193
dövrü ilə Orta Asiya və Güney Sibir (Altay) daĢ dövrləri arasında böyük
fərqlər vardır. Belə ki, Azərbaycanda mezolit dövrü 10 minil, Orta Asiya
və Qazaxıstanda isə 9 minil əvvəl baĢa çatmıĢdır, Güney Sibirdə neolit
Azərbaycandan
4 minil sonra,
eneolit isə 3,5 minil sonra baĢlanmıĢdır.
Bu
halda necə demək olar ki, m.ö.VIII minildə Azərbaycanda yeni daş döv-
rünü yaĢayanlara Orta Asiyada m.ö.VII minildə (Altayda m.ö.V minildə)
hələ orta daş dövrünü yaĢayanlar neolitik kultur gətirmiĢlər? Məsələyə bu
cür yanaĢma bilgisayar texnologiyasının Yaponiyadan Azərbaycana yox,
Azərbaycandan Yaponiyaya aparılması fikri kimi gerçəkliyin inkarıdır.
41
Bu baxımdan, Altay teoriyasının əksinə olaraq, türkologiyada gündəmə
gətirdiyimiz Urmu teoriyası doğu bölgələrə qədim türk miqrasıyasının Ön
Asiyadan olduğunu ortaya çıxarmıĢdır.
Ġkiçayarasında Xalaf kulturu üzərində yaranmıĢ quzey Ubeyd kul-
turu sonralar
Türkmənistanın güneyində (Göksur
1) ortaya çıxırsa, burada
Anau kulturunun batı qolu Tehran ətrafı kulturun davamı, doğu qolu isə
(Moncuqlı-depe) Ġrandakı Sialk, hətta Ġkiçayarasındakı Xasun kulturunun
davamıdırsa, onda miqrasiyanın yönü doğudan batıya necə ola bilər? Axı,
bu arxeoloji abidələri tədqiq edən mütəxəssislər köçün batıdan doğuya
olduğunu
dəfələrlə
vurğulamıĢlar.
42
Ġkiçayarasının quzeyində m.ö.V minil
Xalaf kulturunu (Yarımtəpə) tədqiq edən uzmanlar onun lokal variantları-
nın Urmu gölündən güneydə (Dəlmətəpə) və Güney Qafqazda Kültəpə,
Küllütəpə I
,
Əliköməktəpəsi və
İlanlıtəpə
abidələrində
ortaya
çıxarmıĢlar.
«Müəyyən edilmiĢdir ki, Xalaf kulturunun doğu sınırları Ġranın quzey-batı
bölgələrinə uzanır. Bu ərazilərdən quzey-doğu bölgələrə və Güney Qaf-
qaza Xalaf kulturunun təsiri görünür».
43
Sulduz ovalığında Dəlmətəpə
abidəsi Ġkiçayarasının quzeyindəki Yarımtəpə II abidəsi ilə eyni kulturun
sinxron lokal
variantları
olub,
m.ö.V
minilin əvvəlinə aiddir. Bu əlaqələr
qırılmadan quzey Ubeyd kulturu timsalında davam etmiĢ, quzey və doğu
yöndə m.ö. IV minildə daha geniĢ bölgələri əhatə etmiĢdir. Belə ki, bu
kulturun
lokal
variantları
Van gölü yaxasından (Tilkitəpə) tutmuĢ Ağrıdağ
vadisi (Texut), Güney və Quzey-Azərbaycan üzərindən Türkmənistana
41
Bəzi yazarların ilk metal (mis) nümunələrinin də Orta Asiyada üzə çıxması haqqında
dedikləri həqiqətə uyğun deyil, çünki ilk metal tapıntıları bölgələr üzrə m.ö. belə sıralanır:
Anadolu - VII-VI minillərin qovuĢuğu; Quzey Ġkiçayarası - VI minil; Güney Qafqaz
(Kültəpə I, Texut) - VI minil; Misir - V minil; Orta Asiya - V-IV minil.
42
Энеолит СССР, 34; Сарианиди, 1970,
24.
43
Энеолит СССР, 121.
194
qədər uzanmıĢdır.
44
Azərbaycanda Kür-Araz kulturu m.ö.
IV-III minillər-
də bugünkü Doğu və Güney-Doğu Anadolu, Azərbaycan, Ermənistan,
Borçalı və Dağıstan bölgələrinə, yəni bugünkü azər türklərinin etnik
coğrafiyasına yayılmıĢdı.
Min
ildən artıq
davam edən
Kür-Araz
kulturu
çağında da Orta Asiya tərəfdən Azərbaycana köç olmamıĢdır.
Tarixi köçlərin müxtəlif səbəbləri olduğundan insanlar könüllü və
ya məcburi yerdəyiĢmə olayını hər zaman yaĢamıĢlar. Son 15 minildə
baĢ verən köçlərin istiqamətini öyrənəndə bəlli olur ki,
2700
il əvvələ
qədər Ön Asiyadan olan köçlərin bir qismi batıya, əksər qismi isə quzey
və doğu yönlərə olmuĢdur.
45
Həmin çağa qədər Orta Asiyadan, ümumi-
yətlə doğudan Ön Asiyaya köç olayını göstərən arxeoloji, antropoloji və
digər bəlgələr yoxdur.
Azərbaycandan
5500
və
3500
il öncə Altaya qədər
miqrasiya edən türk boyları isə Sibirin güneyindən Orta Avropanın
güney
bölgələrinə qədər böyük bir zolağın altında Doğu
Türküstan, Orta Asiya,
Əfqanıstan, Ġran, Ġraq, Anadolu, Güney və Quzey Qafqazda məskunlaĢmıĢ
və
zaman-zaman
Avrasiyanın
bu
sınırları
daxilində müəyyən yerdəyiĢmə
olayını yaĢamıĢlar. XIX əsrdə Çin qaynaqlarında türk boylarına aid məlu-
matları ruscaya çevirən N.Y. Biçurin yazırdı:
«Bu məlumatların qısalı-
ğına baxmayaraq,
bəlli olur ki, Doğu okeandan Xəzərə qədər, bütöv Orta
Asiya qurĢağında
2000
il əvvəl yaĢayan xalqların törəmələri ulu babaları-
nın yayıldığı həmin ərazilərdə kiçik məkan dəyiĢmələri ilə indi də həmin
durumda eyni həyat tərzini yaĢayırlar».
46
Göründüyü
kimi
,
Azərbaycana saqa-qamər boylarının m.ö.VII əsrdə
qayıdıĢına qədər doğudan bu bölgəyə türk köçləri olmamıĢ,
əks yöndə
isə köçlərin izi arxeoloji abidələrdə geniĢ əks olunmuĢdur. Kurqan, atlı
və bükülü dəfn, keramika, araba kimi arxeoloji bəlgələr, avropoid irqin
doğuya miqrasiyası kimi
antropoloji
bəlgələr m.ö.
IV-II
minillərdə köçün
Ön Asiyadan Orta Asiya və Güney-Doğu Avropa istiqamətində getdiyini
göstərir. Bu barədə I bitikdə antropologiya və arxeologiya bölmələrində
məlumat verdiyimiz üçün burada həmin tarixi bəlgələri təkrar etməyə
lüzum yoxdur.Yalnız bunu vurğulayaq ki, Batı türk ölkələrindən Doğu
türk ölkələrinə getdikcə türklərdə avropoid cizgi azalır, monqoloid cizgi
artır, doğudan batıya getdikdə isə monqoloid cizgi azalır, avropoid cizgi
artır. Orta Asiyadan batıda qalan bölgələrdə avropoid türklər yaĢayır,
44
Dyson-Young, 1960, 19-28.
45
Авдусин, 1977, 76.
46
Бичурин, I. 12.
Dostları ilə paylaş: |