«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə90/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   86   87   88   89   90   91   92   93   ...   122

 
191 
rində  iqlim  dəyiĢməsi  ilə  baĢlanan  quraqlıq  II-IV  əsrdə  Qazaxstan  və 
Monqolustan  bölgələrini  bürümüĢdü.
31
  Bu  duruma  düĢən  türk  boyları 
hun  bahadırlarının  baĢçılığı  ilə  Avropaya  üz  tutdular  və  yolboyu  onlara 
türk boyları ilə yanaĢı fin-uqor (macar) boyları da qoĢuldu. Bu köçlər də 
tarix kitablarında «xalqların böyük köçü» kimi qeyd olunur. Həmin axının 
güney dalğaları Azərbaycan bölgələrinə də çatdı. 
Yazıöncəsi  tarixdə  Anadolu-Azərbaycan  bölgələrinə  olan  içəri  və 
ya  bu bölgələrdən dıĢarı  köçlərin  yönünü  yalnız  antropoloji  və  arxeoloji 
bəlgə və sonrakı çağlarda izi qalmıĢ onomastik, mifoloji və dil bəlgələri 
ilə müəyyən etmək olur. Məsələn, Anadolunun Mersin bölgəsində Xalaf 
kulturuna  aid  bəlgələrin  ortaya  çıxması  orta  eneolit  çağında  Ġkiçayarası-
nın quzeyindən bura yeni köç olduğunu göstərir.
32
 
Yaxud, m.ö. III minilin 
ortalarından sonra Ġkiçayarasına  yeni axınla gələn sami uruqlarına  akad-
lar amurrú, sumerlər isə mar-tu deyirdi və hər iki dildə bu «batı adamı» 
anlamında olan ifadə həmin samilərin batıdan doğuya köçdüyünü göstə-
rir.
33
 
Və  yaxud,  Altay  eposlarında  yerli  faunaya  yad  olan  batı  bölgələrə 
məxsus heyvanlar iĢtirak edir.
34
 
Bu fakt onu göstərir ki, Altay boyları batı-
dan
 
Altaya köçmüĢlər. S.
 
Ġ.
 
Rudenko təkzibedilməz dəlillərlə sübut etdi ki, 
Pazırıq  incəsənəti  içində  fantastik  «yarıinsan-yarıaslan»  Ģəkli  Əhəməni 
dövründən çox əvvəl Ön Asiyada formalaĢıb və buradan Altaya keçərək 
yerli zəmində yeni çalarlar qazanıb.
35
 
Köçün
 
yönü
 
sadalanan bəlgələrlə müəyyən olunmalıdır.
 
Lakin  dər-
sini türksevməz  müəllimlərindən  alan bəzi
 
Azərbaycan tarixçiləri kimi, 
çağdaĢ  Türkiyə  yazarlarının  çoxu da bəlgələrə  yox,  «romantik»  duyğu-
lara  güvənib, qədim  miqrasiyaların  yönünü  tərsinə verirlər. Ona  görə də 
                                                 
31
 Гумилев, 1991, 85. 
32
 Kınal, 20. 
33
 ИДВ, 1988, 22. 
34
 Сагалаев, 1984, 69. 
35
  Руденко,  1961,  58-59;    Qut  çağında  (m.ö.  XXIII  əsr)  Sumerdə  görünən  aĢağı  tərəfi 
əyilərək  heyvan  baĢı  ilə  bəzənmiĢ
 
konusvari  riton  (ayaq)  m.ö.XI-IX  əsrlərdə
 
Ġranda,
 
m.ö. IV əsrdə isə Fərqanədə ortaya çıxır (Койкырылган кала, 1967, 110-111); Ġ.Əliyev 
Aralıqdənizi üçün xarakterik olan üçayaqlı qabların Güney-Azərbaycanda m.ö. II mini-
lin əvvəlində artmasını və bunların Çində görünməsini ticarət əlaqəsi ilə yozur (Алиев, 
1960, 157-158), lakin o çağlarda «Babil astranomiyası»nın da Çinə aparılması ticarətlə 
yox, köçlə bağlıdır;
  
N. L. Çlenova
 
Güney
 
Sibirdə
 
m.ö.VIII-III
 
əsr
 
at nəsnələri
 
üzərindəki 
ornamentlərin
 
m.ö.II -I
 
minilin
 
qovuĢuğunda Güney Azərbaycanda göründüyünü və Ġran-
Orta Asiya-Güney Sibir yönündə miqrasiya etdiyini yazır (Членова, 1981, 82).  


 
192 
minbir  əziyətlə  yazılmıĢ  əsərlər  yanlıĢ  konsepsiya  üzərində  qurulduğu 
üçün ciddi qəbul olunmur. Məsələn, türklərin qədim tarixi haqqında çox 
dəyərli bir kitabı ortaya qoyan Edip Yavuz yazır ki, m.ö.V-IV minillərdə 
türklər Amur çayı dolaylarından qalxıb, Altay dağları güneyindən Pamir-
HindikuĢ və Xorasan-Elburs-Zaqros dağlarını aĢaraq, Qafqaza və Anado-
luya  gəlmiĢlər.
36
 
Lakin  yazarın  bu  fikrini  təsdiq  edən  arxeoloji  bəlgələr 
yoxdur, həmin çağda nəinki türk etnosunun batıya köçü, ümumiyətlə do-
ğudan batıya köç olmamıĢdır. Türk etnosunun Ön Asiyada deyil, Altayda 
və ya Orta Asiyada formalaĢıb, batıya köçməsi fikrini
 
söyləyən
 
digər
 
tarix-
çilər
 
kimi,
 
ġ. Günaltay da heç bir elmi dayağı olmayan bu fikri irəli sürür 
ki, Türküstanda (Orta Asiyada) yaranmıĢ neolit kulturunu buradan Avro-
paya və Ağdənizə qədər aparan braxikefal insanlar batıya köçən türküstan-
lılardır.  Müəllif  irəli  sürdüyü  fikri  belə  əsaslandırır:
 
«Təqribi  bir  hesaba 
görə,
 
Ön
 
Asiyada və özəlliklə Mesopotamiya və Misirdə neolitik dövrün 
baĢlanğıcı miladdan öncə 20 min il əvvələ qədər çıxmaqdadır. Orta Asi-
yada
 
isə  bundan  daha  qədim  olacağı  Ģübhəsizdir».
37
  Əlbəttə,  məsələyə 
bu cür  yanaĢmaq  doğru  deyil, çünki neolit dövrü Orta  Asiyada 8 minil 
əvvəl Ceytun kulturu (m.ö.VI minil) ilə baĢlanmıĢdır.
38
  Həm  də  buranın 
əhalisi braxikefal deyil, aralıqdənizi (Ağdəniz) tipi olan dolixokefallar
 
idi
 

 
bura  oxralı,  bükülü  ölübastırma  gələnəyini  gətirənlər  Azərbaycandan 
(Ġrandan)  gəlmiĢdi.
39
 
Böyük  Ģəxsiyətinə  və  gərəkli  yazılarına  hörmət  et-
diyim ġ. Günaltay
 
eyni yanlıĢlığa eneolit dövründən
 
bəhs
 
edərkən də
 
yol 
vermiĢdir.  Halbuki
 
Güney  Qafqaz  eneoliti  m.ö.VI-IV
 
minillərə
 
aiddirsə,
 
Orta
 
Asiyada  eneolit  abidələrinin
 
(m.ö.V-III  minillər)  radiokarbon  üsulu 
ilə tədqiqi onların daha sonrakı dövrlərə aid olduğunu müəyyən etmiĢdir:
 
40
 
V minil  - Tilkitəpə m.ö. 4560  

 
110 il 
IV minil - Altıntəpə m.ö. 3160 

  
50 il 
III minil - Karatəpə m.ö. 2750
  

  
250 il 
 
Türklərin  qədim  miqrasiyasını  doğudan  batıya  olduğunu  yazanlar 
arxeoloji kulturların xronologiyasını və miqrasiyasını nəzərə almadıqları 
üçün  qədim  köçlərin  yönünü  tərsinə  verirlər.  Halbuki  Azərbaycanın  daĢ 
                                                 
36
 Yavuz, 42. 
37
 Günaltay, 1987, 81. 
38
 Masson,
 
1971, 70;
  
Anadoluda isə gec neolit (Hacılar) VI minilliyə, m.ö.
 
5500-cü illərə 
aiddir (Kınal, 15). 
39
 Массон, 1989, 25. 
40
 Энеолит СССР, 14, 102-103. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə