16
məbləğdən artıq olan aktiv axınları mənfəət kimi tanınır. Nəticə etibarilə,
mənfəət – xərclərin (o cümlədən, kapitalın saxlanması üçün zəruri olan
təshihlərin məbləği) gəlirlərdən çıxıldıqdan sonra yerdə qalan qalıq
məbləğidir. Əgər xərclər gəlirdən artıqdırsa, fərq zərər kimi tanınır.
8. Uçot siyasəti
8.1.
Uçot siyasəti - bank tərəfindən maliyyə hesabatlarının hazırlanıb təqdim
edilməsi üçün qəbul olunmuş konkret prinsiplər, əsaslar, şərtlər, qaydalar və
təcrübədir.
8.2.
Bankın uçot siyasəti maliyyə hesabatlarına tətbiq edilən bütün uçot
Qaydalarına uyğun olmalı və aşağıdakı tələblərə cavab verməlidir:
a)
qərar qəbul edilməsində istifadəçilərin ehtiyacları üçün münasib
olmalıdır;
b)
etibarlı olmalıdır, belə ki bu siyasət:
bankın maliyyə vəziyyətini və nəticələrini dəqiq şəkildə təqdim edir;
hadisə və əməliyyatların yalnız hüquqi formasını yox, həmçinin
iqtisadi məzmununu əks etdirir;
neytraldır;
hərtərəflidir;
istənilən mənada tamdır.
9. Maliyyə hesabatları formalarının müəyyənləşdirilməsi
9.1.
Maliyyə hesabatlarının formaları dəqiq müəyyənləşdirilməli və dərc edilmiş
digər məlumatlardan ayrılmalıdır.
9.2.
Maliyyə hesabatlarının hər bir tərkib hissəsi dəqiq müəyyənləşdirilməlidir.
Həmçinin, aşağıdakı məlumatlar dəqiq seçilməli və təqdim olunan
məlumatların daha düzgün başa düşülməsi üçün zəruri olduqda,
təkrarlanmalıdır:
17
a)
hesabat verən bankın adı və ya digər tanınma əlamətləri;
b)
maliyyə hesabatlarının ayrıca bir bankı, yoxsa banklar qrupunu əhatə
etməsi haqqında məlumat;
c)
maliyyə hesabatlarının müvafiq tərkib hissəsi üçün (hansının daha
uyğun olmasından asılı olaraq) hesabat tarixi və ya maliyyə
hesabatlarının əhatə etdiyi dövr;
ç) hesabat valyutası;
d)
maliyyə hesabatlarında məlumatların (rəqəmlərin) təqdim edilməsində
istifadə olunan dəqiqlik səviyyəsi.
9.3.
Maliyyə hesabatlarında məlumatlar min və ya milyon manat vahidlərində
təqdim olunmalıdır.
9.4. Hesabat dövrü
9.4.1.
Maliyyə hesabatları ən azı hər il təqdim edilməlidir.
9.4.2.
Müstəsna hallarda bankın hesabat tarixi dəyişildikdə və illik maliyyə
hesabatları bir ildən artıq və ya bir ildən qısa müddətdə təqdim edildikdə,
bank, maliyyə hesabatlarının əhatə etdiyi dövr üzrə əlavə olaraq aşağıdakıları
açıqlamalıdır:
a)
bir ildən fərqli dövrün istifadə edilməsinin səbəbini;
b)
mənfəət və zərər haqqında, kapitalın strukturunda dəyişikliklər, pul
vəsaitlərinin hərəkəti haqqında hesabatlarda müqayisəli məbləğlərin və
müvafiq qeydlərin tutuşdurula bilməməsi faktını.
9.5. Maliyyə hesabatları üzrə məsuliyyət
9.5.1.
Maliyyə hesabatlarının hazırlanıb təqdim edilməsi üzrə məsuliyyət bankın
müşahidə şurası (İdarə heyəti) və (və ya) digər rəhbər orqanının üzərinə düşür.
10. Maliyyə hesabatlarının tərkibi
10.1.
Maliyyə hesabatlarının tam dəstinə aşağıdakılar daxildir:
a)
mühasibat balansı;
18
b)
mənfəət və zərər haqqında hesabat;
c)
kapitalın strukturunda dəyişikliklər haqqında hesabat;
ç) pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
d)
uçot siyasəti və izahat qeydləri.
10.2.
Bank maliyyə hesabatlarından başqa, fəaliyyətinin maliyyə nəticələrinin əsas
xarakterini, maliyyə vəziyyətini və qarşılaşdığı əsas qeyri-müəyyənlikləri əks
etdirən rəhbərliyin maliyyə şərhlərini təqdim edə bilər.
11. Mühasibat balansı
11.1.
Qısamüddətli və uzunmüddətli maddələrə bölünmə
11.1.1.
Hər bir bank mühasibat balansında aparılan əməliyyatların xarakterinə
əsaslanaraq, qısamüddətli və uzunmüddətli aktivləri və öhdəlikləri ayrı-
ayrılıqda təsnifləşdirərək əks etdirməlidir.
Qısamüddətli aktivlər
11.1.2.
Aktivlər aşağıdakı hallarda qısamüddətli aktiv kimi təsnifləşdirilməlidir:
a)
aktiv satılmaq üçün saxlanıldıqda və ya bankın əməliyyat prosesinin
normal şəraitində istifadə edilmək üçün nəzərdə tutulduqda;
b)
aktiv əsas etibarı ilə kommersiya məqsədləri üçün və ya qısa vaxt
müddətində saxlanıldıqda və hesabat tarixindən etibarən on iki ay
ərzində realizə edilməsi nəzərdə tutulduqda;
c)
aktiv istifadəsi üzrə heç bir məhdudiyyət olmayan pul vəsaitləri və ya
onların ekvivalenti hesab edildikdə.
Bütün digər aktivlər uzunmüddətli aktivlər kimi təsnifləşdirilməlidir.
Qısamüddətli öhdəliklər
11.1.3.
Öhdəliklər
aşağıdakı
hallarda
qısamüddətli
öhdəliklər
kimi
təsnifləşdirilməlidir:
a)
öhdəliyin bankın əməliyyat prosesinin normal şəraitində ödənilməsi