«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə89/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   85   86   87   88   89   90   91   92   ...   122

 
189 
Vaxtilə  Azərbaycandan  getmiĢ  bəzi  qızıldərili  (hindu)  boyları  və 
Skandinaviyaya gedib çıxmıĢ aslar, gedib Ġtaliyada oturan etrusklar, Uzaq 
Doğuya çatan saxalar da belə uzaq köç olayını yaĢamıĢlar. Arxeoloji bəl-
gələrə  görə,  Amerikada  ilk  insanların  məskunlaĢması  20-40  minil  öncə 
Berinq  boğazı  üzərindən  keçənlər  tərəfindən  gerçəkləĢmiĢdir.  Lakin 
həmin  çağdakı  köçlərdə  türk  etnosunun  iĢtirakı  mümkün  deyil,  çünki 
keçua,  siu  kimi  hindu  boylarının  dilində  qalmıĢ  türk  sözlərinin  yaĢı  3-4 
minildən o yana keçmir. Ona görə də, bir-iki türkmənĢəli hindu boyunun 
Avropaya gedib germanlara qarıĢan aslarla və ya sonradan asların getdiyi 
yolla  Avropaya  qədər  gedib,  Kolumbdan  minil  öncə  oradan  vikinqlər 
kimi dəniz yolu ilə Amerikaya keçməsi ehtimalı daha böyükdür.
26
 
Hindu 
dilində türkizmlər, etnoqrafik paralellər və çirok boyundan olan hindu-
nun  kavkasion  antropoloji  tipi  bu  ehtimalı  gücləndirir.
 
Həm də,
 
analoji 
miqrasiya ġotlandiya-Ġslandiya-Qrenlandiya marĢrutu ilə
 

 
baĢ vermiĢ-
dir.
27
 
Belə mərhələli köç etruskların tarixində daha aydın görünür. Belə 
ki,  onlar  Qafqazdan  Anadolunun  batısına  köçmüĢ  və  bir  müddət  sonra 
onların böyük bir hissəsi Ġtaliyaya keçmiĢdir. Təbii ki,
 
indiki ərazilərinə 
keçməmiĢdən öncə saxa
 
(yakut)
 
boylarının da
 
monqoloid etnoslarla qay-
nayıb-qarıĢma  prosesi  Baykal  hövzəsində  uzun
 
müddət  davam  etmiĢdir, 
çünki  onlar  türk  dilini  saxlasa  da,  ilkin  antropoloji  avropoid  tipini  tam 
itirib monqoloidə çevrilmiĢlər. Belə fizioloji assimilyasiya isə bir əsrdə 
deyil, əsrlər boyu gerçəkləĢə bilərdi.
28
 
KeçmiĢdə  uzaq  köçlərlə  yanaĢı,  yaxın  ölçülü  köçlər  də  olmuĢdur. 
Davamlı uzaq köçün müəyyən mərhələsi kimi bir bölgədən baĢqa bölgəyə
 
keçid
 
xarakterli
 
yaxın köçdən fərqli olaraq daĢqın-uçqun,
 
yanğın-zəlzələ 
                                                 
26
 Norveç arxeoloqları as (azər) boyuna məxsus bir bölümün Norveçə Azərbaycandan get-
məsini təsdiq edirlər. Bu günlərdə məĢhur səyyah alim Thur Heyerdalın Odin soyundan 
olan Norveç kralları, Odinin Aser (Azər) ölkəsindən çıxması və onun Aser-Odin adlan-
ması haqqında maraqlı mülahizələri vardır («Azərbaycan» qəz., 6 aprel, 1995). 
27
 Сергеева, 1983, 145-146. 
28
 Saxaların Baykaldan quzey bölgələrə köç tarixi o qədər də qədim deyil, lakin onların 
bura daĢıdığı dil bəlgələri, dəmirçilik sənəti daha qabaqlar yaĢadığı bölgələrlə bağlıdır. 
Belə ki, kontaktda olduqları evenklər dəvə görmədiyi halda, marala  tobo deyir, onların 
arman və urmi dialektlərinin adı Arman, Urmi  toponimlərini əks etdirir. Saxa soykökü 
mətnlərində Arsax, Soqot-ok (Ərsaq, Saqat) adları da diqqəti çəkir: «Er-Soqotox-Elley 
güneydən  gəlmiĢdi.  Deyirlər  onun  atası  Arsaax  tatarlarından  törəmədir,  oğlu  ilə  birgə 
müharibədən (rus-tatar savaĢı) qaçıb bura gəlmiĢdi»; «Qədimdə Omoqoy-Baay adlı biri 
vardı.
 
Ona qədər Yakut torpağında  hansısa tunqus boyları  yaĢayırmıĢ» (Ксенофонтов, 
1977,
  
20,
  
№7;  34,
  

 
21). 


 
190 
kimi  təbii  fəlakət  və  aclıq,  despotizm,  qaçqınlıq  kimi  iqtisadi-siyasi  du-
rumla  bağlı  bir bölgədən qonĢu bölgəyə  keçərək  daimi  məskunlaĢma ilə 
nəticələnən yaxın köçlər çox zaman eyni kultur dairəsi içində baĢ verir və 
belə köçlər əhalisi eyni etnik kökdən olan bölgələr arasında gerçəkləĢir. 
Günümüzə  qədər  davam  edən  belə  yaxın  köçlərin  örnəyi  Azərbaycan 
tarixində hər zaman görünmüĢdür. Yaxın köçlər dialektlərin qovuĢmasına 
və ümumi danıĢıq dilinin zənginləĢməsinə təkan verir.  
Köçdə
 
iĢtirak
 
edənlərin sayından asılı olaraq, əhalinin kütləvi və ya 
böyük bir hissəsinin köçü, yolboyu baĢqa boyların onlara qoĢulması böyük 
köçlər,
 
elatdan qopub baĢqa bölgəyə yol alan bir-iki boyun yaĢam məskə-
nini
 
dəyiĢməsi
 
isə kiçik köçlər Ģəklində olur.
 
Adətən, böyük köçlər iqlim 
dəyiĢməsi ilə baĢlanıb, uzaq məsafələrə hesablanır, kiçik köçlər
 
isə daha
 
çox
 
qonĢu
 
bölgələrə
 
yaxın
 
köçlərlə
 
reallaĢır.
 
Hər
 
hansı regiona
 
böyük köçlə 
gəlib  yerləĢən  əhali  həmin  regionun  bölgələrində  böyük
 
iqtisadi-siyasi 
və etnik-kultur dəyiĢmələrə səbəb olur, necə ki,
 
böyük hun axınları Avro-
panın  siyasi-inzibati  simasını  dəyiĢdi.
 
«Bugün  Avropada  gördüyümüz 
tarixi bölgə və ölkələrin çoxu V əsrdə yarananlardır».
29
 
Vaxtilə Ön Asi-
yadan  doğuya  olan  prototürk  boylarının  kütləvi  köçləri  Azərbaycanda 
prototürk etnosunun etnik sıxlığının azalmasına səbəb oldusa da, doğuda 
yeni  mənimsənən  Orta  Asiya-Türküstan-Altay  bölgələrində  türk  etnosu-
nun dil və kultur təpəri hegemon mövqeyə çıxaraq bu bölgələrin geosi-
yasi və etnolinqvistik durumunu köklü Ģəkildə dəyiĢdi.  
Uzmanlar
 
haqlı
 
olaraq, m.ö. IV minili  «böyük miqrasiyalar dövrü» 
kimi qeyd edirlər.
30
 
 Həmin çağda təkər-araba ilk dəfə Urmu və Van göl-
ləri  arası  bölgədə  yaranmıĢdı,  bu  haqda  I  Bitikdə  məlumat  vermiĢdim. 
Əgər Azərbaycandan ilk dıĢarı böyük köçlər m.ö. IV minilin ortalarında 
yalnız yük və qoĢqu heyvanlarının yardımı ilə gerçəkləĢirdisə, artıq m.ö. 
II  minilin  ortalarından  sonrakı  böyük  köçlər  atçılığın  və  ata  minmə  ola-
yının  gerçəkləĢdiyi  çağlar  idi  və  atlı-arabalı  köçlər  əvvəlki  yerdəyiĢmə-
lərə sərf olunan zaman ölçülərini xeyli azaltmıĢdı. 
Doğudan  bəzi  türk  boylarının  geri  -  batıya  qayıtması  olayında  da 
böyük  köç  örnəkləri  vardır.  Belə  ki,  m.ö.  I  minilin  son  əsrlərində  doğu-
dakı
 
türk
 
boylarında passionarlığın güclənməsi əhalinin artmasına və
 
Hun 
imperiyasının yaranmasına səbəb olmuĢdu. Lakin m.s.
 
I minilin ilk əsrlə-
                                                 
29
 ИОИИЕ, 93. 
30
 Заблоцка, 43. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə