377
zəlzələ, torpaq sürüşməsi. Su daşı deşir, amma ani bir qüvvətlə deyil,
damcı-damcı, yavaş-yavaş. Layelə görə, bu kiçik, tədrici dəyişikliklər
çox uzun bir zaman müddəti içində bütün təbiəti dəyişdirə bilər. Təkcə
bu fikir Darvinin And dağlarının başında tapdığı heyvan qalıqlarını
izah etməyə bəs
etmir, amma kiçik və tədrici dəyişikliklərin bir müddətdən sonra
dramatik dəyişikliklərə gətirib çıxarması fikrini Darvin bir an da
unutmayıb.
- Məncə, heyvanların təkamülü məsələsində də belə düşünürmüş.
- Bəli, elədi. Amma bayaq dediyim kimi, Darvin ehtiyatlı, tədbirli
insan idi. Özünə cavabını bilmədiyi bir çox suallar verirdi. Bu mənada
o da özündən əvvəlki əsl filosofların metodundan istifadə edirdi: Əsas
sual verməkdi, cavab verməyə isə tələsməməli.
-
Aydındı.
- Layelin nəzəriyyəsində əsas amil Yerin yaşı məsələsi idi. Darvinin
vaxtında bir çoxları Tanrının Yeri yaratmasından 6000 il keçdiyini
düşünürdülər. Bu rəqəmə Adəm və Həvvadan bu yana yaşamış nəslləri
saymaqla gəlib çıxırdılar.
-
Nə sadəlövh olublar!
- İndi belə deməyə nə var ki. Darvin isə ehtimal edirdi ki, Yerin 300
milyon il yaşı var. Çünki həm Layelin mərhələli geoloji təkamül
nəzəriyyəsi, həm də Darvinin öz təkamül
nəzəriyyəsinin mənalı olması üçün dünyanın yaradılışından bu yana
çox uzun zaman keçmiş olması lazım idi.
-
Bəs əslində Yerin neçə yaşı var?
-
Bu gün Yer üzünün 4,6 milyard yaşı olduğunu bilirik.
-
Uy da!
- İndiyə qədər Darvinin bioloji təkamülə dair irəli sürdüyü
dəlillərdən biri haqda danışdıq. Bu dəlil müxtəlif qaya qatlarında rast
gəlinən, lay-lay yığılmış qalıqlardı. Darvinin irəli sürdüyü başqa bir
dəlil isə növlərin coğrafi cəhətdən yayılması idi. Bu məsələdə Darvinin
özünün topladığı zəngin materialın böyük faydası olmuşdu. Fərqli
heyvan növlərinin bütün bölgələrdə təxminən eyni olduğunu öz
downloaded from KitabYurdu.org
378
gözlərilə görmüşdü. Ekvadorun qərbindəki Qalapaqos adalarında
qəribə müşahidələri olmuşdu.
-
Danış, danış!
- Bunlar bir-birinə çox yaxın vulkanik adalar toplusu idi. Buna görə
də onların bitki və heyvanlar aləmi bir-birindən çox da fərqlənmirdilər.
Ancaq Darvini maraqlandıran da elə bu çox olmayan fərqlər idi.
Adaların hamısında iri tısbağalar yaşayırdı,
bu tısbağaların adadan-adaya kiçik fərqləri var idi. Tanrı bu adaların
hər biri üçün başqa cür tısbağanı yaratmışdı?
-
Məncə, belə ola bilməz.
- Bundan da vacibi, Darvinin həmin adaların quşlarına dair
müşahidələri idi. Bu adalarda alacəhrə quşlarının dimdikləri bir-
birindən fərqlənirdi. Darvin bu fərqləri quşların müxtəlif adalarda
qidalanmasından qaynaqlandığını irəli sürürdü. İti dimdikli alacəhrələr
qoza, yastı dimdikli alacəhrələr böcək, ağac alacəhrələri isə
budaqlardakı həşəratları yeməklə qidalanırdılar. Hər bir alacəhrə növü
öz qidalanma şərtlərinə ən uyğun dimdiyə malik idi. Bütün bu
alacəhrələr eyni bir alacəhrə növündən törəmiş ola bilərdilərmi? İllər
keçdikcə bu quşların fərqli adalardakı həyata uyğunlaşması ilə onlardan
yeni növlər törəyə bilərdimi?
-
Darvin də yəqin bu nəticəyə gəlib...
- Bəli, Darvinin Qalapaqos adalarında “Darvinçi” olduğunu da
demək olar. Darvin bu kiçik adalar birliyində rast gəldiyi heyvan
növlərini bundan əvvəl Cənubi Amerikada da görmüşdü. Tanrı bütün
bu heyvanları bir-birindən bir qədər
fərqli yaratmışdı, yoxsa bu növlər zaman keçdikcə təkamülə
uğramışdılar? Darvin növlərin dəyişməz olmasından getdikcə
şübhələnməyə başlayırdı. Lakin təkamülün necə baş vermiş olmasına
hələ ki, bir izah verə bilmirdi. Darvinin Yer üzündəki bütün növlərin
bir-birilə qohum olmasına dair də dəlili var idi.
-
Eləmi?
- Bu, məməli heyvanlarda rüşeymin əmələ gəlməsi idi. İlk
mərhələsində it, yarasa, dovşan və ya insan rüşeymində heç bir fərq
downloaded from KitabYurdu.org
379
olmur. Sonrakı mərhələlərdə insan rüşeymi ilə dovşan rüşeymini bir-
birindən fərqləndirmək mümkün olur. Bu, hamımızın uzaq qohum
olmasına sübut deyilmi?
- Amma hələ təkamülün necə baş verdiyini açıqlaya bilmirdi, hə?
- Darvin Layelin kiçik dəyişikliklərin uzun müddət sonra böyük
dəyişikliklərə gətirib çıxarması nəzəriyyəsi haqda çox düşünürdü.
Lakin bunun təkamül qanunu kimi necə həyata keçməsini açıqlaya
bilmirdi. Fransız zooloq Lamarkın nəzəriyyəsindən də xəbərdar idi.
Lamark fərqli növlərin orqanlarının sonradan inkişaf etmiş olduğunu
irəli sürürdü.
Məsələn, zürafələrin uzun boylu olmalarının səbəbi bir çox nəsllər
boyu ağaclardakı yarpaqlara uzanmaq məcburiyyətində qalmaları olub.
Yəni Lamark bir canlının çalışaraq qazandığı bir xüsusiyyətin irsi yolla
özündən sonrakı nəsllərə ötürüldüyünü bildirirdi. Lakin Darvin bu
“qazanılmış xüsusiyyətlərin” irsi olması nəzəriyyəsini rədd edirdi.
Çünki Lamark bu tezisinə elmi sübut gətirə bilmirdi. Darvini daim
məşğul edən bir başqa fikir idi. Növlərin təkamülünün arxasında yatan
sistem artıq onun bir addımlığında idi...
-
Səbrsizliklə gözləyirəm.
- Amma mən istəyirəm ki, bu sistemi sən tapasan. Buna görə də sual
verirəm: Üç inəyin və bunlardan yalnız ikisinə bəs edəcək qədər yemin
olsaydı, nə edərdin?
-
İnəklərin birini kəsərdim...
-
Əla. Yaxşı, bəs hansını kəsərdin?
-
Ən az süd verənini.
-
Eləmi?
-
Səncə, bu, ağıllı hərəkət olmazdı?
- Elədir, insanlar min illərdi ki, belə edirlər. Amma bu inəkdən
qurtulmaq elə asan deyil! Buzov olsun deyə, bu iki inəkdən hansını
dölləyərdin?
- Ən çox süd verənini. Beləcə, buzov da böyüyəndə çox südverən
inək olardı.
- Deməli, yaxşı süd verən inəyi seçirsən... Yaxşı, bəs iki ov itin
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |