Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə61/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   56   57   58   59   60   61   62   63   64

242 

 

- Onun mətləbə birbaşa dəxli yoxdur, madmazel, faktlar öz aralarında 



bir-biri ilə əlaqəlidir. Mən oraya bir məlumat üçün getmişdim. Orada 

bir nəfər şəxslə görüşdüm və ona hədə-qorxu gəldim. Bəli, madmazel, 

mən - Erkül Puaro onu hədələdim! 

- Polislə? 

Xeyr, - Puaro soyuq cavab verdi. - Daha 



öldürücü bir silahla - mətbuatla. 

Ketrin gülümsədi və başını yellədi: 

- Siz yenidən ilbiz adama çevrilmək istəyirsiniz, müsyö Puaro. 

- Xeyr-xeyr,  mən  heç  nə  gizlətmək  fikrində  deyiləm.  Mən  bu 

adamın  daş-qaşları  Van  Aidinə  satmaqda  fəal  rol  oynadığından 

şübhələnirdim. 

Onu  bununla  ittiham  edərək,  həmin  adamdan  bütün  əhvalatı  öyrənə 

bildim.  Mən  cəvahiratın  məhz  harada  dəyişdirildiyini,  həm  də  bu 

zaman küçədə irəli-geri gedən adam - ağ saçlı, lakin yüngül, gümrah 

yerişli  gənc  kişi  barədə  öyrəndim.  Xəyalən  mən  bu  adama  ləqəb 

qoydum - müsyö Markiz. 

- İndisə siz Londona müsyö Van Aidini görməyə gəlmisiniz? 

-  Təkcə  bunun  üçün  gəlməmişəm.  Mənim  başqa  işlərim  də  var  idi. 

Mən  Londonda  daha  iki  nəfərlə  görüşdüm  -  teatr  agenti  və  Hartli-

stritdən  bir  nəfər  həkimlə.  Bütün  danışdıqlarımı  bir  yerə  toplayın, 

madmazel, o zaman mənim nə başa düşdüyümü siz də anlayacaqsınız. 

- Axı necə? 

- Çox sadə. Mən sizə bir söz deyəcəyəm, madmazel. Mən ilk başdan 

bəri qətli törədənlə qarəti edən şəxsin eyni adam olduğuna şübhə ilə 

yanaşırdım. Uzun müddətdir ki, mən buna əmin deyildim... 

- Bəs indi? 

- İndisə bilirəm. 

downloaded from KitabYurdu.org



243 

 

Növbəti  sükut  çökdü.  Sonra  Ketrin  başını  qaldırdı.  Onun  gözləri 



parıldayırdı: 

-  Mən sizin kimi ağıllı deyiləm, müsyö Puaro. Sizin danışdıqlarınızın 

yarısı mənim üçün 

tamamilə anlaşılmazdır. Mənim fikirlərim, necə deyim, tamam başqa 

səmtdən idi... 

-  Axı həmişə məhz bu cür olur, - detektiv sakit halda söylədi: - Güzgü 

həmişə olanı göstərir

amma hər kəs ona müxtəlif səmtdən baxır. 

-  Ola  bilsin  ki,  mənim  fikirlərim  absurddur,  ola  bilsin  ki,  sizin 

fikirlərinizdən tamamilə fərqlənir, 

ancaq... 

- Bəli? 


- Deyin, bu, sizə nə təhərsə kömək edə bilərmi? 

Puaro qızın ona uzatdığı qəzet parçalarını əlinə aldı, mətni oxudu və 

qaşqabaqlı halda başını tərpətdi: 

-  Sizə dediyim kimi, hər kəs güzgüyə müxtəlif görmə bucağı altında 

baxır, lakin güzgü eyni 

şeyi əks etdirir. 

Ketrin ayağa qalxdı: 

- Mən tələsməliyəm, yoxsa qatara gecikəcəyəm. Müsyö Puaro... 

- Bəli, madmazel? 

- Bu... uzun çəkməyəcək ki? Hiss edirəm ki, daha dözə bilmirəm... - 

Onun səsi titrədi. 

Puaro nəvazişlə qızın əlini sığalladı: 

-  Gümrah  olun,  madmazel.  İndi  sıradan  çıxmağın  vaxtı  deyil.  Sona 

artıq az qalıb. 

69 Qazanda hazırlanmış toyuq. 

downloaded from KitabYurdu.org




244 

 

XXXIII 



FƏSİL Daha bir versiya 

Müsyö Puaro sizi görmək istəyir, ser. 



- Onu  görüm lənətə  gəlsin! -  Van Aidin  qışqırdı. Nayton  həmrəylik 

əlaməti olaraq susdu. 

Van Aidin stuldan ayağa duraraq var-gəl etməyə başladı: 

Zənnimcə, siz artıq səhər qəzetlərini 



oxumuşunuz, eləmi? 

- Onlara göz gəzdirmişəm, ser. 

- Hələ də əl çəkmirlər, hə? 

- Qorxuram ki, bəli, ser. 

Milyonçu yenidən oturdu və əliylə alnını tutdu: 

-  Əgər belə olacağını təsəvvür edə bilsəydim! - 

o  inlədi.  -  Kaş,  mən  heç  vaxt  bu  balaca  belçikalıya  həqiqəti  aşkar 

etməyi həvalə etməyəydim. Yeganə istədiyim - Rutun qatilini tapmaq 

idi. 

-Amma  siz  kürəkəninizin  sudan  quru  çıxmasını  istəməzdiniz,  elə 



deyilmi? 

Van Aidin dərindən nəfəs aldı: 

-  Mən ədalət mühakiməsini öz əlimə götürməyi 

üstün tutardım. 

Bunun ağıllı addım olacağını düşünmürəm, 



ser. 

Kim bilir... Siz bu adamın məni görmək 



istədiyinə əminsinizmi? 

Bəli, mister Van Aidin. O, çox israr etdi. 



Yaxşı, əgər bu, onun üçün belə vacibdirsə, 

onda qoy bu səhər gəlsin. 

Puaro  şən  və  gülərüz  idi.  Elə  bil  ki,  o,  milyonçunun  könülsüz 

downloaded from KitabYurdu.org



245 

 

davranışını duymurdu və etinasızlıqla boş-boş məsələlərdən danışırdı. 



Detektiv  Londona  öz  həkiminə  baş  çəkmək  üçün  gəldiyini  dedi  və 

məşhur bir cərrahın adını çəkdi. 

-Xeyr-xeyr,  pas  la  guerre70.  Bu,  mənim  polisdə  xidmət  etdiyim 

vaxtlardan yadigar qalan xatirədir 

hansısa quldur tərəfindən aldığım gülləni deyirəm. - O, sol çiyninə 



əlilə toxundu və 

inandırıcı surətdə üz-gözünü turşutdu. - Mən sizi həmişə bəxti gətirən 

adam  hesab  etmişəm,  müsyö  Van  Aidin.  Siz  daima  dispepsiyadan 

əziyyət  çəkən  amerikalı  milyonçular  barədə  bizim  məşhur 

təsəvvürümüzlə uzlaşmırsınız. 

Mən kifayət qədər sağlamam, - Van Aidin 



dilləndi. 

Sadə həyat tərzi sürürəm, sağlam qidalarla 



qidalanıram və çox yemək yemirəm. 

- Siz miss Qreylə bu yaxınlarda görüşmüsünüz, elə deyilmi? - Puaro 

sadəlövhlüklə katibdən xəbər aldı. 

Bəli, bir, ya da iki dəfə, - Nayton bir balaca 



qızararaq cavab verdi. 

Maraqlıdır,  siz  onu  gördüyünüzü  bir  dəfə  də  olsun  mənə 



deməmisiniz, - Van Aidin təəccüblə 

qeyd etdi. 

Mən bunun sizin üçün maraqlı olacağını 



düşünmədim, ser. 

-  O qız mənim çox xoşuma gəlir, - milyonçu 

söylədi. 

-  Çox təəssüf ki, o, özünü yenidən Sent-Meri- 

Midə qapadıb, - Puaro ah çəkdi. 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə