix  özü  o  təhqir  və  böhtanların  cəzasını,  cəmiyyət  özü  onların  əsl  qiymətini 
verəcək" 
Xüsusi sifariĢlə öncə Ali Sovetin iyundansonrakı sessiyalarında, sonra Nizami Süleymanovun, 
Karaulovun  çıxıĢlarında,  Az.TV-nin  daha  çox  Nizami  Xuduyev  dönəmindəki  teleittihamlarda 
Sizə qarĢı insanın Ģərəf və ləyaqətini alçaldan, təhqir edən amansız və heç bir əxlaq ölçülərinə 
sığmayan  təbliğat  kampaniyası  aparılırdı  (bu  təbliğat  son  vaxtlar  əvvəlki  quduzluğunda 
olmasa  da  indi  də  kəsilməyib).  Sözsüz  ki,  bunların  hamısından  xəbəriniz  vardı.  Suallarım: 
birincisi,  bu  iftira  və  təhqirlərə  necə  dözürdünüz;  ikincisi,  niyə  iftiraçıları  məhkəməyə 
vermirdiniz? 
 
Bu  mübarizə  yolu  çox  ağır,  həm  də  Ģərəfli  yoldur.  Ġkisi  də  var.  Ona  görə  ağırdır  ki, 
döyüləcəksən, söyüləcəksən, təhqir olunacaqsan, öləcəksən, asılacaqsan. Ona görə Ģərəflidir 
ki,  nə  qədər  incidilsən  də  haqq  yolunda  olduğuna  görə  seviləcəksən.  Əgər  Ģərəfə 
yiyələnirsənsə  zəhmət  çəkib  o  təhqirləri  də  qəbul  etməlisən  -  onlar  da  sənindir!  ġərəfi, 
hörməti  qazanmısan,  on  minlərcə  adam  səni  salamlayır,  milyonlarca  adam  səni  sevir,  adını 
məhəbbətlə  çəkir.  Bəs  döyüləndə,  söyüləndə  niyə  Ģikayətlənməlisən?  Yəni  bu  yolun 
xüsusiyyəti belədir, ona görə qabaqcadan bilirdim ki, döyüləcəyəm də, söyüləcəyəm də, hətta 
bəlkə  öldürüləcəyəm  də.  Məhz  bu  üzdən  həmin  təhqirləri  heç  saymıram  da  -  ha  çığırıb-
bağırsınlar.  Çox  vaxt  onlara  gülməyim  tutur.  Ya  televizora  baxanda,  ya qəzetdə  bir  iftiranı, 


böhtanı,  təhqiri  görəndə  həmiĢə  zarafatla  deyirəm  ki,  bunlar  xəstədir.  Bu  cür  adamlar, 
doğrudan da, xəstədirlər. Onlara nə fikir verəsən? Tarix özü o təhqir və böhtanların cəzasını, 
cəmiyyət özü onların əsl qiymətini verəcək.  
Bir  də  ki,  bu  dözüm  təkcə  məndə  görünməyib  ki.  Bu  dözüm,  səbir  bizə  babalarımızdan 
yadigar qalıb. Nəsimi, Füzuli, Vidadi, Mirzə Fətəli, Həsən bəy Zərdabi, Mirzə Cəlil, Sabir, Əli 
bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Hadi... hansı əzabları çəkmədilər, hansı məhrumiyyət 
və təhqirlərə  tuĢ olmadılar?!  Hadi  kimi nəhəng  özünü  bu millətçün  yandırıb  kül etdi,  ancaq 
indi  qəbri  də bilinmir. Məgər  mən  Əhməd  Cavaddan,  Hüseyn Caviddən  artıq  oğulam?!  Ġndi 
yox  ha,  lap  tutulmamıĢdan  qabaq  deyirdim  bu  sözü.  DüĢünürdüm  ki,  Hüseyn  Cavid  Stalin 
kimi  bir  dünya  diktatorunun  qarĢısında  baĢ  əymədi,  hətta  həyatını  qurtarmaq  naminə  də 
varsa  öz  əsərlərində onun  adını bir dəfə  də çəkmədi,  hamı neftdən,  pambıqdan,  kolxozdan 
yazan vaxt o, əqidəsini dəyiĢməyərək "Əmir Teymur"u, "Peyğəmbər"i, "SəyavuĢ"u... qələmə 
aldı,  qorxmadan  gözlədiyi  Sibir  buzlaqlarındakı  ölümüsə  Ģirin  bir  Allah  neməti  kimi  qəbul 
elədi!  Cavidi  gedərgəlməzə  yollayaraq  ondan  sonra  da  40-50  il  yaĢayıb  fəxri  adlar  alanlar, 
döĢlərini orden-medallarla dolduran əqidəsizlər, hər əmrə, göstəriĢə müti fırfıralarsa cismani 
yoxluqlarıyla eyni zamanda mənəvi ölümə də düçar oldular - unuduldular. Cavidsə əqidədən 
dönməmək  naminə  cismani  mövcudluğunu  qurban  verərək  əvəzində  peyğəmbərlərə  nəsib 
olan Ģərəfli əbədiyyət qazandı!  
Mən də Hadinin, Cavidin, Cavadın yolunu seçmiĢdim deyə həmiĢə ağrı-əzaba düĢəndə onları 
oxuyurdum, özümə təskinlik tapırdım. DüĢünürdüm ki, onların ailələrini də dağıdıblar, ancaq 
mənim ailəm, qohum-qardaĢım, el-obam allahsızcasına incidilsə də gözümün qabağındadır. O 
insanları  uzaq-uzaq  diyarlarda  elə  məhv  etdilər  ki,  qəbirləri  də  qalmadı,  ancaq  məni 
öldürsələr yenə öz vətənimdə qalacağam.  
Səttar  xan,  Xiyabani,  Məmmədəmin  Rəsulzadə,  PiĢəvəri...  nə  faciələr,  bəlalar  görmədilər! 
Ancaq  onlar  son  nəfəslərinədək  Azərbaycanın  xoĢbəxtliyi  yolunda  mübarizədən  geri 
çəkilmədilər.  Elə  çıxmasın  ki,  mən  özümü  böyüklərə  oxĢadıram  -  mən,  sadəcə,  onlardan 
öyrənirəm.  
Bu  mübarizə  yolu  gediləcək  -  o,  ərənlər  yoludur,  ərənlər  gedəcək.  Mən  də  getməsəm 
minlərcə gedən tapılacaq.  
Bəli, bu yolu gedə bilmirsənsə, getmək istəmirsənsə getmə, çəkil dur qıraqda, get alimliyini 
elə,  bir  tikə  çörəyini  qazan,  ancaq  gedəcəksənsə  unutma  ki,  yolun  hökmən  bu  əzabların 
içindən  keçəcək!  Bax,  buna  görə  də  həmin  təhqirləri  təbii  qarĢılayır,  onları  söyləyənlərdən 
əsasən incimirəm. Sualınızın ikinci tərəfi necəydi? 
Niyə Sizi təhqir edənləri məhkəməyə vermirsiniz?
 
Birincisi, mən o qədər aĢağı enmərəm - bu adamlar kimdir ki, onları məhkəməyə verim? Bu, 
onlarçün böyük Ģərəf olardı. Bir çoxu məhz bu məqsədlə də təhqirə əl atır. Mən bunu bir dəfə 
əyani  Ģəkildə  gördüm.  ZərdüĢt  Əlizadə  məni  bir-iki  dəfə  söydü.  Ondan  səbəbini  soruĢanda 
deyib  ki,  istəyirəm  məni  məhkəməyə  versin.  Ġstəyir  ki,  mənimlə  məhkəmədə  tay  olsun.  O, 
kimdir ki, onu məhkəməyə verim?  


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə