98
gəni «erməni çarı Paruyr» kimi tərcümə edirlər.
84
Göründüyü kimi, hay və
alban tarixçiləri Ermən bölgəsinin ilk hökmdarı//caniĢini olan adamı saqa-
soylu sayır, sonrakı əksər tədqiqatçılar da bunu quĢqusuz qəbul edir, ancaq
haydilli qaynağı orijinaldan oxuya bilməyən bəzi azər tarixçiləri dirənib ki,
bu adam hay-ermənidir. M. Xorenatsinin Mada hökmdarının adını Varbak
(Ərbəg) kimi yazması isə Ktesidən gələn və Kesariyalı Yevsevinin, Siçi-
liyalı Diodorun təkrar etdiyi bir gələnəkdir. Saqa-qamər boylarının Kiçik
Asiya və Azərbaycanda at oynatdığı bir çağda onların yardımı ilə 612-də
Asur dövləti üzərində qələbə çalan Mada elbəyi Ərbəg (=Kiaksar) subar
və mitan-ermən boylarının yaĢadığı keçmiĢ Urartu torpağında adı hələ ki
heç bir qaynaqda çəkilməyən, tarixi olaylarda görünməyən bir xalqa (hay-
lara) necə hökmdar təyin edə bilərdi?
Əlbəttə, Mada elbəyi Ərbəyin ölkənin quzey bölgələrində iç və dıĢ
oğuzlar kimi, Van gölünün quzey-batısında yerli və gəlmə türk boylarının
qovuĢduğu Ərmən adlanacaq bu Urartu bölgəsində bir saqa bəyi Paruyru
bölgə bəyi təyin etməsi gerçək olay sayıla bilər, lakin bunun haylara heç
bir aidiyəti yoxdur. Mada tarixi üzrə tanınmıĢ uzman Ġ. M. Dyakonov yazır
ki, vaxtilə Q. A. Kapantsyan, B. B. Piotrovski və baĢqa tarixçilər hətta bu
Paruyr bəyin məĢhur saqa elbəyi Partatua (Prototi) ola biləcəyi fikrini irəli
sürmüĢlər.
85
Beləliklə, m.ö.
612
-də Van gölü yaxasında Parur bəyin yönətimi ilə
yaranan və haylara heç bir aidiyatı olmayan bu bəylik yalnız 90 il sonra
əhəmənilər çağında «Ermən vilayəti» adlanır. Sonralar xristianlığın yaran-
dığı çağlarda Suriyanın quzey-batısından buraya sızan hay tayfalarının
gəliĢinə qədər bölgədə əsasən armi (ermən), urmu, qaĢqay, subar-mitan,
saqa-qamər türk boyları və qafqazdilli urartu boyları yaĢayırdı.
Fərat
çayının yuxarı axarıda Murad-suyun yaxaları ilə
Van gölünün
quzey-batı tərəfində yerləĢən Ermən bölgəsi Mada dövlətindən sonra
dalbadal Pers (Əhəməni), Makedoniya-Selevki, türkmən-ərsaq soylu Part,
Rum-Bizans, Ġran (Sasani), ərəb xilafəti, daha sonra Səlcuq və XX əsrin
əvvəlinə qədər Osmanlı imperiyasının, sonra da bugünə qədər Türkiyə
dövlətinin ərazisi olmuĢdur. Adı çəkilən dövlət və imperiya hökmdarları
bura təyin etdikləri satrap və ya caniĢinlərə bəzən qonĢu bölgə və ölkələrin
də idarəçiliyini verirdi. Bu da müəyyən çağlarda Ermən ölkəsinin etnik
84
Хоренаци, I, XXII ; Kalankatlı, I. III; Алб.Т, 1993,16.
85
Дьяконов, 1956, 352.
99
baxımdan
deyil,
siyasi-inzibati ərazi baxımından geniĢ əraziləri əhatə edən
ölkə (caniĢinlik) statusu ilə tanınmasına səbəb olurdu. Səid Nəfisi qeyd
edir ki,
«Xilafət zamanı ərəblər Aran torpağını Qafqazda fəth etdikləri
baĢqa nahiyələrə birləĢdirərək,
ona Ərməniyə, yəni Ermənistan adı verdi-
lər».
86
«Böyük Ərməniyə» ifadəsi də belə yaranmıĢdır.
Beləliklə,
Ermən ölkəsinin tarixini izləyə-izləyə gəlib
yeni eranın qa-
pısında
dayandıq.
Bura qədər deyilənlərə kiçik özət verib, sonra Ermən
ölkəsinin «haylaĢma» məsələsinə qayıdaq:
1) Fərat
çayının yuxarı axarında m.ö. III minildən X
əsrə qədər
subar-mitan, arada hurri-mitan, X-VIII əsrlərdə isə Urartu ərazisi olan və
VII əsrdə saqa-qamər boylarının məskunlaĢdığı Ermən ölkəsinin əhalisi
əsasən türk (subar, armi-mitan, saqa-qamər) və hurri-urartu boyları idi.
Bu bölgə VII əsrin sonundan Mada dövlətinin, VI əsrin ortalarından isə
Əhəməni
dövlətinin əyaləti idi.
Selevkə qədər buranı zaman-zaman urartu,
saqa, mada, sonra ərsaq və pers kökənli satraplar idarə etmiĢlər.
2) Makedoniyalı Ġskəndərin Ön Asiyaya yürüĢündən sonra Əhəmə-
ni sülaləsinin hegemonluğuna son qoyuldu və artıq III əsrin baĢında Pers
imperiyasının yerində Selevki hökmranlığı yarandı. Yalnız III Antioxun
(m.ö.
223-187
) romalılara məğlubiyətindən sonra Ermən ölkəsi Romadan
asılı iki vilayətə bölündü.
Böyük Tiqranın vaxtında bu vilayətlər qısa müd-
dətdə (20 il) vahid mərkəz - baĢkənd Tiqranakertdən idarə olunsa da, az
sonra yenə də batıda romalılardan, doğuda ərsaqlardan asılı vassal bölgə-
lərə çevrildi.
3) Miladdan
sonra
Səlcuqların gəliĢinə qədər Ermən ölkəsi zaman-
zaman Ərsaq, Sasani, Bizans, Xilafət (Ərəb) dövlətlərinin əyaləti olmuĢ-
dur. Bu çağlarda Ermən əyalətinə təyin edilən caniĢinə həvalə olunmuĢ
fəaliyət məkanından asılı olaraq, ölkənin adı siyasi-inzibati ərazi kimi
gah böyümüĢ, gah da kiçilmiĢdir. Herodotun vaxtında «Böyük Armeniya»
uzunluğu 310 km olan bir ölkə idi, hətta onun doğu qonĢusu olan Matien
ərazisi uzunluğuna görə
(750 km)
ondan ikiqat artıq idi (Herodot,
V.
52
).
86
Няфиси, 1990, 26.
Ərmən adının etnik anlamda deyil, belə siyasi-inzibati və coğrafi anlamda süni Ģəkildə
geniĢlənməsi 1828-də də olmuĢdur. Həmin ilin martında rus çarı I Nikolayın imzaladığı
fərmana əsasən Ġrəvan xanlığı ilə Naxçıvan xanlığını birləĢdirib «Armyanskaya oblast»
(Erməni vilayəti) adlandırdılar. Döğrudur, bütöv Güney Qafqazda Gürcü-Ġmeret və Kaspi
Quberniyaları yaranana qədər Armeniya vilayəti inzibati ərazi kimi cəmi 12 il mövcud
oldu, lakin onun əks-sədası bugünə qədər hayların qulağında uğuldayır.
Dostları ilə paylaş: |