qarĢı olan bir çoxları hakimiyyətdən gedəndən sonra mənimlə mehribanlaĢdılar. Amma
hakimiyyət dövründə mənə yaltaqlananların da içərisində mənə düĢmən olanlar tapıldı.
Bütün ölkələrdə, o sıradan bizdə də hakimiyyətə yaxınlaĢmaq, hakimiyyətdəkilərdən nəsə
əldə etmək istəyi var. Amma Azərbaycan xalqının içərisindəki böyük bir təbəqə üçün
hakimiyyətdə kimin olmasının fərqi yoxdur. O təbəqə yalnız bunu istəyir ki, Azərbaycan
xoĢbəxt olsun, özü də xoĢbəxt yaĢasın.
Bəy, Kələkidəykən Bakıdakı silahdaĢlarınız və dostlarınız içərisində kim(lər)in həsrətini daha
çox çəkirdiniz?
Ad saymaq mümkün deyil. Axı adam daim bir nəfərin həsrətini çəkmir. Elə olur ki, bir həftə
biri yadına düĢür, ya da nəyləsə xatırlanır, yaxud fikirləĢirsən ki, ad günüdür, nə oldu? Hətta
bəzən elə olur ki, küçəylə gedəndə o adamın ya bir cümləsi yadına düĢür, ya da səsi
beynindən keçir, bu zaman baĢlayırsan onun haqqında düĢünməyə. DüĢünə-düĢünə
hövsələdən çıxırsan ki, kaĢ burada olaydı, onu görəydim. O, bir uĢaq da ola bilər, tələbə də,
mübarizə yoldaĢım da. Məsələn, yadıma tez-tez YaĢar Türkazər düĢürdü. Nəyə görə? Çünki
heç bir təmənnası yoxdu. Hər hansı hərəkat olan kimi bayrağı götürüb irəli gedəcək və
bununçün heç kəsdən heç nə ummayacaq. YaĢar Türkazər bu bayrağa məndən də çox
vurğundur. Mən bayrağı Ģüurla, ağılla sevirəm. O da Ģüurlu, ağıllı oğlandır, ancaq onun içində
bayrağa vurğunluq vəcdi var və o, bayrağı vəcdlə götürür. FikirləĢirsən ki, kaĢ belə vəcdlə
yaĢayan insanlarımız çox olsun.
Alman alimi Avqust Müller söyləyir ki, Əbubəkr Məhəmmədə (s.ə.s.) o qədər vurğundu ki,
peyğəmbərin dediyi Tanrıya bəlkə ondan da çox inanırdı. Bilirsən, bir var təlqin edən, bir də
var inanan. O inanan çox qəribə varlıqdır. Təlqin edəndə müəyyən Ģübhələr ola bilər, o öz-
özünün səhvini düzəldər. Amma vurğun adam baĢqa cür fikirləĢir. Məsələn, Məhəmməd
peyğəmbər (s.ə.s.) deyir ki, hamı
səhv edə bilər, ancaq Əbubəkr düĢünür ki, peyğəmbər səhv
edə bilməz, buna görə də onun bütün dediklərinə tam inanırdı.
Deməli, vurğun adam vurulduğu adamı, yaxud ideyanı vəcdlə sevir. Bu gün Azərbaycanda
ideyanı vəcdlə sevən adamlar xüsusən gənclərimizin içərisində çoxdur.
Rəhmətlik Hacı Əbdül (ona "MəĢədi Əbdül" deyərdik), Mustafa bəy, Gültəkin ana, Elman
Türkoğlu tez-tez yadıma düĢürdü. Əqidəyə, məsləkə vurğun insanları, yaxın dostları
xatırlayırdım. Partiya rəhbərlərindən, məsələn, Ġsa bəylə görüĢməyi arzulayırdım, ancaq nə
onu buraxırdılar, nə də məni. Arada Pənah Hüseynov, yaxud Arif Hacıyev könlümə düĢürdü.
Bəzən Nəcəfdən ötrü darıxırdım, bir-iki ay keçirdi, bir də gördün Nəcəf özü gəlirdi,
dincəlirdim. Görürdüm ki, o da mənimçün qəribsəyib.
Kələkidə olarkən Sizin üstünüzdə kənd əhalisinə mənəvi-psixoloji təzyiqlər göstərilirdi.
Bildiyimə görə, Sizi bir insan kimi ən çox sarsıdan da bu amildi və ən incə, ən ağrılı yerinizi
tapmıĢ iqtidar psixoloji müvazinətinizi məhv etməkçün məhz bu ən göynərtili, ən həssas
nöqtəni ağrıtmağa daha çox səy göstərib, bu sahədə məqsədyönlü tədbirlər silsiləsi həyata
keçirib. Bütün bunlara kənd əhlinin reaksiyası necəydi?