Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   2   3   4   5   6   7   8   9   ...   69

bəlkə də dərk edə bilmirsən. 
Kişi  yerdə  sərilib  qalmışdı,  bir  də  vurdum  və  bu  dəfə 
qulağından qan gəldiyini gördüm. 
Dostu  bütün  bu  baş  verənləri  kabinin  içindən  görürdü.  O, 
nəsə qışqırdı. Sonra bağırdı: “Orada neyləyirsiniz?” və maşını 
bir kolluğa verməyə çalışdı. Bilirdim ki, tutsa axırımdır. Maşın 
yavaşımağa  başlayanda yük yerinin  arxasına  tərəf  süründüm, 
ayaqlarıma  daşların  üstündə  yer  elədim  və  pişik  kimi  yerə 
atıldım. Və sonra sağ qala bilməyim üçün qaçdım. 
Yük maşınının sürücüsü yaşlı bir kişi idi; o, kabindən düşən 
kimi  qulaqbatırıcı  bir  səslə  qışqırdı:  “Sən  mənim  dostumu 
öldürdün!  Dala  qayıt!  Sən  onu  öldürdün!”  O,  məni 
qollu-budaqlı kolların arxasına keçənə kimi təqib etdi və sonra 
fikrindən daşındı. Yaxud mən belə fikirləşirdim. 
Sürücü geri qayıtdı, maşının içində qurcalandı, mühərriki işə 
saldı  və  arxamca  kolluğa  sürdü.  Qoşa  işıqlar  ətrafımı 
işıqlandırırdı; arxamda maşının gurultusunu eşidirdim. Mənsə 
qaça bildiyim sürətlə qaçırdım, amma, əlbəttə ki, maşın mənə 
çatırdı.  Mən  gah  ziqzaqvarı,  gah  da  fırlana-fırlana  qaçaraq 
özümü qaranlığa verirdim, o artıq izimi itirirdi deyə, nəhayət, 
öz yoluna qayıtdı. 
Harada olduğumu bilmədən ovlanacaq bir heyvan kimi gah 
səhrada, gah cəngəllikdə, sonra yenə də səhrada qaçırdım. Gün 
çıxanda hələ də qaçırdım. Nəhayət, başqa bir yola rast gəldim. 
Nə  baş  verə  biləcəyi  fikri  məni  rahat  buraxmasa  da,  yenə  də 
ötüb-keçən maşınlara əl etmək qərarına gəldim. Dəqiq bilirdim 
ki, yük maşınının sürücüsündən və onun dostundan bacardıqca 
uzaqlaşmalıyam. Daşla vurduğum o kişiyə nə 
olduğunu  heç  vaxt  bilmədim,  lakin  o  iki  kişi  ilə  yenidən 
downloaded from KitabYurdu.org


15 
 
qarşılaşmaq ən son istədiyim şey idi. 
Səhər günəşinin şəfəqləri altında yolun kənannda dayananda 
bilirdim ki, tamamilə göz qabağındayam. Şərfim indi çirkli bir 
əsgiyə oxşayırdı; günlərlə qumda qaçdığımdan saçlarım, dərim 
tozla  örtülmüşdü;  qollarım  və  qıçlanm  güclü  küləkdə  sınıb 
töküləcək  çubuğa  oxşayırdı,  ayaqlarımı  isə  o  qədər  yara 
basmışdı  ki,  cüzamlı  xəstənin  ayaqlan  ilə  yanşa  çıxardı!  Əl 
qaldmb  yanımdan  ötən  “Mersedes”i  saxlatdırdım.  Səliqəli 
geyimli  sürücü  maşınını  yolun  kənarında  saxladı.  Dəri 
oturacaqda  əyləşib  maşının  qəşəngliyinə  tamaşa  etməyə 
başladım. “Hara gedirsən?” - soruşdu. “O tərəfə”, - dedim və 
“Mersedes”in artıq getməkdə olduğu istiqaməti göstərdim. Kişi 
ağ, qəşəng dişlərini göstərərək gülümsədi. 
2. HEYVANLARLA BOYA-BAŞA ÇATMAQ 
Evdən qaçmazdan əvvəl bütün həyatım təbiətin, ailəmin və sağ 
qalmağımızın  əsas  səbəbi  olan  heyvanlarla  sıx  əlaqənin 
üstündə qurulmuşdu. Ötən günlərimə nəzər salanda bütün yer 
üzündəki uşaqlarla yalnız bir ümumi xüsusiyyəti bölüşdüyümü 
düşünürəm: 
heyvanlara 
məhəbbət. 
Əslində, 
uşaqlıq 
xatirələrimdən  ən  çox  yadımda  qalan  çəpişim  Billidir.  Billi 
mənimçün xüsusi bir xəzinə idi, hər şeyim idi, bəlkə də mənim 
kimi balaca olduğundan onu belə çox istəyirdim. O, sürüdə ən 
kök,  ən  gözəgəlimli  çəpiş  oluncayadək  tapa  bildiyim  bütün 
yeməyi  xəlvətcə  ona  verirdim.  Anam  həmişə  soruşardı:  “Nə 
üçün bu keçi belə kök, qalanları arıqdır?” Onun qayğısına çox 
yaxşı qalırdım  - tumarlayır, əzizləyir, onunla saatlarla söhbət 
edirdim. 
Billiyə  olan  münasibətim  Somalidəki  həyat  tərzimizi 
təcəssüm etdirirdi. Ailəmizin müqəddəratı hər gün qulluq 
downloaded from KitabYurdu.org


etdiyimiz  sürülərlə  sıx  bağlı  idi.  Heyvanlardan  asılılığımız 
bizdə onlara qarşı dərin hörmət hissi yaratmışdı və bu hörmət 
hissi  etdiyimiz  hər  şeydə  özünü  büruzə  verirdi.  Ailəmizdəki 
bütün uşaqlar yeriməyə başlayandan heyvanlarımıza göz-qulaq 
olurdular. Biz heyvanlanmızla böyüyür, onlar artdıqca sevinir, 
onlar əziyyət çəkdikcə biz də əziyyət çəkir, onlar öləndə biz də 
ölürdük. İnək, qoyun, keçi saxlayırdıq. Ən çox çəpişim Billini 
istəsəm də, heç şübhəsiz, dəvələr sahib olduğumuz ən dəyərli 
heyvanlar idi. 
Somalidə  dəvə  əfsanəvi  heyvandır;  burada  dünyanın  başqa 
hər  hansı  ölkəsindən  daha  çox  dəvə  var;  Somalidə  dəvələr 
insanlardan  çoxdur.  Burada  nəsillərdən  nəsillərə  ötürülən, 
mədəniyyətimizə verdiyi dəyəri əks etdirən, çoxu da dəvələrə 
həsr  olunmuş  əmək  nəğmələrinin  qədim  tarixi  ənənələri  var. 
Anamın həmişə bizimçün oxuduğu bir nəğməni xatırlayıram, 
sözləri təxminən belə idi: “Dəvəm yaman adamın əlinə keçib, 
onu ya öldürəcək, ya da oğurlayacaq. Yalvarıram, dua edirəm, 
dəvəmi  geri  qaytar”.  Bizim  cəmiyyətdə  onlar  qızıla  bərabər 
tutulduğundan uşaqlığımdan bu heyvanın həyatımızdakı böyük 
rolunu  bilirdim.  Səhrada  onlarsız  yaşamaq,  sadəcə,  mümkün 
deyil. Bir Somali şeirində deyildiyi kimi: 
Dişi dəvə Sahibinə anadır. 
Erkək dəvə Sahibiyçün həyatdır. 
Və  bu,  doğrudur.  İnsanların  həyatı  dəvələrlə  ölçülür, 
öldürülən  insanın  dəyəri  yüz  dəvəyə  bərabərdir.  Qatilin 
qəbiləsi  qurbanın  ailəsinə  yüz  dəvə  verməlidir,  yoxsa  ikinci 
tərəf intiqam üçün qatilə hücum edər. Gəlinin ənənəvi qiyməti 
dəvələrlə  ödənilir.  Gündəlik  həyatda  isə  onlar  sağqalma 
səbəbimiz idi. Başqa heç bir heyvan səhra həyatına belə yaxşı 
downloaded from KitabYurdu.org


17 
 
uyğunlaşa bilməz. Dəvə həftədə yalnız bir dəfə su içir, amma 
bir aya qədər susuz qalmağı bacarır. Üstəlik dəvənin südü bizi 
qidalandınr,  susuzluğumuzu  yatırır  -  sudan  uzaqda  bu, 
əvəzolunmaz  nemətdir.  Hətta  ən  isti  vaxtlarda  belə  dəvələr 
maye ehtiyatlarını saxlayır və sağ qalırlar. Onlar quraq çöllərdə 
rastlarına çıxan alçaq tikanlı kollarla qidalanır, beləcə, ot başqa 
heyvanlar üçün qalır. 
Onları  səhra  boyunca  gəzə  bilməyimiz  üçün,  az-maz 
əşyalarımızı  daşımaq  üçün,  borclanmızı  vermək  üçün 
saxlayırdıq. Başqa ölkələrdə maşınına oturub gedirsən, amma 
bizim ayaqlarımızdan başqa, yeganə nəqliyyatımız dəvələr idi. 
Dəvələr davranışlarına görə ata çox oxşayırlar. Onlar da öz 
sahiblərini  tanıyır  və  başqaları  üçün  etmədiklərini  sahibləri 
üçün  edirlər.  Kişilər  köşəkləri  ələ  öyrətmək,  onlan 
əhliləşdirmək üçün olduqca təhlükəli təmrindən istifadə etməli 
olurlar.  Bu  zaman  mətin  olmaq  lazımdır.  Çünki  üstündəki 
adamın  zəifliyini  hiss  etsələr,  onu  belindən  salar  və 
təpikləyərlər. 
Bütün  somalililər  kimi,  biz  də  çoban,  sarban  həyatı 
yaşayırdıq.  Sağ  qalmaq  üçün  daim  mübarizə  aparmağımıza 
baxmayaraq,  böyük  dəvə  sürülərimizə,  mal-qaramıza, 
qoyunlarımıza  və  keçilərimizə  görə  ölkəmizin  yaşam 
səviyyəsində biz varlı hesab edilirdik. Ənənəyə uyğun olaraq, 
qardaşlarım  böyük  heyvanların:  mal-qaranm  və  dəvələrin, 
qızlarsa kiçiklərin: qoyun və keçilərin qayğısına qalırdılar. 
Köçərilər  olaraq  həmişə  hərəkətdə  idik,  bir  yerdə  heç  vaxt 
üç-dörd həftədən artıq dayanmırdıq. Bizi bu daimi köçə 
heyvanlarımızın  qayğısına  qalmaq  ehtiyacı  məcbur  edirdi. 
Onları  itirməmək  üçün  ən  zəruri  ehtiyaclarımızı  çətinliklə 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə