DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə45/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   41   42   43   44   45   46   47   48   ...   99

Bəllidir ki, Klinton prezident seçkisi ərəfəsində onu təhqir edənləri 131 dəfə məhkəməyə verib 
hamısını da uda bilərmiĢ. Vəkili bunu ona məsləhət görəndə deyib ki, iĢiniz olmasın, buraxın 
getsin. Yəni lider olmaq, qabağa düĢmək istəyirsənsə arxadan vurulan daĢlara dözməlisən. O 
insanları məhkəməyə verməyi, doğrudan, özümə sığıĢdırmadım.  
Ġkincisi,  məhkəməyə  verirsənsə  gərək  məhkəmənin  ədalətinə  inanasan.  Ədalətsiz 
məhkəməyə verməyin nə faydası? Doğrudur, belə hallarda çox adamların qəzetlərdən və s. 
yerlərdən  məhkəməyə  müraciət  etdiyini  görürdüm.  Kimdir  bu  Ģikayətlərə  düzgün  baxan? 
Məhkəmə  hakimiyyətdəkilərin  sərəncamındadır,  onlara  da  qulluq  edir  -  rəqiblərini 
məhkəməyə verib əzdirirlər, onlarısa məhkəməyə vermək mümkün deyil. 
Ġsa  Qəmbəri  prezidentin  qardaĢı  Cəlal  Əliyev  təhqir  etdi,  ancaq  məhkəmə  Ġsa  bəyin  heç 
ərizəsini də götürmədi.
 
Bəli, bəli. Kimdir ona baxan? Düzdür, mən məhkəməyə müraciət edənləri də müdafiə edirəm 
ki,  heç  olmazsa  gələcəyə  sənəd  qoyurlar.  Ancaq  mən  fikirləĢdim  ki,  heç  o  sənədi  də 
vermirəm, eybi yoxdur. 
Bilirsiniz,  bəzən  qınayırlar  ki,  söhbət  Ģəxsən  vətəndaĢ  Əbülfəz  Elçibəyin  yox,  böyük  bir 
təĢkilatın liderinin, on minlərcə insanın rəhbərinin təhqir edilməsindən gedir.
 
Mən  amerikalıların  fikrini  üstün  götürürəm.  Orada  sadə  vətəndaĢlar  bir-birini  məhkəməyə 
verirlər. Prezidentsə, ümumiyyətlə, vətəndaĢı məhkəməyə vermir. Liderlər də bunu etmirlər. 
Bilirinizmi,  Ədalət  bəy,  əlbəttə,  məhkəmələr  lazımdır.  Cəmiyyəti  idarə  etməkçün  möhkəm 
qayda-qanunlar  olmalıdır  və  onlara  əməl  etmək  lazımdır.  Mən  bunu  əsas  tuturam  və 
silahdaĢlarımdan da, cəmiyyətdən də tələb edirəm ki, sizi təhqir edənləri verin məhkəməyə, 
haqqınızı alın, çünki belə olmasa cəmiyyət batar. Amma eyni zamanda, mən özüm bir Ģəxs, 
fərd olaraq insanları vicdanının, xalqın və Tanrının mühakiməsinə buraxıram. 
Və tarixin.
 
Bəli, tarixin də! Hər kəs cəzasını alacaq. Heç kim cəzasız qamayacaq. 
Siz bilən, tarixin məhkəməsində cəzasını alanlar çox olubmu?
 
Bir çoxları cəzalarını aldılar, alırlar və alacaqlar da. Bunu mən yox, camaat, xalq deyir. Deyir 
ki, filankəs səni söydü - indi cəzasını çəkir, obiri belə etdi - indi haradadır.  
Yanvar qırğınında dedim  ki,  siz  hələ  baxın  görün  kimlərin  baĢı gedəcək, bu alçaqlar  nə  cür 
olacaqlar?  Dedim  ki,  Tanrı  var,  zamanı  gözləyin.  20  Yanvar  qırğınını  törədən  kimlərdi? 
Polyaniçko.  Necə  oldu?  Vurdular,  maĢınında darmadağın  oldu. Yanvar qırğınını kim törətdi? 
Barannikov.  Ürəyi  partladı,  öldü.  Qorbaçov,  Yazov,  Kryuçkov  nə  oldular?  Bəli,  nahaq  qan 
yerdə qala bilməz - Tanrının hökmü var, ədalət divanı var! 
  


Dördüncü söhbət. ġAYƏLƏR, GERÇƏKLƏR
 
Məhv olsun yalançılar!
 
(Qur’an, "Zariyat" surəsi: 10)
 
Haqqında yayılmıĢ Ģayiələrin sayına görə Azərbaycanın çağdaĢ tarixində Əbülfəz bəy yəqin ki, 
birinci  yeri  tutur.  Özü  də  bu  Ģayiələr  fantaziya  sonsuzluğuyla  seçilir:  sən  demə,  Bəyin  oğlu 
tank alveri edirmiĢ (hələ məktəbə getməyən uĢaq!), onun bacısı ermənidə ərdəymiĢ (halbuki 
bacısı  yerli-dibli  olmayıb!),  özü  gəncliyində  bir  qız  üstündə  dustağa  düĢübmüĢ 
(əstəğfürullah!). Bu cür Ģayiələr indi də çoxdur və əminəm ki, onlar sabah da bol olacaq - axı 
Bəyi həqiqətlə məğlub etməyə gücü yetməyən acizlərin son silahı məhz Ģayiədir...  
"Bu Ģayiələri sistemli Ģəkildə və əsasən vahid mərkəzdən yayırlar" 
-Bəy,  haqqınızda  yayılmıĢ  bəzi  Ģayiələrə  münasibət  bildirməyinizi  xahiĢ  edərdim.  Həmin 
Ģayiələrlə  ictimai  rəyə  təlqin  olunan  fikirlərdən  baĢlıcası  budur  ki,  Siz  Kələkiyə  getməzdən 
öncə Heydər Əliyevi hakimiyyətə gətirdiniz, indisə Sizin Bakıya dönüĢünüzü o təmin və təĢkil 
edib.
 
-Heydər Əliyevin hakimiyyətə gəlməsində müəyyən fəaliyyətim olub. Mən belə bir siyasi gediĢ 
getdim  ki,  Azərbaycanda  vətəndaĢ  müharibəsi  baĢ  tutmasın.  Heydər  Əliyevi  Bakıya 
gətirəndən sonra gördüm ki, vətəndaĢ müharibəsi yenə davam edə bilər, buna görə də özüm 
səngərdən  çıxdım.  O  da  bundan  yararlanaraq  bütün  hakimiyyəti  qəsb  etdi  və  Gəncədə 
baĢlanmıĢ hərbi qiyamı parlamentin əliylə siyasi qiyamla baĢa vurdu. Bu səbəbdən mən onun 
prezidentliyini tanımadım və bu gün də tanımıram.  
Qaldı mənim qayıtmağıma, bunda H.Əliyevin heç bir xidməti, fəaliyyəti yoxdur. Bu təĢəbbüsü 
AXCP  geniĢləndirdi,  Demkonqres  ona  qoĢuldu  və  bura  gəlməyim  əsasən  onların  xidmətinin 
nəticəsidir. Əlbəttə, müəyyən xarici ölkələrin nümayəndəlikləri də bunu istəyirdilər. Ona görə 
də mən Bakıya qayıda bildim. Bu məsələdə Əliyevlə bizim aramızda heç bir danıĢıq olmayıb.  
-Deyilənə  görə,  gəlməzdən  qabaq  Sizinlə  Heydər  Əliyev  arasında  gizli  razılaĢmalar  olub  və 
Kələkidə hüquq-mühafizə iĢçiləriylə görüĢ də bunu təsdiq edir. 
 
-Bilirsiniz, Heydər Əliyev elə adamdır ki, özü heç zaman birbaĢa, yaxud dolayı yolla kontakta 
çıxan deyil. Özünü həmiĢə elə göstərir ki, heç Ģeydən xəbəri yoxdur, çünki sabah deyəcək ki, 
heç nə bilmirəm. O, bütün gediĢlərində belə edir. Ona görə də belə söhbət ola bilməzdi.  
Digər  tərəfdən,  Kələkiyə  göndərilən  hüquq-mühafizə  orqanlarının  nümayəndələri  və 
Naxçıvanın  millət  vəkilləri  də  oradaydı.  Onlar  doğrudan-doğruya  bildirdilər  ki,  Sizdən  izahat 
almağa  gəlmiĢik.  Sözə  baĢlayanda  dedilər  ki,  Sizdən  indiyədək  dəfələrlə  izahat  istəyiblər, 
ancaq bundan qaçmısınız, mən də bildirdim ki, bu, tamamilə səhv fikirdir - məndən bircə dəfə 
izahat  istəyiblər,  onu  da  vermiĢəm,  qalan  vaxtlarda  heç  kim  mənə  müraciət  etməyib. 
Ordubadın prokuroru da oradaydı. Dedim ki, mənə müraciət etmisiniz? O da bildirdi ki, belə 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə