147
ehtiva edən ilk Kredo ortaya çıxdı.
Əsas prinsiplərdən biri İsanın həm Tanrı, həm də insan olması idi.
Əməllərinə baxanda ona “Tanrının oğlu” deyilə bilməz, O, elə Tanrının
özü idi. Lakin o, həm də insanlığın faciələrini yaşamış və işgəncəyə
dözərək çarmıxa çəkilmiş “əsl insan” idi.
Ziddiyyətli səslənə bilər. Lakin kilsənin mesajı elə bu cür idi: Tanrı
insan olub. İsa yarı-insan, yarı-Tanrı deyildi. Belə yarımtanrılara, ilahi
qəhrəmanlara inam Yunan və Ellin əyalətlərindəki dinlərdə geniş
yayılmışdı. Kilsə isə İsanın “kamil Tanrı, kamil insan” olduğunu
öyrədirdi.
Əlavə: İcazə ver bütün bunların birlikdə necə yola getdiyi haqda bir
neçə söz deməyə çalışım, əziz Sofi. Xristianlığın Yunan-Roma
dünyasına daxil olması yalnız dramatik bir şəkildə görüşməsi deyil,
eyni zamanda arixin ən böyük mədəni inqilablarından biridir.
Beləliklə, Antik dövr geridə qalır. Bu nöqtədə ilk yunan
filosoflarından demək olar ki, min il keçib. Qarşınızda dayanan xristian
Orta Əsrləri də təxminən min il çəkib.
Alman şairi Göte deyib ki, üç min illik keçmişindən baş çıxarmayan
insan birgünlük yaşayan insandır. Mən də, sən belə insan olmayasan,
tarixi köklərinlə tanış olasan deyə, əlimdən gələni edəcəyəm. Bu, insan
olmağın yeganə yoludur. İnsan yalnız bu yolla çılpaq meymun
olmaqdan qurtula bilər. İnsan yalnız bu yolla boşluqda veyllənməkdən
xilas ola bilər”.
***
“Bu, insan olmağın yeganə yoludur. İnsan yalnız bu yolla çılpaq
meymun olmaqdan qurtula bilər...”
Sofi bir müddət yerində qalıb yarpaqların arasından bağa tamaşa
etdi. Yavaş-yavaş insanın öz tarixi köklərini bilməsinin niyə bu qədər
vacib olduğunu anlamağa başlayırdı. İsrail övladları üçün də bunun son
dərəcə böyük mənası vardı.
O özü adi bir adamdır. Amma tarixini bilən bir insan adilikdən bir
az yüksəyə qalxa bilər.
O bu planetdə cəmi bir neçə il idi ki, yaşayırdı. Amma insanlığının
downloaded from KitabYurdu.org
148
tarixinin həm də onun öz tarixi olduğu nəzərə alınsa, əslində minlərlə
yaşı vardı.
Kağızlarını yığıb çəpərlikdəki keçiddən çıxdı, sevincək tullana-
tullana bağçadan keçib otağına qalxdı.
Orta əsrlər
...yolun yalnız bir hissəsini qət etmiş olmaq səhv yoldan getmək
deyil...
Bir həftə idi ki, Sofi Alberto Knoksdan məktub almırdı. Heç
Livandan da xəbər yox idi. Bu müddətdə Coanna ilə mayorun evində
tapdıqları açıqcalar haqda çox danışmışdılar. Ara sakitləşdiyindən
olanlara görə möhkəm qorxuya düşmüş Coanna da sakitləşmişdi, ev
tapşırıqları ilə, badmintonla məşğul olurdu.
Sofi Hilde sirrini açmaq üçün ip ucu axtararaq Albertonun
məktublarını dönə-dönə oxumuş, buna görə də antik fəlsəfəni yaxşıca
öyrənərək həzm etmişdi. Daha Demokritlə Sokratı, Platonla Aristoteli
bir-birindən ayırd etməkdə çətinlik çəkmirdi.
Cümə günü, mayın 25-də anası evə gəlməzdən əvvəl Sofi xörək
bişirirdi. Anasıyla razılaşması belə idi, cümə günləri nahar hazırlamaq
Sofinin vəzifəsi idi. Bu gün o, balıq küftəsi və kök şorbası bişirirdi.
Yəni sadə və asan bir yemək.
Bayırda güclü külək qalxmışdı. Sofi şorbanı qarışdıranda
pəncərədən bayıra baxdı. Külək ağcaqayınları buğda zəmisi
kimi dalğalandırırdı.
Birdən nə isə şappıltıyla pəncərənin şüşəsinə dəydi. Sofi boylanıb
gördü ki, bu, açıqcadır. Elə şüşədən baxaraq bu sözləri oxuya bildi:
“Sofi Amundsen vasitəsilə Hilde Moller Knaq”.
Əcəbdir! Pəncərəni açdı və açıqcanı götürdü. Olmaya, açıqca
Livandan bura uça-uça gəlmişdi?!
Bu açıqcanın da tarixi 15 iyun, cümə idi. Sofi qazanı sobanın
üstündən götürüb masaya qoydu və oturub açıqcanı oxumağa başladı:
“Əziz Hilde,
Bilmirəm, bu sətirləri oxuduğun gün hələ də sənin ad günündür, ya
yox. Deyilsə də, ümid edirəm, üstündən çox keçməyib. Sofinin bir-iki
downloaded from KitabYurdu.org
149
həftəsi bizim üçün də bir-iki həftə olmaya bilər. Mənsə iyunun 24-də
qayıdacam. Qayıdanda birlikdə yelləncəkdə oturub saatlarla dənizə
baxarıq, mənim Hildem. Bizim danışmağa o qədər sözümüz var ki!
Atan yəhudilər, xristianlar və müsəlmanlar arasındakı min illik
münaqişələrə görə tez-tez depressiyaya düşür. Daim
özümə hər üç dinin köklərinin İbrahimdən törədiyini xatırlatmalı
oluram. Ona görə də məncə, onların hamısı eyni Tanrıya inanır.
Buralarda isə Habil ilə Qabil hələ də bir-birlərinin qanını tökürlər.
Qeyd: Çılpaqfən məndən Sofiyə salam de. Yazıq qız, o, hələ də
bütün bunları başa düşmür. Bəs sən, sən başa düşmüsənmi?”
Sofi özünü çox yorğun hiss etdi, başını masanın üzərinə qoydu. Bir
şey dəqiq idi - o, bütün bunları başa düşmürdü. Bəs Hilde, görəsən, o
başa düşmüşdümü?!
Əgər Hildenin atası ondan Sofiyə salam göndərirsə, bu o deməkdir
ki, Hilde Sofi haqda Sofinin Hilde barədə bildiyindən çox bilir. Hər şey
elə dolaşıq idi ki, Sofi hər şeyi yaddan çıxarmağa çalışıb bişirdiyi
yeməyin üstünə qayıtdı.
Uça-uça gəlib mətbəx pəncərəsinə yapışan bu məktub sözün hərfi
mənasında hava poçtuyla gəlmişdi.
Qazanı yenidən sobanın üstünə qoymuşdu ki, telefon çaldı. Kaş atam
olaydı bu, - Sofi fikirləşdi, - kaş atam evə
gələydi, son həftələrdə baş verən hər şeyi ona danışaydım. Amma yəqin
ki, zəng edən ya anası, ya da Coannadı. Sofi dəstəyi qaldırıb qulağına
qoydu:
Sofi Amundsen.
Mənəm, - dedi telefondakı səs.
Sofi üç şeyə əmin idi: bir, bu danışan atası deyil, iki, kişi səsidir, üç,
bu səs tanışdır.
Kimdir danışan?
Mənəm, Alberto.
Nəə?!!
Sofi nə deyəcəyini bilmirdi. Bu səs onun Akropol videosundan
tanıdığı səs idi.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |