72
Yeni yaranmıĢ belə topoformantlar dillər və dialektlər üzrə çeĢidli
əlavə fonetik görkəm (avand, vəng) və semantik çalar alır.
18
Naxçıvan
,
Ordubad kimi
adlarda artıq
avan, abad yox, van, bad formaları iĢtirak edir.
Van formantına nisbətən bat/bad formantı çox qədim çağda müstəqil sözə
çevrilmiĢ
,
onun
«divar»
anlamı
da yaranmıĢdır.
Dilimizdə təndirin badı
deyimi həmin anlam çalarını saxlamıĢdır.
Bu sözlə yaranan Ordubad adı-
nın birinci tərəfi də qədim azər onomastikası üçün xarakterikdir.
19
Ordu-Balık,
Qızıl-Orda
kimi
adlarda
iĢlənən
ordu/orda sözünə qədim
Ön Asiya və Azərbaycan yeradlarında rast gəlmək olur: Elam Ģəhəri kimi
verilən Urdalik(a) və Əhəməni dövrü Babil sənədində Kukurdi yeradları
«orduluq» və «göyordu» anlamına uyğun gəlir. Urartu çarı Sarduri Təbriz-
Naxçıvan arasında zəngi boylarının yaĢadığı Sanqi-but bölgəsində, KiĢpal
dağının döĢündə qala tikdirir və qaynaqlar bunu Sardurixurda kimi verir.
Göründüyü kimi,
urartu qarnizonu üçün tikilmiĢ bu qalaya yerli zəngi boy-
ları «Ģahın ordugahı» anlamında Sardurun-Ordası demiĢlər və bu yerli
deyimi
urartular
öz
dillərinin
qramatikasına uyğun
Sardur-ix-urda Ģəklinə
salmıĢ, asur qaynağı da onu
URU
Sardurixurda kimi vermiĢlər.
20
Areal izoqlosu olan patin, batan, vatan (vətən) sözləri də analoji
dəyiĢmələrlə ortaya çıxmıĢdır. Anabad, Batabat, Güləbat, Kasabet, Baran-
bet toponimlərində olduğu kimi,
qədim
Akbatan
(Həmədan),
Atropaten və
Urmu hövzəsində asur qaynağının
qeyd etdiyi qədim Kilambati qalasının
,
Andarpatin
,
Andirbatian/Andirpattian bölgəsinin
adı bat/batan/patin sö-
zünü əks etdirir.
Ceyranbatan tipli adlardakı batan isə xalq etimologiyası
ilə bağlı ayrı məzmunlu
söz
olub
«batmaq» anlamı daĢıyır. Bat sözünə
yaxın yuxarıda qeyd etdiyimiz ayrı
yolla yaranan but sözcüyü də vardır.
18
Bəzi türk dialektləri «nd, nt, nc, ng» səsbirləĢməsinə meylli olduğundan qılıc > qılınc,
səməd >səmənd, penir > pendir, tüfək >tüfəng kimi dəyiĢmələrə yol verir. Belə dialekt
mühitində avan >avand, bud > bund, van > vəng variantları ortaya çıxa bilir. Ayrıca
Vəng adlı toponimlər Ġsmayıllı, Kəlbəcər və Vank, Vanklu Qarabağ bölgələrində vardır.
Bu sözdəki -g/-k samiti cəmlik bildirən -q samiti də ola bilər. Belə ki, digər türk dillə-
rindən fərqli olaraq, azər və Kıprıs türkcəsində I Ģəxsin cəmində (bizik, aldıq) və ono-
mastikada olan həmin -q samiti vaxtilə Balkandan Van hövzəsinə gələn hay-erməni
dilinə də keçmiĢdir. Bu, haydilli qaynaqlarda yer və boy adlarında əks olunur: Quqark
«gögərlər», Kaspk «kaspilər», Kanqark «kəngərlər» və s.
19
M. Qıpçaq (Novruzov) Ordubad adında abad sözünü görən alimlərə etiraz edib, düzgün
olaraq, adın ordu+bad sözləri ilə yarandığını və fars dilinə keçən bad sözünün yenidən
abad formasında bumeranq kimi geri qayıtdığını yazır (Новрузов, 1987, 180-182).
20
ТУ, 167.
73
Boy
(bod)
sözünün
ĢəkilçiləĢmiĢ
bu
variantı Qırğız elində
qırxoğul
boylarından biri olan uzunbut etnonimi (uzun-but), Azərbaycanda Soltan-
bud (soltan-bud), Ağcabədi (ağca-budu) toponimləri əks etdirir. Qədim
Azərbaycan ərazisində asur qaynaqları Sanqibut, Karsibut, Saqbut, Qızıl-
bud bölgələrinin adını qeyd etmiĢdir. Bu bölgələr «zəngi yurdu», «karsi
yurdu», «saqa yurdu», «qızıl yurdu» olduğu üçün həmin but sözü ilə veril-
miĢdir.
21
Hətta, asur yazısı Bit-Sanqi və Bit-Sanqibut formalarını da qeyd
etmiĢdir, yəni Sanqi-but türk dili modeli, Bit-Sanqi isə asur dili modelidir.
Beləliklə, bat formantından fərqli olaraq, but boyadına qoĢulur və
sumer yazısındakı E, asur dilindəki bit sözlərinin vəzifəsini daĢıyır. Asur
yazılarında Bit-Baru, Bit-BurutaĢ, Bit-Aqusi, Bit-Kapan toponimləri baru,
burutaĢ, aqusi etnonimlərini ortaya çıxardır ki, bunlar da qədim bor/börü,
börüdaĢ, oquz, qapan türk boyadlarına uyğun gəlir.
22
Tonyukuk abidəsi
«Türksir bodun yerintə bod kalmadı» (Türk-sir xalqı yerində boy qalmadı)
cümləsi ilə bodun (xalq) və bod (boy) sözlərini aydın əks etdirir.
Ön Asiya izoqlosları içində -ba/-ma,
-be/-me/-pe,
-bi/-pi,
-bu/-mu al-
lomorfları ilə görünən -bi Ģəkilçisi də diqqəti çəkir. Belə ki, bu Ģəkilçini
əks etdirən qədim toponimlər əsasən Azərbaycan ərazisinə düĢür:
23
Belə
adlar sırasında azər xalqının tarixində aparıcı yer tutan kaspi və azərbi
21
Bu adlardakı but sözünü izah etmək üçün bəzi alimlər qədim Qızılbud/Qızılbund
adını Culfa bölgəsindəki Soltanbud dağı və Beyləqan ərazisindəki Sultanbud təpəsi ilə
müqayisə edib, bunda/buda sözcüyünün «dağ» anlamı daĢıdığını güman edir və qədim
Qızılbud adını «qırmızı dağ» kimi verirlər (AT, 1996, 42); Bu yanlıĢ izah baĢqa bir tarix
kitabında da vardır. Burada Qızılbuda «qırmızı təpə»,
Sanqibuta
isə «üç
ayaqlı
dağ qolu»
anlamı verilmiĢdir
(AT,
1994,
100-101); Əlbəttə,
təmiz
türkcə olan sanqibut (zəngi boyu)
ilə qızılbud (qızıl boyu) adlarında but sözcüyünün düzgün anlaĢılmaması bu yanlıĢ yo-
zumları ortaya çıxarmıĢdır. Qızılbud hər hansı bir «qırmızı» dağın deyil, qızıl boyları ya-
Ģayan böyük bir bölgənin adıdır, buradan axan çaya da Qızıl-üzən demiĢlər. Ġ. M. Dyako-
nov da bu bölgə adının qədim qaynaqda qeyd olunmuĢ Qizinkissi formasının Qızılbud
ilə eyni ola bilməsini ehtimal etmiĢdir
(Дьяконов,
1956, 202). Məsələyə alim fəhmi ilə
düzgün yanaĢan tarixçi
əgər türk etnonimlərinə
qoĢulan but
və
kiĢi sözlərinin eyni funk-
siya daĢıdığını, yəni az-kiĢi, altay-kiĢi modelində olan qızıl-kissi ilə qızıl-but etnoniminin
eyni olduğunu bilsəydi, bu qiymətli müĢahidəsini güman Ģəklində deyil, gerçək durumu
əks etdirən qanunauyğunluq kimi verə bilərdi.
22
Bit-Kapani modeli göstərir ki, müasir Qafan adında olduğu kimi, qədim qaynaqlarda
qeyd olunan Urmi hövzəsindəki Kapani, Uqarit ölkəsindəki Qaban toponimləri qədim
türk boyu qaban/qapan adını əks etdirir.
23
Ulluba/Uliba, Zirma, Ezama, Kuma/Kume, Arame,
Urume/Urme, Arme, SiraĢme, Bit-
Xirmami, Ariarmi,
Dimame,
Tarzanabi,
Tarxanabe,
Andiabe, Madape, Ellipi/Elipi, Subi,
Suvbi, Sumbu, Kutebu(m), Lulume/Lullumu, Salanibu və s. (ТУ, 1970.).
Dostları ilə paylaş: |