7
müəyyən olunur:
a)
Aktivlər - əvvəlki dövrlərdə baş vermiş hadisələr nəticəsində bank
tərəfindən nəzarət edilən və gələcəkdə bank tərəfindən iqtisadi səmərə
alınması gözlənilən vəsaitlərdir.
b)
Öhdəliklər - əvvəlki dövrlərdə baş vermiş hadisələrdən yaranan və
tənzimlənməsi bankdan iqtisadi səmərəyə malik vəsaitlərin əks-axınına
gətirib çıxaran cari borclardır.
c)
Kapital - bankın öz vəsaitləridir və bankın bütün öhdəlikləri
çıxıldıqdan sonra onun aktivlərdə qalan payıdır.
4.4.
Aktivlər
4.4.1.
Aktivdə əks olunan gələcək iqtisadi səmərə banka aşağıdakı yollarla daxil
olur:
a)
aktiv, bank tərəfindən göstərilən xidmətlərdən ayrılıqda və ya digər
aktivlərlə əlaqəli şəkildə istifadə olunduqda;
b)
aktiv, digər aktivlərlə mübadilə olunduqda;
c)
aktiv, öhdəliklərin ödənilməsi üçün istifadə olunduqda;
ç) aktiv, bankın sahibləri arasında bölüşdürüldükdə.
4.4.2.
Bir çox aktivlər, məsələn, əsas vəsaitlər fiziki formaya malikdir. Lakin fiziki
forma, aktivin mövcudluğunu müəyyən etmək üçün əsas deyil, belə ki,
patentlər və müəlliflik hüququ fiziki formaya malik olmamasına
baxmayaraq, aktiv hesab olunur, çünki bank tərəfindən onlardan gələcəkdə
iqtisadi səmərə əldə etmək gözlənilir və nəzarət olunur. Həmçinin mülkiyyət
hüququnun olması da aktivin mövcudluğu üçün birinci dərəcəli hesab
edilmir. Belə ki, əgər bank əldə olunması gözlənilən mənfəətə nəzarət edirsə,
icarə olunan əmlak da aktiv kimi tanınır.
4.4.3.
Bankın aktivləri əvvəlki dövrlərin əməliyyatları və digər hadisələr
nəticəsində yaranır.
4.4.4.
Yaranmış xərclər və yaradılmış aktivlər arasında sıx əlaqə mövcuddur, lakin
bunlar uyğun olmaya da bilər. Belə ki, bank xərc həyata keçirdikdə, nəzərdə
8
tutulur ki, bu xərc gələcəkdə mənfəət əldə etmək məqsədi güdür, lakin bu o
demək deyil ki, aktiv kimi tanınan obyekt yaranmışdır. Həmçinin müvafiq
xərclərin istisna olması, maddənin aktiv kimi tanınmasına mane olmur və
mühasibat balansında tanına bilər.
4.5.
Öhdəliklər
4.5.1.
Öhdəliyin əsas xüsusiyyəti bankın borcunun olmasıdır. Öhdəlik - borcdur və
ya müəyyən bir işi müəyyən şəkildə yerinə yetirmək və ya müəyyən şəkildə
hərəkət etmək barədə verilmiş təminatdır.
4.5.2.
Öhdəliyin yerinə yetirilməsi aşağıdakı üsullarla həyata keçirilə bilər:
a)
pul vəsaitlərinin ödənilməsi vasitəsi ilə;
b)
digər aktivlərin verilməsi ilə;
c)
xidmətlər göstərməklə;
ç) bir öhdəliyin digəri ilə əvəz olunması vasitəsilə;
d)
öhdəliyin kapitala keçirilməsi vasitəsilə.
Öhdəliklər həmçinin kreditorun hər hansı vəsait və ya əmlak üzərində öz
hüquqlarının itirilməsi və ondan imtina etməsi kimi digər vasitələrlə də
ödənilə bilər.
4.5.3.
Öhdəliklər keçmiş dövrlərin əməliyyatları (hadisələri) nəticəsində yaranır.
4.6.
Kapital
4.6.1.
Kapitalın qalıq kimi təyin olunmasına baxmayaraq, mühasibat balansında
təsnifləşdirilməlidir. Belə təsnifləşdirmə bankda iştirak payı olan tərəflərin
dividend alınması və ya kapitalın ödənilməsinə münasibətdə müxtəlif
hüquqlara malik olma faktını əks etdirir.
4.6.2.
Mühasibat balansında göstərilən kapitalın məbləği aktivlərin və
öhdəliklərin həcmindən asılıdır.
4.7.
Maliyyə fəaliyyətinin nəticələri
4.7.1.
Mənfəət, bankın fəaliyyətinin effektivlik dərəcəsinin ölçüsü və ya
investisiyalardan (səhmlərdən) daxil olan səmərənin ölçüsü üçün əsas kimi
9
istifadə olunur. Mənfəətin ölçüsü ilə bilavasitə əlaqədar olan elementlər -
gəlir və xərclərdir.
4.7.2.
Gəlir və xərclərin elementləri aşağıdakı kimi təyin olunur:
a)
Gəlir – hesabat dövrü ərzində aktivlərin axıb gəlməsi və ya artması
formasında və ya səhmdarların qoyuluşları ilə əlaqədar olmayan,
kapitalın artmasına gətirib çıxaran öhdəliklərin azalması kimi təzahür
edən iqtisadi səmərələrin artmasıdır.
b)
Xərc – hesabat dövrü ərzində aktivlərin axıb getməsi və ya tükənməsi
və ya səhmdarlar arasında paylanması ilə əlaqədar olmayan kapitalın
azalmasına gətirib çıxaran öhdəliklərin artması kimi təzahür edən
iqtisadi səmərələrin azalmasıdır.
4.8.
Gəlir
4.8.1.
Gəlir anlayışına, daxil olan pul vəsaitləri və digər gəlirlər aiddir. Daxil olan
pul vəsaitləri (mədaxil) bankın adi fəaliyyət prosesində yaranır və müxtəlif
anlayışlarla, o cümlədən mükafatlar, faizlər, dividendlər, royalti və icarə
haqqı adlandırılır.
4.8.2.
Digər gəlirlər, gəlir anlayışına cavab verən digər maddələri ifadə edir və
bankın adi fəaliyyəti prosesində yarana və yaranmaya bilər. Bu gəlirlər
özlüyündə iqtisadi səmərələrin artımını təşkil edir və öz xarkterinə görə
daxil olan pul vəsaitlərindən fərqlənmir.
4.8.3.
Digər gəlirlər, məsələn, əsas vəsaitlərin realizə olunmasından yaranan
gəlirlərdən ibarətdir. Gəlir anlayışına həmçinin realizə olunmamış gəlirlər,
yəni, bazar qiymətli kağızlarının yenidən qiymətləndirilməsindən yaranan
gəlir və ya uzunmüddətli aktivlərin balans dəyərinin artmasından yaranan
gəlir daxildir. Mənfəət və zərər haqqında hesabatda belə gəlirlər tanınarkən
ayrı-ayrılıqda təqdim olunur, çünki bu gəlirlər haqqında məlumatlar
iqtisadi qərarların qəbul olunması üçün faydalıdır.
4.8.4.
Müxtəlif növ aktivlər gəlir vasitəsilə əldə oluna və artırıla bilər. Buna
misal olaraq, pul vəsaitlərini, debitor borcunu, təchiz olunmuş mallar və
Dostları ilə paylaş: |