141
onlara Davudun soyundan bir Sülh Şahzadəsi göndərəcəyini xəbər
verirdilər. O, əvvəlki Krallığı bərpa edəcək və insanlara xoşbəxtlik
gətirəcək.
Peyğəmbər Yeşa deyirdi: “Qaranlıqda gicəllənən insanlar böyük bir
işıq görəcəklər. Ölüm kölgəsi altındakı insanların üzərinə işıq saçacaq”.
Belələrinə isə qurtuluş peyğəmbərləri deyilir.
Yekunlaşdırsaq: İsrail xalqı Davud Krallığında xoşbəxt yaşayırmış.
Ancaq onların vəziyyəti pisləşəndə bir sıra peyğəmbərlər ortaya
çıxaraq bir gün Davudun soyundan yeni bir kral gələcəyini
müjdələdilər. Bu “Məsih”, yaxud “Tanrının oğlu” insanları
“qurtaracaq”, İsrailin əzəmətini bərpa edəcək və “Tanrı Krallığı”
quracaqdı.
İsa
Həə, ümid edirəm, oxumağa davam edirsən, Sofi. Qarşımızda üç
əsas söz var: “Məsih”, “Tanrının oğlu” və “Tanrı Krallığı”. Əvvəllər
bütün bunlar siyasi mənada başa düşülürdü. İsanın vaxında da Kral
Davud kimi yeni məsih, siyasi, hərbi və dini lider gələcəyinə inananlar
çox idi. Bu “xilaskar” Roma hakimiyyəti altında yaşayan yəhudilərin
əzablarına son qoyacaq “milli xilaskar” kimi təsəvvür edilirdi.
Amma bununla yanaşı, daha uzaqgörən insanlar da var idi. Hələ
İsadan iki yüz il əvvəldən bir “məsihin gəlib bütün dünyanı xilas
edəcəyinə inanan peyğəmbərlər olmuşdu.
Deyirdilər ki, O, təkcə ibraniləri xaricilərin əsarətində yaşamaqdan
qurtarmayacaq, həmçinin bütün bəşəriyyəti ölümdən və günahlardan
xilas edəcək. “Xilas” həsrəti bütün Ellin dünyasını bürümüşdü.
Və beləliklə, Nazaretli İsa ortaya çıxdı. O, bir tərəfdən vəd olunan
“məsih” deyildi, digər tərəfdən, “Tanrının oğlu”, “Tanrı krallığı” və
“xilas” sözlərini işlədir, bununla da əvvəlki peyğəmbərlərlə əlaqəni
saxlayırdı. O, at üstündə Qüdsü gəzir və kütlələrin onu ümummilli
xilaskar kimi tanımasına rəvac verirdi, bununla da köhnə kralların “tac
qəbul etmə mərasimləri” yoluyla gedir, insanların onu yağlamasına da
icazə verirdi. “Budur, vaxt gəlib çatdı, - deyirdi, - Tanrı Səltənəti
yaxınlaşır”.
downloaded from KitabYurdu.org
142
Bütün bunları bilmək vacibdir, lakin onlardan daha vacibi budur:
İsanı başqa “məsihilərdən fərqləndirən cəhət onun hərbi və ya siyasi
üsyankar olmadığını açıq-aşkar deməsidir. Onun vəzifəsi daha böyük
idi. O, insanlara qurtuluşdan və Tanrının əfvindən danışırdı. Yolda rast
gəldiyi adamlara deyirdi: “Sənin günahların Onun xatirinə bağışlanır”.
Günahların bu şəkildə bağışlanması hələ o zamana qədər
görünməmiş hadisəydi. Bu azmış kimi Tanrını öz “atası” kimi təqdim
edirdi. O zaman yəhudilərin arasında buna olduqca qəribə baxırdılar.
Ona görə də çox keçməmiş o zamankı yazarlar arasında İsaya qarşı
etiraz dalğası yüksəldi.
Deməli, vəziyyət belə idi: İsanın yaşadığı dövrdə bir çox insanlar
təmtəraqlı şəkildə nizəli, qılınclı bir Məsihin gəlib Tanrı Krallığını
yenidən quracağını gözləyirdilər. “Tanrı krallığı” ifadəsi, sözün daha
geniş mənasında İsanın moizələrində tez- tez təkrarlanırdı. İsa “Tanrı
krallığf’nın qonşuya sevgi, zəifə və kasıba mərhəmət, səhv edənlərin
bağışlanması olduğunu söyləyirdi.
Bu, çox əski və hərbi bir ifadənin mənasında yüz səksən dərəcəlik
dramatik dəyişiklik demək idi. İnsanlar “Tanrı dövləti” quracaq bir
hərbi lider gözlədiyi vaxt birdən-birə uzun əlbisə və səndəl geyinmiş
İsa peyda olub Tanrı Krallığının qonşunu özün kimi sevmək olduğunu
bəyan edir. Lakin bununla iş bitmir, Sofi. O deyirdi ki, biz
düşmənlərimizi sevməliyik! Kimsə bizə şillə vuranda biz cavab zərbəsi
vurmamalıyıq, əksinə, o biri
üzümüzü çevirməliyik. Və yeddi dəfə deyil, yetmiş yeddi dəfə əfv
etməliyik.
İsa fahişələrlə, cinayətkarlarla, xalqın sevmədiyi siyasi
fırıldaqçılarla söhbət edir, onlardan üstün olmadığını nümayiş etdirirdi.
O, bir qədər də uzağa getdi! Bəyan etdi ki, atasının bütün varidatını
israf etmiş bir avara, yaxud dövlət pulunu mənimsəmiş bir adam da
tövbə edib Tanrıdan bağışlanmaq diləsə, Tanrı onu əfv edəcək, çünki
Tanrının mərhəməti böyükdür.
Amma hələ dayan, Sofi, İsa bir az da uzağa gedərək deyirdi ki, belə
günahkarlar Tanrının nəzərində öz qüsursuzluqlarıyla öyünən “ipək
downloaded from KitabYurdu.org
143
kimi” insanlardan daha dürüst və əfvə daha çox layiqdirlər.
İsaya görə, heç kəs Tanrının mərhəmətini pul verərək qazana bilməz.
İnsanlar özləri-özlərini xilas edə bilməzlər. (Yunanların çoxu isə belə
düşünürdü!) İsanın dağ moizəsində insanlara danışdığı bu ciddi etik
tələblərin məqsədi yalnız bunları insanlara Tanrı iradəsi kimi çatdırmaq
deyil, həm də heç bir insanın Tanrının gözündə qüsursuz olmadığını
göstərmək idi. Tanrının mərhəməti sonsuzdur, sadəcə, biz ona üz
tutmalı və bağışlanmağımız üçün dua etməliyik.
İsanın həyatından və təliminin qalanından danışmağı sənin
dinşünaslıq müəlliminə saxlayıram. Əsl iş onundur. Ümid edirəm o,
İsanın necə nadir bir insan olduğunu sizə izah edə biləcək. O, həm öz
dövrünün dilində danışmağı bacaran, həm də köhnə müharibə
çağırışlarına daha dərin məzmun verə bilən gözəl bir insan idi.
Təəccüblü deyil ki, çarmıxa çəkilərək öldürüldü. Onun göstərdiyi xilas
yolu bir çox güc sahiblərinin mənafelərinə elə zidd idi ki, onu aradan
götürülmək əsas fikirləri olmuşdu.
Biz Sokrat haqda danışanda insanların məntiqinə müraciət etməyin
necə təhlükəli ola biləcəyini görmüşdük. İndi İsanın həyatı timsalında
isə şərtsiz insani sevgi və şərtsiz mərhəmət iddialarının necə təhlükəli
ola biləcəyini görürük. Hətta bugünkü dünyada böyük dövlətlərin
kasıblara yemək, sülh, sevgi və dövlətin düşmənlərinin bağışlanması
kimi sadə istəkləri yerinə yetirə bilmədiyini, bunlarla üz-üzə gələndə
necə hirsləndiklərini görürük.
Platonun Afinanın ən dürüst insanı olan Sokratın bu dürüstlüyünü
həyatıyla ödəmək məcburiyyətində qalmasından necə heyrətləndiyini
xatırlayırsan, Sofi. Xristian təlimlərinə əsasən, İsa ən dürüst insandır.
Buna baxmayaraq, o da ölümə məhkum edilib. Xristianlığa görə, o,
insanlıq uğrunda can verib. Xristianlar “İsanın sevdası” deyəndə bunu
nəzərdə tuturlar. İsa insanların günahlarını Tanrının qəzəbindən
qurtulsunlar deyə üstünə götürmüş “əzabkeş qul”dur.
Pavel
İsa çarmıxa çəkildikdən və dəfn edildikdən bir neçə gün sonra onun
qəbirdə dirildiyi barədə şayiələr yayılmağa başladı. Beləliklə, onun adi
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |