76
isə Ģen
«kənd»,
Ģenk «tikili» sözlərinin ortaya çıxmasına səbəb
olmuĢdur.
Azərbaycana
gələndən sonra hay dilində yaranan bu yeni söz artıq hayca
deyilən yer adlarında görünməyə baĢlayır: MetsiĢen (böyük kənd), Nora-
Ģen (təzə kənd), ZərdanaĢen (zərdan kəndi), SovetaĢen və b.
Beləliklə, ev-oba sözündən tutmuĢ abad, bat, aban, van, vəng, but,
bi, Ģen kimi Ģəkilçi və sözcüklərə qədər çeĢidli areal izoqlosu olduğunu
gördük və bunların bəzisi üzərində nisbətən ona görə geniĢ dayandıq ki,
sonrakı bitiklər boyu qarĢıya çıxan həmin formantlara hər dəfə yenidən
izahat verməyə ehtiyac qalmasın.
Ölkə-bölgə,
Ģəhər-kənd,
yurd-yuva,
oba kimi
yaĢayıĢ
məskənlərindən
tutmuĢ
dağ,
dərə-təpə,
aĢırım,
orman,
dəniz, göl və çaya qədər müxtəlif coğrafi obyektlərin
qədim
adları paleotoponim adı altında öyrənilir.
Top-
onim dilin qanunları ilə yaranan özəl ad olduğu üçün
dilçilik
baxımından
öyrənilir. Lakin coğrafi obyektə
ad verilməsi, sözlə iĢarə olunması xaotik deyil, müəyyən sistem daxilində
gerçəkləĢir ki, bu da iĢarə olunanla (coğrafi obyekt) iĢarə edən (ad) ara-
sında qarĢılıqlı əlaqə yaradır.
31
Dildə formalaĢan coğrafi xalq terminləri-
nin bir qismi
elmi
terminologiya
funksiyası
qazanır. Coğrafi
terminlərin
köməyilə qədim toponimlərin dil mənsubiyətini ortaya çıxarmaq mümkün
olur.
Bu baxımdan, yuxarıda gözdən keçirilən bölgəsəl söz və areal izoq-
losları
da köməyə
gəlir.
Paleotoponimlər yaĢayıĢ məskəni adını (oykonim)
,
relyefin quruluĢu adını (oronim), su, axarsu
adını
(hidronim),
həmçinin
planet adını (kosmonim) bildirir
və
qədimliyi ilə
yeni yaranan toponimlər-
dən fərqlənir.
Tarixi qaynaqda qeyd olunma çağından asılı olaraq, Ön Asiyadakı
coğrafi
adları
prototürk,
protoazər,
azər
paleotoponimlərinə
ayırmaq
lazım
gəlir; m.ö.
III minil və
II minilin ortasına qədərki sənədlər prototürk, m.ö.
II minilin ortasından m.ö. I minilin sonuna qədər protoazər, m.s. I minildə
Ġslamaqədər azər paleotoponimlərindən danıĢmaq mümkündür. Ön Asiya
paleotoponimləri bir neçə əsrdir ki, alimlər tərəfindən tədqiq olunur. Belə
ki,
sumer
,
elam
,
akad-asur
,
het
,
hurri
,
urartu
,
fars mənĢəli toponimlərə aid
xeyli tədqiqat vardır. Məsələ burasındadır ki, prototürk sınırı dıĢında qa-
lan elam boyları istisna olmaqla, adı çəkilən xalqlar Ġkiçayarası, Doğu
Anadolu,
Güney
Qafqaz
və
Güney Azərbaycan ərazilərinə gəlmə etnos-
31
Məsələn,
Krımda
dağlar meĢəli
olduğundan burada
dağ sözü
«meĢə» anlamı
da daĢıyır.
Qədim
coğrafi adlar
77
dur və onların gəlmə tarixi də bəllidir. Bu gəlmə xalqlar yerli toponimləri
bəzən kiçik təhriflə saxlamıĢ, bəzən hərfi tərcümə ilə əvəz etmiĢ, bəzən
də tamam dəyiĢib öz dilindəki sözlə vermiĢlər.
Bu baxımdan,
paleotopo-
nimin tədqiqində həmin fərqli durum gözaltına alınmalıdır.
BaĢqa
dilli paleotoponimlərin geniĢ öyrənilməsinə
baxmayaraq
,
Ön
Asiyanın qədim toponimləri sırasında xüsusi çəkisi olan türkmənĢəli ad-
lara diqqət verilməmiĢ, bu və ya digər münasibətlə bəzi prototürk toponi-
mi haqqında ötəri fikir söylənmiĢdir. Son yarım əsrdə türkcə yer-yurd
adlarından bəhs olunmağa baĢlansa da,
hələlik
bu sahədə sitemli
tədqiqat
yox dərəcəsindədir.
32
Doğrudur, bu tədqiqatlar sırasında dəyərli yozuma,
elmi əsasa söykənən fikirlərə rast gəlmək olur, lakin bəzən çox bəsit
Ģərhlərlə də qarĢılaĢmalı
oluruq.
33
Sistemli
tədqiqat
olmayanda
təsadüfi
fikirlərin
ortaya çıxması təbiidir. Hətta, müasir alimlərimiz bəzən Naxçı-
vanı «NəqĢ-i Cahan»
,
Bakını «Badu
kubə»
Ģəklində xalq etimologiyası
yönündə Ģərh edən orta əsr müəllifləri səviyəsinə enir, necə ki, Ġrəvan
adını Rəvanqulu xanın adıyla bağlayan
«savadlı»
ziyalılarımız
vaxtaĢırı
televiziya
veriliĢində bunu «milli» gerçəklik kimi təqdim edirlər.
Guya
Rəvanquludan əvvəl Ġrəvan adlı Ģəhər olmamıĢdır. Halbuki, bu Ģəhəri
qədim protoazər yurdu olan Az bölgəsini zəbt edən Urartu çarı I ArgiĢti
m.ö.
782-ci ildə həmin bölgədə Erebuni adlı
qala formasında tikdirmiĢdi.
34
Və bu Erebuni-Ġrəvanın minil
sonra bura gələn hay-erməni xalqı ilə əla-
qəsi olmadığı kimi,
iki minildən artıq vaxtdan sonra burada xanlıq edən
Rəvanqulunun adına da dəxli yoxdur; Ġrəvanın qədim Erebuni adında -ni
mənsubiyət Ģəkilçisi urartuların, Erbu ~ Erebu isə protoazərlərin sözüdür.
Ona görə urartu yazısı «ər//ərlər evi» anlamlı bu
URU
erebuni adını bir
formada yox, erebu, erbu, irepu, irpu kimi müxtəlif Ģəkillərdə verir.
35
32
Bu yöndə A. A. Bakıxanovun baĢladığı tədqiqat M.
Baharlı, Ə. Dəmirçizadə,
B. Buda-
qov,
Y.
Yusifov, K.
Əliyev, Q. Qeybullayev, T. Əhmədov və baĢqa alimlər tərəfindən
davam etdirilmiĢdir. Azərbaycan paleotoponimlərinin tədqiqi barədə geniĢ məlumatı T.
Əhmədov vermiĢdir (Ящмядов, 1985).
33
Təəssüf ki, belə yozumlar Az. EA Tarix Ġnstitutunun hazırladığı 7 cildlik «Azərbaycan
tarixi» kitabında daha çoxdur. Bu akademik nəĢrdə Ə. Dəmirçizadə, Y. Yusifov, Q. Qey-
bullayev, K. Əliyev, T. Əhmədov, S. Vəliyev kimi Azərbaycan alimlərinin düzgün Ģər-
hinə deyil, S. N. Muravyovun yozumlarına üstünlük verilmiĢ, bəsit, savadsız və elmi əsası
olmayan etimoloji yozumlar irəli sürülmüĢdür. Məsələn, Ptolemeyin göstərdiyi Ġobula,
Xabala güya müasir Əlibəyli, Xaçmaz kənd adlarını əks etdirir (AT, 1998, 367).
34
Пиотровский, 1959, 31; Меликишвили, УКН, 431; ТУ, 257-258.
35
Diakonoff -
Kashkai 1981, 29.
Dostları ilə paylaş: |