177
Stefens dedi:
– Bu, hər şeyi dəyişəcəkdir. Mister Bler isə bizi əmin etmişdi ki,
kontinental alternativ mövcuddur.
Linkoln başını silkələdi:
– Bu, mister Blerin qərarıdır, mənim qərarım deyildir. Bir gün biz
Meksikada fransızlarla müharibəyə girməli olsaq, bu, əlbəttə, mümkündür. Lakin
bu, baş verməmişdir, əvvəlcə biz Birliyi yenidən bütöv etməliyik.
Onlar 4 saat söhbət etdilər və heç bir nəticə alınmadı. Linkoln belə bir
xətti götürmüşdü ki, hər kəsin Birliyə daxil olmaq andı içdikdə digər tərəfdən onun
xoş qarşılanmasına baxmayaraq, burada müəyyən fərdlər də vardır ki, başqalarını
qiyama təhrik etdiyinə görə cəzaya layiq olmalıdır.
Cənubdan gələn keçmiş senator Linkolna «mister Prezident» deyə
müraciət etdi. Syuard buna diqqət yetirdi ki, cənublular Linkolna öz titulu ilə
müraciət etməyi məqbul sayırlar. Linkoln isə söhbətdə bir dəfə də olsun Stefensi
Vitse-prezident adlandırmamışdı, daha az qaydada da Devisə prezident deyirdi.
Senator əlavə etdi ki, əgər söz düzgün başa düşülürsə, siz fikirləşirsiniz ki, biz,
Konfederasiyadan olanlar xəyanət işlətmişik, biz sizin hökumətin satqınlarıyıq, biz
öz hüquqlarımızdan məhrum olmalıyıq və cəlladın tam tabeliyində olmalıyıq.
Həqiqətənmi siz bunu demək istəyirsiniz?
Linkoln dedi:
– Bəli. Bu, böyük qayda pozğunluğu yaranan vaxtdan bizim
dediyimizdir.
Cənublu senator Hanter buna belə cavab verdi:
– Nə qədər ki siz Prezidentsiniz, bizim dar ağacından asılmaqdan
yayınmağımız ancaq özümüzün necə davranmağımızdan asılı olacaqdır.
Syuard əlavə etdi:
– Hər şey fərdi və özəl qaydada həyata keçiriləcəkdir.
Prezident cənublulara əlvida dedi, əlavə etdi ki, bu səfərə çıxmağa,
demək olar ki, dəyərdi. Onlar yalnız sonluq barədə düşünürlər.
Ondan bunun nə qədər uzanacağını soruşduqda dedi:
– Yüz gün. Təbii ki, mən hələ itirməli olacağım şansların sayını nəzərdə
tutmağa cəsarət etmirəm.
Üç gün sonra Linkoln Kabinetə qul sahiblərinə dəyən ziyanın ödənilməsi
barədə öz sxemini təklif etdi.
Linkoln müharibəni mühakimə edirdi, həm də müharibə qurtardıqdan
sonra Birliyin necə yenidən qurulmasını təsəvvür etmək istəyirdi.
Con Uilkis Butun sui-qəsd cəhdi
4 mart 1865-ci ildə yeni inauqurasiya günü idi. But qış ərzində çox və ya
az qaydada özünü bu işə həsr edən, əsasən, cənublulardan ibarət olan bir dəstə