374
Onlara dedim ki, bu iş
üçün uyğun adam sənsən. Nə qədər əmək haqqı verəcəklərini bilmirəm.
Səfər iki il çəkəcək».
-
Bunları necə yadda saxlayırsan?
-
Bu, xırda şeydi, Sofi.
-
Yəqin o da təklifi qəbul edib...
- Bunu çox istəyirdi, amma o vaxt gənclər ailənin icazəsi olmadan
harasa gedə bilmirdilər. Uzun sürən təkidlərdən sonra atası bunu qəbul
etdi, üstəlik, pul da verdi. «Əmək haqqı” məsələsindən isə heç bir səs
çıxmadı.
-
Hm...
- Gəminin adı «Beagle» idi. 27 dekabr, 1831-ci ildə Plimutdan
Cənubi Amerikaya doğru yola çıxan gəmi İngiltərəyə 1836-cı ilin
oktyabr ayında döndü. Yəni iki il olması nəzərdə tutulan səfər düz beş
il çəkdi. Çünki Cənubi Amerikaya səfər əsl dünya səyahətinə
dönmüşdü. Bu səfər yaxın dövrlərin ən böyük kəşfiyyat səyahəti hesab
olunur.
-
Doğrudan, bütün dünyanı dolaşdılar?
- Bəli, sözün əsl mənasında. Cənubi Amerikadan Sakit Okeana
çıxdılar və Yeni Zelandiya, Avstraliya və Cənubi
Afrikaya getdilər. Buradan yenidən Cənubi Amerikaya qayıtdılar və
nəhayət, İngiltərəyə gələ bildilər. Darvin bu səfər haqqında “bu səfər
şübhəsiz ki, həyatımın ən mühüm hadisəsidir” yazmışdı.
-
Okeanda tədqiqat aparmaq yəqin ki, asan olmayıb...
- Elədi. Səyahətin ilk illərində “Beagle” Cənubi Amerika
sahillərində sağa-sola gedib durmuşdu. Bu da Darvinin qitəni qurudan
da tanımasına imkan yaratmışdı. Cənubi Amerikanın qərbindəki
Qalapaqos adaları sahillərində apardığı tədqiqatların da xüsusi
əhəmiyyəti olub. Beləliklə, əlində hissə- hissə İngiltərəyə göndərdiyi
böyük bir kolleksiya yığılmışdı. Lakin bu müddətdə təbiət və canlıların
tarixi mövzusunda baxışlarını özündə saxlamışdı. İngiltərəyə
qayıdanda hələ 27 yaşında olmasına baxmayaraq, çoxdan tanınmış bir
təbiətşünas olmuşdu. Sonradan təkamül nəzəriyyəsinə çevriləcək
downloaded from KitabYurdu.org
375
baxışları da hazır idi. Lakin qayıdıb həyatının əsəri olacaq kitabını nəşr
etdirənədək illər keçdi. Çünki Darvin ehtiyatlı, tədbirli insan idi, Sofi.
Təbiətşünas da elə belə olmalıdı.
-
Bu böyük əsər necə adlanırdı?
- Darvin çoxlu böyük əsərlər yazıb, amma bunların arasında
İngiltərədə ən çox polemika doğuranı 1859-cu ildə yayımlanan
«Növlərin mənşəyi haqqında” adlı əsəri idi. Kitabın bütöv adı “Həyat
uğrunda mübarəzidə təbii seçmə və seçilmiş irqlərin qorunub
saxlanması yoluyla növlərin mənşəyi haqqında” idi. Bu uzun başlıq
əslində Darvinin nəzəriyyəsinin icmalıdı.
-
Çox uzun və əhatəli addı.
- Gəl, bu başlığı xırdalayaq. “Növlərin mənşəyi haqqında” əsərində
Darvin iki nəzəriyyə, yaxud iki əsas tezis irəli sürürdü. Birincisi, indi
mövcud olan bütün bitki və heyvan növləri əvvəllər mövcud olmuş
daha ibtidai növlərdən biloji təkamül yoluyla əmələ gəlib. İkinsici,
həmin təkamül təbii seçmənin nəticəsidi.
-
Ən güclü olan sağ qalır, elədi?
Elədi. Amma gəl, əvvəlcə təkamül nəzəriyyəsi ideyasını nəzərdən
keçirək. Bu, ayrıca baxıldığında orijinal ideya deyil.
Bioloji təkamül ideyası Darvindən əvvəl, hələ 1800-cü illərdə geniş
yayılmışdı. Bu ideya haqda ən çox fransız zooloqu Lamark danışırdı.
Darvinin öz babası Eraznus Darvin bitkilərin və heyvanların daha
ibtidai növlərdən əmələ gəldiyini demişdi. Lakin onlar belə bir
təkamülün necə həyata keçməsini açıqlaya bilməmişdilər. Buna görə
də Kilsəyə ciddi təhlükə sayılmırdılar.
Darvin isə oldu, hə?
- Bəli və bu, səbəbsiz deyildi. Kilsə və bir çox elmi dairələr İncilin
müxtəlif bitki və heyvan növlərinin dəyişməz olması haqda doktrinası
ilə razı idilər. Onlara görə, hər növ daim mövcud olmaq üçün bir dəfə
və xüsusi şəkildə yaradılıb. Xristianlığın bu baxışı Platon və Aristotellə
də harmoniya təşkil edirdi.
-
Necə?
- Platonun ideyalar aləminə görə, bütün heyvan növləri mütləq
downloaded from KitabYurdu.org
376
ideyalar, yaxud formaların nümunələri üzrə yaradılıb, buna görə də
dəyişməzdirlər. Heyvan növlərinin dəyişməz olması Aristotel
fəlsəfəsində də əsas yer tutur. Lakin Darvinin
vaxtında bu ənənəvi baxışları şübhə altına alan bir çox müşahidə və
kəşflər oldu.
-
Necə müşahidə və kəşflər?
- İlk növbədə çoxlu qalıq tapıldı. Növü tükənmiş heyvanlardan
qalmış iri sümüklər kəşf edildi. Darvini quruda tapdığı iri dəniz heyvanı
qalıqları çox düşündürdü. Cənubi Amerikada bu cür qalıqları And
dağlarında tapdı. Dəniz heyvanlarının And dağlarının başında nə işi ola
bilərdi, Sofi? Buna cavab verə bilərsən?
-
Xeyr.
- Bəzilərinə görə, bu dəniz varlıqlarını insanlar ora aparıb çıxarıb.
Bəzilərinə görə isə bu, qüdrətini insanlara göstərmək istəyən Tanrının
işi idi.
-
Bəs elm nə deyir?
- Geoloqların çoxu Yer üzünün dəfələrlə suya qərq olduğunu,
zəlzələ və başqa fəlakətlər keçirdiyini irəli sürən fəlakət nəzəriyyəsinin
tərəfdarıdı. Belə bir fəlakətdən İncildə də sözaçılır. Böyük tufan və
Nuhdan danışılır. Deyilir ki, hər
fəlakətdən sonra Tanrı yeni və əvvəlkindən daha mükəmməl bitki və
heyvanlar yaratmaq üçün Yer üzünə enir.
- Bu açıqlamaya görə, qalıqlar axırda məhv olmuş qədim həyat
növlərindən qalma artıqlardı.
- Bəli. Məsələn, bu qalıqların Nuhun Gəmisində yer tapa bilməyən
heyvanlara aid olduğu deyilir. Lakin Darvin “Beaglela səyahətə
çıxarkən yanında ingilis geoloq Çarlz Layelin “Geologiyanın əsaslan”
kitabını götürmüşdü. Layelə görə, Yer üzü uca dağlar və dərin
dərələrdən ibarət indiki vəziyyətinə tədricən və uzun bir inkişaf
nəticəsində gəlib. Bu nəzəriyyənin ana fikri kiçik dəyişikliklərin vaxt
keçdikcə böyük coğrafi dəyişikliklərə yol aça biləcəyi fikri idi.
-
Layel necə dəyişiklikləri deyirdi?
- Bu gün də bu dəyişikliklər gedir: hava və külək, buzların əriməsi,
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |