92
ayrı-ayrı yer adlarıdır. Belə ki, Ġtaliya arxeoloqları quzey-batı Suriyada
Hələbdən güneydə qədim Ebla Ģəhər-dövlətinin arxivlərini tapdılar və
sumer-akad yazı sistemi ilə indiyəcən bəlli olmayan bir sami dialektində
yazılmıĢ bu gil lövhələrdə (tabletlərdə) çoxlu yer adları üzə çıxdı ki,
bunların da xeyli hissəsi o dövr üçün məlum sumer, elam, sami, hurri və
hindavropa dillərindən heç birinə aid deyil.
Bu toponimlərdən biri də bəzi
mətnlərdə təkrar olunan Arme adıdır:
73
d
ra-sa-ap ar-mi
ki
«Arme Ģəhərinin tanrısı Rasap»; 3 Ar-mi
ki
al-KU Gi-
za-an
ki
«Qizandakı üç Armili»; Eb-la
ki
wa
Ar-mi
ki
«Ebla və Armi»;
4 GĠġ.Ģilig 1 ninda ku-li en-en Ar-mi
ki
«Armi bəyinin dostları üçün 4
kiĢilik bir aĢ (yemək)»
Burada adı keçən Arme toponimi Ġkiçayarasının yuxarı axarındakı
bölgənin adı olduğundan onu arameylərlə bağlamaq düzgün deyil, çünki
arameylər həm bu adın iĢləndiyi tarixdən min il sonra həmin ərazilərə
gəlmiĢlər, həm də Arme toponimi arameylərin yox, subar-hurri boyları-
nın məskunlaĢdığı bölgənin adı kimi iĢlənmiĢdir.
74
Ebla yazılarında Ģəhər
73
Древняя Эбла, 223, 336, 284-285; Buradakı «Ebla və Arme» ifadəsi ilə akad yazı-
sındakı «Arman və Ebla» deyimi arasında yaxınlıq görüb, Arman toponimini Armi ilə
eyniləĢdirən tədqiqatçılar olduğu kimi, 5 min il yaĢı olan Arme bölgəsinin hayların ulu
yurdu olduğunu iddia edən hay-erməni alimləri də vardır. Ġ. M. Dyakonov haqlı olaraq, bu
münasibətlə yazır:
«В некоторых околонаучных кругах исключительный интерес вызвало название
соседнего с Эблой сирийского города Арманум, а также нередко встречающегося
в текстах топонима или етнонима ар-ми
ки
и возникла надежда - нельзя ли видеть
здесь предков армян? …Миф об армянах, упоминаемых в эблаитских текстах,
обречен растаять так же, как миф о библейских городах» (Дьяконов, 1985, 336).
Həmin müəllif fikrini davam etdirərək deyir ki, «erməni» adı hayların öz içində heç
vaxt iĢlənməmiĢdir, bu adı onlara baĢqa xalqlar vermiĢlər və həm də göstərir ki, Arma-
num yeradı armi, arami etnonimləri ilə bağlı olub, «köçəri» (nomad) anlamı bildirən
aramey boyunun adından yaranmıĢdır (Eyni qaynaq, 336-337). Müəllifin hay-armi məsə-
ləsi ilə bağlı fikirləri doğrudur, lakin Arman və Armi adlarının ikisini də arameylərə
bağlaması o qədər də inandırıcı deyil, çünki çoxlu sait səsi olan türk dillərindəki sərbəst
dəyiĢmədən fərqli olaraq, sami dillərində saitlər azdır və onların əvəzlənməsi qramatik
yük daĢıyır, burada sözlərin sonluğundakı fərqlər də Ģübhə doğurur. Bunu həmin adlar
arasında paralellik axtaran
Paul Garelli də «Ebla arxivindəki toponimlər haqqında qeyd-
lər» adlı məqaləsində etiraf etmiĢdir
(Древняя Эбла, 285).
74
Həmin mətnlərdə «4 kiĢilik xörək (aĢ)» kimi ifadələr bir yana qalsın, «Armili Dumur» və
«Uti bəyi Tamur-lim» ifadələrindəki dəmir sözü, «Arimunun yaĢadığı Abarsila ölkəsi»
(Древняя Эбла, 251, 310) deyimində (a)barsil etnotoponimi (?) çətin ki, sami dilləri ilə
izah oluna bilsin.
93
və ölkə adı kimi verilən Armenin Mitani ölkəsinin ortasında olması, mitan
boyunun isə getdiyi ərazilərdə,
yaĢadığı torpaqlarda daima Arman, Ermən
toponimlərinin, ermən etnoniminin ortaya çıxması faktlarını nəzərə alıb,
mitan boyları haqqındakı bəlli bəlgələri gözdən keçirək, çünki haqqında
danıĢdığımız «ermən» adı bu bölgədə iĢlənmiĢdir. Tarixdən bu da bəllidir
ki, Dəclənin yuxarı axarlarında urartulardan əvvəl görünən çoxsaylı hurri
boyları armini adı ortaya çıxana qədər buradakı subarlarla ən azı min il
iç-içə yaĢamıĢlar.
75
Təbii ki, bu durum müəyyən çağlarda müxtəlif dilli
tayfaların konfederasiyası üçün təbii Ģərait yaratmıĢdır və görünür, hurri-
lər əsasən subar boylarından olan mitan tayfaları ilə qaynayıb-qarıĢmıĢlar,
çünki hurrilərin qurduğu dövlət daha çox Mitani adı ilə tanınırdı. Mitani
çarı TuĢratta Misir fironu III Amenxotepə (
1455-1424
) yazdığı geniĢ mətnli
məktubunda ölkəsinin adını hurricə Xurroxe,
məktubun akadca olan his-
səsində isə Mitani adlandırmıĢdır.
76
Hurri-Mitan dövləti dağılandan sonra mitan boyları müxtəlif bölgə-
lərdə ayrı-ayrı dərəbəyliklər Ģəklində yaĢayan digər subar boyları kimi
zaman-zaman bu və ya digər dövlətin nüfuz dairəsinə düĢdülər; bir qismi
Ġç Anadoluya, bir qismi də Urmu gölü hövzəsi ilə Orta Asiya tərəflərə
köçdü, çünki sonrakı tarixlərdə mitan boyadı həmin ərazilərdə xatırlanır.
KumuĢdakı özbəklərin içində moytan soyunu qeyd edən Çokan
Valixa-
nov
özbəklərin minq,
diaxli,
barkut,
qaraqalpaq,
kataqan boyları sırasında
mitan
boyunun
da adını
çəkir.
77
75
Boğazköy mətnlərində iĢlənən Armani toponimi əgər ermen adı ilə bağlıdırsa, onda
bu tarix daha qədimə çəkilə bilər (Ertem, 16).
76
Меликишвили, 1954, 93,95; Habur və Balıx çaylarının (Balıx hidronimi türkcədir)
yuxarı yaxalarında batı hurri boylarının qurduğu dövlətin (XVI-XIII əsrlər) mərkəzi
Ģəhəri VaĢĢukanni idi və bütöv ölkə samicə Xaniqalbat, Misir yazısında isə Naxarain -
«Ġkiçay ölkəsi» adlanırdı.
Lakin hurrilərin doğu boylarından bəzi tayfalar Dəclənin orta
axarına, onun sol yaxalarında indiki Kərkük bölgəsinə gəlib çıxmıĢdı. Ona görə də hurri
izləri batıda Fələstinə qədər gedib çıxırsa, doğuda da Güney Azərbaycanın güney-batı
sınırlarına qədər özünü göstərir.Əlbəttə,
Qafqaz ətəklərindən Ön Asiyaya gəlmiĢ hurrilər
belə geniĢ, özü də bir-birindən aralı bölgələrdə nüfuz sahibi olmaq üçün asur təzyiqi al-
tında olan yerli subar boylarının köməyinə arxalanır, onların qüvvəsindən istifadə edirdi-
lər. Yəqin bu səbəbdəndir ki, mənbələrdə hurri Ģəxs adları sırasında xatırlanan və elmi
ədəbiyatda hurri adı kimi təqdim olunan Arijen (Arjan adı altay türklərində geniĢ iĢlənir)
adından tutmuĢ, DaĢuk, Kaltuk, Siluk, Dada, Ġkita, Umbin-Api, Puta kimi adlar subar-
mitan antroponimiyası ilə bağlıdır.
77
Валиханов, 1986, 256.
Dostları ilə paylaş: |