82
və sair türk boyları ilə yanaĢı, quzey bölgələrdə yaĢayan qafqazdilli boy-
lar (müasir udi,
ləzgi,
saxur,
qırız,
buduq və sair) təĢkil edirdi.
Alban elinin miladdan öncəki dövründə irandilli ad ölkə onomasti-
kasında yoxdur. Deməli, Alban xoronimi yarananda irandilli boylar hələ
Arazdan yuxarı ərazilərə gəlməmiĢdi, ona görə də xoronimin mənĢəyini
türk
və
Qafqaz
dillərində aramaq lazım gəlir.
Alban adını əks etdirməyən
qafqazdilli onomastikadan fərqli olaraq, türk onomastikasında bu sözün
Ģəxs, boy və yer adlarında geniĢ iĢlənməsi imkan verir ki, Alban adının
etimologiyasını türk dillərində axtaraq.
Əslində, bu yöndə axtarıĢ aparan
yazarlar hələ 30 il öncə bu xoronimin əsasında alban etnonimi durmasını,
onun da alp/alb «bahadır» sözü və -an Ģəkilçisi ilə yaranmasını düzgün
Ģərh etmiĢ, onun Orta Asiyadakı türk paralellərini də göstərmiĢdilər.
46
Sonralar Z. Bünyadov, Y. Yusifov və S. Əliyarlının redaktorluğu ilə yazı-
lan «Azərbaycan tarixi» kitablarında həmin etimologiyanı təsdiq edən əla-
və faktlar da ortaya qoyulmuĢdur.
47
Lakin F. Məmmədova Albaniyanın
siyasi tarixi və tarixi coğrafiyası üzrə elmi tədqiqat iĢi yazanda Alban
xoroniminin bu aĢkar görünən etimologiyasını görə bilməmiĢ, anti-türk
xəstəliyi virusunun daĢıyıcıları olan «akademik» tarixçilərimiz isə bu
ovqatı cəmiyətə aĢılamaq
amacıyla 7 cildlik «Azərbaycan tarixi» kita-
bında yazmıĢlar: «Albaniya adının yozulması sahəsindəki bir
çox cəhdlərə
baxmayaraq,
hələlik bir nəticə hasil olmamıĢdır».
48
Türk onomastikasında
Alban, Alvan, Ağvan və Aran adlarının yayıldığını görmək üçün alp/alb
sözləri ilə bağlı bir neçə misalı, alban, alvan, ağvan, aran adlarını və
onların iĢtirakı ilə yaranan toponimləri gözdən keçirmək lazım gəlir:
49
Alban boyu (Qazax, Qırğız, Özbək ellərində)
Alban, alvan, alpan (türkmən sakar boyunun bir tirəsi)
Alban kəndi, Alpan obaları, Alpanarık çayı, Alpan-tapçı (Türkmən eli)
Alban divarı (Xaçın çay yaxasında qala yeri)
Albanglı/Alba
ň
lı kəndi (Urmu hövzəsi)
Albava/Albova/ Alpava, Alpan dərəsi, Alp-evi (Ermənistan)
46
АЪА, 1972, 82.
47
АТ, 1994; АТ, 1996.
48
АТ, 1998, 394; Мамедова, 1986.
49
Misallar bu
mənbələrdən alınmıĢdır:
Фасмер, I, 1964; Востров-Муканов, 1968; Ва-
лиханов,
1985;
1986;
Молчанова,
1979; Атаниязов,
1980;
Ейвазова,
1995;
Гейбуллайев,
1994, 29-30; Рцстямли, 1998, 48-50; AT, 1996; T, II,
1980; ETL, I, 1986;
və
b.
83
Alban-baĢ dağı (Altay)
Alban (Yardımlı, XIX əsrdə kənd)
Albanqala (keçmiĢ Batum vilayətində)
Albani,
Zemo-Albani,
Kvemo-Albani,
Alpani, Alvani kəndləri (Gürcüstan)
Albkendi (Sivas, Orta əsrlər)
Albulu boyu (Ərzurum, Orta əsrlər)
AlpamıĢ (Doğu türklərin epik qəhrəmanı)
Alpan, Alvan, Alpağut (Azərbaycan və Dağıstanda bir neçə kənd)
Alpan qalası (Dərbənd yaxınlığında qədim qala)
Alvanlı (Anadolu)
Alplu (Hələb türkmən boyu və Ġranda qaĢqay oymağı)
Alpavıt yılqası, Alpavıt küle (Tatar elində çay və göl adları)
Alb ər, alpanlar-baĢı «Qazan xanın epiteti», alpanlar (KDQ)
Alp Ər Tunqa, Alban (qədim türk Ģəxs adları)
Ġske-Alpar, Yana-Alpar (Tatar elində yer adları)
Alıber (rus salnamələrində türk yurdu)
Ağvan, Ağvank, Ağvanlu, Ağvandağ, Ağvanak, Ağvanits aĢxar, Ağvanits
yergir, Ağvanadzor (hay qaynaqlarında Alban toponimləri
-ETL,
1986
)
Aran Ģəxsadı (I əsrdə Alban çarı)
Arandağı,
Arandüzü,
Aranqala,
Aran
kəndi
(Quzey-Güney Azərbaycan)
Aran, Aran-kutan, Aran-bulaq, Arantay, Muq-Aran (Dağıstan)
Arançı təpələri (Azərbaycan, Ağstafa)
Aranlar təpəsi, Aranjı, AranĢı boyları (Türkmən, Qaraqalpaq elləri)
Aran (III əsr part yazısında yunanca Alban adının qarĢılığı)
Aran-rot, Mets-Arank, Tos-Aren (hay qaynağında Aran toponimləri)
Aranbad, Yazı-Aran, Dorbet-Aran (Azərbaycan, XVII əsr qaynağı)
Aranis (Gürcüstan), Rani (gürcü qaynaqlarında Aran)
Arran (ərəb qaynaqlarında Aran)
Aran ölkəsi, aran dili (VI əsr suriya qaynağı, Zaxari Ritor)
Göründüyü kimi, «bahadır» anlamlı alb (alp), alıb-ər, alp-ər sözü
və
alban
boyadı
Qafqazdan Altayacan yayılan türk
onomastikasının doğma
adlarında
iĢlənir.
50
ġaman terminologiyasında alban
sözünün sehirbaz
an-
50
Alban boyu böyük (ulu) qazax jüzünü təĢkil edən dörd əsas boydan biridir (Аристов,
1894, №3-4, 407-408; Аманжолов, 1959, 43-46); Ç. Valixanov ulu jüzə (uysunlara) daxil
olan cəlair, dulat, suvan və alban boylarının soy Ģəcərəsində uysunların ulu babası sayılan
Tobey soyundan törəmiĢ Corkçi övliyanın oğlu kimi verdiyi Albanın soyundan alban
boyunun yarandığını,
bəzi alban boylarına aid qıĢlağın Ġli çayı hövzəsində olduğunu, bəzi
albanların Çin sınırında yaĢadığını yazmıĢdır (Валиханов,
1985,
247; 1986,
234).
Dostları ilə paylaş: |